Allahın Evi burada olacaq

 
Allahın Evi burada olacaq


İbn Abbas rəvayət edərək demişdir: “Qadınlar arasında ilk qurşaq bağlayan İsmailin anası Həcər olmuşdur. O Saradan gizlənib öz izini itirmək üçün belə etmişdir. Bundan sonra İbrahim həyat yoldaşı Həcəri südəmər oğlu İsmail ilə birlikdə müqəddəs Evin olduğu yerə – Zəm-zəmin başına, məscidin yuxarı tərəfində bitmiş yekə bir ağacın yanına gətirdi. O dövrdə Məkkədə nə bir adam, nə də ki su var idi. İbrahim onları orada tərk edib, yanlarında da bir az xurma və su qoyub getdikdə, İsmailin anası onun dalınca qaçıb dedi: “Ey İbrahim, sən bizi ins-cins olmayan bu çöllükdə atıb gedirsən?!” Həcər bunu bir neçə dəfə təkrar etdi, lakin İbrahim ona tərəf dönüb baxmadı. Axırda qadın soruşdu: “Olmaya, bunu sənə Allah əmr edib?” İbrahim: “Bəli!”– deyə cavab verdi. Qadın: “Elə isə Allah bizi nəzarətsiz qoymaz”- deyib geri qayıtdı. İbrahim isə yoluna davam etdi və nəhayət onlardan tamamilə uzaqlaşıb gəlib dağ keçidinə çatdıqda üzünü müqəddəs Evə tərəf çevirdi və əllərini göyə qaldırıb belə dua etdi: “Ey Rəbbimiz! Mən nəslimdən bəzisini Sənin mühafizə olunan Evinin yaxınlığında, heç bir bitki olmayan bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə belə etdim. İnsanların bir qisminin qəlbini onlara meylli et və onlara növbənöv məhsullardan ruzi ver ki, bəlkə şükür etsinlər.” Həcər isə İsmailə süd verir, özü də yanındakı sudan içirdi. Tuluqdakı su qurtardıqdan sonra onun həm özü, həm oğlu bərk susadı. Həcər uşağın çabaladığını gördükdə dözməyib yaxınlıqda yerləşən Səfa dağına tərəf getdi. Dağın üstünə çıxıb ətrafa baxmağa başladı, lakin heç kəsi görə bilmədi. Qadın Səfa dağından aşağı endi və paltarının ətəyini qaldırıb tez-tez yeriyərək Mərva dağına tərəf getdi. Həcər vadini keçib Mərva dağına çatdıqda onun üstünə çıxıb ətrafa baxdı, lakin yenə də heç kəsi görə bilmədi. O, yeddi dəfə beləcə dağların arasında o tərəf-bu tərəfə getdi.” Peyğəmbər demişdir: “Elə buna görə də müsəlmanlar ziyarət əsnasında bu dağlar arasında gedib-gəlirlər.” İbn Abbas rəvayətinə davam edib dedi: “Qadın Mərva dağına gəlib çatdıqda səs eşitdi və öz-özünə: “Sakit ol!”- dedi. Yenə səs eşitdikdə: “Səsini mənə eşitdirdin, mənə kömək edə bilərsənmi?”- dedi. Elə bu vaxt Zəm-zə¬min yerində mələk gördü. Mələk qanadı ilə yerə vurdu və yerdən su qaynayıb çıxdı. Qadın əli ilə suyun qabağını aldı və tuluğa su doldurmağa başladı. Su isə axmağa davam edirdi.” Peyğəmbər demişdir: “Allah İsmailin anasına rəhmət eləsin! Əgər o, Zəm-zəmə toxunmasaydı, o müəyyən bir bulağa çevriləcəkdi.” İbn Abbas rəvayətinə davam edib dedi: “Həcər sudan içdikdən sonra uşağını əmizdirdi. Mələk ona dedi: “Başlı-başına buraxılacağınızdan qorxmayın! Çünki Allahın Evi burada olacaq. Onu bu uşaq və onun atası tikəcək. Allah onun ailəsini əsla nəzarətsiz buraxmaz.” O dövrdə Kəbənin yalnız bünövrəsi var idi və çaylar onun həndəvərindən axıb gedirdi. Onlar bir müddət orada qaldılar. Nəhayət, Kəda tərəfdən gəlmiş Curhum qəbiləsindən olan bir dəstə adam Məkkənin aşağı tərəfində dayanmalı oldular. Onlar göydə uçan quşları görüb: “Bu quşlar ancaq su olan yerdə uçarlar. Axı o vadidə su olmamalıdır!”- dedilər, sonra da ora bir və ya iki nəfər göndərdilər. Göndərilən adamlar suyu görəndən sonra qayıdıb onlara xəbər verdilər və onların hamısı yığışıb oraya getdilər. O vaxt İsmailin anası suyun kənarında oturmuşdu. Onlar ona yaxınlaşıb dedilər: “Bizə sənin yanında qalmağa izn verir-sənmi?” Həcər dedi: “Bəli, ancaq mənim iznim olmadan bu sudan istifadə etməyəcəksiniz.” Onlar: “Razıyıq”- dedilər. Peyğəmbər demişdir: “Bu təklif İsmailın anasının könlünə yatdı. Çünki o, insanlarla ünsiyyətdə olmağı sevirdi.” İbn Abbas rəvayətinə davam edib dedi: “Beləliklə, onlar orada məskunlaşdılar, sonra yaxınlarına xəbər göndərib onları öz yanlarına çağırdılar və onlar da orada məskən saldılar. Nəhayət uşaq böyüyüb boya-başa çatdı və onlardan ərəb dilini öyrəndi. Onlar bu uşaqla fəxr edirdilər və