Öyrəşmişəm

 
Öyrəşmişəm

Öyrəşmişəm sənsizliyə
Səni mənə xatırladan
Uğultulu səssizliyə
Öyrəşmişəm,
Yazmayan sərt qələmimə
Vərəqlərə məhkum olmuş
Güldüyüm tək ələmimə
Öyrəşmişəm.
Bir zamanlar son ümidlə
Asimana qalxan əllər
İndi yerə enə bilib
Ağ vərəqi
Özüm ilə qaralayan incə qələm
Susub, susub, yazdığını silə bilib.
Öyrəşmişəm
Doğmalaşan hər yadıma,
Sevinc dolu fəryadıma
İniliti, o xoş, şirin, amma sakit imdadıma
Öyrəşmişəm.
Yaşadıqca ölürmüşəm
Mən özümdən dönürmüşəm

Bax, yandıqca sönürmüşəm,
Çiynim yoxdur başım qoyub hey ağlayım,
Pay vermişəm onu sənə.
Səndən heç nə istəmirəm
Boş otaqda tənha mənlə
Danışaraq, bil, çiyinsiz
Ağlamağa öyrəşmişəm
Kəsiy-kəsiy biləyi
bərk-bərk tutan bu əlləri
Düz dibindən kəsib atıb
Taleyimi şikəstliyə bağlamağa öyrəşmişəm
Varla yoxun savaşına,
Bir sifətin min qaşına
Ruhun yox olmuş daşına
Baxa-baxa
Buza dönən ürəyimdə
Bir ümid də məhv etməyə,
Qatil olub, hakim olub
Öz-özümü əfv etməyə,
Öyrəşmişəm…


Geri dön

nilayka

  • 9 fevral 2011 18:32
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
love winked

--------------------

Yusif

  • 9 fevral 2011 12:25
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
tesekkurler

Ulya

  • 9 fevral 2011 12:19
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 67
Cəmi: 98

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 112
 
MiSS HaPPy)
Xəbərləri: 13
Cəmi: 23
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 9
Cəmi: 675
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 8
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 5
 
 
{slinks}