Namaz necə zay olur?

 
Namaz necə zay olur?


Namazı sürətlə və narahat qılmaq onu zay edən amillərdəndir. Allah Təala Qurani-Kərimin “Məryəm” surəsində peyğəmbərlərin (ə) silsilələrini bəyan etdikdən sonra onları tərifləmişdir. Onlar göz yaşları içində başlarını torpağa qoyur və Allah qarşısındakı bəndəliklərini təvazökarcasına etiraf edirlər.
Sonra buyurur: “Sonra onların arxasınca namazı zay edən və (nəfsi) istəklərə tabe olan canişinlər gəldilər. Buna görə də onlar tezliklə öz azğınlıqlarını(n əvəz və cəzasını) görəcəklər”. (“Məryəm” 59).
Bu azgın insanların iki xüsusiyyəti bəyan edilmişdir. Onlardan biri - namazı zay etmək və o birisi isə nəfsani istəklərinə tabe olmaqdır.

Namaz insanı günahdan saxlayar, ancaq o zaman ki, namaz zay olur, bu zaman həmin azğın insanlar nəfsani istəklərinin ardınca gedirlər. Onları bu əxlaqsızlıqlardan saxlayan başqa bir amil yoxdur.
İnsan nəslini sağlam şəkildə o biri nəslə təhvil verməsi üçün daima Allahla rabitədə olmalıdır. Ancaq bu rabitə kifayət səviyyədəolmayanda nəsil silsiləsinin paklığı aradan gedər.
Zay olmağın mənasını daha yaxşı başa düşmək üçün onun əks mənasına diqqət etmək lazımdır. Quranda namazın adı çəkilən zaman iqamə sözü ilə bir yerdə çəkilmişdir. Zay etmək isə qiyamın əksidir. Qiyam dedikdə yəni onu yerinə yetirmək və o, işi bərpa etmək mənasındadır.
Ona görə də zay etmək dedikdə yəni o işi elə yerinə yetirirsən ki, həqiqi təsiri zahir olmur. Yəni bu zaman onu edib-etməməyin bərabər olar. Allah buyurur: “Allah sizin imanınızı (keçmiş etiqadlarınızın, yaxud əvvəlki qibləyə üz tutub etdiyiniz ibadətlərin savabını) zay etmək istəmir” (“Bəqərə” 143). Əgər iman əhlinin imanı zahir olmazsa, imanınızın faydası olmaz. Yəni, namazı elə qılmalısan ki, namaza bənzəsin. Onu sürətlə və diqqətin başqa yerdə olaraq, qılmağın namazın təisirini azaldır və onu zay edir.

Bəs niyə məhz namaza bu qədər işarə edilmişdir? Ola bilsin ki, səbəbi namazın insanla günahları arasında bir sədd olmağına görədir. Bu sədd sökülən və ya qırılan zaman insan nəfsani istəklərinə daha çox meyl edər.
Beləliklə aydın olur ki, namazı zay etmək dedikdə onda səhlənkarlıq etmək və ona qarşı etinasız olmaq nəzərdə tutulur. İş o yerə çatır ki, namazı bir oyuna çevirərlər. Bəzilərinin dedidyinə görə namazı zay etmək - onu tərk etməkdir. Ancaq bu söz düz deyildir. Çünki tərk edən zaman artıq o şey zay olmur, tamamilə aradan gedir.
124 min peyğəmbər (ə) və on iki İmam (ə) Allahın yaxın Övliyalarının tövsiyələrinə nəzər salsaq görərik ki, insan namazın vasitəsilə Allaha yaxınlaşa bilər. Ancaq qəlb hüzuru və təvazö ilə qılınmış namazın vasitəsilə. Əgər kimsə bunu yüngül qəbul edər və namaza elə də etina etməzsə, alçaq və çirkin bir varlığa çevrilər. Əgər insan bu qədər kiçik bədəni və dəyərsiz varlığı ilə o qədər əzəmətli və qüdrətli Allahın qarşısında təvazö göstərmirsə, əlbəttə hər bir məxluqdan daha alçaq və çirkin olar.
Allahın bu ürfani hökmünü yüngül hesab etmək cəhalətə və zəlalətə dəlalət edir. Mərifət əhli və Həzrət Haqqa aşiq olanlar aləmin həqiqi məqsədinə ancaq namaz gözü ilə baxırdılar. Onlar namaza aşiqcəsinə yanaşır və onu agah şəkildə yerinə yetirirlər. Namaz onların gözü və yollarını aydınladan çırağıdır. Qəlblərinə nur saçar və onun vasitəsilə qəlblərində Məhbublarını görərlər. Onlar heç bir zaman namazsız yaşamayıblar. Namaz olmadan hərəkət etməyiblər. Namazsız dünyanı istəməyiblər. Mələkut aləminə yolu ancaq namazda görüblər. Varlıq aləminin meyvə və məhsulunu da namazda görürlər. Namazda özlərindən gedərlər. Namaza başlamaq istəyəndə isə özlərini tanımazlar.

