ən-Nəsr surəsinin izahı

 
ən-Nəsr surəsinin izahı

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Allahın köməyi və qələbə gəldiyi zaman,
2. insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə
3. həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!


ən-Nəsr (Kömək) surəsinin izahı
Məşhur İslam alimi Abdur-Rahmən əs-Sədi bu surəni izah edərkən deyir ki, bu surədə Allahın elçisinə müjdə verilir və ona bu müjdənin yetişdiyi zaman nə edəcəyi əmr edilir. Burada həm­çinin bunun nə ilə nəticələn­məsinə işarə və xəbərdarlıq vardır. Surədəki müj­də Allahın Öz elçisinə kömək göstər­məsi, Peyğəmbərin Mək­kəni fəth etməsi, insanların dəstə-dəstə Allahın dininə da­xil olması, əvvəl Peyğəmbərə düşmən olan müşrik­lərin sonradan onun tərəf­darına və köməkçilərinə çevrilməsidir. Allahın köməyi və zəfər yetişdiyi zaman Peyğəm­bə­rin nə edəcəyinə gəlincə, bu, onun müjdə yetişdiyi zaman Rəbbinə şükür etməsi, Onu həmd-səna etməsi və Ondan bağışlanma diləməsidir. Surədə olan işarə və xəbərdarlığa gəldikdə isə qeyd etmək lazımdır ki, burada iki məsələyə işarə edilir.
Birincisi odur ki, Allah tərəfindən İslam dininə olan kömək davamiyyətli ola­caq və bu kömək Allahdan bağışlanma diləməklə artacaq. Çünki Allahın bən­dələrinə verdiyi nemətlərin artı­rılması Ona edilən şükrün müqabilin­dədir. Uca Allah buy­urur:
“Əgər Mənə şükür etsəniz, sizə olan nemətimi artıraram” (İbrahim, 7).
Artıq Allahın köməyi və zəfər rəşidi xəlifə­lərin dövründə və sonrakı dövrlərdə müsəlman­lara yetişmiş və uzun müddət davam etmişdir. Belə ki, İslam dini başqa dinlərin çatmadığı bir səviyyəyə çatmış və bu dinlərə nisbətən İslamı daha çox insan qə­bul etmişdir.
İkin­ci işarə isə Peyğəmbərə əcəlinin yaxınlaşması və öm­rünün sona çatmasıdır. Bu surə­də Allah, namaz, həcc ziyarəti və s. xeyirxah işlərin Ondan bağışlanma dilə­məklə tamamlanmasını əmr edir. Bu halda Allahın Öz elçisinə Onu həmd-səna etməsini və Ondan bağışlanma diləməsini əmr etməsi Onun ömrünün sona çatma­sı­na işarədir ki, Rəbbi ilə görüşəcəyinə hazırlaşsın və ömrünü ləyaqətlə başa çatdırsın. Muhəmməd peyğəmbər bu ayələrdən lazımı nəticəni çıxarmış, onu namazın ruku və səcdəsin­də tətbiq et­mişdir.
Aişə rəvayət edir ki, Peyğəmbər və­fat etməmişdən əvvəl bu duanı çox oxu­yardı: “Allahummə subhanə­kə və bihəmdikə, əstəğfirukə və ətubu ileyk!” (Alla­hım, Sən pak və müqəddəssən, bütün həmdlər yalnız Sənə məxsusdur. Allahım, Sən­dən bağışlanma diləyirəm və Sənə tövbə edirəm!)” (Səhih Muslim).


Geri dön

ヅ s a y k a. ヅ

  • 13 aprel 2014 23:34
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------
♥Sayka♥


Qaska_Quli

  • 27 mart 2014 10:34
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
teshekkurrrr

--------------------

ヅ Bad Girl ヅ

  • 26 mart 2014 19:30
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

sessiz deniz

  • 25 mart 2014 21:23
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunnnnnnnnn

Angry Boy

  • 25 mart 2014 17:02
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
meqal eucun tesekkruelrrr

✰BeAuTiFuL✰

  • 25 mart 2014 07:06
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

PSIXOPATKA

  • 25 mart 2014 00:32
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Sessiz Melodiya

  • 24 mart 2014 21:00
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
heyatim bir anliq,
sensiz kecdi qaranliq.

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

Damlam

  • 24 mart 2014 19:15
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
ALLAH RAZI OLSUNNNNN love

--------------------
http:///user/İmza/

ヅ Bad Girl ヅ

  • 24 mart 2014 17:38
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

L115A1

  • 24 mart 2014 16:10
  • Məqalə: 12
  • Şərh: 1135
  • Bal:
{awards}
Allah razi olsun

Allah razi olsun

--------------------

ღ★ Firuzə ★ღ

  • 24 mart 2014 15:30
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------

melek_19

  • 24 mart 2014 15:15
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun....

--------------------

Pink Life:)))

  • 24 mart 2014 14:58
  • Məqalə: 0
  • Şərh: 212
  • Bal:
{awards}
ALLAH razi olsun....lazim olan SURENI VERDINIZ

--------------------
Heყat ყaşayaмadιğιмιz "BeLKeleR"... ყaşadιgιмιz "KaşKileR" ve iciмizde tutduğuмuz"NeYSe"lerden ibaretdir.

Allahi_Unutma

  • 24 mart 2014 14:57
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Allahın köməyi və qələbə gəldiyi zaman,
2. insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə
3. həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!

prosta ema

  • 24 mart 2014 14:17
  • Məqalə: 18
  • Şərh: 2270
  • Bal:
{awards}
allah razi olsun

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

^^Nazlı Şeytan^^

  • 24 mart 2014 14:07
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

_keleBek_)

  • 24 mart 2014 13:43
  • Məqalə: 63
  • Şərh: 3033
  • Bal:
{awards}
tewekkurlerrr...))

ALLAH razi olsun...

--------------------

__MB__

  • 24 mart 2014 13:32
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
Allah razı olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 19
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}