Qeybətin istisna halları

 
Qeybətin istisna halları


Qeybət böyük günahlardan hesab olunsa da, istisna olaraq bəzi hallarda bu işə icazə verilir:
1. Şikayət;
Haqqı tapdanılan şəxs şikayət üçün qazinin yanına getdikdə ona qarşı olunan zülm və ədalətsizlikləri olduğu kimi deməli və təcavüzkarı ona tanıtdırmalıdır. Әks təqdirdə, heç bir lazımı tədbir görmək mümkün olmayacaq. Belə bir halda şikayətçinin yeganə çıxış yolu təbii ki, həmin şəxsin qeybətini etməkdir. “Nisa” surəsinin 148-ci ayəsində bu haqda deyilir: «Allah pis sözün açıq, ucadan deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah hər şeyi eşidən və biləndir!»
Bu halda haqq-ədalətin bərqərar olunması və təcavüzkarların öz layiqli cəzalarına çatmaları üçün Allah-taala qeybətə icazə verir. Çünki, bu kimi hallarda qeybət yasaq olunarsa zülm və ədalətsizliyə məruz qalan şəxslər nə öz haqqını tələb edə bilər, nə də təcavüzkarlar öz layiqli cəzalarına çatardılar.
2. Məsləhət və məşvərət;
İnsan bir çox hallarda başqalarından məsləhət almağa və ya ictimai, ailə, məişət və s. bu kimi mühüm məsələlərdə ona yol göstərmələrinə ehtiyac duyur. Məsələn, ailə qurmaq istədikdə nəzərdə tutduğu şəxsi tanıyanlardan onun haqda məlumat əldə etmək istəyir və ya bir şəxsə hər hansı bir vəzifə təyin etdikdə dost-tanışlarından onun kimliyini öyrənmək istəyirlər. Bu kimi hallarda qeybətin olunmaması ağır və xoşagəlməz nəticələr verə bilər. Yəni, bu kimi hallarda nəzərdə tutulan şəxsin kimliyi və çatışmazlığı barədə lazımı məlumatlar vermək heç də qeybət hesab olunmur. Çünki ümumi kütlənin mənafeyi fərdi mənafedən daha önəmlidir və bu iki şey bir-biri ilə çarpazlaşdıqda ümumi mənafe ön plana çəkilir.
3. Xəbərdarlıq;
Hər hansı bir şəxs və ya dəstənin cəmiyyətdə törətdiyi fitnə-fəsadları müşahidə etdikdə, cəmiyyətin sağlam təbəqəsinin onlara meyl etmələrinin qarşısını almaq üçün onların aşkara çıxarılması məqsədilə deyilən sözlər qeybət xarakteri daşısa da, zəruri hallardan hesab olunur. Bu iş islam cəmiyyətinin rifahı naminə olduğu üçün qeybət (günah) hesab olunmur.
Peyğəmbər (s) bu haqda buyurur: Fasiq insanların nalayiq işlərini aşkara çıxarmırsınız ki, camaat onları tanımasın?Onların gördüyü nalayiq işləri ifşa edin ki, camaat onlardan uzaq olsunlar.
4. Fitnə-fəsadın qarşısını almaq;
Cəmiyyətin əxlaq və sağlam əhval-ruhiyyəsinin qorunub saxlanılması üçün mövcud olan və öz fəaliyyəti ilə cəmiyyətdə fitnə-fəsada, sabitsizliyə səbəb olan bütün xoşagəlməz tərzi-təfəkkürə, qruplaşmalara qarşı son dərəcə ayıq olmalı və onların qərəzli fəaliyyətləri haqda camaata və ya məsul şəxslərə məlumat vermək lazımdır. Bu qeybət xarakteri daşısa da, cəmiyyətin rifahı naminə olduğu üçün günah hesab olunmur.
5. Aşkar etmək və mötədillik;
Qeybətin istisna olunduğu hallardan biri də hədis rəvayət edən şəxslər və məhkəmədə şəhadət verən şahidlərə aiddir. Belə ki, hədislərin mötəbərliyinin qorunub saxlanılması və şahidlər (qəzavət-mühakimə) məsələlərində verdikləri ifadələrin doğruluğunun qəbul olunması üçün onların kimliyi bəlli olmalıdır. Bunun üçün isə yeganə yol onların əxlaqi xüsusiyyətlərinin araşdırılması, eyb və nöqsanlarının üzə çıxarılmasıdır. Bu kimi hallarda da onların mənfi xüsusiyyətləri haqda danışmaq qeybət hesab olunmur.
6. Məşhur ləqəb;
Cəmiyyətdə bəzi şəxslərlə rastlaşırıq ki, öz həqiqi adları ilə deyil, malik olduqları xüsusiyyətlərə görə müxtəlif ləqəblərlə çağırılır və zaman keçdikcə bir çoxları onları qondarma ləqəbləri ilə tanımağa başlayır. İlk dəfə belə xoşagəlməz ləqəbləri başqalarına verən şəxslər günah etsələr də, sonralar adi hal aldığı üçün bu iş başqalarına qeybət hesab olunmur.
7. Bidətçilər;
Bidətçilərin tanınıb ifşa olunması.
Camaatı dindən uzaq salmaq istəyənləri hamıya tanıtdırmaq nəinki qeybət deyil, hətta hər bir müsəlmanın üzərinə düşən dini vəzifədir. Hər bir müsəlman hər şeydən əvvəl onların fəaliyyətlərinin qarşısını almalı və öz müsəlman bacı və qardaşlarının haqq yoldan uzaq düşmələrinə yol verməməlidir.
Peyğəmbərdən (s) nəql olunmuş hədisdə deyilir: Bidətçilərdən uzaq olmağa çalışın, qarşılaşdığınız zaman onları xoşagəlməz sözlərlə təhqir edin.
8. Pozğun şəxslər.
Nəql olunmuş rəvayətlərdə qeybət olunmasına icazə verilən şəxslər açıq aşkar günah edən və heç nədən çəkinmədən pozğunçuluğa yol verən kəslərdir.
Peyğəmbər (s) onlar haqda buyurur: Bu üç şəxsin qeybəti haram deyildir: Özbaşınalar, açıq-aşkar günah edən şəxslər vəzalım rəhbərlər.
Etdiyi günahı heç nədən çəkinmədən aşkar edən şəxslərin qeybəti haram deyildir.


