Atlantida Əfsanədir Yoxsa Həqiqət

 
Atlantida Əfsanədir Yoxsa Həqiqət


Həqiqət, yoxsa əfsanə?

Atlantidanın faciəvi tarixi haqqında məlumatlara ilk dəfə qədim yunan filosofu Platonun əsərlərində rast gəlinib. Təxminən 2 min il yaşı olan həmin əsərlərdə Atlantida adasının Atlantik okeanda yerləşdiyi qeyd olunur. Yazdıqlarından belə aydınlaşır ki, Atlantidadan qərbdə nəhəng Amerika materikinin mövcudluğu Platona məlum olub. Onun Atlantida haqqında qeydlərinə olan maraq da daha çox bununla bağlıdır. Çünki Platonun müasirlərinə Yer kürəsinin quruluşu tam dəqiqliyilə məlum ola bilməzdi.

Filosof Atlantida barəsində qeydlərini belə yekunlaşdırır: “Dəhşətli zəlzələ və subasması nəticəsində bizim ordumuz bir gün və gecə ərzində torpağa gömüldü. Atlantida adası da dənizin dərinliklərində gözdən itdi. Bu səbəbdən də indi həmin dəniz gəmiçilik üçün yararsızdır. Batmış adanın əvəzində qalan bərkimiş çirkab gəmilərin hərəkətinə mane olur”.
Qədim Yunan alimi Platondan dövrümüzə gəlib çatan bilgilərə görə qədim qitə və ya ada dövlət. Platon bu bilgiləri babasından, o isə Misir rahiblərindən eşitdiyini deyir. Atlantidanın yeri haqqında müxtəlif fikirlər mövcuddur. Bəziləri onun Atlantik Okeanında bəziləri isə Egey dənizində yerləşdiyini iddia edir.

Platona inanmaq olarmı?

Platonun tarixi rəvayətindən belə anlaşılır ki, Atlantida okeanın dibinə çökməklə məhv olub. Ancaq çökmə o qədər də dərin olmayıb. Vulkan külü dəniz suyunu qatılaşdıraraq gəmilərin hərəkətini çətinləşdirib. Ehtimallara görə, suyun altında qalmış Atlantidanın okeanın dərinliyinə doğru çökməsi hələ uzun müddət davam edib. Ancaq Platon Atlantidanın məhv olduğu tarixi dəqiq göstərməyib. Sadəcə, afinalılarla atlantlar arasındakı həmin ərəfəyə təsadüf edən mifik müharibə barəsində danışmaqla kifayətlənib. Atlantoloqlar hesab edirlər ki, bu müharibənin sona çatması ilə Atlantidanın məhv olmasını çox qısa zaman intervalı ayırır. Atlantidanın qalıqlarından tapılan mədəniyyət nümunələri isə müəyyən mülahizələrə əsas verir. Platona görə, analoji mədəniyyət nümunələri məhz həmin mifik savaş dönəminə aiddir. Bu isə Atlantidanın məhvinin təxminən 12 min əvvələ təsadüf etməsi haqqında təsəvvürlər yaradır. Bəşər tarixinin sonrakı dövrlərində Atlantidanın taleyinə bir çox elm adamları da maraq göstərib. Onların bəziləri Atlantida faciəsini Platonun uydurması sayırdılar. Hesab edirdilər ki, Platon bu uydurması ilə gələcək nəsillərə öz həmvətənləri haqqında mifik qəhrəmanlıq tarixi hədiyyə etmək istəyib. Ancaq Platonun Atlantida barədə məlumatlarına ciddi yanaşaraq elmi araşdırmalar aparanlar da yox deyil. Onların sırasında amerikalı konqresmen İ.Donelli xüsusi yer tutur. Atlantida ilə bağlı tarixi materialları araşdıraraq 1882-ci ildə “Atlantida - subasmaöncəsi dünya” əsərini qələmə alan İ.Donelli hətta “atlantologiyanın atası” kimi qəbul edilirdi. Bu mövzuda apardığı araşdırmalardan sonra İ.Donelli Platonun reallıqda mövcud olmuş nəhəng adanı təsvir etməsi haqqında mülahizə irəli sürmüşdü. O hesab edirdi ki, Atlantida ilk və ən qədim bəşəri sivilizasiyanın məkanı olub. Axı hindu, skandinav və s. dünya xalqlarının mifologiyalarında qalan allahların hamısı Atlantida vətəndaşları sayılır. Böyük ehtimalla Atlantidanın ən qədim kaloniyası Misir olub. Bu səbəbdən də Misir sivilizasiyasını Atlantida sivilizasiyasının təzahürü saymaq olar. Bürünc əsri Avropaya məhz Atlantidadan ayaq açıb və ilk dəfə dəmirdən atlantlar istifadə ediblər. Və Atlantida dəhşətli fəlakət nəticəsində məhv olub. Adanın bütün əhalisi okean sularının altında qalıb. Quldarlıq imperiyasını çökdürən dörd fəlakət...

