Allah bəndəçiliyi

 
Allah bəndəçiliyi


“İnsanlarla hesablaşmağa çalışmayın, min sifətli olarsınız.”

Yazırlar ki, qədim ərəblərin quldarlıq sistemində belə bir məsələ var imiş. Demək, iki növ qullar olurmuş; Bir ağanın qulu olan qullar, bir neçə ağanın müştərək olaraq qulu olan qullar. Bir ağanın qulu olan qulun işi çox rahat olarmış. “Ağa dedi sür dərəyə, sür dərəyə!” məsələsi kimi. Ağa nə desə onu edərmiş, vəssəlam! O yan-bu yan olanda, iş düz gətirməyəndə də ağasını göstərib deyərmiş:

Nəyi əmr etdi isə mən onu icra etdim
Siz məni danlamayın, vallah günahkar o idi.


Belə qul bir ağanın nazını çəkər, bir ağanın zülmünə dözər, əmri düz icra etməyəndə də bir ağa tərəfindən döyülər-söyülərmiş.

İkinci növ qulların isə (bir neçə ağanın müştərək qulu olan qulların) işi çoooox fırığ olarmış. Təsəvvür edin, bir ağa deyir, sür dərəyə, o biri deyir sür bostana, başqa biri isə ümumiyyətlə sürmə, deyir. İndi bu beçara qul neyləsin?! Ya gərək hər hansı bir ağanın sözünü tərcih edib icra etsin və o birilərin kötəyini yesin, ya gərək heç birinə qulaq asmayıb bütün ağaların qəzəbinə tuş gəlsin...
Ona gərə qullar arasında tək bir ağanın qulu olan qulların öz aralarında xüsusi çəkisi, hörməti və “avtoriteti” olarmış. Hətta deyilənlərə görə müştərək qullar bir neçə ağanın quldarlığından canını qurtarıb bir ağanın qulu olmaq şərəfinə nail olduğu günü doğum günü kimi qeyd edərmişlər...


Hə, bu doğrudan da belə imiş. Sizə deyim ki, bu məsələ Qurani-Kərimdə də əks olunub. Ulu Yaradan bu tendensiyanı misal çəkməklə öz bəndələrinə ali bir mənanı izah etməyə çalışıb. Ayə belədi:

“Allah bir məsəl çəkir: Bir adamın (kölənin) bir-biri ilə çəkişən (pis xasiyyətli) bir neçə şərikli ağası var (hərəsi onu öz istədiyi tərəfə çəkir). Başqa bir adamın da yalnız bir ağası var. Onların hər ikisi vəziyyətcə eyni ola bilərmi?!” (Zümər. 29)

Allah bu misal ilə bəndəsinə, ey bəndəm, məni dinlə deyir. Yox, belə demir, YALNIZ məni dinlə deyir. Yalnız mənim qulum ol, deyir. Hürkməyək! Allahın qulu olmaq nə deməkdi? Allaha odun yığmaq, su daşımaq, yemək bişirmək, qoyun otarmaq və s.?! Xeyir, Allahın qulu olmaq yəni yalnız onu dinləmək, yalnız onun sözü ilə oturub-durmaq.

Qul sözü biz insanlara tanış olduğu üçün Allah bu ifadəni işlədir. Əslində isə Allahla bəndə arasında olan münasibət ağa-qul münasibəti deyil. Ağanın qula əmrləri ağanın özü üçün, Allahın bəndəyə əmrləri isə yalnız bəndəsi üçündü. Qulluq ilə, bəndəçilik arasında olan ən böyük fərq məhz budur!

Allah – mən doğrunu da, əyrini də sənə göstərdim deyir. Seçim sənin özünündü. Bundan artıq azadlıqmı olar, dost?! Bəndəsinin hər şeyini verən, onu yoxdan var edən Allah yenə də despotluq etmir, günhakarı anında cəzalandırmır, ona qiyamətədək vaxt verir...

Bəli, dostum! Yalnız – vahid Allahın bəndəsi ola bilmək. Yəni Tövhid. Böyük məqamdı. Dərbədərlik və girincçilikdən xilas olmaqdı. Vahid mərkəzdən idarə olunmaq, vahid mərkəzdən əmr almaq, vahid rəhbərə hesab vermək... insanı insan edən məhz budur.

