Hər kəs öz taleyini seçir

 
Hər kəs öz taleyini seçir

İnsan ağıl və iradə sahibidir.

Quranda bildirilir ki, cinlər və insanlar Allahı (c.c.) tanımaq, Ona itaət və ibadət etmək üçün yaradılıb. Demək, birmənalı şəkildə söylənə bilər ki, insanın yaradılış qayəsi Allaha (c.c.) itaət və ibadətdir. Quran - Allah-Təalanın bəşər övladına göndərdiyi təlimatlar toplusu, sevimli Peyğəmbərimizin (s.ə.s) həyatı isə o təlimatların həyata tətbiqidir, yəni örnəkdir. Allah-Təala ağıl və iradə verdiyi insanın önünə müxtəlif yollar açır, ona variantlar təklif edir. Hansı seçimin insanı hansı ünvana götürəcəyi isə elə yolun başından bəllidir. Yəni hər kəs hansı yolun onu hara aparacağını bilməmiş deyil, əlbəttə, ağlını işlədərsə.

Bəli, insan çox şeyini özü seçir və seçiminə görə də qarşılıq görür. Doğrudur, hansı ailədə, hansı xalqın nümayəndəsi kimi doğulmaq bizim seçimimiz deyil, amma sonradan insanı insan edəcək faktorların seçimi üçün Allah-Təalanın verdiyi ağıl və iradə yetərlidir. İşini, dostunu, dolanışığını, haradan qazanıb-harada xərcləyəcəyini, kimi sevib-kimə nifrət edəcəyini, kimdən öyrənəcəyini, kimə can atacağını, kimdən qaçacağını.., birər-birər seçirsən və aqibətinə qatlanırsan.

***

Anarın “Macal” povestində belə bir epizod var: Yenicə nişanlanmış, qarşısında planlaşdırılmış karyerası olan bir gənc gecə vaxtı tindən keçərkən görür ki, bir nəfəri zorla maşına basıb harasa aparırlar və o dava-şavada eşitdiklərindən belə anlayır ki, aparılan böyük ehtimalla öldürüləcək. O zavallının köməyinə yetişmək üçün bir addım atır və dayanır. Bir anlıq davaya müdaxilə edəcəyini və bəlkə də, bir bıçaq zərbəsi ilə öldürüləcəyini düşünür, sonra da nişanlısının başqa biri ilə evləndiyini görür, unudulduğunu, onun üçün hazırlanmış kresloda bir başqasının yayxandığını göz önünə gətirir və dayanır. Əslində heç nəyi düşünmədən, nəticə necə olur-olsun münaqişəyə müdaxilə eləməli idi, çünki atası onu elə tərbiyə eləmişdi. Amma getmir, durur, vicdanının, aldığı tərbiyənin sözündən çıxır və yolunu dəyişib gedir. Yolunu dəyişmək əslində gələcək taleyini seçmək idi. O, bir taledən başqa bir taleyə qaçdı. Təbiiliyindən, özündən, xarakterindən, tərbiyəsindən yayınır, özündən gizlənir və tamam başqa bir adam olur. Atası kimi sərt, sözü qızıl-qırmızı üzə deyən birisi olmalı olduğu halda öz mühitinin, ictimai münasibətlərin bir parçasına çevrilir. Arada illər keçir, nişanlısı ilə evlənir, vəzifə pillələrini bir-bir dırmanır və günlərin bir günü heç gözləmədiyi halda yolu yenə həmin tindən düşür. Baxır, xatırlayır və hər şeyini buraxıb, göz qamaşdıran həyatını tərk edib, yenidən özünə xəyanət elədiyi o qorxunc gecəyə qayıdır, amma nə gecə o gecədir, nə də o cəlladlar tutduqları o zavallı ilə dayanıb gözləyirlər. Hər şey çoxdan keçib, çox sular axıb durulub, amma bir həqiqət hər gecə və hər gündüz üçün keçərlidir və hər tinin başında durub gözləyir: Tale Yaradanın zorla bizim boynumuza keçirdiyi bir boyunduruq deyil, bizə verilmiş iradə ilə seçdiyimiz, seçəndən sonra da qəlibinə, standartlarına uyğunlaşdığımız bir variant, bir yoldur və əgər seçdiyimiz o yol xarakterimizə, əxlaqımıza uyğun deyilsə və biz o qərarı sadəcə lüks içində yaşamaq, kiminsə xatirinə və ya kiminsə acığına, kimdənsə bir baş yuxarı görünmək üçün qəbul eləmişiksə, qarşıda gözləyən hər faciəyə hazır olmalıyıq. Amma ömrün bir məqamında durub sonu görünməyən illər üçün verilmiş fərman hər zaman özünü doğrultmur, ürək deyilən, vicdan deyilən, xarakter deyilən bir güc hər şeyi dəyişə, hər işi sıfır nöqtəsinə qaytara bilir. Anar müəllimin bu təsbiti illər uzunu düşüncələrimi məşğul elədi və ola bilsin ki, özümdən xəbərsiz xarakterimdən hansısa cəhətin formalaşmasında mühüm rol oynadı.

