İlaxır çərşənbə

 
İlaxır çərşənbə


İlaxır çərşənbə
Bu gün Azərbaycanda İlaxır çərşənbə qeyd edilir. Sonuncu çərşənbə artıq yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. Təbiət oyanır, bütün ətaf aləm canlanır.

Folklorşünas Məhəmməd Məmmədovun sözlərinə görə, İlaxır çərşənbə bir sıra bölgələrdə, xüsusilə Naxçıvan, Urmiya, Təbrizdə özünün təntənəsi ilə hətta Novruz bayramını geridə qoyur. İlaxır çərşənbənin özünəməxsus adət-ənənələri, ayinləri, oyunları var. Bu çərşənbə torpağın və özündən əvvəllki 3 mühüm ünsürün — su, od və yelin oyanması əkinçik həyatının başlanmasına işarədir.

Bayrama necə başlamaq lazımdır?

Bu çərşənbədə insanlar səhər tezdən bulaq başına və ya su üstünə gedərlər, suyun üzərindən tullanar, ürəklərindəki arzu-diləkləri suya danışarlar. Ədalətsizlik edənləri, nahaq qan tökənləri suya tapşırarlar. Bu, əhali arasında geniş yayılıb.

Axırçərşənbəyə bir neçə gün qalmış evlər təmizlənər. Deyilənlərə görə, bu bayramda təzə paltar geyinmək uğur gətirər. Küsülülər barışar, nəs danışılmaz, içki içmək, nalayiq işlər görmək olmaz. Axırçərşənbə günü insanın əməli, niyyəti, nəfsi də təmizlənmiş olar.

Axırçərşənbə gününün ertəsi günü ev sahibi bir ovuc buğda götürüb evin damına atar və bununla da evinə bərəkət-bolluq arzu etmiş olar. Bundan başqa, ev sahibi və ya ailə üzvlərindən biri kuzədə bir parça qara kömür, bir ovuc duz və bir neçə qara qəpik qoyar, sonra onları damdan atardılar. Deyilənə görə, kömür qara günün, duz acgözlük, gözüşorluluq, qəpik isə yoxsulluğun nişanəsidir. Ona görə də əcdadlarımız bununla özlərini yoxsulluqdan və bu kimi şeylərdən qurtarmağa çalışarmışlar.

İlaxır çərşənbə

Süfrəyə nə qoyulmalıdır?

İlaxır çərşənbədə süfrədə şamların qoyulması mütləqdir. Yeməklərin şahı plovdur və mifoloji anlamda götürsək, düyü bərəkət rəmzidir. Sözsüz ki, yazın gəlişi, təbiətin oyanmasının nişanəsi — səməni də olmalıdır. Eləcə də şəkərbura, paxlava kimi şirniyyatların olması bolluğa işarədir. Səməni xonçası hazırlayıb, bütün kənddə evləri gəzərlər, evində qara bayram olan və ya bayramı qeydə edə bilməyənləri bu xonçaya qonaq edərlər. Bundan başqa, kasıb insanların evlərinə bayram nemətləri aparmaq lazımdır. Bu bayram bir daha sübut edir ki, Novruz xeyirxahlıq, humanizm və bərabərlik bayramıdır.

Bayram necə qeyd edilir?

Ən mühüm ayinlər axşam vaxtlarında icra olunur. Üzərlik, tonqallar yandırılır və “ağırlığım-uğurluğum odda qalsın” deyilir. Çox vaxt nişanlı qızlar tonqalın ətrafında dövrə vurur və deyirlər ki, “sizi görüm alovlu-ocaqlı olasınız”. Yəni həmin insanların xoşbəxtolma arzuları ön plana çəkilir. Un çuvalının ağzı açıq qalır ki, bərəkət paylananda bağlı qalmasın.

