Səhabələr kimlərdir?

 
Səhabələr kimlərdir?


Səhabə Peyğəmbəri - ona və ailəsinə Allahın salavatı və salamı olsun - görüb İslamı qəbul edən və müsəlman olduğu halda ölən kəsə deyilir. Səhabələr Peyğəmbərdən sonra, ən xeyirli insanlardır. Onları dost tutmaq, onları sevmək, onlardan razı qalmaq hər bir müsəlmana vacibdir. Onları sevmək dindar və mömin olmağın, habelə mərhəmətli Allaha yaxınlaşmağın əlaməti, onlara nifrət bəsləmək isə kafirliyin və üsyankarlığın əlamətidir. Onlar bu dini qısa bir vaxt ərzində yer üzünün hər tərəfinə yaymış, Allah onların əli ilə bir çox diyarları fəth etmiş, beləliklə də, insanlar dəstə-dəstə bu dinə daxil olmuşlar. Səhabələr həqiqi mömin sayıldıqları, habelə ən fəzilətli möminlər hesab olunduqları üçün onları dost tutmaq və onları sevmək, möminliyin əlamətidir.
Abdullah ibn Məsud demişdir: “Bir nəfər Peyğəmbərin yanına gəlib dedi: “Ya Rəsulullah! Bir qövmü sevib onlara yetişə bilməyən kəs haqda nə deyirsən?” Peyğəmbər dedi: “İnsan sevdiyi kəslə birlikdə olacaqdır.” (Səhih Muslim, 6168).

Uca Allah səhabələri tərifləmiş və onlara Cənnəti vəd etmişdir. Allah buyurur: “Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur” (ət-Tövbə, 100).
Səhabələrin ən xeyirlisi İslamı qəbul etməkdə hamını ötüb keçmiş mühacirlər, sonra ənsar, sonra Bədr döyüşündə iştirak edənlər, sonra Uhud döyüşündə iştirak edənlər, sonra Əhzab döyüşündə iştirak edənlər, sonra Ridvan beyətində iştirak edənlər, sonra Məkkənin fəthindən öncə hicrət edib döyüşənlər, sonra da Məkkənin fəthindən sonra hicrət edənlərdir. Mühacir Məkkədən Mədinə şəhərinə hicrət edənlər, ənsar isə Mədinədə Peyğəmbərə və mühacirlərə sığınacaq verənlərdir. Bunların hamısını Allah gözəl aqibətlə müjdələmişdir.

Səhabələrin ən xeyirlisi raşidi xəlifələr – Əbu Bəkr əs-Siddiq, Ömər əl-Faruq, Osman zin-Nureyn, Əbu Sibteyn Əli ibn Əbu Talib, sonra Abdur-Rəhman ibn Auf, Peyğəmbərin həvarisi Zubeyr ibn Əvvam, Təlhə ibn Ubeydullah, Səd ibn Əbu Vaqqas, bu ümmətin ən etibarlısı Əbu Ubeydə ibnul-Cərrah, Səid ibn Zeyd ibn Nufeyldir.
Peyğəmbər demişdir: “On nəfər Cənnətdə olacaq. Peyğəmbər Cənnətlikdir, Əbu Bəkr Cənnətlikdir, Ömər Cənnətlikdir, Osman Cənnətlikdir, Əli Cənnətlikdir, Təlhə Cənnətlikdir, Zubeyr ibn Əvvam Cənnətlikdir, Səd ibn Malik Cənnətlikdir, Abdur-Rəhman ibn Auf Cənnətlikdir.” Sonra dedi: “Əgər istəsən sənə onuncunun da kim olduğunu xəbər verərəm.” Soruşdular: “O kimdir elə?” O bir qədər susduqdan sonra yenə soruşdular: “O kimdir elə?” O dedi: “Səid ibn Zeyd.”
Peyğəmbər bu on nəfərdən başqalarını da Cənnətlə müjdələmişdir. Onlardan Abdullah ibn Məsudu, Bilal ibn Əbu Rəbahı, Ukkaşə ibn Mihsanı, Cəfər ibn Əbu Talibi və bir çox başqalarını misal göstərmək olar. Allah bütün səhabələrdən razı olsun!


Geri dön

Qaska_Quli

  • 12 aprel 2014 21:22
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
ALLAH razi olsunn

--------------------

Damlam

  • 1 aprel 2014 23:28
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
tewekkurler fellow

--------------------
http:///user/İmza/

Sessiz Melodiya

  • 1 aprel 2014 20:06
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
Biri yazır "mələyim mənim"...
Biri yazır "gözəlim mənim"...
Amma ürək susana aiddir...
Sevginin ədaləti bu olsa gərək...

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

ღ★ Firuzə ★ღ

  • 1 aprel 2014 18:03
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------

prosta ema

  • 1 aprel 2014 12:51
  • Məqalə: 18
  • Şərh: 2270
  • Bal:
{awards}
Peyğəmbər demişdir: “On nəfər Cənnətdə olacaq. Peyğəmbər Cənnətlikdir, Əbu Bəkr Cənnətlikdir, Ömər Cənnətlikdir, Osman Cənnətlikdir, Əli Cənnətlikdir, Təlhə Cənnətlikdir, Zubeyr ibn Əvvam Cənnətlikdir, Səd ibn Malik Cənnətlikdir, Abdur-Rəhman ibn Auf Cənnətlikdir.” Sonra dedi: “Əgər istəsən sənə onuncunun da kim olduğunu xəbər verərəm.” Soruşdular: “O kimdir elə?” O bir qədər susduqdan sonra yenə soruşdular: “O kimdir elə?” O dedi: “Səid ibn Zeyd.”

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

BaNTiKLi_CiCiWKa:)

  • 1 aprel 2014 12:48
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
təşəkkürlər

--------------------

ヅ s a y k a. ヅ

  • 1 aprel 2014 12:43
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
Maraqli xeber idi bilmirdim bildim

--------------------
♥Sayka♥


ヅ Bad Girl ヅ

  • 1 aprel 2014 12:10
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

melek_19

  • 1 aprel 2014 10:17
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun....

--------------------

aska rico

  • 1 aprel 2014 08:48
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 36
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}