Qınama məni (1-ci hissə)

 
Qınama məni (1-ci hissə)

Əsasən real hadisələr əsasında qələmə alınmışdır. Bəzi məqamlar və qəhrəmanların adları yazıçı təxəyyülünün məhsuludur.

Bəzən sevginin bir saatı bütöv həyata bərabər olur.
Onore de Blazak.

Soyuq qış axşamında dayanacaqda dayanıb avtobus gözləyəndə onun ağlından bircə fikri keçirdi: evə çatan kimi özünü çarpayıya atmaq.
İdman fakültəsində oxumaq ilk baxışda erkən hərbi xidmətdən yayınmaq üçün anlaşılsa da, bu, heç də belə deyildi. Əslində hər sənətin özünəməxsus çətinlikləri var və o sənətə həqiqətən yiyələnmək, işində peşəkar olmaq istəyən bir adam bu çətinliyə sinə gərməyi bacarmalı olduğunu əla bilir. məsuliyyətsiz adam üçün isə harda və necə olmağın ferqi yoxdur.
Faiq artıq üçüncü kursda oxuyurdu və bu çətinliyin tam yarısını geridə qoymuşdu. bu gün həmişəkindən daha çox məşğul olmuşdu. Bir tərəfdən güləşə olan həvəsi, digər tərəfdən soyuq hava qızışmaq üçün daha çox hərəkət tələb edirdi. Xəzər dənizinin Bakı, eləcə də Abşeron yarımadasına verdiyi ən böyük töhfələrindən biri də odur ki, havaların yayda dəhşətli istilərin olmasına, qışda isə kəskin soyuq keçməsinə mane olur. Amma istisnalar həmişə var. Bu həyatda dəyişməyən yeganə şeyin dəyişməzliyin özü olduğu kimi, istisna olmayan yeganə şey bəlkə də istisnanın özüdür.
Avtobusun yaxınlaşdığını görəndə uzun müddət görmədiyini bir əzizinə rast gələn adam kimi sevindi. İçində tərdən iylənmiş corab, ayaqqabı, idman forması olan çantasını dayanacağın oturacağından götürüb irəli yeridi. Xoşbəxtlikdən boş yer də vardı. yorğun adam üçün isə bu, lap göydəndüşmə idi. Əynində qısa qara rəngli gödəkçəsi, başında "çeçenka" adlanan papağı onun idmançı görkəminə o qədər uyğun gəlməsə də, indi onun fərqinə deyildi. Uzun yol, soyuq hava - yırğalanan, hər dəqiqə saxlayıb hərəkət edən avtobusda belə adama yuxu gətirir, yorğun olanda isə avtobusda heç düşmək istəmirsən.