İ.Danellinin davamçılarından olan Vilyam Skott-Elliot 1896-cı ildə yazdığı “Atlantida tarixi” adlı əsərində bu ada haqqında daha dolğun məlumat verməyə çalışıb. V.Skott-Elliot tərəfindən tam həqiqət kimi təqdim olunan konsepsiyaya görə, Atlantida bizim eradan yüzlərlə min əvvəl yüksək inkişaf səviyyəsinə çatmış sivilizasiyaya malik olub. Bu unudulmuş qitə Atlantik okeanın böyük bir hissəsini tuturmuş. Onun sərhədləri şimaldan indiki İslandiyaya, cənubdansa müasir Rio-de-Janeyro şəhərinə qədər uzanırmış. İlk kataklizm təxminən 800 min il əvvəl baş verib. Nəticədə Atlantida öz əvvəlki relyefini itirməyə başlayıb. Amerika materiki bu nəhəng adadan ayrılıb. İkinci geoloji fəlakət 200 min əvvələ təsadüf edir. Atlantida ikiyə - Ruta adlanan nisbətən böyük şimal və ondan kiçik Daitya kimi məlum olan cənub hissələrinə bölünüb. Daha dəhşətli üçüncü kataklizmsə, 80 min il əvvəl baş verib. Bu dəfə də Atlantida öz mövcudluğunu qoruyub. Ancaq bu mövcudluq nəhəng Atlantidanı, sadəcə, Rutanın qalığı olan Poseydanidaya çevirib. Platonun haqqında danışdığı Atlantida da əslində onun kiçik hissəsi olan Poseydanidadır. Nəhayət, bizim eradan əvvəl 9564-cü ildə dördüncü və sonuncu fəlakət baş verib. Və okean Atlantidanı həmişəlik olaraq udub. Bunun nəticəsində planetimizin müasir quru və dəniz sərhədləri indiki görüntülərini alıb. Skott-Elliota görə, Atlantidanın iki milyonluq əhalisi olan paytaxtı Stavorot adlanıb. Bu şəhər müasir parkları xatırladan yaşıllıqlarla əhatə olunubmuş. Paytaxtın kənar hissəsindəsə, əsasən hakim sinfin təmsilçilərinə məxsus villalar yerləşirdi. Stavorot şəhərinin hələ ikinci kataklizm nəticəsində məhv olduğu ehtimal edilir. Atlantida cəmiyyətisə quldarlıq üzərində təşəkkül tapıbmış.


Geri dön

_RONALDO_

  • 28 fevral 2011 18:41
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
Cox sagol...........

--------------------

,,kepenek,,

  • 5 fevral 2011 23:05
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
maraqlidi cox sagol

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]

Ulya

  • 5 fevral 2011 22:58
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
cox sagol

Lindo

  • 5 fevral 2011 22:05
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
{awards}
tesekkurler

AskZede

  • 5 fevral 2011 21:50
  • Məqalə: 10
  • Şərh: 676
  • Bal:
{awards}
Hmm Coooooox Maraqliydi Bilmediklerimi Oyrendim Twk...))love

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 59

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 49
Cəmi: 636
 
MiSS HaPPy)
Xəbərləri: 43
Cəmi: 74
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 40
Cəmi: 54
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 145
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}