Baxın, mən həmişə deyirəm, insanlarla hesablaşmağa çalışmayın, min sifətli olarsınız. Çünki insanlar, onların maraqları, dünyabaxışları və s. müxtəlifdi. Siz hansına hesab verəcəksiniz?!
İnsanın hesablaşacağı vahid qüvvə Allahı olmalıdır. Allah bunu istədi deyə mən bunu edirəm, vəssəlam. Qoy kim necə düşünürsə düşünsün. İmam Sadiq (ə) buna görə deyirdi:


“Sənin bağlı ovucunun içində bir girdəkan var, hamı deyir qızıldı. Bunun sənə nə xeyri olacaq?! Və yaxud əksinə, sənin ovucunda qızıl var, hamı deyir ki, ovucundakı çürük bir girdəkandı, bunun sənə nə ziyanı olacaq, nə dəyişəcək ki?!”
Heçnə.
Ona görə də Kamil insan yalnız - Allahın təlimləri əsasında yaratdığı özü ilə - vicdanı ilə hesablaşır. O aydın və net, açıq və konkretdi.

Yaxşı. İnsan Allahın bəndəsi olmayanda nə olur?! Onun bəndəçiliyindən çıxan kimi insan düşür nəfsin, şeytanın, dünyanın, adın, sanın...əsarətinə. Onların qulu olur. Eyni ilə müştərək ağaların qulu olan qul kimi. Biri belə əmr edir, biri elə... İnsan bu “rəngarəng” ağalara qulaq asa-asa azır, çaşır, başını itirir və sonda nə edir? Bütün bu sərgərdanlıq əzabından qurtulmaq üçün həyatla ölüm arasına bir ip çəkir və ipdən sallanaraq həyatdan ölümə doğru sürüşür – özünü asır...


...AŞURADA bəndəçilik var. Ordakıların titulu budur: Allah bəndələri. Bu, kiçik məqam deyil e, əziz dostlar! İmam Əli (ə) Bir münacatında görün nə gözəl deyir:

“Fəxr etmək üçün mənə bu bəs edər ki, mən sənin bəndən olum.”

Bu hüzurdu, aramlıqdı. Mən öz başına deyiləm bu dünyada, mənim sahibim və yiyəm var, mənim bütün etdiklərim diqqətdədir, müstənəddir deməkdi. Belə insan özünü heç zaman tənha və yalqız hiss etmir. Heç vaxt...
Baxın, indi məndən çox uzaqlarda olan bir dəyərli dost gözəl demişdi:

“Yalnız – birinin qollarında məhdudlaşan azadlıq gözəldi.”

Bəli. Doğrudan da belədi. Mütləq azadlıq puçluqdu, heçlikdi, mənasızlıqdı.
Azadlığını məhdudlaşdırmağa güvənli QOLLAR tapmayıncaya qədər xoşbəxtliyi dada bilmir insanoğlu.
Müəyyən birinin qollarına məxsus olmayan kəsə qucaq açmaq istəyən, sahibsiz görüb sarmaq istəyənlər də çox olur. Amma bu ağuşların hamısı xoşbəxt edə bilmir insanı. Din də bundan başqa bir söz demir ki. Deyir, ey bəndə, gəl Xaliqinin ağuşuna sığın, yalnız onun rəhmət qucağı səni xoşbəxt etməyə qadirdi...

İctimai-siyasi müstəvidə də belədir; Allahın qulu olmayan, müxtəlif cərəyanların, partiyaların və siyasətlərin alətinə çevrilir. Məsələ budur! Məsələ budur ki, hətta müsəlmanımız da gərəkdiyi qədər Allah bəndəsi deyil. Ona gərədə bugün dünyada ən çox onun-bunun aləti olan da elə bəndəçilik iddiası edən müsəlmandı. Allahın bəndəsi olsaydı, həm nəfsinin, həm şeytanın, həm dünyanın ağası olardı müsəlman. Amma nə yazıq ki, olmadı...

