Bədənimiz möhkəm olsun

 
Bədənimiz möhkəm olsun

Bədənin mökəmləndirilməsi – xəstəlikləri müalicə etmir, onların qarşısını alır. Bu, onun çox vacib olan profilaktik roludur.
Bədəni mökəmləndirilmiş olan insan nəinki, istini, soyuğu, həmçinin, orqanizmin müdafiə qüvvələrinin zəifləməsinə səbəb ola bilən havanın kəskin temperatur dəyişmələrini də yüngül şəkildə keçirə bilər. Məsələ bundan ibarətdir ki, biz bədənimizi möhkəmləndirərkən öz immun sistemimizi də məşq etdiririk. Müntəzəm olaraq məşq edilmədiyi halda, hər bir digər orqan və sistem kimi, immun sistemi də zəifləmiş olur. Bədənin möhkəmləndirilməsi zamanı istifadə olunan üsullar vasitəsi ilə orqanizm üçün ekstremal hesab edilən müxtəlif vəziyyətlər yaradılır. Bu zaman immun sistemi də təcili olaraq öz mübarizə üsullarını aktivləşdirir.

Fiziki inkişafı səviyyəsindən asılı olmayaraq istənilən yaş qrupuna aid olan insanlar öz bədənlərinin möhkəmləndirilməsi ilə məşğul ola bilərlər. Yüksək qızdırma ilə müşayiət olunan xəstəliklərdən savayı bədənin möhkəmləndirilməsi üçün əks göstəriş yoxdur. Yadda saxlamaq lazımdır ki, bədənin möhkəmləndirilməsi fasiləsiz və sistemli şəkildə aparılmalıdır. Bədənin möhkəmləndirilməsi üzrə 2-3 ay ərzində aparılan prosedurlar daha sonra saxlanılarsa, orqanizm yaxın 3-4 həftə (uşaqlarda isə 5-7 gün) ərzində öz möhkəmliyini itirmiş olur. Buna görə də əgər hər hansı bir səbəbdən siz, uzun müddət ərzində, bədənin möhkəmləndirməsi prosedurlarını saxlamış olsanız, bunu davam etdirmək üçün yenə də lap əvvəldən başlamaq lazım gələcək.

Bədənin möhkəmləndirilməsi prosesində sistematikliyə əməl etməkdən savayı, bunu tədricən etmək də çox vacibdir. Bədənin möhkəmləndirilməsi yalnız o halda müsbət nəticə verəcəkdir ki, bu zaman tətbiq olunan prosedurların qüvvəsi və müddəti yavaş-yavaş artırılmış olsun. Bədənin möhkəmləndirilməsini — dərhal bədənə qar sürtməklə və ya buzlu suda çimməklə başlamaq olmaz. Belə tələsik və düşünülməmiş möhkəmləndirmə orqanizmin sağlamlığına zərər gətirə bilər.

Bədənin möhkəmləndirilməsi insan orqanizminə (xüsusən də bu işə yeni başlayanlarda) güclü şəkildə təsir edir. Buna görə də bədənin möhkəmləndirilməsi prosedurlarına başlamazdan əvvəl mütləq həkimlə də məsləhətləşmək lazımdır. Bədənin sağlamlıq dərəcəsini, yaşınızı nəzərə alaraq, həkim sizə bədənin möhkəmləndirilməsi üsullarının düzgün seçilməsində, onlardan istifadə qaydaları barədə dəyərli məlumatlar verməklə, onların orqanizmə verə biləcəkləri mənfi təsirlərin qarşısının alınmasında kömək edəcək.

Bədənin möhkəmləndirilməsi — orqanizmin müdafiə qabiliyyətinin artırılması vasitəsi kimi, insanlara qədim zamanlardan da məlum idi. Praktik olaraq bütün müxtəlif qədim dövlətlərin – Qədim Roma və Qədim Yunanstan, Qədim Çin, Qədim Hindistanın — qədim mədəniyyətlərində insan bədəninin və ruhunun möhkəmləndirilməsinin profilaktik vasitələri kimi istifadə olunmuşdur.

Qədim çin kitablarının birində sağlamlıq haqqında belə yazılmışdır: "Müdrük adam xəstəliyi öz bədənində hələ olmadığı zamandan müalicə etməyə başlayır. Çünki xəstəlik başlandıqdan sonra onun müalicəsinə başlamaq mənaca o deməkdir ki, insan su axtarmaq üçün quyu qazılması prosesinə yalnız susuzluq onu əldən saldıqda və ya silah hazırlanmasına isə düşmənlə dava getdiyi zamanda başlayır. Məgər bu çox gec deyil?"

Bədəni hava, günəş və sudan istifadə etməklə möhkəmləndirmək olar.

İnsan sağlamlığının möhkəmləndirilməsi üçün, açıq havada heç olmasa 30 dəqiqə — 1 saat ərzində olan gündəlik (!) gəzintinin böyük əhəmiyyəti vardır. Belə hava vannalarının təsiri altında ürək-damar, sinir, tənəffüs sistemlərinin fəaliyyəti, qanın tərkibi (qanda eritrositlətim miqdarı və hemoqlobinin səviyyəsi artır) yaxşılaşır.

