Nokia

 
Nokia


Nokia — Finlandiyanın transmilli şirkəti, mobil rabitə texnologiyaları sahəsində dünya liderlərindən biri. Öz məlumatlarına görə dünya mobil telefon telefon bazarındakı payı 39% təşkil edir.[1] Şirkətin mərkəzi qərargahı Finlandiyanın Espoo şəhərinin Keilaniemi rayonunda yerləşir. Nokianın dünyanın bir çox ölkələrində tədqiqat və inkişaf mərkəzləri, istehsalat obyektləri və satış məntəqələri yerləşir. 2009-cu ilin dekabrına olan məlumata görə Nokianın dünyanın 16 ölkəsində tədqiqat mərkəzləri yerləşir və həmin mərkəzlərdə 37 200 nəfər işləyir. Bu rəqəm şirkətin ümumi işçi sayının təxminən 30%-ni təşkil edir. Nokia Tədqiqat Mərkəzinin 7 ölkədə — Finlandiya, Çin, Hindistan, İsveçrə, Keniya, ABŞ və Böyük Britaniyada nümayəndəlikləri var. Şirkətin ümumilikdə 15 zavodu fəaliyyətdədir. Finlandiyada və Çində 3, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Meksika, Hindistan, Macarıstan və Rumıniyada isə 1 zavodu yerləşir. 2004-cü ildə Nokia Finlandiyanın ÜDM-nin 3,5%-ni təşkil edirdi, 2003-cü ildə isə Nokianın ixracatı Finlandiyanın ümumi ixracatının 25%-i qədər idi.Nokia ilk mobil telefon istehsalına 1982-ci ildə başlayıb. Həmin vaxt istehsal olunan telefonlar həcmcə böyük, 1G texnologiyasına malik telefonlar idi. 2G texnologiyasına malik telefonlar 1992-ci ildən etibarən buraxılmağa başlandı. İlk MP3 formatını dəstəkləyən telefonlar isə 2005-ci ildə bazara buraxıldı. Hal-hazırda şirkət 3G və 4G texnologiyasına malik telefonların istehsalı və təkmilləşdirilməsi ilə məşqul olur.

2009-cu ilin statistik məlumatlarına görə Nokia 432 milyon ədəd mobil telefon istehsal etmişdir. Bunların 68 milyonu smartfonlar idi. Nokia bütün dünyada mobil telefon satışına görə birinci yerdə durur [4] Nokia brendi 2010-cu ildə aparılan araşdırmaya əsasən 29.5 milyard dollar dəyərə malikdir. Brendinin dəyərinə görə Nokia brendi dünyada 8-ci yeri tutur. Nokia ilk onluqda olan şirkətlər arasında ABŞ-ı təmsil etməyən yeganə şirkətdir. Tarixi

Nokianın əsası 1865-ci ildə ixtisasca mühəndis olan Fredrik İdestam tərəfindən qoyulub. Başlanğıcda şirkət kağız istehsalı ilə məşğul olurdu. 1868-ci ildə İdestam Tampere şəhərindən 15 km qərbdə, Nokianvirte çayı sahilində yerləşən, Nokia şəhəri yaxınlığında, ağac məhsulları istehsal edən ikinci zavod açır. Bunun səbəbi Nokianvirte çayında daha böyük hidroelektrik potensialın olması idi. 1871-ci ildə İdestam öz yaxın dostu və şəriki Leo Meçelin ilə birlikdə Nokia şirkətini təsis edir. 19-cu əsrin sonlarına yaxın Meçelin elektrik biznesini inkişaf etdirmək istəsə də, İdestam bunu etirazla qarşılayır. Lakin İdestamın 1896-cı ildə şirkətin rəhbərliyindən gedərək təqaüdə çıxması Meçelinin şirkətin əsas rəhbəri olması ilə nəticələnir. O bu vəzifədə 1898-ci ildən 1914-cü ilə qədər işləyir. 1902-ci ildə Nokia elektrik istehsalını öz biznesinə əlavə edir.[3] Lakin Birinci Dünya Müharibəsindən az sonra şirkət iflasa uğramaq ərəfəsində idi. Bunun qarşısını almaq üçün onun müştərilərindən olan Finnish Rubber Works şirkəti Nokianın səhmlərini alır. Bununla həmin şirkət Nokiadan elektrik generatorlarının alınmasını davamlı etmək istəyirdi. 1922-ci ildə həmin şirkət Finnish Cable Works şirkətini də alır. 1967-ci ildə bu üç şirkət birləşərək Nokia Korporasiyası adı altında fəaliyyətini davam etdirir.


Geri dön

Yusif

  • 8 fevral 2011 20:29
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
reylere gore twk

Ulya

  • 5 fevral 2011 23:00
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
winked

nilayka

  • 5 fevral 2011 22:36
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
thank you

--------------------

sevgi_meleyim.

  • 5 fevral 2011 22:17
  • Məqalə: 17
  • Şərh: 551
  • Bal:
{awards}
Tsk xebere gore.

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}