Mələklər Allahın əsgərləridir

 
Mələklər Allahın əsgərləridir


Mələklər Uca Allahın əsgərləridirlər. Allah onlara mühüm işlər, böyük vəzifələr tapşırmış və bunları kamil şəkildə yerinə yetirə bilmələri üçün onlara qüdrət vermişdir. Bu vəzifələr müxtəlif qismlərə bölünür:

Mələklərdən eləsi vardır ki, ona dağlar tapşırılıb. Dağlar mələyi barədə peyğəmbərliyin əvvəlində Peyğəmbərimizin Taif şəhərinə gedərək taifliləri dəvət etdiyi, onların da onu qəbul etmədikləri barədə hədisdə danışılır. Həmin hədisdə Peyğəmbər - sallallahu aleyhi və səlləm - belə demişdir:
“Mən başımı yuxarı qaldırıb üstümə kölgə salan bir bulud gördüm. Mən buluda diqqət yetirdikdə içində Cəbraili gördüm. O məni səsləyib dedi: “Allah sənin qövmünün nə dediklərini və sənə necə rədd cavabı verdiklərini eşitdi. Rəbbin dağlar mələyini sənin yanına göndərib ki, onları bəlaya düçar etmək xüsusunda istədiyini bu mələyə əmr edəsən.” Dağlar mələyi mənə salam verdikdən sonra dedi: “Ey Muhəmməd, nə istəyirsənsə, buyur! İstəyirsənsə, bu iki dağı onların başına uçurdum!” Peyğəmbər dedi: “Xeyr, mən ancaq onu diləyirəm ki, Allah onların belindən Tək Allaha ibadət edən və Ona heç bir şeyi şərik qoşmayan kimsələr gətirsin!” (Səhih əl-Buxari, 3231).
İki dağ deyildikdə, Məkkədə yerləşən Əbu Qubeys dağı və onun qarşısındakı dağ nəzərdə tutulur.

Həmçinin, bətnlərdə olanlara müvəkkil edilmiş mələk vardır. Peyğəmbər demişdir: “Allah mələklərdən birinə buyurub ki, desin: “Ey Rəbbim, nütfədir, ey Rəbbim laxtalanmış qandır, ey Rəbbim ət parçasıdır.” Uca Allah bəndəsinə can verdikdə isə mələk soruşar: “Kişimi, ya qadınmı? Xoşbəxtmi, ya bədbəxtmi? Ruzisi və əcəli necə olacaq?” Beləliklə bütün bunlar uşağa anasının bətnində ikən yazılar.”

Bəzi mələklər Cənnətin gözətçiləridir. Uca Allah buyurur: “Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Sizə salam olsun! Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!” (Zumər, 73).
Həmçinin buyurur: “Əməlisaleh ataları, zövcələri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olacaqlar” (ər-Rəd, 23).

Bəzi mələklər isə Cəhənnəmin gözətçiləridir. Onlar da Zəbani adlanırlar. Onların başçıları on doqquzdur. Uca Allah buyurur:
“Odda olanlar Cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə yalvarın ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!” (Ğafir, 49).
Uca Allah buyurur: “Qoy o öz yığnağını çağırsın. Biz də Zəbaniləri çağıracağıq” (əl-Ələq, 17-18).
Uca Allah buyurur: “Onun üzərində on doqquz gözətçi mələk vardır. Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik” (əl-Müddəssir, 30-31).
O, həmçinin buyurur: “Onlar Cəhənnəm gözətçisini çağırıb deyəcəklər: “Ey Malik! Qoy Rəbbin canımızı alıb qurtarsın!” O isə: “Siz burada əbədi qalacaqsınız!”– deyəcək” (əz-Zuxruf, 77).

Səhih hədislərdə də Malikin Cəhənnəmin gözətçisi olması, habelə Peyğəmbərin onu görməsi barədə hədislər vardır. Peyğəmbər demişdir: “Bu gecə gördüm ki, iki kişi mənim yanıma gəlib dedilər: “Bu, Cəhənnəm odunu alovlandıran, Cəhənnəmin gözətçisi Malikdir, mən Cəbrailəm, bu isə Mikaildir.”

