Rənglər haqqımızda nə deyir?

 
Rənglər haqqımızda nə deyir?


Rənglər haqqımızda nə deyir?

Rəngin insanda yaratdığı təəssürat fərqli olur

Hər bir insanın geyimdə, interyerdə, avtomobil rəngində sevdiyi bir, iki və ya üç rəngi olur. Rəngin insanda yaratdığı xoş və pis təəssürat günün saatına görə fərqli olur. Amma hər halda üstünlük verdiyiniz rəng xarakteriniz haqqında çox şey deyə bilər.

QARA
Qara rəngi seçən insanlar həmişə mübarizəyə hazır, alovlu, ehtiraslı olurlar. Bu, qiyam, üsyan rəngidir. Ancaq bu hissləri onları əhatə edən mühit və insanlar yaradırlar. Təəssüf ki, qara rəngi sevənlər çox vaxt situasiyanı düzgün qiymətləndirə bilmədiklərindən uduzur və çox əzab çəkirlər. Onların həyatında intim münasibətlər aparıcı rol oynayır, ehtirasla sevir, sevilməyi də çox xoşlayırlar. Məqsədlərindən asılı olmayaraq həmişə dayanmadan irəliyə doğru gedirlər. Onlarla münasibətdə mütləq idarəolunmaz emosiyalarla rastlaşacaqsınız, hətta vaxtaşırı mübahisələrə də cəlb oluna bilərsiniz.

BOZ
Boz rəngi sevənlər ən çətin problemləri belə həll etmək qabiliyyətinə malikdirlər. Dəqiq elmlərdən və texnikadan yaxşı anlayışları var. Hər şeydə qayda-qanunu xoşlayır, hətta düşüncələrində belə nizam-intizam olur. Bu insanlar sizə darıxdırıcı gələ bilər, lakin onlara həmişə güvənə bilərsiniz. Çünki çətin anlarınızda mütləq kömək əlini uzadacaq, sizi heç vaxt tək qoymayacaqlar. İntim həyatlarında açıq-saçıqdırlar. Həyatda ən çox problemlərdən qorxurlar və rastlaşmamaq üçün müxtəlif bəhanələrlə aradan çıxırlar. Boz rəngi seçənləri, adətən soyuqluqda günahlandırırlar, amma bu yanlış fikirdir, sadəcə onlar həddən artıq cəsarətsizdirlər.

QƏHVƏYİ
Qəhvəyi rəngi xoşlayan insanlar xasiyyətcə təmkinli olurlar. Ancaq düşünülmüş addımlar atır, tənhalığı səs-küylü kampaniyalardan üstün tuturlar. Onlar münasibətdə çox ciddi, həyatda dözümlü və qənaətcil olurlar. Hakimiyyətdə olmağı sevir və ona can atırlar. Bu insanlar üçün ən əsası ayaqda möhkəm durmaqdır. Məhəbbətdə aktiv olur, vaxtlarının çox hissəsini sevgiyə həsr edirlər. Ətrafdakılara parlaq təsir bağışlamasalar da, onlara güvənmək olar. Dünyəvi problemlər üzərində düşünməyə meyillidirlər, qarşılarına qoyduqları məqsədə nə olur-olsun çatmağa can atırlar. Bu rəngi, adətən kamil insanlar seçirlər.

YAŞIL
Yaşıl rəngi sevənlər tərs və inadkar olurlar. «Yaşıl» adam həyatını maddi baxımdan təmin etməyə can atır. Onlar qapalı və israrlı olmaları ilə fərqlənir, başqalarının enerjisini boğurlar. Şəxsi həyatları çox böyük önəm daşıyır və istənilən müvəffəqiyyətsizliyə olduqca kəskin reaksiya verirlər. İstənilən çətinliyi aşmağa qadirdirlər və kənardan onlara təsir etmək olduqca çətindir. Həyata baxışlarında o qədər sərt, prinsipial olurlar ki, başqalarının da fikirlərinə hörmətlə yanaşmağı öyrənsələr yaxşıdır. Özlərini hərdən ətrafdakıların yerinə qoysalar, əsl dost tapa bilərlər, çünki dost cəhətdən bəxtləri gətirmir.

QIRMIZI
Qırmızı rəngi xoşlayanlar birmənalı olaraq ehtiraslıdırlar. Lider olmağı çox xoşlayırlar. Nadir hallarda vicdan əzabı çəkirlər, ona görə də onları nahaq yerə tənqid etməyin, səhvlərini boyunlarına almaq əvəzinə əsəbiləşəcəklər. Həyatı çox sevirlər, arzularının yerinə yetməsinə demək olar ki, həmişə nail olurlar. Onların hobbisi istənilən məşğuliyyət ola bilər, təki risklə bağlı olsun. Ovçuluqdan tutmuş, maşın yarışlarınadək. Özlərindən tez çıxır, barıt kimi partlayır, ancaq kin saxlamır, tez də soyuyur, bağışlayır, barışırlar. Adətən qırmızı rəngi Mars planetinin rəngi ilə uyğunlaşdırır, müharibə, dava simvolu kimi insanlara da aid edirlər.