***

Sovet dövrü olanda nə olar, o illərdə də mərd, sözü üzə şax deyən, ləyaqətini qoruyan, qarşısına çıxan haqsızlığı aradan qaldırmaq üçün əlindən gələni edən və bütün imkanları tükənəndə də son çarə kimi işini-gücünü buraxan kişilər olub (indiki cavanların çoxu elə düşünür ki, sovət dövründə hamı yorğanı başına çəkib yatırmış). Kinomuzun inkişafında xüsusi mərhələ açan və çoxlarının da ən çox “Axırıncı aşırım” dakı Kərbəlayı obrazı ilə tanıdığı rejissor, aktyor Ədil İsgəndərov sərt desən, mərd, sərt desən, sərt bir kişi olub. Bir dəfə Baksovetdən zəng edib tapşırırlar ki, bəs filan aktyoru kinoya çəksin. Ədil müəllim də belə cavab verir: “Qadam, bir həftədir üçüncü mikrorayonda su yoxdur, sən o işlə məşğul ol, kinoya kimi çəkməyi mən səndən yaxşı bilirəm (rəhmətlik hamıya “qadam” deyə müraciət etdiyi üçün çox zaman da elə onun özünə “qadam” deyərmişlər).

Yenə bir dəfə Baksovetdə bir yığıncaq varmış, kinostuduyadan da bir neçə gənc aktyorla birlikdə Ədil müəllim iclasa qatılıbmış. Baksovetdən birinin Ədil müəllimlə nəsə problemi varmış və söz alıb, “qadam”a o ki var döşəyir. Hər kəs də maraqla gözləyir ki, indi çıxış qurtaracaq, sonra Ədil müəllim söz alıb ona sataşan bu məmurun dərsini verəcək. Çıxış qurtarır, başqaları tribunaya çıxıb danışır, sonra bir başqası, daha bir başqası... Nə qədər gözləsələr də, Ədil müəllim nə söz istəyir, nə də ağzını açıb danışır. İclas qurtarır və kinostudiyaya dönərkən gənclər Ədil müəllimdən soruşurlar ki, niyə onun dərsini vermədi. Ədil müəllim də deyir ki, onun dərsini vermək bir məsələ deyil ee, amma iki balasının ev məsələsi stolun üstündə həllini gözləyir, qoy o işlər həll olsun, sonra qismət olsa, o borcu qaytarar. Həqiqətən də, o iclasdan az sonra istedadlı aktyorlar Həsənağa Qurbanov və Şahmar Əkbərov Baksovetdən ev alırlar.

“Qadam”ın bu sükutu onu heç də tanıyanların gözündə alçaltmır, daha da ucaldır, sərt, mərd olduğu qədər də fədakar və bəlkə daha çox fədakar, xeyirxah insan olduğunu göstərir.

Amma bu gün sənət adamları rəhmətlik Ədil müəllimi sənəti ilə yanaşı və bəlkə də, daha çox o mərdliyi, sözü üzə deməsi, dürüstlüyü və atmacalı cavabları ilə xatırlayır. Qısa, amma dümdüz boyu vardı, elə bil əyilməmək üçün hansı boyda qalmaq lazım idisə, orda da qalmışdı. Allah rəhmət eləsin!

***

Ramiz Rövşən də “sevirəm” deməli olduğu yerdə o sözü əsirgəyən və sevmədiyi halda nəyinsə, kiminsə xatirinə “sevirəm” deyənlərə “özünü öldürən adamlar” deyir. Xətirə, acığa yaşayanlar çox zaman büküm-büküm bükülürlər. Cavan ikən çiyninə götürdüyün yük illər keçdikcə səni əyir və bir də baxırsan ki, yeddi yerindən bükülmüsən. “İlan balası” da özü kimi düz “yerimir”, özündən çox yoluna oxşayır, əyri-üyrü gedir hədəfinin üstünə. İnsan içini yaşamayanda əvvəlcə içi əyilir, sonra çölü.

İstəmədiyimiz halda boynumuza bağlayıb evdən çıxdığımız qalstuk dəyirman daşı kimi sallanıb əyir boyumuzu, xoş gəlmək üçün sifətimizdəki saxta gülüşlər əyir sifətimiz, danışdığımız yalan sözlər dilimizi əyir, qapdığımızı qapan kimi cibimizə aparan əlmiz əyilir, yalana şahidlik edəndə gözümüz əyilir, başqalarının haqqını tapdalayanda ayaqlarımız əyilir, əyilə-əyilə gedirik ancaq düzlərin keçə biləcəyi körpülərə, qapılara...

