Tənbəlliyə necə qalib gələk?

 
Tənbəlliyə necə qalib gələk?

Tənbəllik insanların əksəriyyətinin xasiyyətinə çevrilmişdir. Bəzən insan bir iş görmək qərarına gəlir. Lakin bu işi görməyə onun nə həvəsi olur, nə də enerjisi çatır. Belə bir fikir var: tənbəllik deyilən şey yoxdur. Biz bu fikri belə analiz edə bilərik ki, insan bu işi sadəcə görmək istəmir və onun bu işi görmək üçün kifayət qədər motivasiyası yoxdur. Bu haqda hər nə qədər yazı oxusa, film izləsə, mühazirə dinləsə də onda təsir qoymur. Məncə, insan üçün bir iş zəruri sayılsa el arasında tənbəl kimi tanınsa belə onu yerinə yetirəcəkdir.

Misal üçün yemək, ayaqyoluna getmək, yatmaq və s. kimi. Ola bilər ki, insan bunları icra etməyə ərinsin, həvəsi olmasın. Amma zərurət onu bu işi həyata keçirməyə məcbur edəcək. Tənbəllik, həvəssizlik və s. bu kimi mənfi sifətlərin qarşısını almaq üçün bir çox məsləhətlər verilmişdir. Biz isə bu məsləhətləri həvəslə oxuyur, lakin əməl etməkdən boyun qaçırırıq. Mən tənbəlliklə mübarizə aparmaqda daha çox təsirli olan 3 əsas yol qeyd edəcəyəm. Kim bunlara əməl etsə, bir müddət sonra özündə müsbət təsirlərini görəcəkdir.
1. İşlərinizi günün ikinci yarısına saxlamayın! Səhər tez durmağa çalışın. Axşama doğru getdikcə, insanın enerjisi tükənir. Lakin sübh çağı insan iş icraatı üçün hazır vəziyyətdə olur. Məsələn, telefonunuzu borcu olduğuna görə bağlayıblar. Buna baxmayaraq siz neçə gündür tənbəllik edib, borcu ödəməyə qarşı həvəssizlik göstərirsiz. Səhər vaxtları borcu ödəmək üçün ideal vaxtdır. Nahardan sonra bədəninizin enerjisi azalmağa başlayacaq və tənbəllik sizi daha çox əhatəsinə alacaq. Günorta yeməyi yedikdən sonra yuxulayacaq, tərpənməyə, bir iş görməyə həvəsiniz olmayacaq. Ona görə də, nə etmək istəyirsizsə, yalnız səhər - günortaya qədər yerinə yetirin. İkinci dərəcəli işlərinizi günortadan sonraya da saxlaya bilərsiz.

2. Bəzən həyatda hədəfsiz yaşayırıq. Hey düşünürük ki, 40-50 yaşımızda filan işləri görərik və arzularımız həyata keçər. Adətən şikayət etməyə daha çox vaxt sərf edir, lakin o şikayətlərin həlli istiqamətində səy göstərmirik. Özümüzü həyatın axarına buraxırıq. Amma bu səhv yoldur. Sabah nə olacağı barədə bizi heç kəs sığortalamayıb. Gecə yatmamışdan əvvəl sabah görəcəyiniz işləri planlaşdırın. Bir neçə zəruri plan hazır edin. Səhər durduqda isə tərtib etdiyiniz planı yerinə yetirin. Kiçik şeyləri hədəf almayın. Kiçik hədəf seçməyiniz sizin nə qədər kiçik olmağınızdan xəbər verir. Əgər özünüz üçün qeyd etdiyiniz gündəlik planı icra etsəz, axşam özünüzü yaxşı hiss edəcək və özünüzə "Əhsən!" deyəcəksiz. Belə bir addım atmaq həftəlik, aylıq və illik planlar tərtib etmə mərhələsinə müqəddimədir.

3. Bunu unutmayın ki, qorxunun üzərinə getmək lazımdır. Nəticə bizi qorxutmamalı, hədəfdən sapdırmamalıdır. Alınmasa da, ürəyimiz xətircəm olacaq ki, boynumuzdakı vəzifəni icra etmişik. Böyük nəaliyyət qazanmış insanlara baxaq. Onlar müvəffəqiyyət qazanmaq üçün min-bir əziyyətə tab gətiriblər. Zəhmət çəkib, var güclərini ortaya qoyub, hədəflərinə sarı istiqamətləniblər. Biz isə istəyirik ki, zəhmət və əziyyət çəkmədən nəyəsə nail olaq. Axı, bu ədalətsizlikdir. Əlaçı olmağı arzulayan, lakin dərs oxumağı istəməyən tələbə əla qiymət ala bilərmi? Onun çaba sərf etmədən, dərs oxumadan, yatağında uzanmış halda "Bu nə həyatdır, mən əlaçı olmaq istədim, amma alınmadı" - deməsi nə qədər doğrudur?

