Dünya

 
Dünya

1. İmam Əli (ə): «Dünya ən alçaq (ya ən yaxın) şey olduğu üçün dünya adlanıb. Axirətə də, orada əvəz və mükafat olduğuna görə axirət deyilir». (İləluş-şəraye, səh.2, hədis 1)

2. İmam Əli (ə): «İnsanlar dünyanın övladlarıdır. Heç kəs anasını sevdiyinə görə məzəmmət olunmaz». (Nəhcül-bəlağə, hikmət 303)
Dünya axirət üçün əkin yeridir

3. Allahın Peyğəmbəri (s): «Dünya axirətin əkin sahəsidir». (Əvaliyul-Lali, c.1, səh.267, hədis 66)

4. İmam Əli (ə): «Axirət, dünya ilə əldə olunar». (Nəhcül-bəlağə, xütbə 156)

5. İmam Əli (ə): «Həqiqətən, pak və müqəddəs Allah dünyanı ondan sonra üçün yaradıb. Dünya əhlini onda imtahana çəkir ki, kimin ən yaxşı əməl sahibi olduğu məlum olsun. Biz dünya üçün yaradılmamış və orada çalışmağa əmr olunmamışıq». (Nəhcül-bəlağə, məktub 55)

6. İmam Baqir (ə): «Dünya axirət üçün necə də gözəl köməkçidir». (Biharul-ənvar, c.73, səh.127, hədis 126)
Dünyanın mənası

7. Allahın Peyğəmbəri (s): «Dünya Lənətlənibdir. Allahın razılığını qazanmaq üçün vasitə olan hər bir şeydən başqa, dünyada olan nə varsa hamısı Lənətlənmişdir». (Kənzul-ummal, hədis 6088)

8. İmam Səccad (ə): «Dünya iki növdür: axirətə çatdıra biləcək həddə olan dünya və bir də (axirətdən çəkindirən) Lənətlənmiş dünya». (əl-Kafi, c.2, səh.317, hədis 8)
Dünyadan yalnız zəruri olan qədər götürmək

9. İmam Əli (ə): «Onun yanında özünün ehtiyaclı olmasından şikayətlənən kişiyə-«Bil ki, sənə dünya malından qüvvəndən və ehtiyacından artıq nə yetişsə, sən onu yalnız başqası üçün saxlayan xəzinədarsan». (Biharul-ənvar, c.73, səh.90, hədis 61)

10. İmam Əli (ə): «Dünya malından ehtiyacın olduğundan artıq heç nə axtarma və sənə kifayət edəndən başqa heç nə istəmə». (Nəhcül-bəlağə, xütbə 45)

11. İmam Əli (ə): «Dünya münafiqlərin sarayıdır, təqvalıların sarayı deyil. Buna görə, dünyadan bədəninini qüvvətləndirən, səni diri saxlayan və axirətin üçün azuqə olan həddə bəhrələn». (Mətalibus-Suul, səh.52)

12. İmam Sadiq (ə): «Dünya mənim nəzərimdə bir leşə bənzər, yalnız çarəsiz qaldığım vaxt ondan yeyərəm».

(Biharul-ənvar, c.78, səh.193, hədis 7)
Dünya onu tərk edən kəs üçündür

13. Allahın Peyğəmbəri (s): «Allah-Taala dünyaya vəhy etdi: Sənə xidmət edən kəsi əziyyətə sal, səndən uzaqlaşana isə xidmət et». (Əmali, Şeyx Səduq, səh.230, hədis 9)

14. İmam Əli (ə): «Dünya, onu tərk edən və axirət, onu axtaran üçündür». (Biharul-ənvar, c.73, səh.81, hədis 43)

15. İmam Əli (ə): «Dünyanın misalı sənin kölgənə bənzər. Sən dayansan, o da dayanar, əgər dalınca getsən, səndən uzaqlaşar». (Ğurərul-hikəm, hədis 9818)
Dünyanı nadancasına məzəmmət etmək

16. Allahın Peyğəmbəri (s): «Dünyaya nalayiq sözlər deməyin, o mömin üçün gözəl bir minikdir. Çünki mömin onun vasitəsilə xeyir-bərəkətə yetişər və şərr-bəladan xilas olar. Bəndə «Allah dünyaya Lənət etsin» deyəndə dünya deyər: «Allahın Lənəti öz Rəbbinə qarşı ən çox itaətsizlik edənimizə olsun». (Biharul-ənvar, c.77, səh.178, hədis 10)

17. İmam Əli (ə): «Ey dünyanı məzəmmət edən kimsə, axı onun puçluqlarına məftun olan və batilinə aldanan da sənsən. Dünyaya məftun olduğun halda onu məzəmmət edirsən? Sən onu cinayətkar və günahkar bilirsən, yoxsa o səni? Dünya səni nə vaxt məftun etdi, nə vaxt aldatdı?.. Dünya, ona doğru-düzgünlük qapısından daxil olan hər kəs üçün doğruluq sarayıdır. Onu yaxşı dərk edən üçün əmin-amanlıq və səadətdən bir imarət, ondan (axirətə) azuqə yığançün qüdrət və ehtiyacsızlıq sarayıdır». (Nəhcül-bəlağə, hikmət 131)
Məzəmmət olunmuş dünyanın xüsusiyyətləri

18. İmam Əli (ə): «Dünya ziyan bazarıdır». (Ğurərul-hikəm, hədis 396)

19. İmam Əli (ə): «Dünya ağılların torpağa düşmə (yıxılma) meydanıdır». (Ğurərul-hikəm, hədis 921)

20. İmam Əli (ə): «Dünya pislik mədəni və aldatma məkanıdır». (Ğurərul-hikəm, hədis 1473)

21. İmam Əli (ə): «Dünya şər və pisliyin əkinidir». (Ğurərul-hikəm, hədis 401)

22. İmam Əli (ə): «Dünya (insanı) xar edər». (Ğurərul-hikəm, hədis 3)
Dünyanı sevmək bütün günahların mənşəyidir

23. Allahın Peyğəmbəri (s): «Dünyanı sevmək ən böyük «kəbirə» günahdır». (Kənzul-ummal, hədis 6074)

25. Allahın Peyğəmbəri (s): «Dünyadan səni islah edən şeyi axtarmaq, dünya məhəbbəti deyil». (Kənzul-ummal, hədis 5439)


Geri dön

music_angel

  • 4 sentyabr 2011 16:32
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

Yusif

  • 8 fevral 2011 19:15
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
7. Allahın Peyğəmbəri (s): «Dünya Lənətlənibdir. Allahın razılığını qazanmaq üçün vasitə olan hər bir şeydən başqa, dünyada olan nə varsa hamısı Lənətlənmişdir». (Kənzul-ummal, hədis 6088)twk maraqlidi

Ulya

  • 6 fevral 2011 13:13
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
cox sagol

Lexikon

  • 6 fevral 2011 12:42
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
Dünya axirət üçün əkin yeridir bax tamami ile duz buyrulub

nilayka

  • 6 fevral 2011 12:38
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
maraqli ve gozel movzu ucun twk

--------------------

Lindo

  • 6 fevral 2011 12:05
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
{awards}
twk maraqlidi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 42
Cəmi: 74

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 39
Cəmi: 71
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 50
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 143
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}