Şahrux Xan barədə bilmədikləriniz

 
Şahrux Xan barədə bilmədikləriniz



70-ci illərin sonu 80-cı illərin əvvəlləri bütün post Sovet məkanında olduğu kimi ölkəmizdə də bir neçə nəsil məhz hind kinolarının al-əlvan işıqları, həzin musiqiləri və dinamik rəqsləri altında böyüyüb. Müstəqillik illərində də Bollivud ulduzları öz popuyarlığını itirməyib, əksinə yeni simaları və yeni qəhrəmanları ilə daha böyük rəğbət qazanıb.


“33” layihəsində növbəti qonağımız Bollivudun yalnız Hindistan deyil, dünya kinomatoqrafiyasına qazandırdığı parlaq simalardan biri, aktyor, prodüsser və aparıcı, “Çirkin kral”, “Kral Xan” və “Bollivud şahı” ləqəbləri ilə tanınan Şahrux Xandır.

Şahrux Xan: aktyor, 48 yaş, əqrəb bürcü, ilan ili, kino mükafatlarının sayına görə rekordçu

“Deyirlər, Hindistanda nə az, nə çox düz 1635 fərqli dil var. Ancaq mən əminliklə deyə bilərəm ki, yalnız bir əsas və yeganə dil var, o da sevgidir. İnanın mənə, çünki sevginin dili yoxdur”

Boyu 1 metr 75 santimetrdir

1965-ci il noyabrın 2-də Yeni Dehlidə, əslən Əfqanıstandan olan puştunlar ailəsində anadan olub

Ailədə iki uşaq olan Şahrux özündən böyük olan bacısı Şahnazı çox sevir

Tibb bacısı boynunda xal ilə doğulan körpənin xoşbəxt və qeyri-adi bir insan olacağını deyib. Aktyorun sözlərinə görə, o, həmişə valideynlərinin danışdığı bu əhvalatı dinləməkdən zövq alıb.

Aktyorun adı Şahrux (Shah Rukh) ayrı yazılır. Fars mənşəli bu sözün mənası “şahın yolu” və ya “şahın üzü” mənasını verir. (“Şah” – şah, kral, “rux” isə həm yol, istiqamət, həm də “rüxsar” sözündən gəlib və üz deməkdir)

Atası Tac Məhəmməd Xan ölkənin məşhur hüquqşünaslarından və azadlıq mübarizlərindən biri olub. Anası Fatimə Xan isə ictimai hakim vəzifəsində çalışıb. 1981-ci ildə xərçəng xəstəliyindən atasını, 1991-ci ildə qan xəstəliyindən anasını itirib

Şahruxun tərbiyəsi ilə əsasən atası məşğul olub. Altı dil bilən və qeyri-adi yaddaşa sahib olan atası bugün də aktyor üçün əsl nümunədir. “Atam heç vaxt bizə qışqırmayıb, cəzalandırmayıb. Bizə seçim etmək, yanılmaq şansı verib. Səhvlərimizdən nəticə çıxartmağı öyrədib”.

Məktəbdə oxuyanda sinif yoldaşları onu “sürət qatarı” (Mail gadda) çağırırmışlar. Çünki Xan uzun illər 200 və 400 metr məsafəyə qaçışda çempion olub.

Belindəki zədə olmasaydı Şahrux indi ölkəsinin məşhur idmançılarından biri olardı.

Kollecdə ən sevdiyi fənnlər informatika və ingilis dili olub. Riyaziyyat və hind dilini heç cür sevməyən Şahrux anasının “hind dilindən yaxşı qiymət alsan səni kinoya aparacağam” deməsindən sonra bütün gücünü orataya qoyub və əla qiymət alıb.