***

Qəhrəmanlıq “mən eləməsəm də, bir başqası edəcək” kimi şərəfsiz bir məntiqi tapdayıb keçə bilməkdir, “dünya dönsə də, mən bu yoldan dönmərəm” deyib, dediyinə sadiq qalmaqdır. Əyri-üyrü yolları düz yeriməyi, əyri-üyrü qapıların qarşısında şax dayanmağı bacaranlara ehtiyacımız var. Əyilənlər kiçik təpələr kimi bir-birinin arxasında yoxa çıxır, dimdik dayananlar isə uca dağlar kimi dünyanın hər yerindən görünür.

Əyilməmək, əyri-üyrü hala düşməmək üçün imtina eləməyi bacarmaq lazımdır, imtina etməyi bacarsaydıq, heç Qarabağı da uduzmazdıq. Nəyə layiq olduğunu bilən insan layiq olmadığından imtina edəndə ədalətli olur. Əksi zülmdür, həm özünə, həm ətrafına.

Sözün qısası, kim neyləyirsə, özünə eləyir, hər kəs öz taleyini seçir və özünə şahid olur. Əslində bu dünyanın mahiyyəti də elə budur: hər kəs özünə şahid olsun, yaxşı pisdən seçilsin və kimsə Allahın ədalətinə etiraz edə bilməsin. Vəssalam!


Geri dön

Qaska_Quli

  • 13 aprel 2014 13:36
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
Teshekkurrrrrrr

--------------------

Sessiz Melodiya

  • 2 aprel 2014 22:07
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
tewekkurler .

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

BaNTiKLi_CiCiWKa:)

  • 1 aprel 2014 12:51
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
təşəkkürlər

--------------------

ヅ s a y k a. ヅ

  • 1 aprel 2014 12:47
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
Qeweng Melumata gore tewekkur

--------------------
♥Sayka♥


ヅ Bad Girl ヅ

  • 1 aprel 2014 12:14
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Qaranliqda_tek

  • 1 aprel 2014 03:26
  • Məqalə: 31
  • Şərh: 2559
  • Bal:
{awards}
Tewekkurler

--------------------
╔╗──♥╔══╗♥╔══╗╔══╗♥╔══╗♥
║║──♥║╔╗║♥╚╗─╚╝─╔╝♥║═╦╝♥
║╚═╗♥║╚╝║♥─╚╗──╔╝─♥║═╩╗♥
╚══╝♥╚══╝♥──╚══╝──♥╚══╝♥

ZuZuM__

  • 1 aprel 2014 02:47
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
allah razi olsun

--------------------

aska rico

  • 1 aprel 2014 00:18
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
çox sağolun

--------------------

Sessiz Melodiya

  • 31 mart 2014 23:59
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
təşəkkürlər

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

jasmin022

  • 31 mart 2014 23:45
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
{awards}
Tesekkurler ALLAH RAZI OLSUN

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

melek_19

  • 31 mart 2014 23:09
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------

PSIXOPATKA

  • 31 mart 2014 22:59
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
COOX GOZELDIR..TWKK

--------------------

NikaLYa

  • 31 mart 2014 22:39
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
twkk edirem

--------------------

Banned549678

  • 31 mart 2014 22:00
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Cadim cox menaLidir ALLAH razi olsun senden maragla oxudum hakcandan fikirLewdiyim sualinda cavab tapDim

tek umidim sen

  • 31 mart 2014 21:56
  • Məqalə: 0
  • Şərh: 358
  • Bal:
{awards}
tewekkurler....

--------------------
Məni xatırladınmı?
Bir zamanLar hər şeyindim..

1ce2miz3uncanim

  • 31 mart 2014 21:49
  • Məqalə: 3
  • Şərh: 332
  • Bal:
{awards}
Quranda bildirilir ki, cinlər və insanlar Allahı (c.c.) tanımaq, Ona itaət və ibadət etmək üçün yaradılıb. Demək, birmənalı şəkildə söylənə bilər ki, insanın yaradılış qayəsi Allaha (c.c.) itaət və ibadətdir. Quran - Allah-Təalanın bəşər övladına göndərdiyi təlimatlar toplusu, sevimli Peyğəmbərimizin (s.ə.s) həyatı isə o təlimatların həyata tətbiqidir, yəni örnəkdir. Allah-Təala ağıl və iradə verdiyi insanın önünə müxtəlif yollar açır, ona variantlar təklif edir. Hansı seçimin insanı hansı ünvana götürəcəyi isə elə yolun başından bəllidir. Yəni hər kəs hansı yolun onu hara aparacağını bilməmiş deyil, əlbəttə, ağlını işlədərsə.

