Dünyanın açılmayan sirləri: itmiş təyyarələr

 
Dünyanın açılmayan sirləri: itmiş təyyarələr


Son bir neçə gündə dünya mediası “Malaisa airlines” şirkətinə məxsus təyyarənin Vyetnam sahillərində itkin düşməsindən yazır. Söhbət gövdəsində 239 nəfər sərnişin və heyət üzvü olan Boeng777-200 təyyarəsindən gedir. Martın 8-nə keçən gecə Malayziya paytaxtının aeroportundan havaya qalxandan 1 saat sonra radarlardan yoxa çıxan təyyarə ilə radio əlaqəsi də kəsilib. Təyyarədən hər hansı kömək siqnalı qeydə alınmadığı, ərazidədə isə hava şəraitinin normal olduğu bildirilir.


Təyyarənin Cənubi Çin dənizinə düşdüyü ehtimalı ilə Vyetnam sahillərində axtarışlar aparılır.


Biz adətən belə səhnələri xarici filmlərdə görürük. Heyət üzvləri bir anda təlaşa düşür, bir az keçəndən sonra təyyarədən dumanlar çıxır və ... bildiyiniz qəza. Amma səs-sorağı aylarla çıxmayan, sərnişin yaxınları, eləcə də bütün ölkə üçün müəmmaya çevrilən itkin təyyarələr də tarixin səhifələrini az yükləməyib.


Bir təyyarə niyə itir?


Odur ki, biz də mövzunun aktuallığını nəzərə alıb, itkin düşən təyyarələrin hekayələrini araşdırmaq qərarına gəldik. Necə deyərlər, bir təyyarə necə itə bilər? Rəsmi versiyalara və qaydalara görə, bir təyyarənin itməsinin səbəblərindən biri onun strukturunda yaranan hər hansı problemdir. Bir çox təyyarənin materialı alüminiumdandır və zaman keçdikcə erroziyaya uğrayaraq aşınmalar baş verə bilər.


“Onların arasında yadplanetlilərin qaçırdıqları da var, pilotları intihar edənlər də...


Digər itmə səbəbi isə pis hava şəraiti ola bilər. Doğrudur, təyyarələr ən pis hava şərtlərinə qarşı uça biləcək formada hazırlanır. Amma tutaq ki, 2009-cu ilin iyununda “Air France”’ın Rio de Jeneyro-Paris uçuşu zamanı Atlantik okeanı üzərindən keçərkən yaxalandığı sərt fırtınalar nəticəsində qəzaya uğraması tipli halların da baş verməsi mümkündür.


Pilotun səhvi variantını da unutmayaq. Məhz bu zaman təyyarə avtomatik olaraq idarəetmədən çıxır və bəzən bunun fərqinə varanda gec olur. Nəticə etibarilə təyyarələr radarlarla əlaqənin kəsildiyi son nöqtədən 5-6 saat uzaqlıqda başqa bir nöqtədə tapıla bilir.


Təyyarənin bütün motorlarının sıradan çıxması da onun itməsinə səbəb ola bilər.


Və daha bir ehtimal - bombalanma da təyyarənin itməsi səbəbləri sırasında göstərilir. Tarix boyu bəzi təyyarələrin havada ikən partlaması nümunələri mövcuddur.


Qaçırılma ehtimalını da yaddan çıxarmayaq. Əsasən piratlar təyyarələri planlaşdırılan yox, başqa bir aeroporta enməyə məcbur edirsə, bu, qaçırılma sayılır. Bir çox hallarda isə 11 sentyabr nümunəsində olduğu kimi təyyarənin okeana yönləndirilməsi ehtimalı da mümkündür.


Bilmədiyimiz daha bir səbəb - pilot intiharı. 1990-cı illərdə iki sərnişin təyyarəsinin radarla əlaqəsinin kəsilməsi və daha sonra izsiz itməsinin kökündə pilot intiharının dayandığı qeyd edilir. Təyyarənin yanlışlıqla, hava sahəsini istifadə etdiyi ölkə tərəfindən vurulması da itkin düşmə səbəblərindən biri kimi qeyd olunur.

