Biz bu uşağın Rəbbinə iman gətirdik

 
Biz bu uşağın Rəbbinə iman gətirdik


əl-Buruc surəsi, 4-7-ci ayələrin təfsiri. Allah buyurur: “Məhv olsun xəndək kənarında yığışanlar! Odunla alışdırılmış xəndək. Onlar o xəndəyin qırağında oturub, möminlərə öz verdikləri işgəncələrə şahidlik edirdilər.” Suheyb rəvayət edir ki, Peyğəmbər demişdir: “Sizdən əvvəl yaşamış bir xalqın padşahı və onun da bir sehrbazı var idi. O qocaldıqda padşaha dedi: “Mən qocalmışam və artıq ömrüm başa çatıb. Odur ki, yanıma bir uşaq göndər, ona sehr etməyi öyrədim.” Padşah onun yanına bir uşaq göndərdi və sehrbaz ona sehr öyrətməyə başladı. Sehrbazın evi ilə padşahın sarayı arasında bir rahib yaşayırdı. Bir gün uşaq rahibin yanına gəlib onun danışdıqlarına qulaq asdı və rahibin dedikləri onun xoşuna gəldi. O hər dəfə sehrbazın yanına getdikdə rahibə də baş çəkirdi. O sehrbazın yanına gec gəldikdə, sehrbaz: “Nə üçün gecikmisən?”- deyib onu döyür, evə gec gəldikdə də evdəkilər: “Nə üçün gecikmisən?”- deyib onu döyürdülər. Uşaq rahibə şikayət etdikdə, o dedi: “Sehrbaz səni döymək istədikdə, de ki, ailəm məni ləngitdi. Ailən səni döymək istəsə, de ki, sehrbaz məni ləngitdi.” Uşaq beləcə öz işinə davam etdi. Nəhayət bir gün o, camaatın yolunu kəsmiş böyük və qorxunc bir heyvana rast gəldikdə dedi: “Bu gün mən kimin daha üstün olduğunu – rahibin dininin, yoxsa sehrbazın əməlinin Allaha daha əziz olduğunu biləcəyəm.” O yerdən bir daş götürüb dedi: “Allahım, əgər rahibin dini Sənin üçün sehrbazın əməlindən daha əzizdirsə, onda bu heyvanı öldür ki, insanlar keçib gedə bilsinlər!” O, daşı atıb heyvanı öldürdü və insanlar öz yollarına davam etdilər. Uşaq rahibin yanına gəlib bunu ona xəbər verdikdə rahib dedi: “Oğlum, bu gün sən məndən də fəzilətlisən. Onlar səni tezliklə sınayacaqlar. Səni sınayacaqları vaxt mənim kim olduğumu onlara bildirmə.” Bu minvalla uşaq anadangəlmə korları və cüzam xəstəliyinə tutulanları sağaltmağa, habelə insanlara üz vermiş digər xəstəlikləri də müalicə etməyə başladı. Padşahın yaxın adamlarından birinin gözləri kor olmuşdu. O, bu uşağın haqqında eşidəndə çoxlu hədiyyələr götürüb onun yanına gəldi və dedi: “Məni sağalda bilsən, bunların hamısı sənin olacaq!” Uşaq dedi: “Mən heç kəsi sağaltmıram. Sağaldan yalnız qüdrətli və qüvvətli Allahdır. Əgər sən Allaha iman gətirsən və Ona dua etsən, O sənin gözlərini açar.” O, Allaha iman gətirdi və Ona dua etdi, Allah da onun gözlərini açdı. Sonra o gəlib həmişəki kimi padşahın yanında oturdu. Padşah ondan: “Sənin gözlərini kim sənə qaytardı?”- deyə soruşdu. O: “Mənim Rəbbim!”- deyə cavab verdi. Padşah dedi: “Məgər sənin məndən başqa Rəbbinmi var?” O dedi: “Mənim də Rəbbim, sənin də Rəbbin – Allahdır!” Padşah ona o qədər işgəncə verdi ki, axırda o, uşağı nişan verdi. Uşağı padşahın hüzuruna gətirdilər. Padşah ona dedi: “Oğlum! Sən sehrbazlıqda elə bir səviyyəyə gəlib çatmısan ki, anadangəlmə korları və cüzam xəstəliyinə tutulanları sağaldır, həmçinin başqa xəstəlikləri də müalicə edirsən.” Uşaq dedi: “Mən heç kəsi sağaltmıram. Sağaldan yalnız qüdrətli və qüvvətli Allahdır.” Padşah ona da o qədər əzab verdi ki, nəhayət o, rahibin adını verdi. Rahibi padşahın hüzuruna gətirdilər. Padşah ona: “Dinindən dön!”– dedi. Rahib isə buna razı olmadı. Onda padşah mişar gətizdirdi və onu başının tən ortasından mişarlayıb iki hissəyə böldülər. Sonra padşahın yaxın adamını onun hüzuruna gətirdilər. Padşah ona: “Dinindən dön!”– dedi. Lakin o buna razı olmadı. Onu da başının tən ortasından mişarlayıb iki hissəyə böldülər. Sonra uşağı onun hüzuruna gətirdilər. Padşah ona: “Dinindən dön!”– dedi. Amma o buna razı olmadı. Padşah onu əsgərlərindən bir neçəsinə tapşırıb dedi: “Onu filan dağa aparın, o dağın zirvəsinə qaldırın və əgər dinindən dönməsə, onu oradan aşağı atın!” Onlar uşağı aparıb dağın başına qaldırdıqda o dedi: “Allahım! Özün istədiyin kimi məni onlardan xilas et!” Bu dəmdə dağ silkələndi və padşahın əsgərləri yerə düşdülər. Uşaq isə qayıdıb padşahın yanına gəldi. Padşah soruşdu: “Səninlə gedən əsgərlər necə oldu?” Uşaq dedi: “Allah məni onlardan xilas etdi!” Padşah onu əsgərləindən bir neçəsinə tapşırıb dedi: “Onu qayığa mindirib dənizə çıxarın və əgər dinindən dönməsə, onu dənizə atın!” Onlar dənizə çıxanda uşaq dedi: “Allahım! Özün istədiyin kimi məni onlardan xilas et!” Bu vaxt qayıq yırğalandı və əsgərlər dənizə düşüb boğuldular. Uşaq isə qayıdıb padşahın yanına gəldi. Padşah soruşdu: “Səninlə gedən əsgərlər necə oldu?” Uşaq dedi: “Allah məni onlardan xilas etdi!” Sonra o, padşaha dedi: “Sən mənim dediklərimi yerinə yetirməyincə məni öldürə bilməyəcəksən.” Padşah soruşdu: “Mən nə etməliyəm?” Uşaq dedi: “Camaatı meydana yığ! Sonra məni ağacın gövdəsində çarmıxa çək. Sonra da mənim ox qabımdan bir ox götürüb onu yaya qoy və: “Bu uşağın Rəbbi Allahın adı ilə!”