Azərbaycanda sosial şəbəkələr bağlana bilərmi?

 
Azərbaycanda sosial şəbəkələr bağlana bilərmi?

Osman Gündüz: "Bu, informasiya əldə etmək hüququnun məhdudlaşdırılması kimi dəyərləndirilir”
Türkiyədə «Twitter» sosial şəbəkəyə giriş bir həftə öncə məhdudlaşdırılmışdı. Bu, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bursa şəhərində keçirdiyi mitinqdən sonra olub. Məlumata görə, Ərdoğan mitinqdə, ""Twitter"in-filanın, hamısının kökünü qazıyacağıq" deyib.
Bundan bir neçə saat sonra, saat 23.34-də ölkədəki bəzi serverlərdən sosial şəbəkəyə girmək mümkün olmayıb. Lakin bir neçə gündən sonra Türkiyədə məhkəmə "Twitter” sosial şəbəkəsinə qoyulmuş qadağaya xitam verilməsi ilə bağlı qərar qəbul edilib. Bu barədə qərar Ankara15-ci İnzibati Məhkəməsi tərəfindən qəbul olunub.
Bəs, analoji hadisə Azərbaycanda təkrarlana bilərmi? Nəzərə alsaq ki, Azərbaycan hakimiyyəti sosial şəbəkələrdə kifayət qədər ciddi şəkildə tənqid olunur. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz facebookun fəaliyyətinin ölkə ərazisində dayandırılmasının mümkünlüyü ilə bağlı "Gündəlik Bakı”ya açıqlama verərkən bildirdi ki, Azərbaycanda sosial şəbəkələrin bağlanmasını gözləmirik: "Çünki Azərbaycanda nəinki bunun bağlanması istiqamətində əksinə biz müşahidə edirik ki, hökumət bu sahənin daha da inkişafına yönələn addımlar atır.
Bir misal çəkə bilərəm ki, bu il təkcə genişzolaqlı internetin inkişafı üçün 100 milyona qədər vəsait ayrılıb. Eyni zamanda Azərbaycanda ciddi siyasi hadisələr olan vaxt bizim monitorinqlərin nəticəsi göstərib ki, həmin dövrlərdə nə Facebook, nə də Twitter sosial şəbəkə bağlanmayıb.
Siyasi gərginliyin yüksək həddi olduğu vaxtlarda belə bu cür şəbəkələr ölkəmizdə bağlanmayıb. Ona görə həm hökumət tərəfindən internetin inkişafına atılan addımlar, həm də əvvəlki dövrlərdə baş verən hadisələr göstərir ki, Azərbaycanda ən kritik anlarda belə sosial mediaya girişin məhdudlaşdırılması olmayıb. Ona görə də mən düşünürəm ki, digər qonşu ölkələrdə baş verən addımlar ölkəmizdə təkrarlanmayacaq.

Eyni zamanda bu, Azərbaycanın beynəlxalq imicinə də ciddi zərbə vurardı. Yəni bu, informasiya vasitələrinə girişin məhdudlaşdırılması insanların əsas fundamental hüquqlarından olan informasiya əldə etmək hüququnun məhdudlaşdırılması kimi dəyərləndirilir. Bu, beynəlxalq qurumlar tərəfindən pis qiymətləndirilir.
Bütün bunlar bunu göstərir ki, belə bir hal Azərbaycanı gözləmir. Türkiyə hakimiyyətinin atdığı addım qeyri-qanuni addımdır. Yəni əsaslandırılmayan bir addımdır. Əgər hansısa dənizdə bir damla çirkli su varsa, onda dənizi qurutmağa ehtiyac yoxdur.
Seçki ilə bağlı hökumət yəqin ki, müəyyən informasiyaların yayılmasının qarşısını almaq məqsədilə bu addımı atıb. Bu addım da qeyri-qanunidir. Beynəlxalq normalara ziddir.
Mən bildiyimə görə, Türkiyənin özünün məhkəmələri Twitter sosial şəbəkəsinin bağlanmasını qeyri-qanuni olduğunu bildirib. Twitterin qapanması ilə bağlı qərarı ləğv edib. Bildiyim qədər orada sosial şəbəkələrə giriş sərbəstdir”.


Geri dön

★NuTeLLa★

  • 13 aprel 2014 17:21
  • Məqalə: 278
  • Şərh: 5538
  • Bal:
MəQaLə ÜçÜn TəŞəKkürLəR

Qaska_Quli

  • 12 aprel 2014 14:19
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
Teshekkurrrrrrr

--------------------

melek_19

  • 8 aprel 2014 08:06
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Sag olun xeber ucun onsuzda istifade etmirem

--------------------

Payız qoxulu

  • 7 aprel 2014 21:53
  • Məqalə: 485
  • Şərh: 6415
  • Bal:
{awards}
tewekkurler

--------------------

ヅ s a y k a. ヅ

  • 7 aprel 2014 17:05
  • Məqalə: 10
  • Şərh: 3345
  • Bal:
{awards}
★★★★★Tewekkur edirem melumata gore......★★★

--------------------
♥Sayka♥


ღ★ Firuzə ★ღ

  • 7 aprel 2014 13:15
  • Məqalə: 359
  • Şərh: 8839
  • Bal:
{awards}
təşəkkür edirəmmm

--------------------

prosta ema

  • 7 aprel 2014 13:09
  • Məqalə: 18
  • Şərh: 2258
  • Bal:
{awards}
meqaleye gore twk

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

PSIXOPATKA

  • 7 aprel 2014 12:58
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
XEBER GORE TWK smile

--------------------

PércyDarkMoon

  • 7 aprel 2014 12:45
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
tewekkurler canim smile

--------------------

Silent_ Night

  • 7 aprel 2014 12:35
  • Məqalə: 647
  • Şərh: 5114
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------

Damlam

  • 7 aprel 2014 12:14
  • Məqalə: 49
  • Şərh: 4697
  • Bal:
{awards}
xebere gore tewekkurler

--------------------
http:///user/İmza/

prosta barbi

  • 7 aprel 2014 11:00
  • Məqalə: 101
  • Şərh: 3837
  • Bal:
{awards}
TEWEKKUR........

♔ Rapuиzel ♔

  • 7 aprel 2014 08:56
  • Məqalə: 333
  • Şərh: 7076
  • Bal:
{awards}
ilk werh menden

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 29
Cəmi: 52

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}