Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?

 
Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?


əl-Fil surəsinin təfsiri Mərhəmətli və Rəhmli Allahın adı ilə! 1. Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi? 2. Məgər Rəbbin onların hiyləsini dolaşığa salmadımı? 3. Onların üzərinə qatar-qatar quşlar göndərdi. 4. O quşlar ki, onların üstünə odda bişmiş bərk gildən daşlar yağdırdı. 5. Allah onları sanki yeyilmiş əkin yarpağına döndərdi. Həbəşistanlı Əbrəhə əl-Əşrəm Yəmən əhlindən olan tərəfdarları ilə birgə Allahın Evini (Kəbəni) dağıtmağa gəldi. Allah onların üstünə ağ rəngli dəstə-dəstə quşlar göndərdi. O quşlardan hər biri caynaqlarında və dimdiyində gətirdiyi daşları onların başına yağdırmağa başladı. Nəhayət Uca Allah onları çeynənmiş əkin yarpağına döndərdi. Bu hadisə Muhəmməd peyğəmbərin – ona və ailəsinə Allahın salavatı və salamı olsun! – dünyaya gəlməsindən əlli və ya əlli beş gün əvvəl baş vermişdir. Muhəmməd peyğəmbər 571-ci ildə fevral ayının axırı və ya martın əvvəli doğulmuşdur. Bu surəni təfsir edərkən məşhur İslam alimi İbn Kəsir aşağıdakıları yazmışdır: Yəmən hökmdarı Əbrəhə Sənada dünyada misli görünməmiş nəhəng bir kilsə tiktirdi. Bu çox yüksək, divarları naxışlarla işlənmiş geniş bir bina idi. Ərəblər onu hündürlüyünə görə Qəlis adlandırdılar, çünki ona baxmaq istəyənlərin araqçınları başlarından düşürdü. Əbrəhə əl-Əşrəm istəyirdi ki, ərəblər Məkkədəki Kəbəyə deyil, bu kilsəyə ziyarətə gəlsinlər və hətta bu barədə öz ölkəsində fərman da yaymışdı. Bu, Ədnan və Qahtan nəslindən olan ərəblərin qətiyyən xoşuna gəlməmişdi, qureyşilər isə bu hərəkətdən olduqca qəzəblənmişdilər. Onlardan biri həmin kilsəyə gedərək, qaranlığın düşməsini gözləyir, sonra oraya girərək, onu murdarlayır. Bundan sonra o, geriyə dönür və bundan xəbər tutan kilsə xidmətçiləri baş vermiş bu hadisə barədə canişin Əbrəhəyə xəbər verərək deyirlər: “Bunu, öz məbədlərinə görə qəzəblənmiş qureyşlilərdən biri etmişdir”. Belə olduqda Əbrəhə səfərə çıxacağına və Məkkədəki məbədi daşbadaş sökəcəyinə and içmişdir. Bir neçə qureyşli gənc küləkli bir gündə bu kilsəyə girərək, içəridə od qalayır və o da bütün kilsəyə yayılır və bundan sonra uçulur. Belə olduqda Əbrəhə səfərə hazırlaşır və qarşısını heç kimin ala bilməməsi üçün çoxsaylı bir ordunun başında səfərə çıxır. O, Mahmud adı ilə çağırılan həddən artıq böyük və nəhəng bir fili də özü ilə götürür. Onu xüsusilə bu məqsəd üçün həbəş kralı özü göndərmişdi. Deyirlər ki, onunla birlikdə səkkiz və ya on iki fil də var imiş, Allah bunu daha yaxşı bilir. Onlar fillərin köməyi ilə Kəbəni uçurmaq istəyirdilər. Bundan ötrü onlar istəyirdilər ki, məbədin künclərinə zəncir bağlayıb onları filin boynuna keçirsinlər ki, o, yerindən tərpənəndə məbədin divarlarını bir dəfəyə söküb dağıtsın. Ərəblər ordunun yaxınlaşması barədə eşitdikdə, onlar bunu çox ciddi qəbul etdilər və qərara gəldilər ki, onlar ordunu Kəbəyə buraxmamalıdırlar və onu dağıtmağı düşünənləri oraya buraxmasınlar və qarşılarını alsınlar. Yəmənin adlı-sanlı sakinlərindən və başçılarından Zu Nəfər adlı biri Əbrəhəyə qarşı çıxdı və öz xalqını və habelə digər ərəbləri onunla döyüşməyə çağırdı ki, Kəbəni müdafiə edərək məbədi dağıtmağa imkan verməsinlər. İnsanlar onun çağırışına səs verdilər və Əbrəhəyə qarşı döyüşə qatıldılar, lakin o, Kəbə müdafiəçilərini məğlubiyyətə uğratdı, çünki Öz Evinin əzəmətini nümayiş etdirmək üçün Böyük və Qüdrətli Allaha belə lazım idi. Əbrəhə Taifə yaxınlaşan zaman şəhər sakinləri onu qarşılamağa çıxaraq onun onların əl-Lat adlı məbədini dağıdacağından ehtiyatlanaraq ona yaltaqlanmağa başladılar. Əbrəhə onları xoşluqla qəbul etdi və onlar onun ixtiyarına Əbu Ruğal adlı bir bələdçi verdilər. Tezliklə Əbrəhə Məkkənin yaxınlığında olan əl-Məğməs adlı yerə çatdı və orada düşərgə saldı. Onun döyüşçüləri məkkəlilərin otlağına basqın edərək, dəvələri və başqa heyvanları qəsb etdilər. O zaman orada Əbdülmüttəlibin iki yüz dəvəsi otarılırdı. Əbrəhənin əmri ilə əl-Əsvəd b. Məfsudun komandanlığı altında on dəstə heyvanlara basqın etmişdi və ərəb şairlə¬rindən biri qəsidəsində onu lağa qoymuşdu. Sonra Əbrəhə Hənatə əl-Himyərini Məkkəyə göndərdi və ona tapşırdı ki, ən tanınmış qureyşlini onun yanına gətirsin və ona bildirsin ki, əgər ona maneçilik törətməsələr padşah Əbrəhə onlarla vuruşmaq niyyətində deyil. Hənatə