Təyyarə okeana girdi, 3 il sonra tapıldı...

Odur ki, misallarla nəzərinizə çatdırırıq ki, Malaziya Hava Yollarına aid təyyarənin “başına gələnlər” daha öncə də tarixdə yer alıb. Məsələn, 2009-cu ildə Air Francenin Rio de Ceneyro-Paris səfərini gerçəkləşdirən, 447 saylı itkin düşən təyyarəsinin tapılması üçün aparılan axtarış və xilasetmə tədbirləri 5 gün boyunca davam etmişdi. Baş verən qəzanın səbəbi buz kristallarının Airbus A330 tipi təyyarəsinin hava sensorlarını blok etməsi idi. Bu zaman da təyyarə Atlantik Okeanına çaxılmışdı. Təyyarənin yerinin tapılması əməliyyatları nə az, nə çox, düz 3 il davam etmişdi.


1962-ci ildə itib, hələ də tapılmır...


“Flying Tiger Line Hava Yollarının 1962-ci ilin martında başına gələn isə bu günə qədər yaşanmış ən böyük havaçılıq sirlərindən biri kimi qiymətləndirilir. Bu hərbi karqo təyyarəsi 90 nəfərlik əsgər heyətini Quamadan Filippinə aparmağa təhkim olunmuşdu. Amma bu təyyarənin ”başına" nə gəldiyi hələ də bilinmir. 1.300-dən artıq insan təyyarənin qalıqlarını tapmaq üçün əməliyyatlarda iştirak etdi, amma bu günə qədər heç nə tapılmadı. Tək bilinən isə odur ki, həmin vaxt Sakit okeandan keçən bir tankerin havada partlama görməsidir. Təyyarənin Sakit Okeana yaxın bir yerlərdə düşməsi təxmin edilir.


Bermud üçbucağı


Daha bir əfsanə isə Florida, Bermud Adası və Porto Riko arasında qalan üçbucaqla, başqa bir sözlə desək, “Bermud Şeytan Üçbucağı” və orada itən təyyarələrlə bağlıdır. Xüsusən 20-ci əsrin birinci yarısında bu sahədə tez-tez təyyarə və gəmilərin itməsi sirr olaraq qalır.


Havaçılıq tarixinin bir digər sirri isə STENDEC hadisəsidir. 1974-cü ilin 2 avqustunda Star Dust Hava Şirkətinə aid təyyarə enişdən cəmi 4 dəqiqə əvvəl Mors əlifbası isə “STENDEC” mesajını göndərmişdi. Amma mesajın nə məna verdiyi hələ də bilinmir. Aradan keçən illər ərzində bu təyyarədən heç bir iz tapılmadı. Amma 1998-ci ildə Argentinalı dağçılar təyyarənin motoruna aid bəzi hissələr kəşf etdilər. Bundan hərəkətə keçən Argentina ordusu 2000-ci ildə təyyarənin bütün qalıqlarını tapmağa nail oldu.


2009-cu ilin 1 iyununda “Air France”a aid Airbus A330 tipli təyyarəyə aid qalıqların və 216 sərnişin, 12 heyət üzvünün cəsədlərinin tapılması da asan olmadı. 6 iyunda Braziliya Hava Qüvvələri, təyyarənin qalıqlarının bir qismini və 51 sərnişinin cəsədini tapdıqlarını açıqladı. 17 iyunda isə bu şəxslərin cəsədləri çıxarıldı. Təyyarənin yerdə qalan qalıqlarını və digər sərnişinlərin cəsədini isə 3 dəfə cəhd edilməsinə baxmayaraq, tapmaq mümkün olmadı.


Yadplanetlilər qaçırıb, yoxsa pilot intihar edib?


Keçək tarixin ən sirli təyyarə qəzalarına...


- 1936-cı ildə Fransız pilot Jan Mermoz, Latecoere 300 tipli təyyarə ilə birlikdə Seneqalın paytaxtı Dakar sahillərinin 800 kilometrliyində motor problemi ucbatından itib. Təyyarənin izlərinə heç bir zaman rast gəlinməyib.