Faiq Binə qəsəbəsində yaşayırdı. Ailə vəziyyəti o qədər ürəkaçan olmasa da, Faiq özü qürurlu və gözütox oğlan idi. Uşaqlığından Bakıda qaldığından Bakı ləhcəsini əla mənimsəmişdi. Üstəlik təbiətində yumor hissinin olması onu dostları arasında daha da sevimli etmişdi. bundan başqa Faiqin yaxşı əl qabiliyyəti də vardı. Bir dadlı yeməklər bişirə bilirdi ki, beş barmağını yalamaq istəyidi adam. İdman fakültəsinə sənədlərini verməzdən qabaq peşə məktəbinə gedib bu qabiliyyəti daha da möhkəmləndirmək, kulinariya sənətinin incəliklərinə yiyələnməyi də düşünmüşdü, daha doğrusu, bu təklifi anası etmişdi. Amma nədənsə, heç ağlına yerləşdirə bilmirdi aşbazlığı. Həyat bax bununla qəribədir: istədiyini əldə edirsən, amma istəmədiyinlə yaşayırsan və sonralar onu sevirsən. Və ya istədiyinin arxasınca düşürsən, amma istəmədiyin səni heç gözləmədiyin ən dar məqamda haqlayıb çulunu sudan çıxarır.
Avtobus Milli Aviasiya Akademiyasının qarşısında dayananda salona soyuqda cücə kimi donuşmuş bir qız daxil oldu.
- Keçin əyləşin - ətrafında boş yerin olmadığını görüb Faiq öz yerini təklif etdi.
Faiq həmişə belə edərdi. Ayaqüstə bir qız, bir qadın görəndə özünün oturmaöını özünə sığışdırmırdı və bu gün də hətta oturmağa, dincini almağa bu qədər ehtiyac duyduğu bir halda belə, bir qızın ayaqüstə dayanmasına biganə qala bilmədi. Bəlkə həqiqətən də hər işdə bir xeyir varmiş.
- Yox, əyləşin - qız demişdi ki...
- Əyləşginən - Faiq həm etinasız, həm də eyni zamanda elə bir amiranə şirinliklə ifadə etdi ki, qızın təşəkkür edib oturmaqdan başqa variantı qalmadı. Əslində belə bir variant da axtarmırdı da, çünki bayaqdan ayaqüstə üşüyə-üşüyə avtobus gözləmişdi, yer verilməsi isə lap ürəyincə oldu. Amma sadəlik və qayğıkeşliyini itirmədi:
- Verin sumkanızı - deyib Faiqə baxmadan belə, onun çantasını saxlamaq üçün almaq və bununla da bir növ yerin "haqqı"nı ödəmək istəyirdi.
- Narahat olmayın - Faiq əslində içində tər basmış paltarları ola çantasını verməklə özü haqda tanımadığı adamda xoşagəlməz təəssürat oyatmaq istəmirdi.
- Verginən - elə bayaq Faiqin ona "əyləşginən" dediyi tərzdə və eyni etinasızlıqla cavab verəndə Faiq gülümsündü, amma bir söz demədən "onsuz da peşman olacaq" fikirləşib çantasını qızın qucağına qoydu.
Və bəlkə də hər şey bundan başladı...