Məkkəyə gəldikdə, ona Əbdülmüttəlib b. Haşimi nişan verdilər və o da Əbrəhənin sözlərini ona çatdırdı. Buna cavab olaraq Əbdülmüttəlib dedi: “Allaha and olsun, biz də onunla döyüşmək istəmirik, döyüşmək üçün bizim kifayət qədər gücümüz də yoxdur. Amma bu Allahın haram buyurduğu Evidir, Onun sevimli dostu İbrahimin Evidir və əgər Allah ona mane olarsa, axı bu Allahın Evidir, Onun müqəddəs ibadətgahıdır! Əgər Allah ona Kəbəni dağıtmağa yol versə, onda Allaha and olsun ki, bizdə onu müdafiə etməyə güc yoxdur”. Hənatə dedi: “Gedək mənimlə onun yanına” və Əbdülmuttəlib Əbrəhənin yanına getdi. Əbdülmüttəlib hündürboylu, enli kürəkli, yaraşıqlı bir kişi idi və Əbrəhə onu gördükdə ona dərin ehtiram hissi ilə yanaşdı. O, öz taxtından düşərək onunla yanaşı xalçanın üstündə oturdu. Sonra o öz tərcüməçisinə dedi: “Ondan soruş gör ona nə lazımdır”. Əbdülmüttəlib dedi: “Mənə malımı, – onun tutduğu iki yüz dəvəni geri qaytarması lazımdır”. Onda Əbrəhə tərcüməçisinə dedi: “Ona de ki: “Mən səni gördükdə sən mənim xoşuma gəldin, sən mənimlə danışanda isə mən xoşlanmadım. Doğrudanmı sən məndən tutduğum iki yüz dəvəni qaytarmağımı xahiş edirsən, amma sənin dinin, atalarının dini olan Evini hətta müdafiə etmək istəmirsən? Mən onu dağıtmağa gəldiyim halda, sən onu müdafiə etmirsən?” Əbdülmüttəlib dedi: “Həqiqətən, mən – ancaq dəvələrin sahibiyəm, Evin isə öz Sahibi var və onu qoruyar”. Əbrəhə dedi: “O, onu məndən qoruya bilməz”. Əbdül-müttəlib dedi: “Baxarıq”. Deyirlər ki, Əbdülmüttəliblə birgə Əbrəhənin yanına adlı-sanlı ərəblərdən bir qrup da getmişdi, onlar da ondan Evə toxunmamağı xahiş etmiş və bunun əvəzində Tihamənın var-dövlətinin üçdə bir hissəsini ona təklif etmişdilər. Lakin Əbrəhə onların təklifini rədd etdi və buna baxmayaraq, Əbdülmüttəlibin mallarını ona qaytardı. Əbdülmüttəlib qureyşlilərin yanına qayıdıb, onlara Məkkəni tərk etməyi və dağ zirvələrində daldalanmağı əmr etdi. O ehtiyat edirdi ki, Əbrəhənin qoşunlarını darmadağın edəcək cəzanın təsiri onlara da sirayət etsin. Sonra Əbdülmüttəlib Kəbənin qapısı üstündə olan halqadan yapışaraq, bir-neçə qureyşli ilə birlikdə Allaha yalvarmağa başladılar və Ondan Əbrəhənin və onun qoşununun əleyhinə kömək istədilər. Kəbənin qapısı üstündəki halqadan tutaraq Əbdülmüttəlib dedi: “Onlar adi insanlardır, Sən halal qıldığını müdafiə et! Heç vaxt onların xaçı və məbədi, Sənin məbədini məğlub edə bilməyəcək!” Bundan sonra Əbdülmüttəlib halqanı buraxdı və onlar dağların zirvəsinə qalxdılar. Muqatil b. Süleyman isə rəvayət edir ki, onlar Kəbənin yanında rəngbərəng kəndirlərlə bəzədilmiş yüz dişi dəvə saxladılar; ümid edirdilər ki, bəzi əsgərlər onlarla ədalətsiz davranarlar və nəticədə Allah onlardan əvəzini çıxar. Bir müddət keçdikdən sonra, Əbrəhə və onun döyüşçüləri Məkkəyə daxil olmaq üçün hazırlaşmağa və Mahmud adlı filin də hazırlığını görməyə başladılar. Onlar fili Məkkəyə tərəf yönəldəndə Nufeyl b. Həbib onun böyür tərəfində dayandı və onun qulağından tutub dedi: “Otur, Mahmud, gəldiyin yerə qayıt, çünki sən indi Allahın haram şəhərindəsən”. Sonra o filin qulağını buraxdı və fil dizləri üstə çökdü, Nufeyl b. Həbib isə sıçrayıb qaçmağa başladı və dağa qalxdı. Döyüşçülər fili vurmağa başladılar ki, o ayağa qalxsın, amma o onlara qulaq asmırdı. Döyüşçülər fili Yəmən səmtinə döndərdikdə o qalxıb qaçdı. Eyni hərəkət fili Şama və şərqə tərəf döndərdikdə də baş verdi. Məkkəyə sarı çevirdikdə isə fil dizləri üstə çökdü. Belə olduqda Allah onların üstünə dənizdən dəniz qaranquşlarına bənzər saysız-hesabsız quşlar göndərdi. Quşların hər birində üç xırda daş var idi, biri – dimdiyində, ikisi də caynaqlarında. Bu xırda daşlar Misir noxudu və ya mərcisinə bənzəyirdi və onlar kimin üstünə düşürdüsə, o adam hökmən ölürdü. Lakin Əbrəhənin döyüşçülərinin heç də hamısına o daşlardan dəyməmişdi. Onlar qaçmağa başladılar, amma yol tapa bilmirdilər. Onlar Nufeyli axtardılar ki, yol göstərsin, Nufeyl isə qureyşlilərlə və Hicaz ərəbləri ilə birlikdə dağların zirvələrində idilər və Allahın fil döyüşçülərinə nazil etdiyi cəzanın yerinə yetirilməsini müşahidə edirdilər. Məhz bu vaxt Nufeyl dedi: “Əgər səni izləyən Allah Özüdürsə, bundan yayınmaqmı olar? Əbrəhə əl-Əşrəm məğlub oldu və qələbə çala bilmədi”. (Əlixan Musayevin "Qurani Kərim və Azərbaycan dilində mənaca tərcüməsi" kitabından qısaldılaraq götürülmüşdür.