Bu qiymət Şahruxun bütün həyatını dəyişib. Anası ilə ilk dəfə kinoteatra gələn Xan elə kinoteatrdan çıxanda aktyor olmaq qərarına gəlib. Kinoda izlədiyi aktrisa Mümtaz uzun illər onun xəyallarının baş qəhrəmanı olub

Hansraj kollecində və Dehli universitetində təhsil aldığı illərdə artıq seriallara çəkilməyə başlayıb

İqtisadiyyat fakültəsində bakalavr, ictimaiyyətlə əlaqələr fakültəsində magistr təhsili alsa da ixtisası üzrə bir gün olsun işləməyib


Valideynlərinin vəfatından sonra Bombeyə köçən Şahrux məhz həmin ildə kinoya gəlib. 1992-ci ildə Xan 27 yaşında “Dəli sevgi” filmindəki roluna görə, “Filmfare Awards” mükafatına layiq görülüb


1993-cü ildə iki müxtəlif filmdə iki mənfi qəhrəmanı canlandırıb. “Qorxu altında həyat” və “Ölümlə oyun” filmləri aktyora böyük uğur gətirib

1995-ci ildə ekranlara çıxan “Qaçırılmamış gəlin” filmi Hindistan kinematoqrafiya tarixinin ən çox gəlir gətirən 3 filmindən biridir

“Qaçırılmamış gəlin” bu gün də ölkənin ən məşhur kinoteatrından biri olan “Maratxa Mandir” kinoteatrında nümayiş olunur

Müsəlmandır. “Bəlkə də çox az insan Allaha mənim inandığım qədər inanır və sevir. Dua etmək məni sakitləşdirir və həmişə başqaları üçün dua edirəm. Axırıncı dəfə anam xəstəxanada olanda özüm üçün dua etdiyimi xatırlayıram”,-deyə aktyor müsahibəsində bildirib

Dini inancına baxmayaraq 1991-ci ildə uzun mübarizə və əziyyətlərdən sonra hinduizmə sitayiş edən Qauri Çibberilə ailə qurub

Həyat yoldaşını “Qauri ma” (ana Qauri) deyə çağırır

Şahrux heç vaxt həyat yoldaşının dini inancına müdaxilə etmədiyini deyir

Cütlüyün bu nikahdan Aryan adlı oğlanları (1997) və Suxana (2000) adlı qızları var

Ötən ilin mayında Şahrux və Qauri surroqat ana vasitəsilə oğulları İbrahimi qucaqlarına alıblar

Sevimli yeməyi ədviyyatlarla bol toyuq qızartmasıdır

Ev heyvanlarını çox sevir. Tobecca adlı iti artıq illərdir ki, Xan ailəsi ilə birlikdədir

Zərərli vərdişləri siqaret çəkmək, saatlarla vanna otağından çıxmamaq və gec yatmasıdır

Uşaqlarından “Barbie” gəlinciklərini bəzəməyi, tramplindən tullanmağı və bütün gün dayanmadan cizgi filmləri izləməyi “öyrənib”

Sevimli aktyorları Amitabh Baççan, Dilip Kumar, Rişi Kapur, Əmir Xan və Akşay Kumardır

Heç vaxt çəkələk geyinmir və onlara nifrət edir

Heç vaxt su içmir və dondurma yemir

Sevimli içkisi “Pepsi”dir. Şahrux film izləyərkən çipsi yeyəndə soyuq Pepsi içməyi heç vaxt unutmur

22 dəfə “ən yaxşı aktyor” nominasiyasında namizəd olub və 8 dəfə uğur qazanıb. Bu il “Filmfare” mükafatına 23-cü dəfə namizəd göstərilən Xan həmkarı Amitabh Baççanın rekordunu təzələyib

Adrian Moul və Vudi Allenin kitablarını təkrar-təkrar oxumağı çox sevir

Həmkarı Salman Xan bütün mətbuata Şahruxun gecələr necə bərkdən xoruldadığını xəbər verib

Bütün saatlarının arxasında 555 rəqəmi yazılıb. Şahrux bu rəqəmin ona uğur gətirdiyini düşünür

Bollivudun ən çalışqan aktyorlarından biridir. İldə ən az 5-6 filmdə rol alır

Özünü aparıcı kimi də sınayan Şahrux bir müddət “Milyonçu” və bir neçə bilik yarışmasında aparıcılıq edib

Heç vaxt maddi ehtiyac çəkmədiyini deyən Xan Tanrıya ən çox buna görə, başqalarına möhtac olmadığına görə minnətdardır.
Şahrux Xan barədə bilmədikləriniz



Geri dön

nuray sirinova

  • 6 aprel 2014 17:19
  • Məqalə: 52
  • Şərh: 4163
  • Bal:
tteeewweekkurleeerr

ヅ Bad Girl ヅ

  • 2 aprel 2014 18:14
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

BaNTiKLi_CiCiWKa:)