onun fərasətinə heyran qalmışdılar. O yetkinlik yaşına yetişdikdə onu öz qızlarından biri ilə evləndirdilər. İsmailin anası vəfat etdikdən bir müddət sonra atası İbrahim ona baş çəkməyə gəldi, lakin onu evdə tapmadı. İbrahim İsmailin zövcəsindən onu xəbər aldıqda qadın dedi: “Gedib, bizim üçün yeməyə bir şey gətirsin.” Sonra İbrahim qadından onların yaşayış tərzi və dolanışıqları barədə soruşdu. Qadın: “Vəziyyətimiz çox pisdir! Biz ehtiyac və yoxsulluq içində yaşayırıq”- deyə şikayət etməyə başladı. İbrahim buyurdu: “Ərin evə gəldikdə mənim salamımı ona çatdır və de ki, evinin astanasını dəyişdirsin.” İsmail qayıtdıqda evə adam gəldiyini hiss edib yoldaşından: “Evimizə gələn olubmu?”- deyə soruşdu. Qadın dedi: “Bəli, filan əlamətləri olan qoca bir kişi gəlmişdi. O sənin barəndə soruşdu, mən də ona evdə olmadığını xəbər verdim. Sonra o, dolanışığımız barədə soruşdu, mən də ona bizim ehtiyac və yoxsulluq içində yaşadığımızı söylədim.” İsmail dedi: “O sənə bir şey tövsiyə etdimi?” Qadın dedi: “Bəli, o, mənə buyurdu ki, onun salamını sənə çatdırım, həm də deyim ki, evinin astanasını dəyişəsən.” İsmail dedi: “O gələn mənim atam idi. Mənə səndən ayrılmağı tövsiyə etdi. Odur ki, qayıt atan evinə.” İsmail onu boşadıqdan sonra başqa bir qızla evləndi. Bir müddət keçdikdən sonra İbrahim yenə oğluna baş çəkməyə gəldi, lakin onu evdə tapmadı. İbrahim evə daxil oldu və İsmailin zövcəsindən onu xəbər aldıqda qadın dedi: “Gedib, bizim üçün yeməyə bir şey gətirsin.” Sonra o, qadından onların yaşayış tərzi və dolanışıqları barədə soruşdu. Qadın: “Vəziyyətimiz çox yaxşıdır, hər şeyimiz var!”- deyib Allaha şükr etdi. İbrahim: “Nə yeyirsiniz?”- deyə soruşdu. Qadın: “Ət yeyirik”- deyə cavab verdi. İbrahim: “Nə içirsiniz?”- deyə soruşdu. Qadın: “Su içirik”- deyə cavab verdi. İbrahim dua edib dedi: “Allahım, bunların yediyi ətə və içdiyi suya bərəkət ver!” Peyğəmbər demişdir: “O vaxt onlarda buğda yox idi. Əgər yedikləri buğda olsaydı, İbrahim bunun üçün də Allahdan xeyir-bərəkət diləyərdi.” İbn Abbas dedi: “Kim Məkkənin xaricində yalnız ət və su ilə qidalanarsa, bunun ona zərəri dəyər.” Sonra o, rəvayətinə davam edib dedi: “İbrahim buyurdu: “Ərin evə gəldikdə mənim salamımı ona çatdır və de ki, evinin astanasını qorusun.” İsmail evə qayıtdıqda zövcəsindən: “Bizə gələn olubmu?”– deyə soruşdu. Qadın dedi: “Bəli, üzündən xeyirxahlıq yağan ixtiyar bir qoca gəlmişdi.” Qadın onu təriflədikdən sonra dedi: “O məndən səni soruşdu, mən də ona sənin haqqında xəbər verdim. Sonra o, dolanışığımız barədə soruşdu, mən də ona vəziyyətimizin çox yaxşı olduğunu söylədim.” İsmail soruşdu: “O sənə bir şey tövsiyə etdimi?” Qadın dedi: “Bəli, o, mənə buyurdu ki, onun salamını sənə çatdırım, həm də deyim ki, evinin astanasını qoruyasan.” İsmail dedi: “O gələn mənim atam idi. Evimizin astanası isə sənsən. O mənə səndən möhkəm yapışmağı tövsiyə etdi.” Allah istədiyi qədər İbrahim onlardan ayrı yaşadıqdan sonra yenə onlara baş çəkməyə gəldi. Həmin vaxt İsmail Zəm-zəmin yanında bitmiş böyük bir ağacın altında oturub oxlarının ucunu itiləyirdi. Atasını görcək ayağa qalxıb ona yaxınlaşdı və ata ilə oğul bir-birini bərk-bərk qucaqlayıb görüşdülər. Sonra İbrahim dedi: “Ey İsmail! Allah mənə vacib bir işi yerinə yetirməyi buyurub.” İsmail dedi: “Rəbbinin sənə buyurduğunu yerinə yetir.” İbrahim soruşdu: “Mənə kömək edərsənmi?” İsmail: “Sənə kömək edərəm”- dedi. İbrahim: “Allah mənə burada bir ev tikməyi əmr etdi”- deyib ətrafındakı hündür təpəni ona göstərdi. Beləliklə də, onlar müqəddəs Evin bünövrəsini qaldırmağa başladılar. İsmail daş daşıyır, İbrahim də onu bina edirdi. Evin divarları ucaldıqdan sonra İsmail bu daşı gətirib yerə qoydu İbrahim də onun üstünə çıxıb tikintini davam etməyə başladı. Yenə İsmail daş gətirir, İbrahim də onu tikirdi. Onlar işlərini görə-görə deyirdilər: “Ey Rəbbimiz! Bunu bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!” (əl-Bəqərə, 127). Səhih əl-Buxari, 3364.