Bəzi mələklər isə gəzib dolaşanlardır. Onlar gəzərək Allahın adı zikr olunan məclisləri axtarırlar. Peyğəmbər demişdir: “Allahın yollarda gəzib dolanaraq Allahı zikr edən insanları arayan mələkləri vardır. Onlar Allahı zikr edən bir camaata rast gəldikdə bir-birini çağırar və: “Axtardığınızın yanına gəlin!”– deyərlər. Sonra da onlar bu camaatı öz qanadları ilə dünya səmasınadək əhatəyə alarlar...”
Bu mələklər insanları qoruyan mələklərdən əlavədirlər. Həmçinin rəvayət olunmuşdur ki, bu mələklər ümmətindən Peyğəmbərə salam göndərənin salamını ona çatdırır. Peyğəmbər demişdir: “Həqiqətən Allahın yer üzərində gəzib dolanan mələkləri vardır. Onlar ümmətimin salamlarını mənə çatdırırlar.”

Mələklərdən bəziləri də əməlləri yazan, möhtərəm mələklərdir. Onların işləri məxluqatın əməllərini yazıb onları siyahıya almaqdır.
Uca Allah buyurur: “Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır – çox möhtərəm, əməllərinizi yazanlar. Onlar sizin nə etdiklərinizi bilirlər” (əl-İnfitar, 10-12).
Həmçinin buyurur: “Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın” (Qaf, 17-18).
İnsanın sağında bir mələk, solunda da bir mələk vardır. Sağdakı mələk yaxşı əməlləri, soldakı isə pis əməlləri qeyd edir.


Geri dön

ヅ s a y k a. ヅ

  • 23 aprel 2014 17:40
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
Allah razi olsun

--------------------
♥Sayka♥


ヅ s a y k a. ヅ

  • 13 aprel 2014 23:33
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
♥Sayka♥


Qaska_Quli

  • 27 mart 2014 11:48
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
ALLAH razi olsunn

--------------------

ヅ Bad Girl ヅ

  • 26 mart 2014 19:28
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

L115A1

  • 26 mart 2014 11:56
  • Məqalə: 12
  • Şərh: 1135
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

sessiz deniz

  • 25 mart 2014 21:16
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunnnnnnnnnn

Angry Boy

  • 25 mart 2014 16:23
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
ALLAH Razi Olsun

^^MasaL^^

  • 25 mart 2014 15:57
  • Məqalə: 57
  • Şərh: 2573
  • Bal:
{awards}
ALLAH RaZI oLSuN

ღ★ Firuzə ★ღ

  • 25 mart 2014 14:31
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------

Sessiz Melodiya

  • 25 mart 2014 14:04
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
Tewekkurler

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

prosta ema

  • 25 mart 2014 13:09
  • Məqalə: 18
  • Şərh: 2270
  • Bal:
{awards}
allah razi olsun

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

prosta barbi

  • 25 mart 2014 12:34
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..

Kapriznaya Dəcəlka

  • 25 mart 2014 12:30
  • Məqalə: 90
  • Şərh: 2876
  • Bal:
{awards}
Həmçinin, bətnlərdə olanlara müvəkkil edilmiş mələk vardır. Peyğəmbər demişdir: “Allah mələklərdən birinə buyurub ki, desin: “Ey Rəbbim, nütfədir, ey Rəbbim laxtalanmış qandır, ey Rəbbim ət parçasıdır.” Uca Allah bəndəsinə can verdikdə isə mələk soruşar: “Kişimi, ya qadınmı? Xoşbəxtmi, ya bədbəxtmi? Ruzisi və əcəli necə olacaq?” Beləliklə bütün bunlar uşağa anasının bətnində ikən yazılar.”

--------------------

PSIXOPATKA

  • 25 mart 2014 12:18
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

melek_19

  • 25 mart 2014 12:04
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------

NikaLYa

  • 25 mart 2014 11:57
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
tewekkurler

--------------------

ヅ Bad Girl ヅ

  • 25 mart 2014 11:56
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Damlam

  • 25 mart 2014 11:34
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
allah razi olsun love

--------------------
http:///user/İmza/

noo gril frend

  • 25 mart 2014 10:39
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
ALLAH razi olsun

^^Nazlı Şeytan^^

  • 25 mart 2014 10:35
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

__MB__

  • 25 mart 2014 09:57
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
Allah razı olsun

THIS IS LEGEND

  • 25 mart 2014 09:03
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
Allah razı olsun..

kitaykaa

  • 25 mart 2014 08:43
  • Məqalə: 0
  • Şərh: 243
  • Bal:
{awards}
Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 32

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}