  • 1 aprel 2014 13:42
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
tewekkurler

--------------------

Sessiz Melodiya

  • 31 mart 2014 21:22
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
tewekkurler

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

ღ★ Firuzə ★ღ

  • 31 mart 2014 18:19
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
təşəkkürlr

--------------------

Damlam

  • 31 mart 2014 17:20
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
tewekkurler cox sevdiyim bir aktiyordu cox beyenirem ))

--------------------
http:///user/İmza/

ヅ s a y k a. ヅ

  • 31 mart 2014 14:09
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
Elaa aktyordu)

--------------------
♥Sayka♥


^^MasaL^^

  • 30 mart 2014 23:11
  • Məqalə: 57
  • Şərh: 2573
  • Bal:
{awards}
TeWeKkUrLeRrrr

♛WøøWøøWøøW♛

  • 30 mart 2014 22:26
  • Məqalə: 206
  • Şərh: 1523
  • Bal:
{awards}
Meluma7a Gore 7wk

--------------------

ღ★ Firuzə ★ღ

  • 30 mart 2014 21:49
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
Özünü aparıcı kimi də sınayan Şahrux bir müddət “Milyonçu” və bir neçə bilik yarışmasında aparıcılıq edib

--------------------

Angry Boy

  • 30 mart 2014 21:44
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
like twkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk

ヅ Bad Girl ヅ

  • 30 mart 2014 21:09
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
tewekkurler

--------------------

PSIXOPATKA

  • 30 mart 2014 20:43
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
BEEYENIREM TWK

--------------------

melek_19

  • 30 mart 2014 20:27
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Xowum gelir Sahruxdan.sag olun meqale hcun maraqla oxudum

--------------------

Sessiz Melodiya

  • 30 mart 2014 20:02
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
twkkkkkkkkkkk

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

__MB__

  • 30 mart 2014 19:26
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
“Deyirlər, Hindistanda nə az, nə çox düz 1635 fərqli dil var. Ancaq mən əminliklə deyə bilərəm ki, yalnız bir əsas və yeganə dil var, o da sevgidir. İnanın mənə, çünki sevginin dili yoxdur”

ヅ Bad Girl ヅ

  • 30 mart 2014 19:00
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
tewekkurler

--------------------

shahrukhun aski

  • 30 mart 2014 18:51
  • Məqalə: 0
  • Şərh: 119
  • Bal:
{awards}
canim shahrukhum seni coox sevirem ureyiiiim

Angry Child

  • 30 mart 2014 18:35
  • Məqalə: 25
  • Şərh: 392
  • Bal:
{awards}
tesekkurler

jasmin022

  • 30 mart 2014 18:27
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
{awards}
Super aktyordu butun filimlerine baxmisan

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

ヅ Bad Girl ヅ

  • 30 mart 2014 18:24
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Cox xowduyurum Sahrukani

--------------------

_keleBek_)

  • 30 mart 2014 18:18
  • Məqalə: 63
  • Şərh: 3033
  • Bal:
{awards}
TeWeKkUrLeRrrr...))

--------------------

prosta barbi

  • 30 mart 2014 18:17
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
tewekkur..

NikaLYa

  • 30 mart 2014 18:00
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
TWKKKKK tongue EDIREM

--------------------

★Azerbaijan girl★

  • 30 mart 2014 17:54
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
cox sevdiyim aktyourdu.təşəkkürlər

ЛЮБИМКА

  • 30 mart 2014 17:50
  • Məqalə: 53
  • Şərh: 2518
  • Bal:
{awards}
tewekkurler

prosta ema

  • 30 mart 2014 17:50
  • Məqalə: 18
  • Şərh: 2270
  • Bal:
{awards}
meqaleye gore twk

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

Sessiz Melodiya

  • 30 mart 2014 17:50
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
tewekkurler

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

Damla_123

  • 30 mart 2014 17:45
  • Məqalə: 0
  • Şərh: 81
  • Bal:
{awards}
Twk-ler
Şahrux Xan: aktyor, 48 yaş, əqrəb bürcü, ilan ili, kino mükafatlarının sayına görə rekordçu

Payız qoxulu

  • 30 mart 2014 17:41
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
ilk comment benden

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}