II hissə

Uğur - çox vaxt dahilik və dəlilik arasında yeganə görünən fərq kimidir.
Pyer Buast


Sağ əli ilə yuxarı tutacaqdan tutaraq başını həmin qolunun üstünə qoymuş Faiq hərdən bir gözlərini açanda istər-istəməz qızın üzündə dayanırdı nəzərləri.
Faiq qızlara qarşı heç vaxt biganə deyildi. Yanından qəşəng bir qız keçəndə onu az qala gözdən itənəcən seyr edirdi. Amma bugün bu halda deyildi. Buna baxmayaraq qızı süzməməkdən vaz keçə bilmədi.
Leyli qonur gözlü, fındıq burunlu, nazik dodaqlı, nə arıq nə kök yanaqlı bir qız idi. Qarayanız olması onu çöhrəsinə şirinlik və izaholunmaz şuxluq verirdi. Kurəyinəcən uzanan düz qəhvəyi saçlarının cazibədarlığına biganə qalmaq isə mümkün deyildi. Hələ o saçların bir hissəsi papağın altında qalanda insana bir sirr kimi görünür. O şey ki görünmür, insan ona daha çox maraq göstərir. Bəlkə də insanın təbiətinə çöküb bu xüsusiyyət. Və bəlkə də ona görə ki, insan həmişə öyrənməyə çalışsın, can atsın deyə belə yaradıb Allah?!
Faiq qıza baxdıqca onun gözəl olduğunu özü-özünə etiraf etdikcə, ağlında bir fikir oyanırdı: “Yox, bu qız mənə endirməz. Mənim nəyimi bəyənsin? Bu görkəmimi?” deyə başını qolundan ayırmayaraq gözləri ilə bir özünü, bir də avtobusun şüşəsində sifətinə baxdı, hələ üstəlik iylənmiş idman çantasını görəndə “mənlik deyil” deyə sanki qərarını verdi. Amma həqiqətən də insan gələcəkdən bixəbərdir və həqiqətən insanın istəyi hər maneəni aşmağa, hər mübarizədə qalib gəlməyə qadirdir, əgər o, bunu bir fikri kimi yox, həqiqətən arzulayırsa.
İnsan belədi: hər zaman beynində sanki acığa öz istəyinə qarşı duracaq keçilməzlik axtarır və qəribədir ki, bunu həmişə tapa bilir. Nədənsə insanlar çox vaxt “mən bunu bacaracam, mən uğur qazanacam” deməkdənsə, “Bu, mənlik deyil, bunu filankəs bacarar, məndə nəsə çatmır” deyə düşünür. Bu, özünü müdafiədimi, bu, özünü nədənsə sığortalamaqdımı, ya bəlkə qorxudur, ya bəlkə cəsarətsizlik, bəlkə uduzmağı qəbul etməklə barışmamaqdır?!
Görəsən həqiqətən də bizim səhvlərimizin çoxu hiss etmək lazım olan yerdə düşünməkdən, düşünmək lazım olan yerdə isə hiss etməkdən irəli gəlmirmi?! – Faiqin ağlından keçdi bir anlıq bu aforizm. Yadında deyildi onu harda oxumuşdu, ya kimsə demişdi. Bircə onu bilirdi ki, lazım olan vəziyyətdə deyilmiş lazımi sözdür.
Lada 07 markalı ağ avtomobil yan işıqlarını yandırmadan qəfil dönmə hərəkəti edincə, arxasındakı avtobusun ona çırpılıcağına az qaldı, amma özünü itirməyən sürücü ani olaraq əyləci bərk basdı və həmin cəldliklə sol xəttə çəkib qaza basdığında qızın qucağındakı çantanın da içi sanki tərpəndi insanların içi kimi. Qızın yanında oturmuş yaşlı qadın bu tərpənişə elə qəribə baxdı ki, qız da diksindi:
- Nə var sumkada? – qız Faiqə elə ötəri baxıb soruşdu ki, bir dəqiqədən sonra onun üzünü təsvir edə bilməzdi.
- Dovşan – Faiq istər-istəməz özünəməxsus yumor hissindən qalmadı.
- Baxmaq olar? – Leyli sanki bu saat hazır idi çantanı açmağa.
- Olar – Faiq qeyri-iradi dedi.
Qız çantanı açmağa çalısarkən yanındakı qadın əlini burnunun ucunda yellədi, Leyli özü də başını yana çevirib gözlərinin ucuyla baxmağa başlayırdı, sanki ordan dovşan çıxacaqdı. Bunu adi bir zarafat, Faiqi tanımadığı üçün onun tərəfindən edilmiş bir məzə kimi anlayıb pərt oldu, amma büruzə verməmək üçün avtobusun pəncərəsinə tərəf çevrilib gülümsündü. Əslində Faiqin o “dovşan” sözünü ani olaraq necə hardan tapdığına məəttəl qalmışdı.
Leyli daha tez düşdü avtobusdan Faiq avtobusun arxa pəncərəsindən onun hansı tərəfə getdiyinə baxmaq istədi, amma başını qolundan qaldırmağa belə ərindi. Evə çatanda nə qədər çalışdısa da, yata bilmədi. Bayaqdan bircə istəyi bu idisə, qızın xəyalı onu rahat buraxmırdı. Yerində çox vurnuxandan sonra Faiq nəhayət yatmaq üçün güclə yummağa çalışdığı gözlərini açıb düz tavana zillədi. "Mən şansımı buraxdımmı ya bəlkə hələ hə şey qabaqdadı? Bəlkə sabah yenə gedim həmin dayanacağa, onu gözləyim? Bəlkə o sabah orda olmayacaq? Yox əşşi, fürsəti verdinsə əldən, daha nə axtarırsan?" - deyə gözlərini yumdu. Amma beyni düşünürdü və qərara aldı ki, sabah getməyəcək.


