"Toy olsun"-dan xəbər!

 
"Toy olsun"-dan xəbər!

Televiziyanın işi cəmiyyəti maarifləndirməkdən, onu qərəzsiz, doğru-düzgün xəbərlə təmin etməkdən, tamaşaçıları əyləndirməkdən və s. ibarətdir. Bəzi telekanallar qeyd edilən şərtlərin heç birini səviyyəli, normal şəkildə yerinə yetirə bilmir. Sözdə əyləncəli proqramları boldur telekanalların. Əslində isə onlar əyləncə əvəzinə şit-əttökən, mənasız-məzmunsuz verilişlər təqdim edir.

"Toy olsun" layihəsi də belə verilişlərdəndir. Elə proqramlar var ki, tamaşaçılar orada yaşananları müzakirə edir, verilişi və iştirakçıları lağ obyektinə çevirir. Azərbaycanın məşhur rayonlarından birində yaşayan kişi oxucumuz redaksiyamıza zəng vuraraq, bölgə camaatının "Toy olsun" proqramına bəslədiyi mənfi münasibətdən danışdı.

O bildirdi ki, kişilər bir yerə yığılıb yeyib-içdikdən sonra bu proqrama qatılan qız və qadınları müzakirə edirlər: "Kimin hansı əzasının daha cazibədar olmasından, hansı qadının daha seksual olmasından danışırıq. Onlara sataşmaq məqsədilə ANS-in titrində təqdim edilən nömrələrlə əlaqə saxlayıb efirə qoşuluruq. Bəzilərimiz özümüzü rayonda yaşayan imkanlı, ziyalı insan kimi, bəzilərimiz də Rusiyada, Türkiyədə, başqa xarici ölkələrdə bizneslə məşğul olan zəngin bir kişi kimi təqdim edirik. Ailəli olduğumuz halda ya "subayıq" ya da "boşanmışıq" deyirik. Qızlar da bizə inanıb, "geyinin-kecinin verilişə gəlin" deyirlər. Ertəsi gün çayxanada bizi gözləyə-gözləyə qalırlar, biz də buna gülürük. Onları əməlli-başlı lağa qoyuruq. Normal ailə tərbiyəsi görən qız da televiziyada özünə ər axtarar? Hansı ağıllı kişi özünü vitrinə qoyub satışa çıxaran qızla evlənər? Veriliş təzə başlayanda bəzilərimiz güman edirdik qızlar öz qismətini tapmaq üçün bura gəlib. Ancaq sonra gördük ki, onlar varlı ər tapmaqdan ötrü verilişə qatılıb. Sadə, təmiz, əxlaqlı kənd cavanlarını bu qızlar ya lağa qoyur, ya kəndə ərə getmək istəmədiklərini deyir, ya da onları təhqir edir. Amma "pullu kişi" adı eşidəndə özlərini saxlaya bilməyib onu verilişə çağırır. Biz də o qızlara zəng vurub, onlara "sabah gələcəyik" deyib gözlərini yolda qoyuruq".
Müsahibimizin sözlərinə görə, rayon və kənd yerində yaşayan kişilərin əksəriyyəti kef məclislərini "Toy olsun"un efir vaxtına salır və yeyib-içib onlarla məzələnir.

Elə isə bu verilişin yayımlanmasına və orada biabır olmağa dəyərmi?


Geri dön

Yusif

  • 8 fevral 2011 20:27
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
bunu da baglasaydilar super olardi

Lindo

  • 6 fevral 2011 11:26
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
baglasinlar amma kimise ele salmaq dogru deyil
twk

_PESSIMIST_SINDY_

  • 6 fevral 2011 11:02
  • Məqalə: 0
  • Şərh: 115
  • Bal:
{awards}
MEN BELE VERLISHLERIN BAGLANMASININ TEREFDARIYAM,AMMA KIMISI ELE SALIB GULMEK DE DOGRU DEYIL!

--------------------
" NOTHING IS PERFECT "

Cici-Kiz

  • 6 fevral 2011 00:32
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
Fiziki qusurlu ve usaq evlerinden olanlari evlendirmek tesebbusune qalxsa bu tip verlisler, her kes terefinden anlayisla qarsilanar. Amma indiki vezziyetde yayimlanmasini hec beyenmirem!
TESEKKURLER!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

Ulya

  • 5 fevral 2011 23:59
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
bunu da baglasaydilar super olardi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 35
Cəmi: 51

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}