Ana haqqında

 
Ana haqqında

Ana! Hər dəfə bu sözü tələffüz edəndə sonsuz qürur duyuram, qəlbim fərəhdən genişlənir. Bu, sadə bir söz olsa da, məna tutumu çox zəngindir. Bu sözlə Yer üzündə ən mehriban və munis, ən böyük və əzəmətli varlıq olan anamıza xitab edirik. Məşhur şairlər, filosoflar ana haqqında bir-birindən gözəl təşbehlər işlətmişlər. Anaların şərəfinə çoxlu şeirlər yazılıb, mahnılar bəstələnib. "Ana qəlbi möcüzələr xəzinəsidir”, "Ananın məsuliyyəti böyük, vəzifəsi müqqəddəsdir”, "Analar böyük vəzifələrini yerinə yetirdikdə heç bir əvəz almaq fikrində olmurlar”... Ancaq bu ifadələrdən hər biri nə qədər gözəl səslənsə də, onlardan hər birinin məna yükü nə qədər dərin olsa da, ananın əzəmətini, ucalığını, həyatımızdakı rolunu bütün dolğunluğu ilə tam əks etdirmir. Ana əlçatmaz zirvədə dayanır.

Böyük Azərbaycan yazıçısı M.S.Ordubadi bunun təsdiqi kimi yazmışdır: "Ana! Dünyada sənin müqəddəsliyini təyin edə biləcək hələ heç bir ölçü yoxdur, sənin əzəmətini təsvir edə biləcək hələ heç bir kitab yazılmayıb”.

Biz "Ana Vətən” deyib ananı havasını udduğumuz, çörəyini yediyimiz, üstündə gəzdiyimiz Vətənə, "Ana dilim” deyib ruhumuzun ifadəsi, varlığımızın təsdiqi olan doğma dilimizə bərabər tuturuq. Bir də ana uca Tanrı ilə müqayisə olunur. "Ana haqqı – Tanrı haqqı” deyib müdriklər. Tanrı yeri-göyü yoxdan xəlq edib,bəşər övladı isə ana bətnində dünyaya göz açır. Bir mahnıda səsləndiyi kimi: Ana, sən həyat verdin mənə... Lakin ana öz övladına yalnız həyat vermir, həm в, min bir çətinliyə qatlaşaraq onu böyüdür. Övladı boya-başa çatanadək ananın çəkdiyi əzab-əziyyəti heç nə ilə müqayisə etmək mümkün deyil. Beşik başında keşik çəkib səhəri gözlərində açan da, biz çətinliyə düşəndə şam kimi əriyən də, böyüdükcə boyumuza baxıb qürrələnən də anadır. Ana təbiətcə zərif məxluq olsa da, mən onu öz balası yolunda göstərdiyi fədakarlıqlara görə qartala bənzədirəm. Həmişə məğrur, qorxmaz, həmişə yüksəklikdə uçan qartala. O, övladını təhlükələrdən qartal şücaəti ilə qorumağa hazırdır, hətta lazım gəlsə, düşmən üstünə şığımaqdan belə çəkinməz. Hər birimizin gələcək həyat yolunun müəyyənləşməsində də ananın rolu əvəzsizdir. Biz ilk tərbiyəni ondan alırıq. Ananın şəxsi nümunəsi, verdiyi öyüd-nəsihətlər dünya görüşümüzün formalaşmasında mühüm rol oynayır. Mən anam barəsində tez-tez fikirləşirəm. Hər dəfə onun mehriban, nurlu çöhrəsini gözlərim önündə canlandıranda gələcəyə daha nikbin nəzərlərlə baxıram. Eyni zamanda anamın qarşısında borcumu da yaddan çıxarmıram. Öz-özümü sorğu-suala tuturam: Mən anamı necə sevindirə, necə xoşbəxt edə bilərəm? Bəzən xəyal məni uzaqlara aparır, könlümdən anama dünyada ən bahalı hədiyyə almaq, onu bütün işlərdən azad etmək istəyi keçir. Bir dəfə arzumu anamın özünə də bildirdim.

Onun sifətinin necə işıqlandığını hiss etdim, dodaqlarında təbəssüm oyandı. Nəvazişli əlləri ilə başımı sığal çəkib dedi: - Mənim bahalı hədiyyəyə ehtiyacım yoxdur. Ana üçün ən böyük hədiyyə övladının düzgün yol tutması, tərbiyəli olması, dərslərini yaxşı oxuması, müəllimlərinin hörmətini qazanmasıdır. Anamın bu sözləri qulaqlarımda həmişəlik həkk olunub. Buna görə də dərslərimə səylə hazırlaşıram. Hər dəfə dərslərimdən "əla” qiymət alanda bunu anam üçün ən yaxşı hədiyyə sanıram.


