Balaca çobanın verdiyi dərs

 
Balaca çobanın verdiyi dərs


Abdullah bin Mübarək, bir gün yolda gedirdi. Qarşısında bir neçə qoyunla bir balaca çoban uşaq gördü. Ona ürəyi yandı və; "Yazıq, uşaqlıqda çobanlıq etsə, böyüdükdə ALLAHu təalanın ibadət və bacarığına necə çatar?" dedi. Sonra öz-özünə; "Gedim, ona ALLAHu təalanı tanımaqda bir məsələ öyrədim." deyib, uşağın yanına gəldi və:

-Övladım, ALLAHu təalanı bilirsənmi? buyurdu.
Uşaq:
-Qul necə sahibini bilməz?" dedi.
-ALLAHu təalanı nə ilə bilirsən?
-Bu qoyunlarımla.
-Bu qoyunlarla, ONU necə bilərsən?
-Bu bir neçə qoyun çobansız işə yaramaz. Bunlara su və ot verəcək, qurddan və digər təhlükələrdən qoruyucu biri lazımdır. Bundan anladım ki, kainat, insanlar, cinlər, heyvanlar və canavarlar və bu qanadlı quşlar bir qoruyucuya möhtacdır. Bu minlərlə növ məxluqatı qorumağa qadir olan, ALLAHu təaladan başqası deyil. İşdə bu qoyunlarla ALLAHu təalanı, beləcə bildim
-ALLAHu təalanı necə bilərsən?
-Heç bir şeyə bənzətmədən bilərəm.
-Belə olduğunu necə bildin?
-Yenə bu qoyunlardan.
-Necə?
-Mən çobanım. Onların qoruyucusuyam. Onlar mənim qorumam və qənaətimdədirlər. Onlara diqqətlə baxıram. Nə onlar mənə bənzərlər, nə də mən onlara bənzərim. Buradan, bir çoban qoyunlarına bənzəməzsə, ALLAHu təalanın əlbəttə qullarına bənzəməyəcəyini anladım. Abdullah min Mübarək:
-Yaxşı söylədin. Elmdən bir şey öyrəndinmi? buyurdu.
Uşaq:
-Mən bu səhralarda, necə elm təhsil edə bilərəm, dedi.
-Yaxşı başqa nə öyrənmisən?
-Üç elm öyrəndim. Könül elmi, dil elmi və bədən elmi.
-Bunlar nələrdir, mən bunları bilmirəm.
-Könül elmi budur ki, mənə ürək verdi və öz bacarıq və söhbət yeri etdi ki, bu ürəklə ONU bilim. Onun sevdiklərinə könüldə yer verim, sevmədiklərinə yer verməyim və belələrindən uzaq olum. Dil elmi budur ki, mənə dil verdi və dili zikr etmək, ONun adını söyləmək yeri etdi. Bununla ONU xatırladanları dilə gətirməyi, ONdan bəhs etməyən sözdən onu qorumağı, belə sözdən uzaq olmağı eyham etdi. Bədən elmi budur ki, mənə bədən vermişdir və onu özünə xidmət yeri etmişdir. Beləcə ONA xidmət olan hər şeyi edərəm, xidmət olmayan şeyi isə bədənimdən uzaqlaşdıraram.
Abdullah bin Mübarək, bunun qarşılığında:
-Ey oğul! Əvvəlki və sonrakı elmlər, sənin mənə bu öyrətdiklərindir! dedi.


Geri dön

::..ONSLAUGHT::..

  • 16 mart 2011 00:12
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
Teshekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

MURAD_HENIFEYEV

  • 18 fevral 2011 20:19
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
Maraqli ve ibretamiz bir hekaye!!!TSK

Made_In_Bakinka

  • 11 fevral 2011 07:50
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
rafo_886,
request

nilayka

  • 9 fevral 2011 18:33
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
maraqliydi twk

--------------------

Yusif

  • 9 fevral 2011 12:24
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Maraqlidi

Ulya

  • 9 fevral 2011 12:20
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
maraqli hekayedi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 28
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}