Dünyanın xeyir və yaxşılıq azuqəsi

 
Dünyanın xeyir və yaxşılıq azuqəsi

İnsanın bir yaradılış olaraq bir sıra xüsusiyyətləri var. Bu xüsusiyyətlərdən ən önəmlisi - onun ehtiyac içərisində olmasıdır. İnsanın bir varlıq olaraq durumuna diqqət etsək, vəziyyətinə nəzər salsaq görərik ki, bir varlıq olaraq ehtiyac içərisindədir. Dünyaya gələn anda bu ehtiyacı açıq-aşkar görünür. Dünyaya göz açandan insanın qidaya, nəvazişə ehtiyacı var. Hər mənada ehtiyacın içərisindədir. Allah Təala isə, dünyaya gələn andan, hətta ana bətninda olan zamandan insana Öz lütflərini edir, mərhəmətini əsirgəmir.

Başdan-ayağa ehtiyac içərisində olan insan

Uşaq böyüdükcə, bu ehtiyacları azalmır ki, əksinə çoxalır. Yaş artdıqca davamlı olaraq ehtiyaclar da paralel şəkildə artır. İnsan başdan-ayağa asılı vəziyyətdədir. Havadan, sudan, yeməkdən, istidən, soyuqdan - hər məsələdən asılıdır. İnsanın bu ehtiyaclılığını dilə gətirməsi, etiraf etməsi, Allah qarşısında nə qədər aciz olduğunu izhar etməsi - əslində, onu Allah yanında ucaldar. Bu etiraf mübarək dualarda, mübarək münacatlarda da yer alıb. Mübarək “Ərəfə” duasında buyurulur: “Allahım, biz necə özümüzü ehtiyaclı bilməyək, bir halda ki, məni fəqir və ehtiyaclılarla birgə xəlq etmisən?! Allahım, mən özümü necə ehtiyaclı bilim ki, bir halda ki, Sən mənim ehtiyacımı ödəmisən?!”

Bir çox nemətlər bizim çalışmamızın nəticəsi deyil

Tam ehtiyacın içərisində yaranan bir varlıq tamamilə Allahın mərhəmətinin içərisindədir. Bir çox lütflərini Allah-Təala heç bizim iradəmizdən asılı olmayaraq bizə bəxş edib. Bir çox məsələlər bizim öz səyimizin, iradəmizin, öz çalışmamızın nəticəsi deyil. Sadəcə Allah Təala belə yaradıb ki, bütün varlıqlar həmin nemətlərdən bəhrə aparırlar. Bəzən də Rəbbimiz insanla bağlı, iradəvi varlıqlarla bağlı xüsusi olaraq bəhrələnmə imkanları yaradıb. Bunlardan bəhrələnmə bizim öz iradəmizlə bağlıdır.

Allahı olanın hər şeyi var

İnsanı başqa varlıqlardan fərqləndirən cəhətlərdən də biri budur ki, biz Allaha bəndə olsaq, Allahla bağlantımız olsa, Allaha aid olsaq, o halda ehtiyaclarımız sıradan çıxar. Əgər Allaha bağlana bilsək, ən ehtiyacsız varlığa çevrilə bilərik. “Ərəfə” duasının bir hissəsində bununla bağlı buyurulur: “Nəyi var o insanın ki, Sənə malik deyil?! Nəyi yoxdur o insanın ki, Sənə malikdir?!” İnsan varlıq olaraq, digər bioloji məxluqlardan fərqli olaraq əgər iradəsi ilə, şüuru ilə Allah bəndəsi olarsa, bu zaman o hər bir şeyə malik olar. Əgər buna nail ola bilibsə, ən ehtiyacsız varlığa çevrilib.