– deyib oxu mənə at. Əgər belə etsən, məni öldürə bilərsən.” Padşah camaatı meydana yığdı və uşağı çarmıxa çəkdi. Sonra onun ox qabından bir ox götürüb onu yaya qoydu və: “Bu uşağın Rəbbi Allahın adı ilə!”– deyib oxu atdı. Ox uşağın gicgahına batdı və o, əlini gicgahına – oxun batdığı yerə qoyub canını tapşırdı. Meydana toplaşmış adamlar dedilər: “Biz bu uşağın Rəbbinə iman gətirdik! Biz bu uşağın Rəbbinə iman gətirdik! Biz bu uşağın Rəbbinə iman gətirdik!” Padşahın tərəfdarları ona dedilər: “Sənin nədən çəkindiyin yadındadırmı? Vallahi, bu, sənin başına gəldi. Camaatın hamısı iman gətirdi”. Onda padşah yolların kənarında xəndəklər qazmağı və bu xəndəklərdə od qalamağı əmr etdi. Sonra da belə buyurdu: “Dinindən dönməyən hər kəsi oda atın!” Nəhayət, qucağında südəmər körpəsi olan bir qadını xəndəyin kənarına gətirdilər. Qadın dinindən dönüb geri çəkilmək istədikdə, körpə dil açıb dedi: “Anacan, səbirli ol! Həqiqətən də, sən haqq yoldasan!” (Səhih Muslim). İbn Kəsir əl-Fil surəsini təfsir edərkən yazmışdır: “Zu Nuvas, sonuncu Himyər çarı bütpərəst idi və məhz o, xəndəkdəki insanları, onlar xristianlığı qəbul etdiklərinə görə, öldürməyə əmr vermişdi. Onlar təxminən iyirmi min nəfər idilər, lakin təkcə Dovs Zus-Sə'ləbəniyə xilas olmaq nəsib olmuşdu ki, o da xristian olan Şam hökmdarından yardım ummaq üçün bu hadisədən əvvəl onun yanına getmişdi. Şamın qeysəri Yəmənin yaxınlığında yerləşən Həbəşistan padşahına məktub yolladı və o həbəş padşahı Himyər çarına qarşı böyük bir ordu göndərdi. Bu orduya iki komandan – Əriyat və Əbu Yəksum ləqəbli Əbrəhə b. əs-Səbbah rəhbərlik edirdilər. Onlar Yəmənə daxil olaraq şəhərləri və kəndləri darmadağın edir, himyəriləri hakimiyyətdən qovurdular. Əbu Nuvas dənizdə boğularaq öldü və Yəmən Həbəşistandan asılı vəziyyətə düşdü. Ölkədə ikihakimiyyətlilik başladı. Onu Əriyatla Əbrəhə idarə edirdilər. Az keçmədi ki, bu iki nəfərin arasında ziddiyyətlər baş qaldırdı və bunlar hərbi toqquşmaya çevrildi. Tərəflər bir-biri ilə döyüşə girməyi qərara aldılar və döyüşçülər artıq savaş üçün düzülməyə başlamışdılar ki, bu vaxt onlardan biri digərinə dedi: “Həqiqətən də qoşunlarımızın bir-biri ilə toqquşmasına ehtiyac yoxdur. Yaxşı olar ki, biz təkbətək döyüşə çıxaq və kim qalib gəlsə, o da təkbaşına hökmdarlıq edər”. Digər tərəf bu təklifi qəbul etdi və onlar döyüşə başladılar. Əriyat Əbrəhəyə qılınc zərbəsi endirib onun burnunu, ağzını ikiyə böldü və başını zədələdi. Belə olduqda, Əbrəhənin Ətvədə adlı köləsi Əriyatın üstünə atılaraq onu öldürdü. Əbrəhə təkbətək döyüşdən yaralı halda qayıtdı; yaralarını sağaltdılar və o tezliklə özünə gəlib Yəməndə Həbəşistan qoşunlarına təkbaşına rəhbərlik etməyə başladı. Həbəşistan padşahı bu hərəkətlərinə görə onu məzəmmət edən məktub göndərdi və and içdi ki, onun ölkəsini (Yəməni) ayaqlar altında tapdalasın və onun kəkilini qırxsın. Belə olduqda Əbrəhə ona öz xüsusi ehtiramını bildirərək və padşahı razı salmağa çalışaraq ona cavab məktubu yolladı. O öz səfiri ilə birlikdə padşaha müxtəlif nemətlər, hədiyyələr və həmçinin Yəmən torpağı doldurulmuş bir kisə ilə birlikdə kəkilindən bir çəngə tük göndərdi. O, məktubda yazmışdı: “Bu ona görədir ki, padşah öz ayağı ilə bu torpağa gəlsin və içdiyi andı yerinə yetirsin. Həm də mən öz kəkilimdən bir çəngə tük də göndərirəm”. Padşah bu məktubu alanda, bu ona xoş gəldi və o, Əbrəhədən razı qalaraq onu ölkənin canişini vəzifəsində təsdiq etdi. Bir müddət keçdikdən sonra Əbrəhə padşaha başqa bir məktub göndərib ona xəbər verdi ki, Yəməndə onun üçün dünyada misli görünməmiş bir kilsə tikəcəkdir..." Bu əhvalatın ardı "Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?" məqaləsində keçməkdədir.