AŞURA “Allahdan başqa İlah yoxdu” şüarının təcəssüm məkanıdı.
AŞURADA Allahdan başqa heçnə yoxdu. Nə qorxu var, nə tamah var, nə nəfs var, nə şeytan var, nə dünya var, nə nemətləri var. Hətta adicə su da yoxdu. Təsəvvür edirsiz?!
AŞURADA olan yeganə şey İlahi istəkdi – bəndəçilikdi.

Allah deyir “ağalar”, bütlər məhv olunmalıdır. Nəfs də, Şeytan da, hətta məsələn, komplekslər də bir növ bütlərdi. Elə bəzi mənasız ictimai qınaqlar da belədir.
Yalnız bütün bu bütləri sındırdıqda müsəlman əsl Allah bəndəsi ola biləcəkdır. Yoxsa özünü aldatmasın, elə o da bütpərəst kimi bir şeydi.

İlqar Kamil.


Geri dön

ヅ Bad Girl ヅ

  • 29 mart 2014 19:20
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------

Angry Boy

  • 29 mart 2014 16:25
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

✰BeAuTiFuL✰

  • 29 mart 2014 04:32
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun

Sessiz Melodiya

  • 27 mart 2014 23:13
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
teshekkurler

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

PércyDarkMoon

  • 27 mart 2014 19:10
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Qaska_Quli

  • 27 mart 2014 18:38
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
teshekkurrr

--------------------

ヅ Bad Girl ヅ

  • 27 mart 2014 17:26
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

_keleBek_)

  • 27 mart 2014 17:19
  • Məqalə: 63
  • Şərh: 3033
  • Bal:
{awards}
tewekkurlerr...))

--------------------

Payız qoxulu

  • 27 mart 2014 16:45
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

_YaLaN_DuNyAm_

  • 27 mart 2014 15:34
  • Məqalə: 1
  • Şərh: 485
  • Bal:
{awards}
Allah sizden razi olsun

--------------------
Bir gun olsem eyer, mezarimi cox qazsinlar. Mezarimin ustune sevdayildi yazsinlar. Bir gun sen olsen eyer yanimda basdirsinlar mezarimin usdune qovuwdular yazsinlar.

melek_19

  • 27 mart 2014 15:28
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun....

--------------------

ЛЮБИМКА

  • 27 mart 2014 15:21
  • Məqalə: 53
  • Şərh: 2518
  • Bal:
{awards}
tewekkurler

prosta ema

  • 27 mart 2014 14:47
  • Məqalə: 18
  • Şərh: 2270
  • Bal:
{awards}
Allah deyir “ağalar”, bütlər məhv olunmalıdır. Nəfs də, Şeytan da, hətta məsələn, komplekslər də bir növ bütlərdi. Elə bəzi mənasız ictimai qınaqlar da belədir.
Yalnız bütün bu bütləri sındırdıqda müsəlman əsl Allah bəndəsi ola biləcəkdır. Yoxsa özünü aldatmasın, elə o da bütpərəst kimi bir şeydi.

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

ღ★ Firuzə ★ღ

  • 27 mart 2014 14:44
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

prosta barbi

  • 27 mart 2014 14:10
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

NikaLYa

  • 27 mart 2014 14:07
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
tewekkurler

--------------------

^^Nazlı Şeytan^^

  • 27 mart 2014 14:05
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

вคɴค iкiмizi คɴlคт ❤

  • 27 mart 2014 14:03
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Allah razi olsunnnnnn

Manoliya

  • 27 mart 2014 13:55
  • Məqalə: 46
  • Şərh: 2945
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------

hicab menim secimim

  • 27 mart 2014 13:48
  • Məqalə: 22
  • Şərh: 126
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TEWEKKURLER

Damlam

  • 27 mart 2014 13:44
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
allah razi olsunnn

--------------------
http:///user/İmza/

sessiz deniz

  • 27 mart 2014 13:44
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunnnnnnnn

Roya_____

  • 27 mart 2014 13:42
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun canım

PSIXOPATKA

  • 27 mart 2014 13:30
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

ILK SERH tongue

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 39
Cəmi: 51

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}