Bitkilər

 
Bitkilər



Quru səthində hər il yaşıl bitkilər tərəfindən atmosferdən CO2 mənimsəməklə, günəş enerjisindən, torpaqdan daxil olan su və mineral birləşmələrdən istifadə etməklə 5·3·1010 t biokütlə sintez edilir. Bu biokütlənin bir hissəsi kök və yerüstü qalıqlar şəklində təzədən torpağa qayıdır. Yaşıl bitkilər, beləliklə, torpaqda üzvi maddələrin yeganə ilkin mənbəyidir. Onların torpaqəmələgətirici kimi əsas funksiyası maddələrin bioloji dövranı – torpaqdan qida elementlərinin və suyun mənimsənilməsi, üzvi kütlənin sintezi və həyat tsikli başa çatdıqdan sonra onun təzədən torpağa qaytarılmasıdır. Bioloji dövranın nəticəsi kimi – torpağın üst qatlarında potensial enerjinin və bitkilərin qida elementlərinin akkumulyasiyası torpaq profilinin tədrici inkişafını və torpağın əsas xassəsi olan münbitliyin inkişafını şərtləndirir. Yaşıl bitkilər torpaqdakı mineralların transformasiyasında – bəzilərinin parçalanmasında və yenilərinin sintezində, profilin kökyayılan hissəsinin strukturunun formalaşmasında, həmçinin su-hava və istilik rejiminin formalaşmasında iştirak edir. Yaşıl bitkilərin torpaqəmələgəlmədə iştirakının xüsusiyyəti bitkinin tipindən və bioloji dövranın intensivliyindən asılı olaraq müxtəlifdir.

Torpaqşünaslıq nöqteyi-nəzərindən bitki formasiyaları haqqında təlimin əsasları V.R.Vilyams tərəfindən işlənmişdir. Bitki formasiyalarının bölünməsinin əsas meyarları kimi V.R.Vilyams tərəfindən bitki qruplaşmasının tərkibi, torpağa daxil olan üzvi qalıqların xüsusiyyətləri və onun mikroorqanizmlərin təsiri altında parçalanmasının xarakteri və aerob və anaerob proseslərin müxtəlif nisbəti götürülmüşdür. O, bu prosesləri mülayim qurşağın ağac və ot formasiyalarının timsalında ətraflı şəkildə təsvir etmişdir. Hazırda bitki senozlarının torpaqəmələgəlmədə rolunu tədqiq edərkən maddələrin bioloji dövranının xarakteri və intensiliyi, həmçinin bioloji rejimi, yəni üzvi maddələrin illik tsikldə torpağa daxil olmasının müddəti və tempi də nəzərə alınır.

Torpaq tədqiqatlarında və ümumiləşdirmələrdə aşağıdakı bitki senozları fərqləndirilir: Ağac formasiyaları qrupuna daxildir: tayqa meşələri, enliyarpaq meşələr, rütubətli subtropik meşələr və rütubətli tropik meşələr;

Keçid ağac-ot formasiyaları qrupuna daxildir: kserofit meşələr, savannalar. Ot formasiyaları qrupuna daxildir: quru dərə və bataqlaşmış çəmənlər, prerilər, mülayim qurşağın bozqırları, subtropik kolluqlu bozqırlar.

Bundan başqa səhra (subborel - vegetasiyanın yay tsikli ilə, subtropik vegetasiyanın qış tsikli ilə və tropik) və şibyə-mamır (tundra, bataqlıqlar) formasiyaları xüsusi olaraq ayrılır. Adı çəkilən bitki formasiyalarından hər biri öz üzvi maddələrinin tərkibinə, onun torpağa daxil olmasına, üzvi maddələrin parçalanmasına və torpağın mineral kütləsi ilə qarşılıqlı əlaqəsinə görə bir-birindən fərqlənir. Torpaqəmələgəlmədə senozların rolunu öyrənərkən, tərkibinin, bəzən də formasiyanın yaşının səciyyəsi ilə yanaşı, maddələrin bioloji dövranının aşağıdakı göstəriciləri detal şəklində nəzərə alınır: müşahidə anında yerüstü və kök (rizokütlə) hissəyə ayırmaqla bitkilər tərəfindən yaradılan ümumi fitokütlə; fitokütlənin illik artımı; illik töküntü; küli tərkib və azotun miqdarı; bioloji dövranın həcmi – fitokütlənin tərkibində kül elementlərin və azotun ümumi miqdarı və onun intensivliyi – fitokütlə artımının tərkibindəki kimyəvi elementlərin miqdarı; bioloji dövranın sürəti – küli elementlərin və azotun fitokütlədəki ümumi miqdarının onların töküntüdəki miqdarına nisbəti.

Yer səthində meşə bitkiliyi öz biokütləsinə (1011 – 1012 t) görə üstünlük təşkil edir. O, tərkibi ağac, kol, ot və mamır-şibyə formasiyalarından ibarət çoxkomponentli mürəkkəb biosenoz əmələ gətirir. Meşə bitkiliyinin, onun torpaqəmələgəlmədə spesifik rolunu açan əsas xüsusiyyətləri aşağıdakılardır: çoxillik həyat tsikli, hər il biokütlənin yalnız bir hissəsinin, meşə döşənəyi (yarpaq, budaq, meyvə, qabıq) şəklində əsas hissədən kənarlaşması, güclü şəbəkələnmiş kök sistemi. Zəngin bitki tərkibinə malik Azərbaycan meşələrinin bioloji parametrləri tip xüsusiyyətlərindən (X.H.Muradov, 1970; B.B.Mirzəyev, 1969 ) asılı olaraq böyük ölçülərdə dəyişir.

Meşədə bioloji dövran üçün səciyyəvi cəhət ondan azot və küli elementlərin ağac və kol bitkilərinin tərkibində toplanmış biokütlə vasitəsilə uzun müddətə kənarlaşdırılması, meşə töküntülərinin torpaq səthində transformasiyası nəticəsində meşə döşənəyinin və tərkibinə görə müxtəlif suda həll olan üzvi və mineral məhsulların yaranmasıdır.

Sonuncuların atmosfer yağıntıları vasitəsilə yuyulması onların torpağın (süxurun) mineral hissəsi ilə fəal qarşılıqlı əlaqəsindən ötrü əlverişli şərait yaradır. Suda həll olan məhsulların tərkib və xassələri meşə senozunun, torpaq faunası və mikroflorasının tərkibindən, həmçinin atmosfer iqliminin və torpağın hidrotermik rejimindən, torpaqəmələgətirən süxurların tərkibindən asılıdır. Ona görə də müxtəlif şəraitlərdə müxtəlif meşə tipləri altında müxtəlif torpaqlar formalaşır


Geri dön

_RONALDO_

  • 28 fevral 2011 18:42
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
Cox sagol...........

--------------------

Yusif

  • 8 fevral 2011 20:43
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
reyler ucun twk

kukla_2019

  • 6 fevral 2011 02:16
  • Məqalə: 20
  • Şərh: 348
  • Bal:
{awards}
TWK.
Bitkilersiz men ozumu duwune bilmirem..

Ulya

  • 5 fevral 2011 22:55
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
tesekkur

,,kepenek,,

  • 5 fevral 2011 22:28
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
twk

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]

CandyGirl

  • 5 fevral 2011 21:21
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
ilk serh mennnen

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 33
Cəmi: 58

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 62
Cəmi: 236
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 875
 
Limon qoxusu
Xəbərləri: 56
Cəmi: 77
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 549
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 27
 
Lmzade
Xəbərləri: 25
Cəmi: 25
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}