Təsəvvüf, təkamül, sufiləşmə

 
Təsəvvüf, təkamül, sufiləşmə

Məşhur ruhani alim və arif Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai “Əl-Mizan” təfsirində Qurani-kərimin müvafiq məzmunlu ayələrini şərh edərkən dəfələrlə irfan və təsəvvüf mövzusuna, bunların İslam dini ilə uyğunluq və ziddiyyətlərinə, irfanda araşdırılan əsas məsələlərin izahına toxunmuş və qənaətbəxş məlumatlar vermişdir.

Əllamə Təbatəbai Maidə surəsinin 15-19-cu ayələrinin təfsirində İslamın ilk əsrlərində müsəlmanlar arasında yayılmış nəzəri elmlər və fikri cərəyanlar barəsində qısa bəhs açaraq, müsəlmanların zehn və düşüncəsinin doğurduğu müsbət və mənfi əqidələrin təhlilini verir. Müəllif hicrətin ilk əsrlərində hədis, ədəbiyyat, fəlsəfə, kəlam, hikmət və s. elmlərin inkişaf səviyyəsini və təkamül mərhələlərini qeyd etdikdən sonra sufiliyin yaranması məsələsinə toxunaraq yazır:

“Həmin dövrdə (yəni hicrətin I əsrinin sonları - II əsrin əvvəllərində) müsəlmanlar arasında sufiləşmə prosesi görünməyə başladı. Əlbəttə, sufilik hələ ilk xəlifələrin dövründən qaynaqlanırdı və o zamanlar zahidlik şəklində özünü göstərirdi. Abbasilər sülaləsinin hakimiyyətinin əvvəllərində Bayezid Bistami, Cüneyd Bağdadi, Şibli, Məruf Kərxi kimi şəxslər meydana çıxdı, sufilər bütövlükdə təzahür edib özlərini göstərdilər.

Onların əqidəsi budur ki, insan kamilliyinin və həqiqi maarif əldə etməyin yolu şəriətdə nəzərdə tutulan təmrinlərin (riyazət) bir növü olan təriqətə daxil olmaqdır və bu üsulla həqiqətə çatmaq mümkündür. Onların böyük əksəriyyəti (istər şiə, istərsə sünni yönümlü olsunlar) özlərini Əliyə (ə) mənsub və bağlı sayırlar.

Onlar kəramət sahibi olduqlarını iddia edir, dinin zahiri ilə və ağlın hökmü ilə uyğun gəlməyən sözlər danışırdılar. Deyirdilər ki. dinin zahiri də elə onların dediklərini bildirir, amma zahiri (üst qatı) görənlər bu məqamları dərk etmirlər. Bu fikirlər fəqihlərə və ümumiyyətlə, müsəlmanlara ağır gəldi, sufiləri tənqidə başlayıb, onlardan bizarlıq etdilər, küfrlərinə fətva verdilər. Çoxlarının aqibəti həbs, şallaqlanma, qətl, çarmıxa çəkilmə və sürgün oldu. Hamısının səbəbi bu idi ki, onlar (sufilər) “şəriətin sirləri” adlandırdıqları çılpaq və “qabığı soyulmuş” mətləblərdən söz açırdılar. Halbuki əgər doğrudan da belədirsə, yəni onların dedikləri dinin zahiri (qabığı) altında qalan həqiqətdirsə (iç, cövhər) və bunları açıb söyləmək tələb olunursa, şəriəti gətirən şəxs (yəni Peyğəmbərin özü) bu işə onlardan daha layiqdir. Bu halda Peyğəmbərə vacib olardı ki, sirləri açıb bəyan etsin. Və əgər bu sirlər haqq deyilsə, deməli, mütləq olaraq zəlalətdir. Çünki haqdan savayı hər şey zəlalət və azğınlıqdan ibarətdir.

Onlar (sufilər) əvvəlcə öz fəaliyyətlərində və təriqət əqidəsinin nümayişində söz təbliğatından və söhbətlərdən irəli getmirdilər. Lakin sonralar, ürəklərdə yer tutduqdan sonra hicrətin III əsrindən başlayaraq, kitablar və məqalələr yazdılar. Daha sonra bir qədər də irəli gedərək, “həqiqət” və “təriqət” barədə etiqadlarını açıq-aşkar söylədilər, nəzm və nəsrlə deyilmiş kəlamlarını dünyaya yaydılar.

Daim tərəfdar və qüvvə toplayaraq, kütlənin qəlbində öz yerlərini möhkəmlətdilər. Hicri VI və VII əsrlərdə hörmət və etimadları ən yüksək nöqtəyə çatdı və bundan sonra zəifləyib süquta doğru üz qoydular. Tədricən fəaliyyətləri zəiflədi və camaat onlardan üz döndərdi”.


Geri dön

ヅ Bad Girl ヅ

  • 25 mart 2014 17:40
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
мэQaLэуэ göяє тєѕєккυяLєя

--------------------

PércyDarkMoon

  • 20 mart 2014 11:29
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Tewekkurler

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 20 mart 2014 08:55
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
serhlere gore minnetdaram cox sagolun:*

Payız qoxulu

  • 20 mart 2014 00:21
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
tewekkurler

--------------------

Qaska_Quli

  • 19 mart 2014 19:42
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrrrrr

--------------------

Angry Boy

  • 19 mart 2014 18:22
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
meqaleye gore tesekkurlerr

prosta ema

  • 19 mart 2014 14:57
  • Məqalə: 18
  • Şərh: 2270
  • Bal:
{awards}
twklerrrrrrrrrrrrrrrrrrrrr

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

ღ★ Firuzə ★ღ

  • 19 mart 2014 14:45
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
təşəkkürləərr

--------------------

sessiz deniz

  • 19 mart 2014 14:16
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twklerrrrrrrrrrr

ヅ Bad Girl ヅ

  • 19 mart 2014 13:25
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
tewekkurler

--------------------

^^MasaL^^

  • 19 mart 2014 11:53
  • Məqalə: 57
  • Şərh: 2573
  • Bal:
{awards}
tewekkurler...

melek_19

  • 19 mart 2014 11:51
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun meqale ucun.....

--------------------

Kapriznaya Dəcəlka

  • 19 mart 2014 11:10
  • Məqalə: 90
  • Şərh: 2876
  • Bal:
{awards}
Daim tərəfdar və qüvvə toplayaraq, kütlənin qəlbində öz yerlərini möhkəmlətdilər. Hicri VI və VII əsrlərdə hörmət və etimadları ən yüksək nöqtəyə çatdı və bundan sonra zəifləyib süquta doğru üz qoydular. Tədricən fəaliyyətləri zəiflədi və camaat onlardan üz döndərdi”.

--------------------

^^Nazlı Şeytan^^

  • 19 mart 2014 11:03
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

_YaLaN_DuNyAm_

  • 19 mart 2014 10:46
  • Məqalə: 1
  • Şərh: 485
  • Bal:
{awards}
tewekkurlerrrr

--------------------
Bir gun olsem eyer, mezarimi cox qazsinlar. Mezarimin ustune sevdayildi yazsinlar. Bir gun sen olsen eyer yanimda basdirsinlar mezarimin usdune qovuwdular yazsinlar.

__MB__

  • 19 mart 2014 10:43
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
təşəkkürlərrr

NikaLYa

  • 19 mart 2014 10:34
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
ilk serh menden

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 29
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}