Geri dön

T.O.M.A

  • 30 aprel 2014 12:30
  • Məqalə: 21
  • Şərh: 1765
  • Bal:
tewekkurler

ヅ s a y k a. ヅ

  • 23 aprel 2014 16:02
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥Sayka♥


ヅ Bad Girl ヅ

  • 17 aprel 2014 17:10
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Payız qoxulu

  • 16 aprel 2014 22:57
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
Allah razi olsun tewekkur

--------------------

ヅ s a y k a. ヅ

  • 16 aprel 2014 19:37
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
Tewekkur edirem melumata gore...

--------------------
♥Sayka♥


✰Razinka✰

  • 16 aprel 2014 18:57
  • Məqalə: 19
  • Şərh: 1202
  • Bal:
{awards}
Beyendim sag olun

ヅ Bad Girl ヅ

  • 16 aprel 2014 18:50
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
“Allahım, əgər rahibin dini Sənin üçün sehrbazın əməlindən daha əzizdirsə, onda bu heyvanı öldür ki, insanlar keçib gedə bilsinlər!” O, daşı atıb heyvanı öldürdü və insanlar öz yollarına davam etdilər. Uşaq rahibin yanına gəlib

--------------------

NeFeSiM LiL OrXaN

  • 16 aprel 2014 17:06
  • Məqalə: 38
  • Şərh: 3533
  • Bal:
{awards}
tewekkurler

(XULIQAN)

  • 16 aprel 2014 16:49
  • Məqalə: 10
  • Şərh: 1117
  • Bal:
{awards}
tewekkurlerrrr....

