İnsanı yaşadan və diri saxlayan mənbə

 
İnsanı yaşadan və diri saxlayan mənbə


İnsan kitab oxuyarkәn sanki çox qәdim zamanlara sәfәr edir. Mütaliә zamanı hәr hansı bir kәnar müdaxilә olduqda, sәni gözәl bir röyadan oyadırlar. Kitab oxuyarkәn elә bir şeylәrdәn xәbәrdar olursan ki, onları gözlә görmәk mümkün deyil. Әsrlәr әvvәl baş vermiş hadisәlәr gözündә canlanır.

Hər bir insanın zehnində sual işarələri də var ki, bu sual işarələri insanın bəzən rahatlığını əlindən alır. Amma kitab insan zehnində olan bu sual işarələrini aradan aparmaq üçün ən gözəl vasitədir.

Dünyanın ağıllı və dahi şəxslərindən soruşsaq ki, insanı yaşadan və diri saxlayan nədir, cavabları çörək yox, kitab olacaq.

Alimlər bütün kişi və qadınların elmə yiyələnməsini vacib buyurub. Məgər bu bizə aid deyilmi? Təkcə müəyyən elmi ocaqlarda təhsil alanlaramı şamil edilir bu fikir? Xeyir! Hər birimizə elmə yiyələnmək, kitab oxumaq vacibdir.

Günəş fəzanı işıqlandırıb canlılara həyat bəxş etdiyi kimi, kitab da insan yaşayışını aydınladıb, çətinliklərdən qalibiyyətlə ayrılmağa yardımçı olan bir vasitədir.

Kitab insana məna aləminin fəzasında süzməsi üçün qanad verir.

Kitab bilik və mərifət dünyasının darvaza və girəcəyidir.

İnsanın kamala çatması üçün göstərilən yollardan biri də kitab oxumaqdır.

Kitab dünyası ilə rabitəsi olmayanlar heç şübhəsiz ki, böyük bir xəzinədən xəbərsiz və məhrumdurlar.

Dünya və axirət səadətinə çatmaq üçün bütün yollar bizlərə göstərilib, bu yolları tanımaq, onları tapmaq üçün kitaba ehtiyaclıyıq.

Kitab ruha rahatlıq və aramlıq gətirir, stressdən və sıxıntılardan insanı azad edir.

Kitabla daim ünsiyyət quran insan əvəz olunmaz hisslər yaşayır.

İnsanları tanımaq üçün arif olmağa, onlarla çoxlu ünsiyyətdə olmağa ehtiyac yoxdur, bunun üçün müəyyən kitabları oxumaq da kifayət edir.

Düzdür, istisna olaraq Peyğəmbərlər oxumadan, İlahi vəhy və yaxud ilham əsasında hikmətə və elmlərə malik olmuşlar, lakin bütün dahi şəxsiyyətlər, dünya şöhrətli həkimlər, filosoflar, mütəfəkkirlər, mühəndislər, memarlar, ədib-şairlər və başqa sahədə olan dahilər oxuyaraq böyük zirvələrə yüksəliblər.

Əksər sərvətli insanlar, tacir və biznesmenlər sahib olduqları sərvətlərinin əldən çıxması, müflis olma qorxusu ilə yaşayırlar. Vaxtı ilə sərvət sahibi olmuş, lakin sonradan müflis olmuş bəzi şəxslərin bu sahədə qələmə aldıqları kitablar vardır ki, başları sərvət toplamağa qarışmış insanlar həmin kitabları oxumaqla özlərini sığortalaya bilərlər.

Yoxsul şəxslərin də yoxsulluq xəstəliyindən qurtulması üçün kifayət qədər bu haqda kitablar yazılmışdır ki, qalır onları oxumaq.

Kitab oxumaq danışıq qabiliyyətini gözəlləşdirir, intelekti yüksəldir, insanlarla ünsiyyət qurmağı asanlaşdırır, mütəmadi olaraq kitab oxuyanlar danışmaq üçün söz gəzməz, hər bir məsələ ətrafında söhbət edə bilirlər.

Kitab, yorğunluq və kəsaləti aradan aparır. İnsan halsız halda olduqda bir kitabın neçə səhifəsini oxumaqla özündə müsbət dəyişiklik hiss edəcəkdir.

Əksər insanlar darıxdıqda və yaxud sıxıntıların unudulması üçün müəyyən yerlərdə əylənməklə, hətta müəyyən zərərli vərdişlərdən istifadə etməklə darıxdırıcı və sıxıcı hissləri unutmağa çalışırlar, onlar unudurlar ki bunun üçün uzağa getmək lazım deyil, oxumaq və oxumaq. Bu ən gözəl, ucuz və faydalı əyləncə növüdür. Kitab oxumaq insana dinclik gətirər, sinir sistemində olan problemləri aradan qaldırar.

Araşdırmalar nəticəsində müəyyən olmuşdur ki 10-15 dəqiqə kitab oxumaq insanın stressdən çıxmasına yardımçı olur.

Gündəlik həyat fəaliyyətindəki çətinliklər və yaddaş itkisi səbəbindən bəzi insanda bir sıra xəstəliklər, xüsusən “alzheimer” xəstəliyi meydana gəlir, bu və digər xəstəlikdən Amanda qalmaq və bu tip xəstəliklərin müalicə üsullarından ən önəmlisi kitab oxumaqdır.

Kitab oxumaq eyni zamanda yaddaşı möhkəm edir. Zahirən insan oxuduqlarının hara getməsini və harada yığılıb qaldığını bilmir, elə düşünür ki, nə oxudusa, yadında qalmadı. Lakin bu qətiyyən belə deyil, oxuduqlarının əksəri yaddaşa ötürülür və lazım olduqda, yeri gəldikdə anidən insanın dadına çatır.