Elə isə bu günün işini sabaha qoymayaq. Bu gündən başlayaq. Uğurlar.


Geri dön

ヅ s a y k a. ヅ

  • 15 aprel 2014 22:58
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
tewekkur edirem melumata gore allahrazi olsun

--------------------
♥Sayka♥


ヅ s a y k a. ヅ

  • 2 aprel 2014 18:03
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥Sayka♥


♛WøøWøøWøøW♛

  • 30 mart 2014 22:38
  • Məqalə: 206
  • Şərh: 1523
  • Bal:
{awards}
7ewekkurler

--------------------

ヅ Bad Girl ヅ

  • 29 mart 2014 19:17
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Angry Boy

  • 29 mart 2014 16:33
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

ヅ Bad Girl ヅ

  • 29 mart 2014 12:31
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Tewekkurler

--------------------

✰BeAuTiFuL✰

  • 29 mart 2014 03:49
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Super meqaledi tewekkurler

Payız qoxulu

  • 28 mart 2014 21:41
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
Allah razi olsun tewekkurler

--------------------

sessiz deniz

  • 28 mart 2014 19:05
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twklerrrrrrrrr

PSIXOPATKA

  • 28 mart 2014 17:19
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
coooox sagolun......

--------------------

Priya

  • 28 mart 2014 17:12
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Allah razı olsun.Çox əziyyət çəkirəm tənbəlliyimə görə.İnşallah əməl edəcəm.Təşəkkürlər.

--------------------




_YaLaN_DuNyAm_

  • 28 mart 2014 17:11
  • Məqalə: 1
  • Şərh: 485
  • Bal:
{awards}
tewekkurlerrr

--------------------
Bir gun olsem eyer, mezarimi cox qazsinlar. Mezarimin ustune sevdayildi yazsinlar. Bir gun sen olsen eyer yanimda basdirsinlar mezarimin usdune qovuwdular yazsinlar.

ヅ Bad Girl ヅ

  • 28 mart 2014 16:00
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Elə isə bu günün işini sabaha qoymayaq. Bu gündən başlayaq. Uğurlar.

--------------------

Qaska_Quli

  • 28 mart 2014 15:36
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
ALLAH raz iolsunnn

--------------------

Zehra_Aşiqi

  • 28 mart 2014 15:34
  • Məqalə: 272
  • Şərh: 1323
  • Bal:
{awards}
En yarali noqtemdi tenbellik,maraqlada oxudum,tewekkurler

--------------------

Nazlim_97_

  • 28 mart 2014 15:24
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
tewekkurler

melek_19

  • 28 mart 2014 15:16
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

demet ozdemir

  • 28 mart 2014 15:07
  • Məqalə: 30
  • Şərh: 25
  • Bal:
{awards}
twk winked smile meqaleye gore

--------------------
''Kadinlar Seytandir''
diyen erkeklerin ayni zamanda
''Benim Annem bir Melelktir''
Demesi enteresan..!

Caspi

  • 28 mart 2014 14:59
  • Məqalə: 0
  • Şərh: 179
  • Bal:
{awards}
Məslətə görə çox sağolun. İcra edəcəyəm əgər alınsa sizə ömrüm boyu minnətdar olaram.

--------------------
Ən əsas şeyi gözlə görə bilməzsən.

PSIXOPATKA

  • 28 mart 2014 14:07
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
MENDEDE OLUR wink TWK

--------------------

prosta barbi

  • 28 mart 2014 14:07
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
tewekkur...

NikaLYa

  • 28 mart 2014 14:06
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
мэQaLэуэ göяє тєѕєккυяLєяr^^

--------------------

Damlam

  • 28 mart 2014 14:04
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
ALLAH RAZIII OLSUN winked

--------------------
http:///user/İmza/

prosta ema

  • 28 mart 2014 13:59
  • Məqalə: 18
  • Şərh: 2270
  • Bal:
{awards}
meqaleye gore twk

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

ÞSÎxx мSÎxx

  • 28 mart 2014 13:39
  • Məqalə: 51
  • Şərh: 2002
  • Bal:
{awards}
мэQaLэуэ göяє тєѕєккυяLєяr^^

asd


asdafdhfu

--------------------
asd

ღ★ Firuzə ★ღ

  • 28 mart 2014 13:34
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

Super Kahraman

  • 28 mart 2014 13:32
  • Məqalə: 4
  • Şərh: 8
  • Bal:
{awards}
Elə isə bu günün işini sabaha qoymayaq. Bu gündən başlayaq. Uğurlar.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 35
Cəmi: 51

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}