ÇƏHRAYI
Çəhrayı rəngi sevənlər həyatları boyu xəyallar aləmində yaşayırlar. Ülvi məhəbbət tapmaq arzusunda olub, öz güclərinə həddən artıq güvənirlər. Sərt reallıqla qarşılaşdıqda özlərini itirirlər. Rahatlığı xoşlayırlar. Ətrafdakıları tez-tez pis vəziyyətdə qoyurlar, çünki öhdəsindən gələ bilməyəcəkləri vədlər verirlər. Ancaq xoşagəlməz hadisələrdən sonra sakitləşmələri uzun sürmür, dərhal özlərini ələ ala bilirlər. Aktiv həyat tərzini xoşlamırlar, təbiətə səyahət, idman onlar üçün deyil. Çəhrayı rəngi sevən insan daxilən həmişə uşaq olur və bu vəziyyət qoca yaşlarına qədər davam edir.

SARI
Sarı rəngi sevənlər möhkəm iradəyə malik, öz güclərini toplayaraq bir hədəfə yönəltməyi bacaran insanlardır. Onlar elmdə də, kamera qarşısında da yüksək nailiyyətlər əldə etməyə qadirdirlər. Çox işləyə bilirlər, ancaq istirahəti də zövqlə edirlər. «Sarı» adam açıq, həyatı parlaq anlarla dolu olan biridir. Ağıllı, hissiyyatlı, bütün varlığı ilə xoşbəxt olmağa can atandırlar. Əliaçıqdırlar, ətrafdakılar həvəslə onlara can atırlar. Ancaq bununla belə, dözüm, səbir və inadkarlıq da onlara xas olan xüsusiyyətlərdir. Çox hallarda onları əhatə edən insanlarda paxıllıq hissləri oyadırlar.

GÖY
Göy rəngi seçənlər səyahət etməyi, dünyagörüşlərini artırmağı xoşlayırlar. Göy rəng artistlərin rəngidir, sənətləri artistlik olmasa belə. Bu insanlar həyatı sevir, müxtəlif rollarda oynayır, uğur qazanmağı xoşlayır və bir qayda olaraq buna asanlıqla nail olurlar. Əgər gördükləri iş ürəklərincə olarsa, böyük uğurlar qazanırlar. Tənhalığa dözə bilmirlər, ətraflarında boşluq yaranarsa, çox əzab çəkirlər. Təbiətən ünsiyyət qurmağı bacarırlar, qurban etməyə meyillidirlər, lakin əvəzində də qurban tələb edirlər. Qalib gəlməyi xoşlayırlar və bu uğurlarıyla hərdənbir lovğalanmağı da eyib saymırlar.


Ağ rəngi xoşlayan insanların təxəyyülü çox inkişaf etmiş olur. Onlar özlərindən gözəl nağıl quraşdırır və bu nağıla inanaraq yaşaya bilirlər. Xəyallarındakı şahzadəni ömrü boyu axtara bilərlər. İnsanların çətin anlarında dərdlərinə şərik olur, ancaq bunu özlərinə dərd etmirlər. Bu rəngi xoşlayanlar parapsixoloji və ekstrasensor xüsusiyyətlərə malik olmaqla yanaşı, narkotik asılılığa da meyilli ola bilərlər. Pessimistlər və skeptiklər (hər şeydən şübhələnən adam) bu rəngdən qaçırlar. Həyatda nədənsə narazı qaldıqda, səs-küylü kampaniyalardan uzaq durur, tək qalmağa çalışırlar.


Geri dön

AYKA87

  • 21 may 2011 20:12
  • Məqalə: 0
  • Şərh: 75
  • Bal:
tesekkurler

nilayka

  • 9 fevral 2011 18:32
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
winked

--------------------

only-girl

  • 9 fevral 2011 17:48
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
smile

--------------------

Ay_Nur

  • 9 fevral 2011 12:44
  • Məqalə: 0
  • Şərh: 188
  • Bal:
{awards}
Tesekkurler

--------------------
Gərçək dəyər gəlməsi boşluq dolduran deyil;
getməsi boşluq yaradandır.

Yusif

  • 9 fevral 2011 12:26
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler

Ulya

  • 9 fevral 2011 12:19
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 42
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}