Geri dön

Biqeyrət....

  • 6 may 2014 16:15
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
ALLAH razi olsun twklerrrrrrrrr fellow

Roya_____

  • 6 may 2014 14:27
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

T.O.M.A

  • 30 aprel 2014 23:04
  • Məqalə: 21
  • Şərh: 1765
  • Bal:
{awards}
tewekkurler

ヅ s a y k a. ヅ

  • 23 aprel 2014 16:14
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥Sayka♥


ヅ Bad Girl ヅ

  • 17 aprel 2014 18:27
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razi olsunnnnnnn

--------------------

ヅ s a y k a. ヅ

  • 15 aprel 2014 22:23
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN ♥ ♥ ♥

--------------------
♥Sayka♥


NeFeSiM LiL OrXaN

  • 15 aprel 2014 19:10
  • Məqalə: 38
  • Şərh: 3533
  • Bal:
{awards}
allah razi olsun

Damlam

  • 15 aprel 2014 16:30
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http:///user/İmza/

__MB__

  • 15 aprel 2014 15:51
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
Allah razı olsun

NikaLYa

  • 15 aprel 2014 15:46
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Axilli qiz

  • 15 aprel 2014 12:57
  • Məqalə: 15
  • Şərh: 1399
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
reklam etmek olmaz

prosta barbi

  • 15 aprel 2014 10:32
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Qaska_Quli

  • 15 aprel 2014 10:28
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrrrrr

--------------------

sessiz deniz

  • 15 aprel 2014 08:53
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunnnnnnnnnnnnnn

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 15
Cəmi: 31

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}