Bu bayramda dünyasını dəyişmiş qohumların ruhlarını sevindirmək lazımdır. Deyirlər ki, həmin vaxt ruhlar evlərin bacalarında oturarlar. Ailəsinin, övladlarının necə dolandığı ilə maraqlanarlar. Ona görə həmin bayramlarda evlərdə şənlik qurular, müxtəlif yeməklər bişirilər, həmin insanların adlarına müxtəlif şirniyyatlar hazırlanardı. Burada əsas məqsəd ruhların öz övladlarının dolanışığının yaxşı olmasını görmək, o dünyaya ürəklərində qubar aparmamaqdır.

İlaxır çərşənbə

Adət-ənənələrimiz

İlaxır çərşənbədə tonqal qalayanda yaş ağacdan istifadə olunmaz. Ərgən qızlar xeyli aralıda arxası qapıya tərəf durub ayaqlarındakı ayaqqabının sağ tayını qapıya doğru atarlar. Əgər ayaqqabının baş tərəfi qapıya doğru düşürsə, bu, həmin il qızın ailə qurub köçəcəyinə işarədir, yox əgər ayaqqabının arxası qapıya tərəf düşəcəksə, onda qız hələ bir qədər də gözləməli olacaq.

İlaxır çərşənbədə havanın necə asılı olmasıdan asılı olmayaraq, insanlar həmişə tarlaya çıxar, əkinə əl qoyub küt qoşar, bunu edə bilməyənlər isə heç olmasa torpağı 2-3 dəfə belləyərdilər. Burada məqsəd torpağı yuxudan oyatmaq və artıq əkinçilik vaxtının yetişdiyini xəbər verməkdir.

İlaxır çərşənbədə qapıpusma və başqa fallar var, insanlar ürəklərində niyyət edib qapı pusarlar. Niyyətləri ilə evdən eşitdikləri sözlər arasında müəyyən uyğunluqlar tapmağa çalışarlar. Bu uyğunluq tapılarsa, o zaman arzularının reallaşacağına inanarlar.

Bu bayramda gənclər səhərə qədər yatmazlar, şənlənib, oxuyub-oynayarlar. Bu sonuncu çərşənbədə insanlar qorxuya, çətinliklərə, uğursuzluqlara sinə gərərək yeni ilə təzə bir ruh, sağlam əhval ruhiyyə ilə çıxmaq arzusunda olarlar.

İlaxır çərşənbə

İlaxır çərşənbə falları

Məhəmməd Məmmədov bu bayramla bağlı bir neçə falın olduğunu dedi. Düzdür, tez-tez fala inan, faldan qalma desək də, bayramda belə adət-ənənə hamımıza maraqlıdır. Deməli, ulduz- iynə falına görə, İlaxır çərşənbədə su ilə dolu kasaya uclarında pambıq sarınmış iki iynə salırlar. Əgər suya düşən iynələr ulduz tərəfdən bir-birinə yaxınlaşırlarsa, deməli həmin insanın ürəyində tutduğu arzu çin olacaq. Yox əgər iynələr bir-birindən aralı düşərsə, onda bu, niyyətlərinin baş tutmamasına bir işarədir.

Bu bayramda gənc qızlar nişan üzüyünə tük bağlamaqla onu suya salarlar. Sonra üzüyü suyun üzərində saxlayıb, onun neçə dəfə fırlanmağını sayarlar. Üzük neçə dəfə fırlanarsa, demək gənc qız həmin yaşda ailə həyatı quracaq.

İlaxır çərşənbədə sevən oğlanlar sevgilərini etiraf etmək üçün bacadan ucuna balaca dəsmal bağlanmış şal sallayarlar. Şalın ucuna bağlanmış həmin yaylığı evin böyükləri açıb qızın qoluna bağlayarlarsa, bu, razılıq əlaməti demək idi. Əgər razı deyillərsə, həmin dəsmala şiriniyyat qoyub onu geri qaytararlar.

