Quran hekayələri - Yeddi gün balığın qarnında

 
Quran hekayələri - Yeddi gün balığın qarnında



Qədim Aşur ölkəsinin Neynəva şəhərində bütpərəstlik geniş yayılmşdı. Şəhərin əhalisi uzun illər idi ki, tək Allah əvəzinə cansız bütlərə inanır, onlara tapınırdı. Dinsizliyin, kafirliyin baş alıb getdiyi belə bir dövrdə Uca Allah öz elçisini - Yunis peyğəmbəri onların içinə göndərdi.


Yunis, həmin tayfadan idi, ancaq çoxdan onlardan ayrı düşmüşdü. O, camaatı başına toplayıb dedi:


- Heç nə iş tutduğunuzu bilirsiniz? Niyə öz yüksək insanlıq şərəfinizi bu cansız bütlərin ayaqları altına atırsınız? Açın qulağınızı, yaxşı-yaxşı eşidin: Məni bura Uca Allah göndəribdir ki, sizə doğru yol göstərəm. Ürəyinizi Ona sarı döndərəm. Dünyada tək bir Allah vardır, O da Uca Tanrıdır. Mən də onun elçisiyəm.


Bu sözlər camaata bərk təsir etdi. Onlara çox ağır gədi ki, öz içlərindən çıxmış bir nəfər gəlib onlara ağıl öyrədir. Odur ki, onlar Yunisə kinayə ilə dedilər:


- Nə boş-boş danışırsan? Niyə bizim ibadət etdiyimiz bütlərə qara yaxırsan? Axı biz onlara ibadət etməyi ata-babalarımızdan öyrənmişik. Sənin dediyindən belə çıxır ki, biz onların yolunu atıb sənin icad etdiyin dinə qoşulmalıyıq.


Yunis öz tayfasını yola gətirmək üçün bir az yumşalıb dedi:


- Ay camaat, bir az düşünün, baxın görün, səhər-axşam ibadət etdiyiniz bu bütlərin sizə bir xeyri varmı? Bəlkə mənim xəbərim yoxdur? Olmaya xəstələrinizə şəfa verirlər onlar? Yoxsa bir ziyan işin qabağını alırlar? Bir də mən bilmirəm ki, nəyə görə siz bu dini bəyənmirsiniz? Sizi dəvət etdiyim bu din zülmü pisləyir, insanlara əmin-amanlıq və rahatlıq gətirir, xeyirxah əməllər aşılayır, yoxsulluğun qarşısını alır. Daha bunun nəyi pisdir ki?


Mehribanlıqla deyilmiş bu sözlərin də təsiri olmadı. Camaat elə inadkarlıqda qaldı ki, qaldı. Onlar tutduqlarını buraxmayaraq yenə də dedilər:


- Niyə sən bizə ağıl verirsən? Məgər bizim öz ağlımız yoxdur? Sənin dəvətini qəbul etmirik! Yaxamızdan əl çək!



Daha bu sözlərdən sonra Yunis dözə bilmədi. O, hirslə dedi:


- Mən sizə yaxşılıq etmək istəyirdim. Sizi xeyrə, bərəkətə çağırırdım. İndi ki, sözlərimi eşitmək istəmirsiniz, gözləyin, tezliklə İlahinin qəzəbi sizi yaxalayar, başınızın üstünü bəla alar.


Camaatın Yunisə son sözü bu oldu:


- Biz sənin hədələrindən qorxmuruq. Göndər üstümüzə o bəlanı. Görək o nədir elə?


Yunis qəzəbindən tir-tir əsirdi. Bilmirdi ki, nə etsin. Axırda bu qərara gəldi ki, inadkar tayfasını tərk edib getsin. Halbuki, bir az da dözümü olsaydı, bəlkə də tayfasının içində dəvətini qəbul edənlər olardı.