Geri dön

Banned549678

  • 24 aprel 2014 14:09
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
SağoLun məqaLəyə görƏ tongue

ヅ s a y k a. ヅ

  • 17 aprel 2014 21:16
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
Təşəkkür edirəm melumata gore

--------------------
♥Sayka♥


Qaska_Quli

  • 12 aprel 2014 20:33
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrrrrr

--------------------

__MB__

  • 10 aprel 2014 20:18
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
təşəkkür edirəm

PércyDarkMoon

  • 6 aprel 2014 22:22
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah butun analarimizi qorusun icinde de menim anam olmagla.Ana muqqedes varligdi anama canimda qurban love

--------------------

BaNTiKLi_CiCiWKa:)

  • 3 aprel 2014 22:54
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
TeWeKkuRlEree...))

--------------------

LEMAN123

  • 3 aprel 2014 21:32
  • Məqalə: 7
  • Şərh: 1634
  • Bal:
{awards}
HAMUVUZ MEQALEYE GORE TWKLER smile ALLAH BUTUN ANALARI QORUSUN. ICINDEDE MENIM ANAMI

Damlam

  • 3 aprel 2014 21:11
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
ANAM MENIM CANIMDIYE ONSUZ 1 GUNUMDE OLMASIN
ALLAH BUTUN ANALARI QORUSUN
AMIN

--------------------
http:///user/İmza/

Sessiz Melodiya

  • 3 aprel 2014 20:07
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
tewekkurler

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

Воровская

  • 3 aprel 2014 19:12
  • Məqalə: 74
  • Şərh: 1356
  • Bal:
{awards}
Ana muqeddes varliqdi anama canimda qurban

--------------------




ヅ s a y k a. ヅ

  • 3 aprel 2014 19:00
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
analara canim qurban

--------------------
♥Sayka♥


melek_19

  • 3 aprel 2014 18:55
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun hekaye ucun

--------------------

ღ★ Firuzə ★ღ

  • 3 aprel 2014 18:21
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
təşəkkürlər

--------------------

^^FiDaNKa^^

  • 3 aprel 2014 17:51
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
tewekkurler

Banned549678

  • 3 aprel 2014 17:41
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
SağoLun məqaLəyə görƏ tongue

ヅ Bad Girl ヅ

  • 3 aprel 2014 17:39
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
tesekkurler

--------------------

Zehra_Aşiqi

  • 3 aprel 2014 16:44
  • Məqalə: 272
  • Şərh: 1323
  • Bal:
{awards}
"Ana! Dünyada sənin müqəddəsliyini təyin edə biləcək hələ heç bir ölçü yoxdur, sənin əzəmətini təsvir edə biləcək hələ heç bir kitab yazılmayıb”.

--------------------

sessiz deniz

  • 3 aprel 2014 16:11
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twklerrrrrrrrrrrrr

jasmin022

  • 3 aprel 2014 15:37
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
{awards}
ANA HAQQI ODENMEZ KI

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

ЛЮБИМКА

  • 3 aprel 2014 15:28
  • Məqalə: 53
  • Şərh: 2518
  • Bal:
{awards}
meqalee.gore.sauqlunn

NikaLYa

  • 3 aprel 2014 15:01
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
twk edirem mne

--------------------

Payız qoxulu

  • 3 aprel 2014 14:58
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
ellerinize saglig tewekkur

--------------------

PSIXOPATKA

  • 3 aprel 2014 14:51
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH ANALARIMIZI QORUSUN

--------------------

prosta ema

  • 3 aprel 2014 13:50
  • Məqalə: 18
  • Şərh: 2270
  • Bal:
{awards}
Onun sifətinin necə işıqlandığını hiss etdim, dodaqlarında təbəssüm oyandı. Nəvazişli əlləri ilə başımı sığal çəkib dedi: - Mənim bahalı hədiyyəyə ehtiyacım yoxdur. Ana üçün ən böyük hədiyyə övladının düzgün yol tutması, tərbiyəli olması, dərslərini yaxşı oxuması, müəllimlərinin hörmətini qazanmasıdır. Anamın bu sözləri qulaqlarımda həmişəlik həkk olunub. Buna görə də dərslərimə səylə hazırlaşıram. Hər dəfə dərslərimdən "əla” qiymət alanda bunu anam üçün ən yaxşı hədiyyə sanıram.

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 44
Cəmi: 55

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}