Allah bəndəsi olmağı çətinləşdirən iki amil


Günümüzdə Allah bəndəsi olmaq çox çətinləşib. Bizin yaşayışımızda, mövcud olduğumuz zamanda bu, çox çətindir. Bir neçə baxımından bu məsələ çətinləşib. Birinci tərəfdən, dünyanın özünün rəngarəngliyi gündən-günə artır. Sürət artıb, dünya fürsətləri artıb, dünya dadları artıb, insana “gəl-gəl” deyən dünya məsələləri çoxalıb. Bir vaxtlar əlçatmaz hesab olunan məsələlər indi müqayisə olunmayacaq qədər əlçatan olub. Dünya çox əlçatan olub.

Digər tərəfdən də insanın demək olar ki, uşaqlıqdan başlayaraq təlim-tərbiyəsində ona aqibət və axirəti xatırladacaq bir şey qalmayıb. Təlim-tərbiyə baxımından əgər qədim dönəmlərlə indiki dönəmləri müqayisə etsək, görərik ciddi fərqlərdən biri bu idi ki, ötənlərdə insanın bir varlıq kimi tərbiyə olunmasında, təlimində həm də əsas hədəflərdən biri kimi bu qoyulurdu ki, yaxşı bir Allah bəndəsi olsun. Təlib-tərbiyənin hədəflərdindən biri bu idi.

Günümüzdə təlim-tərbiyənin hədəflərindən biri yox, ümumiyyətlə, belə bir bənd yoxdur. Nə bağçasında, nə məktəbində, nə universitetində insana axirəti xatırladan, ölümü xatırladan, Allah bəndəsi olmağın vacibliyini xatırladan heç nə yoxdur. Yəni, insan dindar ailədə göz açsa və bunları görsə, eşitsə, bununla bağlı ailəsinin iştirakı ilə bu şeylərdən xəbərdar olsa - olacaq. Əgər bu imkanı olmasa, hər şeydən məhrum olacaq. Ətrafdan gələn - televiziyadan, radiodan, İnternetdən gələn informasiyaları götürsək, mahiyyətcə onların heç birində Allah bəndəsi yetişdirməni hədəfləyən bir şey yoxdur. Allaha tərəf yönəliş, bəndə olmaq istəyi insanların içərisində fitri olaraq gör nə qədər güclüdür ki, heç bir xüsusi xatırlama, bununla bağlı xüsusi səy və təkid olmadan, insanlar din axtarışında olur. Yeni nəsil, xüsusilə cavanların bir çoxu Allah axtarışındadır, din axtarışındadır. Bu özü də onu göstərir ki, daxilimizdə belə bir çox ciddi fitri tələbat və istək var. Bunu qarşılayacaq, xüsusi təhrik edəcək məsələlər nə qədər zəif olsa da, həmin hiss o qədər güclüdür ki, özü hərəkətə gəlir və özünü göstərir.

Biz bunun fərqində olmalıyıq ki, yaşadığımız dönəm, çox məsuliyyətli bir dönəmdir. Məşğuliyyətlər o qədər rəngarəngdir ki, o qədər çoxdur ki, insanın öz halı, vəziyyəti barədə düşünməyə fürsəti qalmır. İnsan özü iradəvi şəkildə zamanını tənzimləsə, bununla məşğul olsa, bunun üçün fürsətlər yarada bilər. Əks halda, belə imkanı olmayacaq və bir də ayılacaq ki, ömür neməti əldə gedib.

Dünyanın mühüm xüsusiyyəti - rəngarənglik

Bütün sadaladıqlarımız - elə dünyanın özünün xüsusiyyətlərindəndir. Həzrət Əmirəlmöminin (ə) dünya ilə bağlı buyurur: “Dünyanın rəngarəng cazibələri sizi aldatmasın. Çünki onlardan yalnız az bir miqdarını özünüzlə aparacaqsınız”. Biz sona baxsaq, hər şey yerinə düşər. Bütün müşküllərimizin səbəbi budur ki, yekuna baxaraq qərar vermirik. Ölüm belədir ki, hər zaman insanı haqlaya bilər. Ölüm insan üçün yaş, zaman, yer, fürsət, şərait tanımır. Hər vaxt, hər yaşda, hər yerdə, hər şəraitdə ölüm bizi haqlaya bilər. Ölüm haqlayanda da insanın özü ilə buradan apara biləcəyi məsələ yoxdur.