Geri dön

Biqeyrət....

  • 6 may 2014 16:30
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
tewekkurler megaleye gore

Roya_____

  • 6 may 2014 14:46
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

T.O.M.A

  • 30 aprel 2014 23:47
  • Məqalə: 21
  • Şərh: 1765
  • Bal:
{awards}
tewekkurler

ヅ s a y k a. ヅ

  • 23 aprel 2014 16:18
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
Allah razi olsun

Allah razi olsun

--------------------
♥Sayka♥


ÞSÎxx мSÎxx

  • 16 aprel 2014 18:55
  • Məqalə: 51
  • Şərh: 2002
  • Bal:
{awards}
Allah Razi oLsunnn

--------------------
asd

NikaLYa

  • 15 aprel 2014 15:48
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
ALLLAH RAZI OLSUNN...........

--------------------

prosta barbi

  • 15 aprel 2014 11:30
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

sessiz deniz

  • 14 aprel 2014 23:24
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunnnnnnnn

✰Razinka✰

  • 14 aprel 2014 22:52
  • Məqalə: 19
  • Şərh: 1202
  • Bal:
{awards}
tesekurler

☆♡sen ve men♡☆

  • 14 aprel 2014 22:41
  • Məqalə: 9
  • Şərh: 509
  • Bal:
{awards}
allah razı olsun

Vefasiz Qizlar

  • 14 aprel 2014 22:32
  • Məqalə: 1
  • Şərh: 131
  • Bal:
{awards}
░▀█▀░░░▀█▀░▀█▀░▀█▀░░▀█▀▀▀▀█░ ░░█░░░░░█░░░█░▄▀░░░░░█░░░░░░ ░░█░░░░░█░░░█▀▄░░░░░░█▄▄▄░░░ ░░█░░░░░█░░░█░░▀▄░░░░█░░░░░░ ░▄█▄▄█░▄█▄░▄█▄░░▄█▄░▄█▄▄▄▄█░

ヅ s a y k a. ヅ

  • 14 aprel 2014 22:27
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
allah razi olsun

--------------------
♥Sayka♥


Axilli qiz

  • 14 aprel 2014 22:21
  • Məqalə: 15
  • Şərh: 1399
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
reklam etmek olmaz

(XULIQAN)

  • 14 aprel 2014 22:21
  • Məqalə: 10
  • Şərh: 1117
  • Bal:
{awards}
tewekkurlerrr....

Qaska_Quli

  • 14 aprel 2014 22:04
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
ALLAH razi olsunn

--------------------

Payız qoxulu

  • 14 aprel 2014 21:46
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
Allah razi olsun tewekkur

--------------------

jasmin022

  • 14 aprel 2014 21:40
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

♔ Rapuиzel ♔

  • 14 aprel 2014 21:16
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
tewekkurler

--------------------

Banned549678

  • 14 aprel 2014 21:07
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun

ღ★ Firuzə ★ღ

  • 14 aprel 2014 20:54
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------

NeFeSiM LiL OrXaN

  • 14 aprel 2014 20:48
  • Məqalə: 38
  • Şərh: 3533
  • Bal:
{awards}
allah razi olsun

Zehra_Aşiqi

  • 14 aprel 2014 20:45
  • Məqalə: 272
  • Şərh: 1323
  • Bal:
{awards}
“Kim Məkkənin xaricində yalnız ət və su ilə qidalanarsa, bunun ona zərəri dəyər.”

--------------------

__MB__

  • 14 aprel 2014 20:37
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
Allah razı olsun

ЛЮБИМКА

  • 14 aprel 2014 20:35
  • Məqalə: 53
  • Şərh: 2518
  • Bal:
{awards}
allah.razi.olsunn

PércyDarkMoon

  • 14 aprel 2014 20:34
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun ilk werh menen

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 46

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}