Bədənin açıq havada keçirilən möhkəmləndirilməsinin effektivliyinin artırılması şərtlərindən biri geyimin düzgün seçilməsidir. Belə ki, geyinilən paltar havaya uyğun olmalı, insan özünü bu paltarda rahat hiss etməli, ona soyuq və ya isti olmamalıdır, insan tərləməməlidir.

Günəş şüaları insan orqanizmi üçün çox xeyirlidir. İstiliyin təsiri altında insan dərisindəki tər vəzilərinin fəaliyyəti güclənmiş olur. Bu zaman orqanizm üçün zərərli hesab olunan maddələrin bir çoxu tər vasitəsi ilə bədəndən xaric edilir. Belə halda həmçinin, böyrəklərin üzərinə düşən yük də bir qədər azalmış olur. İsti — orqanizmin bütün toxumalarında qan dövranının yaxşılaşmasına səbəb olur. Günəş şüalarının təsiri altında insanın dərisində, insan sağlamlığı üçün çox vacib olan D vitamini hazırlanır. Günəş şüaları bakterisid (mikrobları öldürən) xüsusiyyətə malikdir. Bu şüalar, soyuqdəyməyə və müxtəlif infeksiyalara qarşı orqanizmin müqavimətinin artırılmasında iştirak edir, orqanizmə tonuslandırıcı təsir göstərirlər. Yay fəslində günəş vannaları qəbul edilməsi üçün ən yaxşı vaxt səhər saat 8-dən 11-dək və günortadan sonra isə saat 17-dən 19-a qədərdir. Ancaq onu da yadda saxlamaq lazımdır ki, isti günəş şüaları altında həddindən artıq dərəcədə qalmaq orqanizmi nəinki möhkəmləndirir, hətta ona xeli dərəcədə ziyan vurur.


Su – insan orqanizminini möhkəmləndirilməsi üçün ümumi qəbul olunan bir vasitədir.Bədənin su ilə möhkəmləndirilməsinin aşağıdakı üsulları vardır:

1) Bədəni yaş dəsmalla sürtmə. Bu, bədənin su ilə möhkəmləndirilməsinin ilkin mərhələsi hesab olunur. Bu, su prosedurları içərisində ən zərifidir. Onu uşaq yaşlarından başlayaraq istənilən yaşlarda tətbiq etmək olar. Onu otaq temperaturunda olan yaş dəsmalla, suya batırılmış süngərlə ("qubka”) etmək olar. Sürtmə aşağıdakı ardıcıllıqla yerinə yetirilir: boyun, sinə, kürək. Sonra onları qurulayaraq dəri qızarana qədər dəsmalla sürtürlər. Bundan sonra yaş dəsmalla ayaqları da sürtürlər. Bütün bu prosedur 5 dəqiqə ərzində davam etdirilir.

2) Bədənin üzərinə su axıtmaq. Bu isə, bədənin su ilə möhkəmləndirilməsinin növbəti mərhələsidir. İlkin su axıtma prosedurunu + 30°С-dən başlayaraq tədricən + 15°С-dək azaltmaq məsləhət görülür. Su axıdılması prosedurundan sonra bədəni fəal şəkildə dəsmalla sürtmək lazımdır. Bu prosedurlara yay aylarında və daha yüksək temperaturlardan başlamaq lazımdır. Bu prosedur 20-40 saniyə müddətində aparılmalıdır.

3) Duş qəbul edilməsi - bədənin su ilə möhkəmləndirilməsi üçün daha effekltiv prosedur hesab olunur. Bu prosedurun ilk mərhələlərində suyun temperaturu +30-32°С arasında olmalı və 1 dəqiqədən artıq davam etməməlidir. Sonrakı mərhələlərdə suyun temperaturunu tədricən azaltmaq prosedurun qəbul müddətini isə 2 dəqiqəyədək (duşdan sonra bədənin fəal şəkildə dəsmalla sürtülməsi də daxil olmaqla) artırmaq olar. Daha sonralar isə kontrast duşlara keçmək olar. Bu zaman 3 dəqiqə ərzində 2-3 dəfə olmaqla temperaturu 35-40°С olan isti duşu temperaturu 13-20°С olan soyuq su ilə növbələmək lazımdır.

Bədənin möhkəmləndirilməsi üçün su ilə ümumi prosedurlarla yanaşı yerli prosedurlar da keçirilir. Onlardan ən çox tətbiq edilənləri, soyuq su ilə ayaq pəncələrinin yuyulması və boğazın qarqara edilməsidr. Bu yolla biz ən tez soyuqlayan bədən hissələrini mökəmləndirməyə çalışırıq.