Bəli, insan çox şeyini özü seçir və seçiminə görə də qarşılıq görür. Doğrudur, hansı ailədə, hansı xalqın nümayəndəsi kimi doğulmaq bizim seçimimiz deyil, amma sonradan insanı insan edəcək faktorların seçimi üçün Allah-Təalanın verdiyi ağıl və iradə yetərlidir. İşini, dostunu, dolanışığını, haradan qazanıb-harada xərcləyəcəyini, kimi sevib-kimə nifrət edəcəyini, kimdən öyrənəcəyini, kimə can atacağını, kimdən qaçacağını.., birər-birər seçirsən və aqibətinə qatlanırsan.

***

Ramiz Rövşən də “sevirəm” deməli olduğu yerdə o sözü əsirgəyən və sevmədiyi halda nəyinsə, kiminsə xatirinə “sevirəm” deyənlərə “özünü öldürən adamlar” deyir. Xətirə, acığa yaşayanlar çox zaman büküm-büküm bükülürlər. Cavan ikən çiyninə götürdüyün yük illər keçdikcə səni əyir və bir də baxırsan ki, yeddi yerindən bükülmüsən. “İlan balası” da özü kimi düz “yerimir”, özündən çox yoluna oxşayır, əyri-üyrü gedir hədəfinin üstünə. İnsan içini yaşamayanda əvvəlcə içi əyilir, sonra çölü.

İstəmədiyimiz halda boynumuza bağlayıb evdən çıxdığımız qalstuk dəyirman daşı kimi sallanıb əyir boyumuzu, xoş gəlmək üçün sifətimizdəki saxta gülüşlər əyir sifətimiz, danışdığımız yalan sözlər dilimizi əyir, qapdığımızı qapan kimi cibimizə aparan əlmiz əyilir, yalana şahidlik edəndə gözümüz əyilir, başqalarının haqqını tapdalayanda ayaqlarımız əyilir, əyilə-əyilə gedirik ancaq düzlərin keçə biləcəyi körpülərə, qapılara...

***

Qəhrəmanlıq “mən eləməsəm də, bir başqası edəcək” kimi şərəfsiz bir məntiqi tapdayıb keçə bilməkdir, “dünya dönsə də, mən bu yoldan dönmərəm” deyib, dediyinə sadiq qalmaqdır. Əyri-üyrü yolları düz yeriməyi, əyri-üyrü qapıların qarşısında şax dayanmağı bacaranlara ehtiyacımız var. Əyilənlər kiçik təpələr kimi bir-birinin arxasında yoxa çıxır, dimdik dayananlar isə uca dağlar kimi dünyanın hər yerindən görünür.

Əyilməmək, əyri-üyrü hala düşməmək üçün imtina eləməyi bacarmaq lazımdır, imtina etməyi bacarsaydıq, heç Qarabağı da uduzmazdıq. Nəyə layiq olduğunu bilən insan layiq olmadığından imtina edəndə ədalətli olur. Əksi zülmdür, həm özünə, həm ətrafına.

--------------------
insan oz elindekinin deyerini itirdikden sonra bawa duwer amma herwey gec olarrr...

♔ Rapuиzel ♔

  • 31 mart 2014 21:34
  • Məqalə: 333
  • Şərh: 7142
  • Bal:
{awards}
tewekurler

--------------------

^^MasaL^^

  • 31 mart 2014 21:34
  • Məqalə: 57
  • Şərh: 2573
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Angry Boy

  • 31 mart 2014 21:21
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
meqaleyeeeeeeeeeeeeeeeeeeeeee gore tesekkurlerrrrrrrrrrrrrrrrrrrrrrrrrrr no .................................

prosta ema

  • 31 mart 2014 21:20
  • Məqalə: 18
  • Şərh: 2270
  • Bal:
{awards}
allah razi olsun

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

ღ★ Firuzə ★ღ

  • 31 mart 2014 21:15
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------

__MB__

  • 31 mart 2014 21:00
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
Allah razı olsun

Sessiz Melodiya

  • 31 mart 2014 20:53
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
tewekkurler

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

Muslimanka Nazka

  • 31 mart 2014 20:52
  • Məqalə: 0
  • Şərh: 19
  • Bal:
{awards}
TESEKKURLERRRRRRRRRRRRR

Payız qoxulu

  • 31 mart 2014 20:50
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
tewekkur gozelim

--------------------

ヅ Bad Girl ヅ

  • 31 mart 2014 20:47
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Manoliya

  • 31 mart 2014 20:35
  • Məqalə: 46
  • Şərh: 2945
  • Bal:
{awards}
Tewekkurler....

--------------------

Damlam

  • 31 mart 2014 20:35
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TEWEKKURLER

--------------------
http:///user/İmza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 63
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}