Həzrət Peyğəmbər (s) buyurur: “Vay olsun o namaz qılanlara ki, namazlarında səhlənkardırlar! Onlar cəhənnəm dərələrindən biri olan Veyl əhlidirlər. O namazqılanlar ki, gah namaz qılırlar və gah da qılmırlar - onlar isə cəhənnəmin o biri dərəsi olan Ğəyin əhlidirlər. O insanlar ki, heç bir zaman namaz qılmayıblar - onlar da cəhənnəmin dərələrindən olan Səqr əhlidirlər. O insanlar ki, həmişə namaz qılırlar və namazda təvazökardırlar, namazlarında tövazökar olanlar kimidirlər”.
Yəni bu insanlar Allahın buyurduğu kimi: “O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar”. (“Muminun” 2).
Bu bəhsi Həzrət İbrahimin (ə) duası ilə sonlandıraq: «Ey Rəbbim, məni namaz qılanlardan et, həmçinin övladlarımdan (da namaz qılanlar et)! Ey Rəbbimiz, duamı qəbul et!» (“İbrahim” 40). Amin!


Geri dön

Qaska_Quli

  • 12 aprel 2014 14:22
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
ALLAH razi olsunn

--------------------

Banned549678

  • 11 aprel 2014 00:38
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun çox sağolun

★Fi El★

  • 10 aprel 2014 00:41
  • Məqalə: 5
  • Şərh: 564
  • Bal:
{awards}
Allah razi olsun...

Payız qoxulu

  • 7 aprel 2014 21:58
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
Allah razi olsun tewekkurler

--------------------

Nara huseynova

  • 7 aprel 2014 20:50
  • Məqalə: 21
  • Şərh: 2418
  • Bal:
{awards}
мэQaLэуэ göяє тєѕєккυяLєяr^^

ÞSÎxx мSÎxx

  • 7 aprel 2014 13:26
  • Məqalə: 51
  • Şərh: 2002
  • Bal:
{awards}
Allah Razi oLsunn

--------------------
asd

nuray sirinova

  • 7 aprel 2014 11:08
  • Məqalə: 52
  • Şərh: 4163
  • Bal:
{awards}
tewek kurler

prosta barbi

  • 7 aprel 2014 11:05
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
Bu bəhsi Həzrət İbrahimin (ə) duası ilə sonlandıraq: «Ey Rəbbim, məni namaz qılanlardan et, həmçinin övladlarımdan (da namaz qılanlar et)! Ey Rəbbimiz, duamı qəbul et!» (“İbrahim” 40). Amin!

♔ Rapuиzel ♔

  • 7 aprel 2014 09:05
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
tewekkurler

--------------------

ヅ s a y k a. ヅ

  • 6 aprel 2014 23:47
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
♥Sayka♥


PSIXOPATKA

  • 6 aprel 2014 23:24
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Damlam

  • 6 aprel 2014 23:14
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
allah hamimizdan razi olsun

--------------------
http:///user/İmza/

melek_19

  • 6 aprel 2014 23:09
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun.......

--------------------

PércyDarkMoon

  • 6 aprel 2014 22:14
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ღ★ Firuzə ★ღ

  • 6 aprel 2014 22:11
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------

sessiz deniz

  • 6 aprel 2014 21:49
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunnnnnnnnnnnnnn

..::AYSHA::..

  • 6 aprel 2014 21:38
  • Məqalə: 0
  • Şərh: 18
  • Bal:
{awards}
sag ol bezilerini bilmirdim twk

prosta ema

  • 6 aprel 2014 21:14
  • Məqalə: 18
  • Şərh: 2270
  • Bal:
{awards}
allah namaz qilanlarin namazini qebul etsin amin

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

ヅ Bad Girl ヅ

  • 6 aprel 2014 20:56
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ALAH RAZI OLSUN

--------------------

hicab menim secimim

  • 6 aprel 2014 20:48
  • Məqalə: 22
  • Şərh: 126
  • Bal:
{awards}
TEWEKKURLER

jasmin022

  • 6 aprel 2014 20:37
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
{awards}
ALAH RAZI OLSUN

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 14
Cəmi: 28

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}