Ərəfə Allahla ilqar günüdür

 
Ərəfə Allahla ilqar günüdür


Hacılar zihəccənin 9-cu günündə Ərəfə mərasimində iştrak edir.

Bu gün zəvvar, Ərəfat vadisinə daxil olur ki, Allahın ən yaxşı bəndələri ağladıqları məkanda dayanıb öz bəndəliklərini sübut etsinlər.Ərəfat səhrası Məkkə şəhərinin 20 kilometrliyində yerləşir. Ərəfə günündə ağ geyimli çoxlu sayda hacılar uyğun formada Ərəfat səhrasına axırlar. Allah evinin qonaqları günortadan, gün batana kimi bu geniş vadidə Allahı tələb edirlər. Ərəfat səhrası Cəbəl-ül-Rəhəm yaxud rəhmət dağının kənarındadır . Həzrət Adəmin tövbəsi qəbul olunan dağ. Ərəfatda dayanmaq həcc mərasiminin əhəmiyyətli hissələrindəndir. Minlərlə insan bənzər geyimlərlə sosial imtiyazlarından kənar bu səhraya dəvət olunur və onların bu səhrada dayanıb təfəkkür etmələrinə əmr edilmişdir. İnsanın dərin düşünməsi üçün bəzi xüsusi mövqelər var. Ərəfat bütün dünya zinətlərindən kənar bir səhradır və dərin düşünmə üçün önəmli və xüsusi mövqe sayılır.
Rəvayətlərə görə bu səhra ona görə Ərəfat adlandırılıb ki, Cəbrayıl İbrahimə həcc mərasimini öyrədəndə bu məkanda o həzrət soruşub: Öyrətdiyimi aldınmı? Və İbrahim müsbət cavab vermişdir. Buna görə bu səhra Ərəfat adlandırılır.
Cəbəl-ül-Rəhmə dağı müxtəlif cəhətlərdən diqqət doğurandır. İslam peyğəmbəri bu dağın daşlarının birinə çıxıb məşhur xütbəsini bəyan etmişdir. İmam Hüseyn(ə) da Ərəfə duasını bu dağın ətəyində oxumuşdur. İmam Sadiqdən nəql olunan bir rəvayətə əsasən Həzrət Adəm Allahın kənarından uzaqlaşıb dünyaya enəndə 40 gün Səfa dağında ağlayaraq səcdə halında qalmışdır və Cəbrayıl onun ağlamasının səbəbini soruşanda demişdir: "Ay Adəm! İlahi dərgaha tövbə et.
O demişdi: Nə təhər tövbə edim? Cəbrayıl Adəmi Ərəfat səhrasına aparıb Adəm gün batana kimi orada dayanaraq ilahi dərgaha belə söyləmişdi: İlahi! Sənə ibadət edirəm ki, səndən başqa bir tanrı yoxdur. Mən özümə zülm etdiyimi və günahımı etiraf edirəm. Məni bağışla ki, Sən bağışlayan və mehribansan."

Ərəfat, yağmur və dua vadisidir. Orada ümidsiz olmaq mənasızdır. Hətta bu gün bu məkanda bağışlanmamağı təsəvvür etmək günah sayılır. Ərəfə xalqla xaliqin əlaqə günüdür. İmam Sadiq buyurmuşdur: Ərəfə dua və tələb günüdür. Həmçinin Ərəfədə şeytandan Allaha sığının ki, şeytan sizi burada artıq yad etmək istəyir.
Ərəfat günündə hacılar öz ruhlarını ilahi rəhmət dənizində yuyur və təzə anadan olan bir körpə kimi özünü günahlardan təmizləyir. Allah da bu müqəddəs vadidə özünün sonsuz ehsanının qapılarını bəndələrinin üzünə açır. Ərəfatda insan düşünür ki, təkcə Allah, onun ehtiyacları ilə tanışdır. Buna görə də pak ürəklə özünü Allaha tapşırır və təkcə ondan yardım istəyir.
Rəvayətlərdə deyilir ki, Ərəfə günü bütün dünyəvi və axirət hacətlərinizi Allahdan xahiş edin. Peyğəmbər Əhli-Beytinin bu dəyərli günlə əlaqədar müxtəlif duaları var. Bu dərin mənalı duaların biri İmam Hüseynin ərəfə duasıdır.
Deyilənlərə görə, o həzrət Ərəfə günü Ərəfat vadisində xanədanı və ailəsi ilə bərabər xeymədən çıxıb təvazökarlıqla Cəbəl-əl-Rəhmənin ətəyində dayandılar və İmam Hüseyn(ə) dağın son tərəfində dayanıb üzünü Kəbəyə tutaraq belə dua etdi: "Sitayiş o tanrıya layiqdir ki, onun qəzasını heç nə pozmaz və kəramətinin qarşısını heç nə ala bilməz. Heç bir məxluq onun kimi yarada bilməz və o sonsuz bağışlayandır. İmam Hüseyn bu duada ən dərin yeganəpərəstlik məzmunları dilə gətirir. Ürfan və mərifət ruhu bu duanın müxtəlif hissələrində gözə çarpır. Allahı vəsf edib ilahi xüsusiyyətləri bəyan etmək ,pərvərdigarla əhdi-peymanı təzələmək, yaranışda seyr edib Allahın sonsuz nemətlərini xatırlamaq bu dua da öz əksini tapmış məzmunlardandır. İmam Hüseyn bu duada Allahın bəxş etdiyi sonsuz nemətlərini bəyan edir. O cümlədən anaların mehribanlığını ilahi lütfkarlıqların biri adlandırmışdır. Sonra ilahi nemətlərə şükür etməkdən söz açır. Bu duanın dərin mənaları göstərir ki, İmam Hüseyn var-gücü ilə Allaha eşq bəsləyib və onun vücudunu bütün yaranışda hiss edir. O Həzrət bu dua ilə insanla Allah arasında ən gözəl əlaqəni əks etdirir.
Bu müqəddəs və dəyərli gündə bu gözəl duanın bir parçasını oxuyub Ərəfat vadisinə qovuşuruq.