Yunis doğma Neynəva şəhərindən azca uzaqlaşmışdı ki, onun vəd etdiyi bəlanın əlamətləri göründü. Hava qaraldı, bərk tozanaq qalxdı. Camaatın sifəti dəyişib eybəcər və qorxunc hala düşdü. Onlar bu dəhşətli haldan qorxub, Uca Allaha iman gətirdilər. Camaat dağa-daşa düşdü. Atalar, analar İlahiyə əl açıb onları bağışlamalarını dilədi. Uca Allahın onlara rəhmi gəldi. Öz tükənməz lütfünü onlardan əsirgəmədi. Tayfanın tövbəsi qəbul olundu. Onlar sağ-salamat evlərinə döndülər. Elə o anda ürəklərindən keçdi ki, kaş Yunis onların yanına qayıdıb başçıları olaydı...


Ümidsiz halda bir xeyli yol getdikdən Yunisin qarşısına bir dəniz çıxdı. Gözünə sahildə dayanmış bir gəmi sataşdı. Yunis yaxınlaşıb gəmiçilərdən onu da özləri ilə götürmələrini xahiş etdi. Gəmidəkilər Yunisin sifətindən alicənablıq yağdığını görüb onu da gəmiyə mindirdilər. Gəmi elə dənizin ortasına çatmışdı ki, bərk tufan oldu. Dalğalar gəmini qoynuna alaraq onu atıb-tutmağa başladı. Dəhşətə gələn adamlar bu qəfil tufanı İlahinin qəzəbi sandılar. Düşündülər ki, yəqin aramızda ağasından qaçmış kölə vardır. Ona görə də bu qərara gəldilər ki, gəmidəkilərdən birini dənizə qurban versinlər. Belə də etdilər. Püşk ataraq qurbanlığı seçmək istədilər. Püşk Yunisin adına çıxdı. Gəmidəkilərin ona yazığı gəldi. İkinci dəfə də püşk atdılar. Bu dəfə də Yunisin adı gəldi. Yenə də onlar Yunisə qıymadılar. Amma nə etmək olardı? Üçüncü dəfə də püşk Yunisin payına düşdü.


Yunis başa düşdü ki, burada bir hikmət vardır. O, barmağını dişləyib bildi ki, gərək öz tayfasını belə tez tərk etməyəydi. Axı öz vəzifəsini yerinə yetirməmişdi. Ən əsası Uca Allah da getməyi barədə əmr verməmişdi. Ona görə də gərək dözəydi. Deməli, dözümü çatmamışdı.


Yunis bir anda özünü dənizə atdı. Kükrəyən dalğalar onu qoynuna aldı. Ulu Tanrı heç vaxt sadiq bəndələrini darda qoymur. Bu dəfə də O, Yunisin dadına çatdı. İlahinin göstərişi ilə böyük bir balıq Yunisi uddu. Balığa əmr olundu ki, Yunisi əmanət kimi qorusun, ətinə, sümüyünə toxunmasın.


Yunis beləcə balığın qarnında qaldı. Onu qəm-kədər bürüdü, ürəyi sıxıldı. Ümidi təbii ki, Bağışlayan və Rəhmli Allah oldu. Yunis balığın qarnında qaldığı yeddinci günü bu qaranlıq içindən yalvardı:


- Mərhəmətli Allahım, Səndən başqa ümid yerim yoxdur. Mən öz nəfsimə zülm edənlərdən oldum. Mənim bu günahımı bağışla.


Uca Allah Yunisin bu yalvarışını eşitdi. Öz günahını başa düşmüş elçisinin duasını qəbul edib balığa buyurdu:


- Əmanətimi dənizin sahilinə çıxar.


Balıq üzülmüş, arıq və zəif Yunisi sahilə atdı. Yunis bir azdan sağalıb ayağa durdu.


İlahidən nida gəldi ki, öz tayfasının yanına qayıtsın. Yunis Neynəva şəhərinə döndükdə gördüklərinə inanmadı. Onun tayfası tək olan Uca Allaha sığınaraq, Onun sönməz işığı altında yaşayırdı.


