Peyğəmbərliyin başlanğıcı

 
Peyğəmbərliyin başlanğıcı


Yer üzərində bir milyarda yaxın müsəlman tərəddüt etmədən Müqəddəs Quranı “Allahın kəlamı” və Muhəmməd peyğəmbərə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - göndərilən “möcüzə” olduğunu qəbul edir. Ramazan ayının 21 – ci gecəsi bazar ertəsi günü idi. Muhəmməd düşünmək və ruhi sükunət tapmaq üçün Məkkənin ətrafında yerləşən Hira mağarasında xəlvətə çəkilir. Onu ətrafdakı aləmdə mənəviyyatsızlıq, həmçinin, xalqının arasında bütpərəstliyin kök salması narahat edirdi. O, narahatlıq doğuran suallara cavab axtarır və gözləyirdi, amma onları cavablandırmağa hələ aciz idi. Nəhayət, o gözlənilən an gəldi. Qədr gecəsinin yarısı Allahın kitabı bu susamış ruha açıldı. Möminlərin anası Aişə bu əhvalatı ətraflı şəkildə rəvayət edərək belə demişdir: "Allahın elçisinə ilk vəhyin gəlməsi gözəl yuxu vasitəsilə başlamışdır. Onun gördüyü elə bir yuxu yox idi ki, sübh çağının aydınlığı kimi gerçək olmasın. Sonra onun qəlbinə tənhalığa çəkilmək meyli salındı. Peyğəmbər Hira dağındakı mağarada xəlvətə çəkilib, ailəsinin yanına qayıdanadək müəyyən gecələri orada ibadət edərdi. (O özü ilə azuqə götürüb xəlvətə çəkilərdi). Sonra Xədicənin yanına qayıdıb yenə bir o qədər müddət qalmaq üçün azuqə götürərdi. Nəhayət, Peyğəmbər Hira dağındakı mağarada olarkən ona haqq nazil oldu. Mələk onun yanına gəlib: “Oxu!”– dedi. O isə: “Mən oxumağı bacarmıram!”– deyə cavab verdi. Peyğəmbər dedi: “O zaman mələk məni tutub taqətim kəsilənədək sıxdı, sonra da buraxıb: “Oxu!”– dedi. Mən də: “Oxumağı bacarmıram!”– dedim. O ikinci dəfə məni tutub nəfəsim kəsilənədək sıxdı, sonra da buraxıb: “Oxu!”– dedi. Mən isə: “Oxumağı bacarmıram!”– dedim. O üçüncü dəfə məni tutub nəfəsim kəsilənədək sıxdı, sonra da buraxıb dedi: “Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin Səxavətlidir. O, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiklərini öyrətdi” (əl-Ələq surəsi, 1-5 ayələr). Bu hadisədən sonra Peyğəmbər qorxudan ürəyi əsə-əsə həmin ayələrlə geri döndü. O, evinə daxil olub: “Üstümü örtün, üstümü örtün!”– dedi. Onun üstünü örtdülər. Nəhayət, qorxu ondan keçib getdi və Peyğəmbər başına gələn hadisəni Xədicəyə xəbər verib dedi: “Mən başıma bir iş gələcəyindən qorxdum.” Xədicə dedi: “Xeyr! Allaha and olsun ki, Allah səni heç vaxt rüsvay etməz. Çünki sən qohumluq əlaqələrini möhkəmləndirirsən, zəiflərin yükünü daşıyır, yoxsula pay verir, qonağa yaxşı baxır və haqq yolunda insanlara yardım edirsən.” Sonra Xədicə Peyğəmbəri əmisi oğlu Varaqa ibn Nofəlin yanına gətirdi. O, cahiliyyət dövründə xristian olmuş bir adam idi və ibranicə yazmağı bacarır, İncildən Allahın dilədiyi qədər bəzi şeylər yazırdı. O artıq gözləri kor olmuş qoca bir kişi idi. Xədicə dedi: “Ey əmim oğlu! Qulaq as, gör qardaşın oğlu nə deyir!” Varaqa ondan: “Ey qardaşım oğlu! Sən nə görürsən?”– deyə soruşdu. Peyğəmbər də gördüyü şeyləri ona xəbər verdi. Varaqa ona dedi: “O gördüyün, Allahın Musaya göndərdiyi sirrin sahibi olan Cəbraildir. Kaş dəvət edəcəyin vaxt mən gənc olaydım! Kaş qövmün səni (yurdundan) qovacağı zaman sağ olaydım!” Peyğəmbər soruşdu: “Məgər onlar məni qovacaqlar?” Varaqa dedi: “Bəli! Sənin gətirdiyinin bənzərini gətirən (Allahın dinini təbliğ edən) elə bir kişi olmayıb ki, onunla düşmənçilik etməsinlər. Əgər həmin (dəvət edəcəyin) günə qədər yaşasam, var gücümlə sənə kömək edəcəyəm.” Lakin çox keçmədi ki, Varaqa vəfat etdi və bir müddət vəhy nazil olmadı." (Səhih əl-Buxari, 3).


Geri dön

Biqeyrət....

  • 6 may 2014 17:58
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
tesekkurler

Roya_____

  • 6 may 2014 16:10
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

ヅ s a y k a. ヅ

  • 23 aprel 2014 16:26
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥Sayka♥


melek_19

  • 14 aprel 2014 00:01
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun.....

--------------------

ღ★ Firuzə ★ღ

  • 13 aprel 2014 22:54
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------

ヅ s a y k a. ヅ

  • 13 aprel 2014 22:23
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN BEYENDIM,

--------------------
♥Sayka♥


Payız qoxulu

  • 13 aprel 2014 21:55
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

sessiz deniz

  • 13 aprel 2014 20:26
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
ALLAH RAZI OLSUNNNNNNN

Damlam

  • 13 aprel 2014 15:20
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN !!!!!!!! feel

--------------------
http:///user/İmza/

Qaska_Quli

  • 13 aprel 2014 15:17
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
ALLAH razi olsunnn

--------------------

(XULIQAN)

  • 13 aprel 2014 15:12
  • Məqalə: 10
  • Şərh: 1117
  • Bal:
{awards}
allah razi olsun

NikaLYa

  • 13 aprel 2014 15:02
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
ALLAH RAZI OLSUNN....

--------------------

MiniK_KuŞ

  • 13 aprel 2014 14:58
  • Məqalə: 7
  • Şərh: 261
  • Bal:
{awards}
Allah razı olsun.

..Teşekkürler..

Banned1

  • 13 aprel 2014 14:13
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Allah razı olsun

^^YeRaZKa MeLeK^^

  • 13 aprel 2014 14:07
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

★NuTeLLa★

  • 13 aprel 2014 13:45
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
Allah Razi Olsn

ღKiRaZ MeVsİmCiღ

  • 13 aprel 2014 13:35
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 56
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}