Həzrət Əli (ə) bizlərə dünyanın çox ciddi xüsusiyyətini tanıtdırır. Dünyanın ciddi xüsusiyyətlətindən biri də rəngarəngliyidir. Əsrimizdə bu rəngarənglik bir az da şiddətlənib. Əvvəl bir fəsadı etmək üçün insan nə qədər çalışırdı. Sonrakı dönəmlərdə televizor bunu bir qədər də əlçatan etdi. Son illərdə internet bunu insanların evinin içərisinə gətirdi. Artıq bir uşağın, bir yeniyetmənin, bir gəncin bu dünyada əxlaqsızlıqdan, fəsaddan xəbərsiz olduğunu demək çox çətindir. Artıq məhdudiyyət tətbiq ediləcək məsələ də qalmayıb. Əgər insanın özünün müəyyən mənəvi tutumu və mənəvi hazırlığı olmayacaqsa, onu müəyyən məsələlərdən məhdudlaşdırmaq mümkün olmayacaq. Bir tərəfi də çox pisdir ki, adi halda fəsad edəndə insanı ətrafdakılar görür və buna görə də fəsaddan çəkinir. İnternet bu gizliliyi də təmin edir. Bu da fəsadın rahatlığını və əlçatanlığını artırır.

Dünyadan insana qalacaq tək azuqə

Həzrət Əmirəlmöminin (ə) bizlərə dünyanın başqa xüsusiyyətlərini də tanıtdırır: “Dünya çox hiyləgərdir və onda hər nə varsa, aldadıcıdır. Məhv olmağa məhkumdur və onda yaşayan hər bir şey fani olar. Təqvadan başqa onun heç bir azuqəsində xeyir və yaxşılıq yoxdur”.

İmam (ə) ilk növbədə dünyanın hiyləgərlik xüsusiyyətinə vurğu edir. Dünya insanı özünə məşğul etməyincə ondan əl çəkmir. Növbənöv çalarları ilə insanı özünə cəlb edir. Bayırda məşğul edə bilmir - evdə edir, evdə məşğul edə bilmir - öz içində məşğul edir, övladı ilə məşğul edir, valideyni ilə məşğul edir və s. Dünyanın hədəfi çox sadədir - insanı özünə məşğul etmək. Dünyanın hədəfinə çevrilməməsi üçün insan özünü tanımalıdır. Əgər özünü tanısa, bütün məsələləri düzələcək.

Dünya çox aldadıcıdır. Bəzi şeylər başlanğıcda bir cür görsənir, onun içərisində daxil olursan, onun dalınca gedirsən, görürsən ki, içərisi başqa cür imiş. Dünyanın zahiri bərbəzəkli, gözəl, cazibədardır. Amma, bir qədər içərisinə gedəndə görürsən ki, gördüklərimiz bizi aldadıb. Necə ki, insan qidasının zahirindən başqa, həm də onun halal-haramlığına, keyfiyyətinə nəzər salır, eləcə də dünyası ilə bağlı zahirə aldanmamalıdır.
Bu dünya nə olsa, nəhayətdə məhv olacaq. Ən sevimli maşınımızı, saatımızı, evimizi - bütün sevdiyimiz şeyləri bu dünyada qoyub gedəcəyik. Bütün həyatımızı həsr etdiyimiz dünyəvi nailiyyətlərimizi, qazanclarımızı bu dünyada qoyub gedəcəyik. Ad, məqam, vəzifə, şan-şöhrətimiz, pul, qızıl, mal - hamısı bu dünyada qalacaq.