Televizordan fərqli olaraq kitab insanı düşünməyə sövq edir və bir növ zehnin idmanı və məşğələsi hesab edilir ki nəticədə zehni inkişafa və ağıllı olmağa səbəb olur.

Çoxlu insanlar diqqətsizlikdən, fikrin yayınması və qarışmasından əziyyət çəkirlər, lakin bu problem aradan aparmağın yolu da məhz çoxlu kitab oxumaqdır. Bir kitaba diqqət edərək mütaliə etmək, fikirlər yayınıb dağınıq olsa da, diqqətlə oxumağa təlaş etmək, nəticədə bir müddətdən sonra insanın diqqətini cəmləyə bilməsi çox asanlaşacaqdır.

Kitab oxuyan özünün istedad və bacarığından xəbər tuta və çox böyük nailiyyətli işlərə imza ata bilər. Hər hansı bir sahədə peşəkar olmaq üçün müəyyən tədris mərkəzlərindən əlavə, özünə aid olan peşə və sənətə dair yazılan kitablar oxumalıdır.

Çox kitab mütaliə etməyin faydalarından biri də insanda yazarlıq qabiliyyətinin yaranmasıdır.

İnsan gözəl yazarların əsərlərin oxuduqca o yazarın bacarığı və yazarlıq qabiliyyəti oxucuya sirayət edəcək və nəticədə məharətli bir yazara dönəcəkdir.

Kitab eyni zamanda nəsihət verən bir müəllim,ustad rolu oynayır və insana nöqsanlarını islah etməkdə böyük yardımçı ola bilir.

Sonda isə, "bəs hansı kitabları oxuyaq" deyə müraciət edənlərə, "siz təki oxuyun, oxuyun Allahın adı ilə!"


Geri dön

Banned549678

  • 24 aprel 2014 14:12
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
SağoLun məqaLəyə görƏ tongue

Qaska_Quli

  • 12 aprel 2014 20:35
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrrrrr

--------------------

PércyDarkMoon

  • 6 aprel 2014 22:38
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
tewekkurler beyendim

--------------------

Sessiz Melodiya

  • 4 aprel 2014 01:15
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
TeWeKkuRlEree...))

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

ヅ Bad Girl ヅ

  • 3 aprel 2014 23:29
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
tewekkurler

--------------------

BaNTiKLi_CiCiWKa:)

  • 3 aprel 2014 22:45
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
tesekkurler

--------------------

Damlam

  • 3 aprel 2014 21:05
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrr.
SEN MENI ALLAHDAN ISTEMEYI BIL MEN DUA OLUB UREYINE AMIN OLUB DILINE DUWMESINI BILEREM

--------------------
http:///user/İmza/

Sessiz Melodiya

  • 3 aprel 2014 20:11
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
tewekkurler

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

PoZitiV Kaa=)

  • 3 aprel 2014 20:03
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Meqaleye gore twk)))

--------------------

Воровская

  • 3 aprel 2014 19:20
  • Məqalə: 74
  • Şərh: 1356
  • Bal:
{awards}
twkkkkkkkkkkk

--------------------




prosta barbi

  • 3 aprel 2014 19:07
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
MEQALE UCUN TEWEKKUR.

ヅ s a y k a. ヅ

  • 3 aprel 2014 19:05
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
tewekkruelr edirem melumatan gore

--------------------
♥Sayka♥


melek_19

  • 3 aprel 2014 18:59
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun meqale ucun......

--------------------

ღ★ Firuzə ★ღ

  • 3 aprel 2014 18:25
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
təşəkkürlər maraqlı məqalədi

--------------------

^^FiDaNKa^^

  • 3 aprel 2014 17:54
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
tewekkurler

ヅ Bad Girl ヅ

  • 3 aprel 2014 17:42
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
tesekkurler

--------------------

sessiz deniz

  • 3 aprel 2014 16:13
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twklerrrrrrrrrrrrrr

NikaLYa

  • 3 aprel 2014 15:07
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
Əksər insanlar darıxdıqda və yaxud sıxıntıların unudulması üçün müəyyən yerlərdə əylənməklə, hətta müəyyən zərərli vərdişlərdən istifadə etməklə darıxdırıcı və sıxıcı hissləri unutmağa çalışırlar, onlar unudurlar ki bunun üçün uzağa getmək lazım deyil, oxumaq və oxumaq. Bu ən gözəl, ucuz və faydalı əyləncə növüdür. Kitab oxumaq insana dinclik gətirər, sinir sistemində olan problemləri aradan qaldırar.

--------------------

Payız qoxulu

  • 3 aprel 2014 15:04
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
tewekkur gozelim ellerine saglig

--------------------

PSIXOPATKA

  • 3 aprel 2014 15:04
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Sonda isə, "bəs hansı kitabları oxuyaq" deyə müraciət edənlərə, "siz təki oxuyun, oxuyun Allahın adı ilə!"

--------------------

prosta ema

  • 3 aprel 2014 13:01
  • Məqalə: 18
  • Şərh: 2270
  • Bal:
{awards}
meqaleye gore twk

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

ღKiRaZ MeVsİmCiღ

  • 3 aprel 2014 12:57
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
tewekkurler

--------------------

Banned549678

  • 3 aprel 2014 12:46
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Buyuruuuuuuuuuuuuuuuunnnnnnnnnnn tongue

ヅ Bad Girl ヅ

  • 3 aprel 2014 12:44
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ILK WERH MENEN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 15
Cəmi: 33

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}