- Amerikalı pilot Amelia Erhart və yanındakı Fred Noonan ekvator boyunca dünyanın ətrafında gəzmək üçün 1937-ci ildə səyahətə çıxıblar. Amma təyyarənin yanacağı Sakit okeanın ortalarında qurtarıb və onlardan daha sonra heç bir xəbər çxımayıb. Amelia Erhartın Atlantik okeanını təkbaşına boydan-boya keçən ilk qadın pilot olduğunu isə xüsusi vurğulamaq yerinə düşər.


- Təyyarə qəzalarından danışıb da “Kişik Şahzadə”nin yazarı Antoniya de Seynt Ekzüperini yaddan çıxarmaq olmaz. İkinci Dünya Müharibəsinə qatılan ünlü yazar Almaniya ordusunun hərəkətlərini izləməyə təhkim edilmişdi. 31 mart 1944-cü ildə sonuncu dəfə havaya qalxdı və ondan sonra təyyarədən, eləcə də yazardan heç bir iz tapılmadı. Təyyarənin qalıqları isə 60 il sonra Marsilya yaxınlarında, dənizin dibində tapıldı. Bu mövzudakı spekulyasiyalar isə hər zaman tarix və ədəbiyyat dünyasında dolaşdı. İlkin versiyalara görə, bu, məşhur yazarı aradan götürmə planının tərkib hissəsi idi. Amma niyə? Bu barədə saysız-hesabsız cavablar var...


- 1945-ci ilin son ayında Mayami ilə Florida arasında gündəlik uçuşunu gerçəkləşdirən təyyarə Bermud Şeytan Üçbucağı adlı bölgədə itdi. İtmədən öncə göndərilən son radio mesajlarında pilotlar kompaslarının işləmədiyini bildirirdilər. Təyyarələrdən heç birinin izinə rast gəlinməyib.


- 2 avqust 1947-ci ildə Buenes Aires ilə Sandiyeqo arasında uçan Star Dust (British South American Hava Yollarına aid təyyarə) 11 sərnişinlə birlikdə itdi. Təyyarənin izlərinin 50 ildən sonra tapılması bəzi komplo versiyaların yaranmasına səbəb oldu. Onlardan biri də təyyarənin yadplanetlilər tərəfindən qaçırılması idi. Təyyarəyə aid olan Rolls Royce motorlarından biri və cəsədlər 4600 metr yüksəklikdə alpinistlər tərəfindən tapılıb. 2000-ci ildə isə Argentina ordusu təyyarənin digər izlərini tapmağa müvəffəq oldu. 2002-ci ildə 8 ingilis sərnişindən 5-nin şəxsiyyəti təsbit edildi.


- 1948-ci ilin dekabrında Porto Rikodan Mayamiyə getmək üçün havalanan Airborne Transporter DC-3 29 sərnişinvə 3 heyət üzvü ilə birgə uçuşun sonlarına doğru itdi. Təyyarənin və ölmüş sərnişinlərin izlərinə heç yerdə rast gəlinmədi. Bu da Bermuda Şeytan Üçbucağı ilə bağlı sirr pərdəsini bir daha təsdiqlədi.


- 13 noyabr 1972-ci ildə Uruqvay Hava Yollarına aid bir təyyarə 40 sərnişin və 5 heyət üzvü ilə birgə Andes silsilə dağlarını keçdiyi zaman itib. Qəzadan 27 gün sonra, artıq təyyarədən heç kimin sağ çıxmayacağı düşünüləndə 16 sərnişin sağ-salamat tapıldı. Daha sonra bu, bəzi filmlərə də mövzu verdi. Məlum oldu ki, həmin sağ qalan 16 nəfər qəzada ölən digər sərnişinlərin cəsədini yeyərək sağ qalmağa nail olub.

- 1996-cı ilin iyulunda Parisə getmək üçün Nyu-Yorkdan havalanan TVA-ya aid bir təyyarə havaya qalxandan qısa bir müddət sonra qəzaya uğrayıb. 230 nəfərin öldüyü qəza barədə şahidlər bildirir ki, təyyarə havada partlayıb. Partlayışın səbəbi bilinmir. Və onun izlərini tapmaq 3 il çəkib.