Qurandan ayələr:



“Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbirsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüz, yaxud hökmümüzün ona yetməyəcəyini) güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): “(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)”, -deyib dua etmişdi. Biz onun (Yunisin) duasını qəbul buyurduq və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!”(əl-Ənbiya, 87-88)


Həqiqətən, Yunis də (Bizim tərəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir! (Ya Peyğəmbər!) Yadına sal ki, bir zaman o, (qövmünün küfrü üzündən yük və adamla) dolu bir gəmiyə qaçmışdı. (Gəmidə olanlar) püşk atmış və (püşk ona düşdüyü üçün) məğlub edilənlərdən olmuşdu. (Yunis gəmiyə mindiyi zaman gəmi yerindən tərpənməmiş, buna görə də sərnişinlər: “Yəqin ki, içərimizdə ağasından qaçmış kölə vardır”, - demişdilər. Kölənin kim olduğunu bilmək üçün püşk atılmış və o, Yunisə düşmüşdü. Yunis özünü dənizə atmağa məcbur olmuşdu). (Yunis Allahın izni olmadan qövmünü tərk edib getdiyinə görə) özünü qınayarkən (dənizə atılarkən) balıq onu udmuşdu. Əgər o, (Allahı) çox təqdis edənlərdən (namaz qılanlardan) olmasaydı, Yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı. (əs-Saffat, 139-144)


Geri dön

Angry Boy

  • 31 mart 2014 20:41
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
melumata gore tesekkurler

ヅ Bad Girl ヅ

  • 29 mart 2014 19:20
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Angry Boy

  • 29 mart 2014 16:25
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

✰BeAuTiFuL✰

  • 29 mart 2014 04:38
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun

PércyDarkMoon

  • 27 mart 2014 19:19
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Qaska_Quli

  • 27 mart 2014 18:29
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
ALLAH razi olsunn

--------------------

_keleBek_)

  • 27 mart 2014 17:28
  • Məqalə: 63
  • Şərh: 3033
  • Bal:
{awards}
ALLAH razi olsun...

--------------------

Payız qoxulu

  • 27 mart 2014 16:56
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

_YaLaN_DuNyAm_

  • 27 mart 2014 16:06
  • Məqalə: 1
  • Şərh: 485
  • Bal:
{awards}
tewekurler

--------------------
Bir gun olsem eyer, mezarimi cox qazsinlar. Mezarimin ustune sevdayildi yazsinlar. Bir gun sen olsen eyer yanimda basdirsinlar mezarimin usdune qovuwdular yazsinlar.

ЛЮБИМКА

  • 27 mart 2014 15:33
  • Məqalə: 53
  • Şərh: 2518
  • Bal:
{awards}
Allah razi olsunnnnn

Allah razi olsunnnnn

ღ★ Firuzə ★ღ

  • 27 mart 2014 14:50
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

NikaLYa

  • 27 mart 2014 14:18
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 27 mart 2014 14:08
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
Allah razi olsunnnnn

PSIXOPATKA

  • 27 mart 2014 13:12
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.ELE O VAXTDAN O BALIQIN ADI YUNUS BALIQI OLUR

--------------------

sessiz deniz

  • 27 mart 2014 13:07
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Qədim Aşur ölkəsinin Neynəva şəhərində bütpərəstlik geniş yayılmşdı. Şəhərin əhalisi uzun illər idi ki, tək Allah əvəzinə cansız bütlərə inanır, onlara tapınırdı. Dinsizliyin, kafirliyin baş alıb getdiyi belə bir dövrdə Uca Allah öz elçisini - Yunis peyğəmbəri onların içinə göndərdi.


Yunis, həmin tayfadan idi, ancaq çoxdan onlardan ayrı düşmüşdü. O, camaatı başına toplayıb dedi:

^^Nazlı Şeytan^^

  • 27 mart 2014 13:05
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

ヅ Bad Girl ヅ

  • 27 mart 2014 12:23
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Kapriznaya Dəcəlka

  • 27 mart 2014 10:30
  • Məqalə: 90
  • Şərh: 2876
  • Bal:
{awards}
tewekkurler

--------------------

prosta ema

  • 27 mart 2014 10:28
  • Məqalə: 18
  • Şərh: 2270
  • Bal:
{awards}
allah razi olsun

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

Damlam

  • 27 mart 2014 10:13
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
allah razi olsunnnnnnnnnn

--------------------
http:///user/İmza/

melek_19

  • 27 mart 2014 09:59
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

prosta barbi

  • 27 mart 2014 09:37
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

kitaykaa

  • 27 mart 2014 08:37
  • Məqalə: 0
  • Şərh: 243
  • Bal:
{awards}
Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 36
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}