Bundan başqa, səhər tezdən lal su gətirilir, mərasimdə iştirak edəcək qızlar hərə bir əşyasını, məsələn, sancaq və ya üzüyünü suya atarlar. Sonra suyun üstünü parça və ya güzgü ilə bağlayarlar. Axşamüstü balaca oğlan uşağı suyun ağzını açar, oradakı əşyalardan birini götürər, bu zaman qadınlardan biri üzünü başqa istiqamətə çevirərək müəyyən vəsfi-hal söyləyər. Sonra həmin insanın ürəyində tutduğu niyyət ilə vəsfi-hal arasında bir uyğunluq axtarılar. Bununla da niyyət tutan insanın arzsusunun həyata keçib-keçməyəcəyi müəyyənləşdirilər.

Növbəti bayram falı isə belədir:
İki alma götürüb, ona xəlvəti bir işarə qoyulur. Ürəkdə niyyət edilir, sonra balaca uşağı almalardan birini götürməyə çağırarlar. İşarə qoyulan alma seçilərsə, onda arzu çin olar.

Gənc və subay qızlar duzlu qoğal yeyərlər. Deyilənə görə, axşam yuxuda ona su verən gənc oğlan onun qisməti olarmış.



Bayramınız mübarək!

İlaxır çərşənbə


Geri dön

Angry Boy

  • 23 mart 2014 18:20
  • Məqalə: 348
  • Şərh: 6152
  • Bal:
meqale ucun tesekkurlerrrrr

Воровская

  • 21 mart 2014 19:42
  • Məqalə: 74
  • Şərh: 1343
  • Bal:
{awards}
tewekkurleerrr

--------------------




come back

  • 20 mart 2014 17:40
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
{awards}
Hər kəsi təbrik edirəm bayramımız mübarək. smile

Qaska_Quli

  • 19 mart 2014 20:07
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
Teshekkurrrrrrr

--------------------

Angry Boy

  • 19 mart 2014 17:57
  • Məqalə: 348
  • Şərh: 6152
  • Bal:
{awards}
meqale ucun tesekkurlerrr

^^Nazli^^

  • 19 mart 2014 11:07
  • Məqalə: 134
  • Şərh: 7629
  • Bal:
{awards}
Bayramınız mübarək!

--------------------

^^Nazlı Şeytan^^

  • 19 mart 2014 10:46
  • Məqalə: 254
  • Şərh: 8532
  • Bal:
{awards}
Butun Legend.az ailesini tebrik edirem

prensesa vefa

  • 19 mart 2014 00:48
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Təşəkkürler canim

Damlam

  • 18 mart 2014 23:32
  • Məqalə: 49
  • Şərh: 4697
  • Bal:
{awards}
TEBRIKLER AHMIYAA UGURLU OLSUN

--------------------
http:///user/İmza/

PércyDarkMoon

  • 18 mart 2014 22:56
  • Məqalə: 242
  • Şərh: 9513
  • Bal:
{awards}
Haminizi Tebrik edirem love

--------------------

melek_19

  • 18 mart 2014 22:51
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Tebrikler legend.az ailesi

--------------------

_YaLaN_DuNyAm_

  • 18 mart 2014 22:36
  • Məqalə: 1
  • Şərh: 483
  • Bal:
{awards}
butun legend.azlilarin bayrami tebriklerr

--------------------
Bir gun olsem eyer, mezarimi cox qazsinlar. Mezarimin ustune sevdayildi yazsinlar. Bir gun sen olsen eyer yanimda basdirsinlar mezarimin usdune qovuwdular yazsinlar.

ヅ Bad Girl ヅ

  • 18 mart 2014 21:43
  • Məqalə: 789
  • Şərh: 20233
  • Bal:
{awards}
Axır çerşenbeniz mübarek

--------------------

princessa_sevda

  • 18 mart 2014 21:37
  • Məqalə: 13
  • Şərh: 840
  • Bal:
{awards}
Bayraminiz mubarek..