- 1999-cu ildə Misir Hava Yollarına aid sərnişin təyyarəsi Qahirəyə getmək üçün havalandıqdan qısa müddət sonra Atlantik Okeanına düşüb. 217 nəfərin öldüyü qəzanın səbəbi ilə müxtəlif iddialar var. Qara qutu araşdırılanda isə məlum oldu ki, pilot təyyarə okeana düşmədən əvvəl dəfələrlə “Allahım, sənə güvənirəm” deyib.

- 2007-ci ilin 1 yanvarında İndoneziyada qəzaya uğrayan Adam Air təyyarəsi 102 nəfərlə birlikdə okeanın sularında itib. Təyyarənin qara qutusu və bəzi hissələri yaxın keçmişdə tapılsa da, 102 nəfərdən hələ də xəbər yoxdur. /Yeni müsavat



Geri dön

ヅ Bad Girl ヅ

  • 25 mart 2014 17:36
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
мэQaLэуэ göяє тєѕєккυяLєя

--------------------

Payız qoxulu

  • 20 mart 2014 00:14
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
tewekkurler

--------------------

PércyDarkMoon

  • 19 mart 2014 21:42
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
tewekkurlr

--------------------

Qaska_Quli

  • 19 mart 2014 19:36
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrrrrr

--------------------

PSIXOPATKA

  • 19 mart 2014 19:24
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
COOOX SAGOLUNNN

--------------------

Angry Boy

  • 19 mart 2014 18:18
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
meqaleye gore tesekkurlerrrrrr

prosta ema

  • 19 mart 2014 14:49
  • Məqalə: 18
  • Şərh: 2270
  • Bal:
{awards}
xebere gore twk

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

ღ★ Firuzə ★ღ

  • 19 mart 2014 14:37
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
təşəkkürlərr

--------------------

nuray sirinova

  • 19 mart 2014 13:32
  • Məqalə: 52
  • Şərh: 4163
  • Bal:
{awards}
tesekurlerrrr

sessiz deniz

  • 19 mart 2014 13:31
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twklerrrrrrrrr

ヅ Bad Girl ヅ

  • 19 mart 2014 13:13
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
tewekkurler

--------------------

PSIXOPATKA

  • 19 mart 2014 11:50
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
XEBERE GRE TWK

--------------------

melek_19

  • 19 mart 2014 11:47
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Maraqli idi

--------------------

^^MasaL^^

  • 19 mart 2014 11:33
  • Məqalə: 57
  • Şərh: 2573
  • Bal:
{awards}
melumata gore twk canim

^^Nazli^^

  • 19 mart 2014 11:31
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
bax bele seylere gore teyyareden qorxuram

--------------------

^^Nazlı Şeytan^^

  • 19 mart 2014 10:54
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

Kapriznaya Dəcəlka

  • 19 mart 2014 10:49
  • Məqalə: 90
  • Şərh: 2876
  • Bal:
{awards}
Digər itmə səbəbi isə pis hava şəraiti ola bilər. Doğrudur, təyyarələr ən pis hava şərtlərinə qarşı uça biləcək formada hazırlanır. Amma tutaq ki, 2009-cu ilin iyununda “Air France”’ın Rio de Jeneyro-Paris uçuşu zamanı Atlantik okeanı üzərindən keçərkən yaxalandığı sərt fırtınalar nəticəsində qəzaya uğraması tipli halların da baş verməsi mümkündür.

--------------------

__MB__

  • 19 mart 2014 10:36
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
məlumata görə sağolun

_YaLaN_DuNyAm_

  • 19 mart 2014 10:25
  • Məqalə: 1
  • Şərh: 485
  • Bal:
{awards}
bu teyyareler offfff

--------------------
Bir gun olsem eyer, mezarimi cox qazsinlar. Mezarimin ustune sevdayildi yazsinlar. Bir gun sen olsen eyer yanimda basdirsinlar mezarimin usdune qovuwdular yazsinlar.

NikaLYa

  • 19 mart 2014 10:03
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
illk serh menden

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 52

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}