Müəllif: Kamil İlqar Zeynalov



Geri dön

T.O.M.A

  • 9 may 2014 02:33
  • Məqalə: 21
  • Şərh: 1765
  • Bal:
tewekkurler

Roya_____

  • 7 may 2014 13:14
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tewekkurler

Biqeyrət....

  • 7 may 2014 10:59
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
megaleye gore tesekkurler ))

_Nermin_

  • 14 aprel 2014 20:12
  • Məqalə: 26
  • Şərh: 659
  • Bal:
{awards}
elaadiyee ardini tez verin

★NuTeLLa★

  • 13 aprel 2014 12:27
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
ÇoX sağoLUn MeqaLə Üçün

Odd angel

  • 11 aprel 2014 20:26
  • Məqalə: 0
  • Şərh: 1018
  • Bal:
{awards}
tesekkurler....

paradise and devil

  • 11 aprel 2014 17:33
  • Məqalə: 2
  • Şərh: 728
  • Bal:
{awards}
ardi olsun mutleqq

--------------------
1-ci qayda Teslim olmamag..
2-ci ise 1-cini unutmamag

XeYaLPeReSt men

  • 11 aprel 2014 17:24
  • Məqalə: 52
  • Şərh: 2093
  • Bal:
{awards}
tesekkurler

--------------------

men ve dunyam

  • 11 aprel 2014 15:45
  • Məqalə: 93
  • Şərh: 3327
  • Bal:
{awards}
ardi olsunnn

--------------------
MEN GETDIM .HAMINIZ UCUN DARIXACAM . . .

(XULIQAN)

  • 11 aprel 2014 14:16
  • Məqalə: 10
  • Şərh: 1117
  • Bal:
{awards}
tewekkurler........

ShคмKiʀKค

  • 11 aprel 2014 11:41
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
secilmislere atdim sonda oxuycam winked

✰BeAuTiFuL✰

  • 11 aprel 2014 03:25
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
təşəkkür edirəm

MURAT BOZ FANI

  • 11 aprel 2014 02:15
  • Məqalə: 0
  • Şərh: 34
  • Bal:
{awards}
SAĞOLUN TŞK

-ayka-

  • 11 aprel 2014 00:55
  • Məqalə: 8
  • Şərh: 2311
  • Bal:
{awards}
Ayda superdi twk

--------------------

melek_19

  • 11 aprel 2014 00:17
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun hekaye ucun......

--------------------

Banned549678

  • 10 aprel 2014 23:57
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
çσσχ ѕαğσℓυη мəqαℓəуə göяə

Y.R(M)

  • 10 aprel 2014 23:11
  • Məqalə: 0
  • Şərh: 283
  • Bal:
{awards}
Ay ne maraqlidi )). ardi tez gelsin gözelim

--------------------
MəN AtamıN Şəhzadəsİ OlaraQ BöyümüşəM.. KiminsƏ OğlU GəliB Mənİ AğladA BilməZ..!!!!!

sessiz deniz

  • 10 aprel 2014 22:58
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twklerrrrrrrrrrrrr

PSIXOPATKA

  • 10 aprel 2014 22:07
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
COOOX SAGOLUNN...

--------------------

__MB__

  • 10 aprel 2014 21:34
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
təşəkkür edirəm

prosta ema

  • 10 aprel 2014 21:27
  • Məqalə: 18
  • Şərh: 2270
  • Bal:
{awards}
Uğur - çox vaxt dahilik və dəlilik arasında yeganə görünən fərq kimidir.

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

Crazy_Girl__

  • 10 aprel 2014 21:23
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
Maraqli idi.Twk davamini gozleyirem

Qaska_Quli

  • 10 aprel 2014 21:21
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
teshekkurrrr

--------------------

ღ★ Firuzə ★ღ

  • 10 aprel 2014 21:18
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
şərhlər üçün sağolun

--------------------

Payız qoxulu

  • 10 aprel 2014 21:11
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
ilk comment benden awkimaaa

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 39
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}