--------------------
[/url]

Payız qoxulu

  • 18 mart 2014 21:31
  • Məqalə: 485
  • Şərh: 6415
  • Bal:
{awards}
hamin bayrami mubuw :)

--------------------

L115A1

  • 18 mart 2014 21:24
  • Məqalə: 12
  • Şərh: 1108
  • Bal:
{awards}
İlaxır çərşənbədə tonqal qalayanda yaş ağacdan istifadə olunmaz. Ərgən qızlar xeyli aralıda arxası qapıya tərəf durub ayaqlarındakı ayaqqabının sağ tayını qapıya doğru atarlar. Əgər ayaqqabının baş tərəfi qapıya doğru düşürsə, bu, həmin il qızın ailə qurub köçəcəyinə işarədir, yox əgər ayaqqabının arxası qapıya tərəf düşəcəksə, onda qız hələ bir qədər də gözləməli olacaq.

--------------------

^^MasaL^^

  • 18 mart 2014 21:19
  • Məqalə: 57
  • Şərh: 2563
  • Bal:
{awards}
Bayraminiz mubarek...

KiSs_Mee

  • 18 mart 2014 21:13
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}

recourse YUMUYTA ISTIYEEEEEMMMM no

--------------------
TuRaB <3

Zayn_Malik_fan

  • 18 mart 2014 21:05
  • Məqalə: 133
  • Şərh: 1681
  • Bal:
{awards}
Bayraminiz mubarek... Arzum odur ki, Allah teze ilde butun sevenleri qovuwdursun, hamiya xow gunler nesib etsin... Amin...

PSIXOPATKA

  • 18 mart 2014 20:50
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
Menda tebrıklere qowuluram :)

--------------------

^^KuKuLKa^^

  • 18 mart 2014 20:42
  • Məqalə: 770
  • Şərh: 11381
  • Bal:
{awards}
Her kesin bayrami mubarek winked

--------------------

мυsLiмαηκα

  • 18 mart 2014 20:38
  • Məqalə: 0
  • Şərh: 8834
  • Bal:
{awards}
вütün LeGenD_αZ αiLeмiи αxır çerşeивesini тевriк еdireм.. ツ

nuray sirinova

  • 18 mart 2014 20:34
  • Məqalə: 52
  • Şərh: 4133
  • Bal:
{awards}
BAYRAMINIZ MUBAREKK

so_sad

  • 18 mart 2014 20:32
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}

Bayramınız mübarək! smile

♛WøøWøøWøøW♛

  • 18 mart 2014 19:59
  • Məqalə: 206
  • Şərh: 1518
  • Bal:
{awards}
MeqaleyeGore7wkSuperMeqaled1;)

--------------------

ღKiRaZ MeVsİmCiღ

  • 18 mart 2014 19:37
  • Məqalə: 316
  • Şərh: 5421
  • Bal:
{awards}
Haminizin Bayrami Mubarek! smile

Allahi_Unutma

  • 18 mart 2014 19:34
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Her kesin bayramini tebrik edirem.

✰sevinc✰✰✰

  • 18 mart 2014 19:31
  • Məqalə: 0
  • Şərh: 13
  • Bal:
{awards}
ooooooooooooooooooooooooooooooooo gozelllllllllllllllllllll

ღ★ Firuzə ★ღ

  • 18 mart 2014 18:21
  • Məqalə: 359
  • Şərh: 8839
  • Bal:
{awards}
Hərkəsin Bütün LeGenD.Azlıların bayramını təbrik edirəm :)

--------------------

sonzeng2015

  • 18 mart 2014 18:14
  • Məqalə: 448
  • Şərh: 7004
  • Bal:
{awards}
Men de tebrik edirem her kesi.Axir çerşenbeniz mubarek.Qizlar da haminiza ugurlar yaxsi sozler esidin axsam qulaq falinda. wink tongue

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 12
Qonaqlar: 48
Cəmi: 84

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 44
Cəmi: 586
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 113
 
MiSS HaPPy)
Xəbərləri: 18
Cəmi: 27
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 424
 
ஐ Payiz ஐ
Xəbərləri: 12
Cəmi: 12
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
Arzu_zadeh
Xəbərləri: 6
Cəmi: 134
 
Dəlishka
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}