Bu dünyada yaşayarkən həyatımızda hər nə ki, bu dünya ilə bağlanıb, fanidir. Həmin məsələlər məhv olub sıradan çıxacaq. Maddi imkanımız dünya ilə bağlı olubsa, məhv olacaq, Allahla bağlı olubsa, Axirətimiz üçün ehtiyat qalacaq. Bütün dünyada olan məsələlər də o cürdür. Əmirəlmöminin (ə) bu dünyada nəyin fani olmadığını da göstərir. Təqvadan başqa heç bir azuqədə xeyir və bərəkət yoxdur. Təqva budur ki, insan bütün bu dünyada olanlarından Allaha görə istifadə etsin. Onda bütün malik olduqları təqvaya çevrilir və bu da axirət üçün ən yaxşı və xeyirli azuqədir.

Əvvəla, gərək insan özünün varlığını, ömür nemətini Allaha görə istifadə etsin. Gərək insan sərvətini Allaha görə istifadə etsin, adını Allaha görə istifadə etsin, evini Allaha görə istifadə etsin, bütün malik olduğu məsələlərə Allaha görə istifadə etsin. Bu zaman bunların hamısı təqvaya çevrilər. Təqva budur ki, insan Allah rənginə boyansın. İnsanın yalnız Allahın razılığı olduğu işləri görməsi, razı olmadıqlarını etməməsi - təqvadır. İnsanın gün ərzində özünə məxsus olması - təqvadır. Təqva insanı robot olmaqdan, zombi olmaqdan xilas edir. İnsanın həyatı, məşğuliyyətləri o vəziyyətdə olmamalıdır ki, Allahla bağlantısı aradan getsin. Təqva əslində bunu təmin edir.

Dini dünyaya görə tərk etmənin acı nəticəsi

Həzrət Əli (ə) buyurur: “Əgər insanlar öz dünyəvi xeyirləri üçün dini işlərindən birini tərk edərlərsə, Allah-Təala ziyanı həmin xeyirdən daha çox olan bir işi onların qarşısını çıxarar”. Biz demək olar ki, gündəlik həyatımızı elə bu cür qurmuşuq. Hər an dini işlərimizi dünyəvi xeyirlərimiz üçün tərk edirik. İslamla, dinimizlə, özümüzlə, yəni aqibətimizlə bağlı olan işləri dünyəvi xeyirlərimiz üçün tərpk edirik. Həzrət Əli (ə) bu məqamda bizlərə xəbərdarlıq edir: “...Allah-Təala ziyanı həmin xeyirdən daha çox olan bir işi onların qarşısına çıxarar”. İnsan dini, İslamı, Allaha bəndəçiliyi tərk edir ki, guya dünyəvi xeyirə çatsın. Həmin insan nəinki xeyirə çatacaq, əksinə - zərəri ondan daha böyük olan bir şeylə rastlaşacaq.

Qəflətdən qurtulmaq üçün nə edək?

Bizim ya Allaha etiqadımız zəifdir, ya da qəflətdəyik. Əgər Allaha etiqadımız düzgünmolsa və qəflətdə olmasaq, bunun fərqində olsaq, nə vəziyyətdə olduğumuzu başa düşərik. Bunu başa düşsək, bütün məsələlər düzələr. Allaha etiqadımız varsa, demək ki, qəflətdəyik. Qəflətdə olmamağın yolu budur ki, insan gün ərzində Allahı xatırlasın. Gərək namazda insan möminlərlə birlikdə olsun, gün ərzində Qurani-Kərim oxusun, gün ərzində ibrətamiz söz eşitsin, “Təvəssül”, “Kumeyl” dualarından ayrılmasın.

