Gərginlikdən bir neçə dəqiqədə qurtulun

 
Gərginlikdən bir neçə dəqiqədə qurtulun

Gərginlikdən bir neçə dəqiqədə qurtulun

Qol saatınızı çıxarın ya da nanə için


Narahatçılıq, gərginlik hər cür xəstəliyin mənbəyidir. Bir çox insan özünə bu vəziyyətdə “necə sakitləşə bilərəm?” sualını verir. Əslində bir neçə sadə hərəkətlə sakitləşmək heç də çətin deyil.

Nəfəsinizi dinləyin - Bunun üçün dərin nəfəs alın. Gözəl ətirli çiçəyi iylədiyinizi xəyal edin və sakitləşin.

Vaxtı gələndə narahat olun - İnsanların narahatlıqlarının çoxu gələcəklə bağlıdır. Bunun üçün yaşadığınız dövrə konsentrasiya olun. “Gələcək” öz başının çarəsinə baxacaq.

Nanə için - Əgər qəhvə və qara çay içirsinizsə sakitləşməyi unudun. Bu ancaq boşa vaxt keçirməkdir. Əvəzində nanə kimi bitki çayı içməyi sınayın.

Həssas ayaqqabılar geyin - Rahatlıq və sakitlik ayaqqabılardan başlayır.

Ən yaxşını axtarın - İnsanların və hadisələrin ən yaxşı tərəflərini görməyə çalışın. Bu sadə yanaşma pozitivlik yaradacaq.

Dara və darat - Kiminsə saçlarını darayın. Ən yaxşısı isə öz saçlarınızı asta-asta darayın və başqasına daradın. Daramaq masaj təsiri yaradır və insanı sakitləşdirir.

Uşaqları izləyin və öyrənin - Uşaqların hər anlarından necə zövq aldığına baxın. Özünüzün də belə ola biləcəyini düşünün.

Sakitliyi düşünün - Sakit mənzərələr xəyal edin. Ən yaxşısı isə dəniz kənarına gəlib dənizin sakit mənzərəsinə baxmaqdır. Dənizin olmadığı yerdə isə göy üzünü seyr edərək sakitləşmək mümkündür.

Ağ geyinin - Bədəninizi narahat etməyən, təbii parçalardan və açıq rəngli paltarlar geyin. Yoqa ilə məşğul olanlara nəzər salsanız onların nə üçün məhz ağ geyindiyini anlayacaqsınız.

Körpə kimi yatın - Yuxunuza mane olacaq qəhvə, çay, kola, spirli içki və sairədən imtina edin. Bunun əvəzində ehtiyacınız olan qədər yatmağa çalışın.

Gülümsəyin - Gülmək üzdəki bütün əzələləri işlədir. Gülüş özünüzü sakit hiss etməniz üçün əla vasitədir.

Daha az nəfəs alın - Rahat adam dəqiqədə 5-8 dəfə nəfəs alır.

Bir az göz yaşı - Ağlamaq həm duyğusal, həm də fiziki rahatladıcı təsirə malikdir.

Günəş batmasını xəyal edin - Günəşin qürub etməsi hüznlü olsa da sakitləşdiricidir.

Qol saatınızı çıxarın - Heç qol saatınızı çıxardığınızda nə qədər rahatladığınıza fikir vermisiniz?


Geri dön

NELLY19

  • 2 avqust 2011 15:15
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
Maraqli melumata gore cox sag ol

nilayka

  • 9 fevral 2011 18:41
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cox sag ol winked

--------------------

heyasiz204

  • 9 fevral 2011 18:10
  • Məqalə: 27
  • Şərh: 1200
  • Bal:
{awards}
TEWEKKUR SUPER XEBERDI STRESDEN UZAQ OLMAGA KOMEY EDER wink

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

only-girl

  • 9 fevral 2011 17:45
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
smile

--------------------

Ulya

  • 9 fevral 2011 14:13
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol.maraqlidi

Yusif

  • 9 fevral 2011 13:16
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 24
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}