İlahi! sənə həvəslənirəm və and içirəm ki mənim tanrım sənsən! Ey məhəbbət və sevgidə sonsuz çeşmə!
İlahi! əzəmət bəxş etdiyin və əllərin ərşindən asılı olduğu gündə, səni əzəmətinə and verirəm ki nemətlərini məndən əsirgəməyəsən!
İlahi! Çağırdım səni, cavabımı verdin! Səndən tələb etdim mənə bağışladın! Sənə tərəf gəldim, rəhmət qucağını üzümə açdın. Sənə arxalandım, məni nicat verdin. Sənə sığındım məni himayə etdin.
İlahi! Rəhmət xeyməndən bizi qovma və bizi məhəbbət astanasından ümidsiz qaytarma. Ey mehriban tanrı! Mənə verdiyin halal ruzini çoxalt və canım və cismimi qoru. Mənim qorxumu sakitləşdir və cəhənnəm odundan məni qurtar.
İlahi! Məni nəfəsimin istilasından xilas et və torpaqla basdırıldığımdan əvvəl məni şirkdən qurtar. Mənim tanrım sən mənə ümidsən, bəs necə ümidimi itirim və süstləşim sənin mənə arxa olduğun bir halda.


Geri dön

ヅ s a y k a. ヅ

  • 2 aprel 2014 17:51
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
Tewekkur edirem melumata görə ♡ ♥ ♡

--------------------
♥Sayka♥


♛WøøWøøWøøW♛

  • 30 mart 2014 22:30
  • Məqalə: 206
  • Şərh: 1523
  • Bal:
{awards}
Allah Raz1 Olsun

--------------------

Sessiz Melodiya

  • 29 mart 2014 21:19
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
tewekkurler

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

ヅ Bad Girl ヅ

  • 29 mart 2014 19:16
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

ALLAH RAZI OLSUN

--------------------

✰BeAuTiFuL✰

  • 29 mart 2014 03:44
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun

melek_19

  • 29 mart 2014 00:24
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun ......

--------------------

Payız qoxulu

  • 28 mart 2014 21:31
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
Allah razi olsun tewekkurler

--------------------

Sessiz Melodiya

  • 28 mart 2014 21:08
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
twkkkkkkkkkkkk*******

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

^^MasaL^^

  • 28 mart 2014 20:36
  • Məqalə: 57
  • Şərh: 2573
  • Bal:
{awards}
meqaleye gore tewekkurler^_^

NikaLYa

  • 28 mart 2014 19:28
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
allah razi olsun

--------------------

sessiz deniz

  • 28 mart 2014 18:53
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunnnnnnnnn

^^Nazlı Şeytan^^

  • 28 mart 2014 18:11
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurlerrr

FaToShKa

  • 28 mart 2014 17:54
  • Məqalə: 0
  • Şərh: 237
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

PSIXOPATKA

  • 28 mart 2014 17:42
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

prosta ema

  • 28 mart 2014 17:34
  • Məqalə: 18
  • Şərh: 2270
  • Bal:
{awards}
allah razi olsun

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

ヅ Bad Girl ヅ

  • 28 mart 2014 17:30
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ILK WERH MENEN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 30

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}