Geri dön

ヅ s a y k a. ヅ

  • 23 aprel 2014 16:50
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
Tewekkurler. .......

--------------------
♥Sayka♥


(XULIQAN)

  • 14 aprel 2014 22:58
  • Məqalə: 10
  • Şərh: 1117
  • Bal:
{awards}
tewekkurlerrr....

Qaska_Quli

  • 12 aprel 2014 00:05
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrrrrr

--------------------

aska rico

  • 11 aprel 2014 14:30
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

ヅ s a y k a. ヅ

  • 9 aprel 2014 13:48
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
Qeybet gunahdi eeee

--------------------
♥Sayka♥


prosta ema

  • 9 aprel 2014 11:13
  • Məqalə: 18
  • Şərh: 2270
  • Bal:
{awards}
allah razi olsun

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

PSIXOPATKA

  • 9 aprel 2014 00:21
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.

--------------------

NikaLYa

  • 8 aprel 2014 23:08
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
hee bezileri ucun yaxsi fikirdi,.,,

--------------------

Nara huseynova

  • 8 aprel 2014 22:00
  • Məqalə: 21
  • Şərh: 2418
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN......

ღ★ Firuzə ★ღ

  • 8 aprel 2014 21:57
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------

✰Razinka✰

  • 8 aprel 2014 21:56
  • Məqalə: 19
  • Şərh: 1202
  • Bal:
{awards}
Tesekkurler

jasmin022

  • 8 aprel 2014 21:44
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
{awards}
hmmm tesekkurler

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

Payız qoxulu

  • 8 aprel 2014 21:41
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
tewekkurler

--------------------

melek_19

  • 8 aprel 2014 21:22
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

__MB__

  • 8 aprel 2014 21:17
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
Allah razı olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 39
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}