NikaLYa

  • 16 aprel 2014 15:40
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
ŧəşəҡҡüŗ εđïŗəɱ

--------------------

PércyDarkMoon

  • 16 aprel 2014 14:03
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

prosta barbi

  • 16 aprel 2014 12:40
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

ヅ Bad Girl ヅ

  • 16 aprel 2014 12:38
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Damlam

  • 16 aprel 2014 12:06
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
cooox beyendim
allah razi olsun allah ureyine gore versin

--------------------
http:///user/İmza/

Banned549678

  • 16 aprel 2014 11:04
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun çox saolun

^^YeRaZKa MeLeK^^

  • 16 aprel 2014 09:51
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

♔ Rapuиzel ♔

  • 16 aprel 2014 09:37
  • Məqalə: 333
  • Şərh: 7142
  • Bal:
{awards}
əl-Buruc surəsi, 4-7-ci ayələrin təfsiri. Allah buyurur: “Məhv olsun xəndək kənarında yığışanlar! Odunla alışdırılmış xəndək. Onlar o xəndəyin qırağında oturub, möminlərə öz verdikləri işgəncələrə şahidlik edirdilər.” Suheyb rəvayət edir ki, Peyğəmbər demişdir: “Sizdən əvvəl yaşamış bir xalqın padşahı və onun da bir sehrbazı var idi. O qocaldıqda padşaha dedi: “Mən qocalmışam və artıq ömrüm başa çatıb. Odur ki, yanıma bir uşaq göndər, ona sehr etməyi öyrədim.” Padşah onun yanına bir uşaq göndərdi və sehrbaz ona sehr öyrətməyə başladı. Sehrbazın evi ilə padşahın sarayı arasında bir rahib yaşayırdı. Bir gün uşaq rahibin yanına gəlib onun danışdıqlarına qulaq asdı və rahibin dedikləri onun xoşuna gəldi. O hər dəfə sehrbazın yanına getdikdə rahibə də baş çəkirdi. O sehrbazın yanına gec gəldikdə, sehrbaz: “Nə üçün gecikmisən?”- deyib onu döyür, evə gec gəldikdə də evdəkilər: “Nə üçün gecikmisən?”- deyib onu döyürdülər. Uşaq rahibə şikayət etdikdə, o dedi: “Sehrbaz səni döymək istədikdə, de ki, ailəm məni ləngitdi. Ailən səni döymək istəsə, de ki, sehrbaz məni ləngitdi.”

--------------------

Qaska_Quli

  • 16 aprel 2014 09:31
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrrrrr

--------------------

Allahi_Unutma

  • 16 aprel 2014 09:03
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun

sessiz deniz

  • 16 aprel 2014 08:44
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
əl-Buruc surəsi, 4-7-ci ayələrin təfsiri. Allah buyurur: “Məhv olsun xəndək kənarında yığışanlar! Odunla alışdırılmış xəndək. Onlar o xəndəyin qırağında oturub, möminlərə öz verdikləri işgəncələrə şahidlik edirdilər.” Suheyb rəvayət edir ki, Peyğəmbər demişdir: “Sizdən əvvəl yaşamış bir xalqın padşahı və onun da bir sehrbazı var idi. O qocaldıqda padşaha dedi: “Mən qocalmışam və artıq ömrüm başa çatıb. Odur ki, yanıma bir uşaq göndər, ona sehr etməyi öyrədim.” Padşah onun yanına bir uşaq göndərdi və sehrbaz ona sehr öyrətməyə başladı. Sehrbazın evi ilə padşahın sarayı arasında bir rahib yaşayırdı. Bir gün uşaq rahibin yanına gəlib onun danışdıqlarına qulaq asdı və rahibin dedikləri onun xoşuna gəldi. O hər dəfə sehrbazın yanına getdikdə rahibə də baş çəkirdi. O sehrbazın yanına gec gəldikdə, sehrbaz: “Nə üçün gecikmisən?”- deyib onu döyür, evə gec gəldikdə də evdəkilər: “Nə üçün gecikmisən?”- deyib onu döyürdülər. Uşaq rahibə şikayət etdikdə, o dedi: “Sehrbaz səni döymək istədikdə, de ki, ailəm məni ləngitdi. Ailən səni döymək istəsə, de ki, sehrbaz məni ləngitdi.” Uşaq beləcə öz işinə davam etdi. Nəhayət bir gün o, camaatın yolunu kəsmiş böyük və qorxunc bir heyvana rast gəldikdə dedi: “Bu gün mən kimin daha üstün olduğunu – rahibin dininin, yoxsa sehrbazın əməlinin Allaha daha əziz olduğunu biləcəyəm.” O yerdən bir daş götürüb dedi: “Allahım, əgər rahibin dini Sənin üçün sehrbazın əməlindən daha əzizdirsə, onda bu heyvanı öldür ki, insanlar keçib gedə bilsinlər!” O, daşı atıb heyvanı öldürdü və insanlar öz yollarına davam etdilər. Uşaq rahibin yanına gəlib

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 45
Cəmi: 76

 

Top 10 Müəllif

♔Hе важно∞
Xəbərləri: 2
Cəmi: 44
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 480
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
 
{slinks}