Heç də səbəbsiz deyil ki, böyük-böyük alimlərin, ariflərin hər gün üçün özünəməxsus mənəvi proqramları olur, ziyarətlərə gedərlər, moizələrdə iştirak edərlər, namazları insanlarla birlikdə qılarlar. Sözsüz ki, onlar bunu vaxtlarının çoxluğundan etmirlər. Sadəcə onlar yaxşı başa düşürlər ki, qəflətdən qurtulmağın yolu budur. İnsan Allah bəndəsi kimi yaşadığı və işlər onu məşğul etdiyi günlərini müqayisə etsin. Müqayisə edəndə görər ki, maddi baxımından nəticə eynidir, amma mənəvi baxımdan xeyli yüksəliş əldə edib. Ruzini verən Allahdır. Dünya praktikasına da nəzər salanda görürük ki, çox işləməklə çox pul qazanmaq tezisi tamamilə yalnışdır. Heç də günün çox hissəsini işləyən insan çox qazanmır. Əgər insan işini düzgün qursa, düzgün tənzimləsə, müəyyən vaxt ayırmaqla lazımi qazancı əldə edə bilər. Ruzinin belə bir xüsusiyyəti yoxdur ki, insan günün iyirmi dörd saatını çalışın ki, daha çox gəlsin. İnsan əgər həyatını Allaha bəndə kimi yaşasa, Allahı xatırlamasına vaxt ayırsa, özünə vaxt ayırsa - Allah onun ruzisini verər. Bütün ehtiyacları ödəyən yalnız Allahdır.

Allahım, bizlərə Sənə bəndə olmaq ləyaqətini nəsib et! Allahım, bizləri dünyanın hiylələrindən, rəngarəngliyindən, məşğuliyyətlərindən amanda saxla! Allahım, bizlərə təqva azuqəsini qazanmağı nəsib et! Amin!


Geri dön

ヅ s a y k a. ヅ

  • 13 aprel 2014 23:52
  • Məqalə: 10
  • Şərh: 3345
  • Bal:
ALLAH RAZI OLSUN ♥ ♥ ♥ ♥ ♥

--------------------
♥Sayka♥


BaNTiKLi_CiCiWKa

  • 21 mart 2014 17:09
  • Məqalə: 45
  • Şərh: 4233
  • Bal:
{awards}
Tewekkurler...

--------------------

Damlam

  • 21 mart 2014 00:00
  • Məqalə: 49
  • Şərh: 4697
  • Bal:
{awards}
allah razi olsunn

--------------------
http:///user/İmza/

PércyDarkMoon

  • 20 mart 2014 22:18
  • Məqalə: 242
  • Şərh: 9513
  • Bal:
{awards}
Allah razi olsun awkim ellerine saglig

--------------------

Payız qoxulu

  • 20 mart 2014 22:06
  • Məqalə: 485
  • Şərh: 6415
  • Bal:
{awards}
Allah razi olsun tewekkur

--------------------

melek_19

  • 20 mart 2014 20:52
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Allah razi olsun.....

--------------------

Qaska_Quli

  • 20 mart 2014 20:22
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
ALLAH razi olsunn

--------------------

Angry Boy

  • 20 mart 2014 20:06
  • Məqalə: 348
  • Şərh: 6152
  • Bal:
{awards}
ALLAH razi olsun

prosta barbi

  • 20 mart 2014 19:48
  • Məqalə: 101
  • Şərh: 3837
  • Bal:
{awards}
tewekkur...

Banned456

  • 20 mart 2014 19:42
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
ALLAH razi olsun çox sağolun

tasteful girl

  • 20 mart 2014 19:21
  • Məqalə: 1
  • Şərh: 801
  • Bal:
{awards}
teshekkurlerrrrrrrrrrrrrrrrrrrr

PSIXOPATKA

  • 20 mart 2014 19:17
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Kapriznaya Dəcəlka

  • 20 mart 2014 19:09
  • Məqalə: 90
  • Şərh: 2844
  • Bal:
{awards}
Tam ehtiyacın içərisində yaranan bir varlıq tamamilə Allahın mərhəmətinin içərisindədir. Bir çox lütflərini Allah-Təala heç bizim iradəmizdən asılı olmayaraq bizə bəxş edib. Bir çox məsələlər bizim öz səyimizin, iradəmizin, öz çalışmamızın nəticəsi deyil. Sadəcə Allah Təala belə yaradıb ki, bütün varlıqlar həmin nemətlərdən bəhrə aparırlar. Bəzən də Rəbbimiz insanla bağlı, iradəvi varlıqlarla bağlı xüsusi olaraq bəhrələnmə imkanları yaradıb. Bunlardan bəhrələnmə bizim öz iradəmizlə bağlıdır.

