Baxışın yad gəlir,duruşun yaddı,
Eşqinin nəfəsi mənə yad gəlir.
“sevirəm”deyərkən əllərin əsmir,
Nədənsə bu sevgi mənə yad gəlir.
Gözlərim gözündə yadlaşıb sanki,
Sözlərim sözündə dolaşıb sanki,
Ürəyim köksündə alışıb sanki,
Nədənsə bu sevgi mənə yad gəlir.
Həsrətin qəlbimdə yaralar açdı,
Coşdu dərya kimi qayalar aşdı,
Dilim deməsə də gözüm yaşardı,
Nədənsə bu sevgi mənə yad gəlir.
Ay yazıq ürəyim,fağır ürəyim,
Bu dərdi içinə sığdır,ürəyim,
Aç tənhalığa cığır ürəyim,
Nədənsə bu sevgi mənə yad gəlir.

Eşqinin nəfəsi mənə yad gəlir.
“sevirəm”deyərkən əllərin əsmir,
Nədənsə bu sevgi mənə yad gəlir.
Gözlərim gözündə yadlaşıb sanki,
Sözlərim sözündə dolaşıb sanki,
Ürəyim köksündə alışıb sanki,
Nədənsə bu sevgi mənə yad gəlir.
Həsrətin qəlbimdə yaralar açdı,
Coşdu dərya kimi qayalar aşdı,
Dilim deməsə də gözüm yaşardı,
Nədənsə bu sevgi mənə yad gəlir.
Ay yazıq ürəyim,fağır ürəyim,
Bu dərdi içinə sığdır,ürəyim,
Aç tənhalığa cığır ürəyim,
Nədənsə bu sevgi mənə yad gəlir.
