Səni sevdim çox sadəcə

 
Səni sevdim çox sadəcə


Səni sevdim gündən‐günə daha dolğun, daha incə,
Düşünmədən, daşınmadan, bər‐bəzəksiz, çox sadəcə.
Səni sevdim yerə həsrət yağış kimi, leysan kimi,
Səni sevdim gözəlliyə heyran olan insan kimi.
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..



Mahnılarda anılmadım, dastanlarda yoxdur adım;
Kərəm ünlü aşiqlərin cərgəsində yer almadım,
İçimdəki ağrıların atəşindən kül olmadım...
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..



Məcnun olub, dərdli eşqlə səhralara üz tutmadım,
İnsanlardan uzaq düşüb ceyran‐cüyür ovutmadım,
Xəyallara səcdə qılıb vüsalını unutmadım...
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..



Fərhad olub, dəryaları məcrasından döndərmədim,
Xosrov kimi can yanğımı məhəbbətlə söndürmədim...
Dünyanın naz‐nemətini sənə bəxşiş göndərmədim...
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..



Romeo tək tez od alıb yanmaq üçün doğulmadım,
Vaqif kimi pəri, sona göllərində boğulmadım,
Otello tək qısqanclıqdan, ehtirasdan yoğrulmadım...
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..



Koroğlu tək eşq yolunda davalara alışmadım,
Haray salıb gözəllərin məclisinə qarışmadım;
İstedadlı aşiq kimi Füzuliylə yarışmadım...
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..



Səni sevdim gündən‐günə daha dolğun, daha incə,
Düşünmədən, daşınmadan, bər‐bəzəksiz, çox sadəcə.
Səni sevdim yerə həsrət yağış kimi, leysan kimi,
Səni sevdim gözəlliyə heyran olan insan kimi...
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..


Geri dön

xanim17

  • 10 aprel 2011 22:59
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
tesekkurler super idi

::..ONSLAUGHT::..

  • 11 mart 2011 23:27
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
gozel weirdi tewekkur edirem

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 3 mart 2011 20:20
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Tşk yaxşıdı

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

GlamouR_

  • 25 fevral 2011 23:38
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
Səni sevdim gündən‐günə daha dolğun, daha incə,
Düşünmədən, daşınmadan, bər‐bəzəksiz, çox sadəcə.
Səni sevdim yerə həsrət yağış kimi, leysan kimi,
Səni sevdim gözəlliyə heyran olan insan kimi...
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..
love love

--------------------

Yusif

  • 8 fevral 2011 19:08
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Fərhad olub, dəryaları məcrasından döndərmədim,
Xosrov kimi can yanğımı məhəbbətlə söndürmədim...
Dünyanın naz‐nemətini sənə bəxşiş göndərmədim...
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..

gul_93

  • 7 fevral 2011 16:32
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
tewekkurler

Lexikon

  • 7 fevral 2011 00:58
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
Koroğlu tək eşq yolunda davalara alışmadım,
Haray salıb gözəllərin məclisinə qarışmadım;
İstedadlı aşiq kimi Füzuliylə yarışmadım...
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..twkkkkkkkkkkkkk

LOVE IS DEAD

  • 6 fevral 2011 23:01
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
teshekkurler seni cox sevdim

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

Ulya

  • 6 fevral 2011 14:05
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox beyendim.ellerine sagliq

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 43
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 30
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 67
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 3
Cəmi: 1144
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}