Ayaq pəncələrinin yuyulması bütün il boyu yatmamışdan əvvəl aparılmalıdır. Prosedurun ilkin mərhələlərində suyun temperaturu 26-28°С olmalı, sonrakı mərhələlərdə isə tədricən 12-15°С-dək azaldılmalıdır. Yuyulmadan sonra ayaq dərisi qızarana qədər dəsmalla silinməlidir.

Boğazın (udlağın) qarqara edilməsi – hər gün səhər və axşam edilir. Prosedurun ilkin mərhələlərində suyun temperaturu 23-25°С olmalı, sonrakı mərhələlərdə isə hər həftə 1-2°С azaldılaraq tədricən 5-10°С-yə çatdırılmalıdır. Yadda saxlamaq lazımdır ki, əgər sizdə ağız boşluğunun və udlağın xəstəlikləri (xroniki tonzillit və s.) vardırsa, boğazın (udlağın) qarqara edilməsinə yalnız həkim məsləhətindən sonra başlamaq olar.

Hamam və saunaya getmək də bədənin möhkəmləndirilməsinə çox yaxşı təsir edir. Bu prosedurların təsiri nəticəsində orqanizmin iş qabiliyyəti və emosional tonusu artır, qan damarları genişlənir, orqanizmin bütün toxumalarında qan dövranının güclənməsi baş verir. Yüksək temperaturun təsiri altında dəridən güclü şəkildə tər xaric olur ki, bu da maddələr mübadiləsinin zərərli məhsullarının orqanizmdən xaric olmasına kömək edir. Müntəzəm olaraq hamam və saunaya gedilməsi nəticəsində orqanizmin soyuqdəyməyə və infeksion xəstəliklərə qarşı olan müqaviməti yüksəlmiş olur.

Ancaq hamam və saunaya tez-tez getmək də məsləhət deyil. Bununla siz sağlamlığınıza zərər verə bilərsisniz.
Bundan əlavə hamam və saunaya getməyə əks-göstəriş olan xəstəliklər də vardır: ürək qüsurları, hipertoniya, ürəyin işemik xəstəliyi, ateroskleroz, varikoz, ağ ciyər xəstəlikləri, bronxial astma, xora xəstəliyi, bədxassəli şişlər, qalxanvari vəzinin xəstəlikləri və s.


Geri dön

nuray sirinova

  • 8 aprel 2014 11:39
  • Məqalə: 52
  • Şərh: 4163
  • Bal:
тєѕєккυяLєяrrr...))

ヅ s a y k a. ヅ

  • 7 aprel 2014 17:22
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
Su – insan orqanizminini möhkəmləndirilməsi üçün ümumi qəbul olunan bir vasitədir.Bədənin su ilə möhkəmləndirilməsinin aşağıdakı üsulları vardır:

--------------------
♥Sayka♥


Qaska_Quli

  • 27 mart 2014 09:53
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
teshekkurrr

--------------------

Angry Boy

  • 25 mart 2014 17:01
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
meqaley gore teskekrulerrrrrr

✰BeAuTiFuL✰

  • 25 mart 2014 07:06
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
meqaleye gore twk

PSIXOPATKA

  • 25 mart 2014 00:28
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
XEBERE GORE TWK

--------------------

Sessiz Melodiya

  • 24 mart 2014 20:58
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
heyatim bir anliq,
sensiz kecdi qaranliq.

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

Damlam

  • 24 mart 2014 19:15
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
TEWEKKKURLERRRRRRRRRR

--------------------
http:///user/İmza/

ヅ Bad Girl ヅ

  • 24 mart 2014 17:37
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
tewekkurler

--------------------

L115A1

  • 24 mart 2014 16:08
  • Məqalə: 12
  • Şərh: 1135
  • Bal:
{awards}
bedenimiz mohkemdi tewekkurler winked

--------------------

ღ★ Firuzə ★ღ

  • 24 mart 2014 15:29
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
təşəkkür edirəmmm

--------------------

melek_19

  • 24 mart 2014 15:15
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun meqale ucun...

--------------------

Pink Life:)))

  • 24 mart 2014 14:57
  • Məqalə: 0
  • Şərh: 212
  • Bal:
{awards}
coox sagolun

--------------------
Heყat ყaşayaмadιğιмιz "BeLKeleR"... ყaşadιgιмιz "KaşKileR" ve iciмizde tutduğuмuz"NeYSe"lerden ibaretdir.

prosta ema

  • 24 mart 2014 14:16
  • Məqalə: 18
  • Şərh: 2270
  • Bal:
{awards}
tewekkurler a,mma axira qeder oxumadim

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

Zayn_Malik_fan

  • 24 mart 2014 14:09
  • Məqalə: 133
  • Şərh: 1695
  • Bal:
{awards}
Tewekkurler...

^^Nazlı Şeytan^^

  • 24 mart 2014 14:09
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

_keleBek_)

  • 24 mart 2014 13:42
  • Məqalə: 63
  • Şərh: 3033
  • Bal:
{awards}
tewekkurlerrr...))

--------------------

__MB__

  • 24 mart 2014 13:32
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
təşəkkür məlumata görə

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 45
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}