--------------------

prosta ema

  • 20 mart 2014 19:08
  • Məqalə: 18
  • Şərh: 2258
  • Bal:
{awards}
Allahım, bizlərə Sənə bəndə olmaq ləyaqətini nəsib et! Allahım, bizləri dünyanın hiylələrindən, rəngarəngliyindən, məşğuliyyətlərindən amanda saxla! Allahım, bizlərə təqva azuqəsini qazanmağı nəsib et! Amin!

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

ღKiRaZ MeVsİmCiღ

  • 20 mart 2014 19:01
  • Məqalə: 316
  • Şərh: 5421
  • Bal:
{awards}
ALLAH razi olsun canim

✰BeAuTiFuL✰

  • 20 mart 2014 18:53
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkurler...........

Allahi_Unutma

  • 20 mart 2014 18:51
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razı olsun

Elza Hüseynli

  • 20 mart 2014 18:43
  • Məqalə: 0
  • Şərh: 6076
  • Bal:
{awards}
tesekkurler

ღ★ Firuzə ★ღ

  • 20 mart 2014 18:37
  • Məqalə: 359
  • Şərh: 8839
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------

__MB__

  • 20 mart 2014 18:29
  • Məqalə: 257
  • Şərh: 4354
  • Bal:
{awards}
Allah razı olsun

NikaLYa

  • 20 mart 2014 18:25
  • Məqalə: 102
  • Şərh: 7305
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------

✰Razinka✰

  • 20 mart 2014 18:24
  • Məqalə: 19
  • Şərh: 1192
  • Bal:
{awards}
Allahım, bizlərə Sənə bəndə olmaq ləyaqətini nəsib et! Allahım, bizləri dünyanın hiylələrindən, rəngarəngliyindən, məşğuliyyətlərindən amanda saxla! Allahım, bizlərə təqva azuqəsini qazanmağı nəsib et! Amin!

AYKA ŞOKOLADKA

  • 20 mart 2014 18:08
  • Məqalə: 57
  • Şərh: 1140
  • Bal:
{awards}

Indiden werhlere gore tewekkurlerrrrr

--------------------

Odd angel

  • 20 mart 2014 17:57
  • Məqalə: 0
  • Şərh: 1003
  • Bal:
{awards}
tesekkurler........

^^Nazlı Şeytan^^

  • 20 mart 2014 17:56
  • Məqalə: 254
  • Şərh: 8532
  • Bal:
{awards}
tewekkurler

sessiz deniz

  • 20 mart 2014 17:51
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
İnsanın bir yaradılış olaraq bir sıra xüsusiyyətləri var. Bu xüsusiyyətlərdən ən önəmlisi - onun ehtiyac içərisində olmasıdır. İnsanın bir varlıq olaraq durumuna diqqət etsək, vəziyyətinə nəzər salsaq görərik ki, bir varlıq olaraq ehtiyac içərisindədir. Dünyaya gələn anda bu ehtiyacı açıq-aşkar görünür. Dünyaya göz açandan insanın qidaya, nəvazişə ehtiyacı var. Hər mənada ehtiyacın içərisindədir. Allah Təala isə, dünyaya gələn andan, hətta ana bətninda olan zamandan insana Öz lütflərini edir, mərhəmətini əsirgəmir.

Başdan-ayağa ehtiyac içərisində olan insan

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 20
Cəmi: 50

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}