Faydalı məsləhətlər

 
Faydalı məsləhətlər


Saç baxımı və saçınızdakı kəpəklər üçün saçlarınızı yuduqdan sonra son durulama suyuna yəni 1 litr suya 1 çay stəkanı alma sirkəsi qoyun və saçlarınızı bu su ilə durulayın. Bu əməliyyatı bir müddət hər saçınızı yuduğunuzda tətbiq edin. Saçlarınız kəpəkdən təmizlənəcək və parlaqlaşacaq.Sızanaqlar Üçün Alma Sirkəsi.
1 çay stəkanı alma sirkəsinə yarım çay stəkanı su əlavə edin və bir parça pambığı bu qarışığa batırıb sızanaq üzərinə bir müddət kompres edin. Faydasi olduğunu görəcəksiniz.

Dəri Ləkələri Üçün Alma Sirkəsi.
Bir qaba yarı yarıya sulandırılmış alma sirkəsi qoyub qaynadın. Daha sonra bu su ilə üzünüzə buxar duşu edin. Ayrıca yarı yarıya sulandırılmış alma sirkəsi ilə üzünüzü 3-4 gündə bir silə bilərsiniz. Dəri ləkələri üçün olduqca faydalı.

İTBURNUNUN FAYDALARI.

Bədən müqavimətini artırar. Bədənə və gözlərə qüvvət verər. Qan dövranını sürətləndirər və qanı təmizləyər. Bağırsaqları yumşaldan və həzmi asanlaşdıran itburnu yaxşı bir sidik sökdürücü olaraq qəbizlikdə faydalıdır. İshalı kəsər. Bədəndəki tullantı maddələrin bədəndən uzaqlaşdırılmasına köməkçi olar. Bağırsaq qurdlarını salar. Xərçəngə qarşı qoruyucudur. Romatizm şikayətlərini və ağrılarını yüngülləşdirər. Qandakı insilin miqdarını nizamlamağa köməkçi olduğundan şəkər xəstələrinə çox yaxşı gəlir. Selülitin meydana gəlməsinə mane olar. Basil narahatlığı olanlara da faydalıdır.
İtburnu meyvəsinin bioloji aktivliyi onun tərkibində olan C vitamini ilə əlaqədardır. C vitamini orqanizmdə maddələr mübadiləsini aktivləşdirir, müxtəlif infeksiyalara və xarici mühitin digər zərərli təsirlərinə qarşı bədənin müqavimətini artırır. Qanda xolesterinin miqdarını azaltdığına görə damar kirəcləşməsinin qarşısını alır. Mübadiləni yaxşılaşdırdığına, yara və xoraların sağalmasını sürətləndirdiyinə görə itburnu meyvəsi mədə xorası, şəkərli diabet, qızdırmalar, ürək xəstəlikləri, ateroskleroz kimi xəstəliklərdə istifadə oluna bilər. Sidikqovucu təsiti onu yüksək qan təzyiqinin və böyrək xəstəliklərinin müalicəsində faydalı edir. İtburnu meyvəsi C vitamini ilə yanaşı dəmirlə də zəngin olduğundan qanazlığının qarşısını alır.İtburnunun tərkibi müxtəlif vitamin və kimyəvi elementlərlə zəngin olduğu üçün sağlam orqanizm üçün profilaktik, xəstə orqanizm üçün isə çox lazımlı dərman vasitəsidir.

Dərman kimi bir çox xəstəliklərin sağalmasında istifadə olunması faydalıdır. Onlardan bir neçəsini sizlərə təqdim edirik:

İtburnu çayı. 1 x.qaşığı (20 qr.) itburnu xırdalanır çayniyə tökülüb (termosda da dəmləmək olar) üstünə iki stəkan qaynar su əlavə edib 15 dəq. dəmlənir sonra isə 1 saat saxlanıb gündə iki dəfə ½ stəkan süzüb yeməkdən qabaq içmək.

Öddaşı xəstəliyində. İtburnunun xırdalanmış meyvələrindən 1 x.qaşığı götürüb 1 stəkan qaynar su töküb termosda 3 saat dəmləmək, süzmək. Yeməkdən sonra gündə 2 dəfə 100 ml içmək və ağızı isti su ilə yaxalamaq. Uşaqlara 100 ml vermək.

Sınıqda. İtburnunun quru xırdalanmış meyvələrindən 20 qr. götürüb 500 ml qaynanmış su töküb 10 dəq. zəif odda qaynatmaq, 10 dəq. dəmləmək, süzmək. Yeməkdən 30 dəq. qabaq gündə 3-4 dəfə və hər dəfə 0,5-1 stəkan qəbul etmək.

Yoluxucu xəstəliklərdə orqanizm zəifləyəndə, qan azlığında itburnu dəmləmək. Yeməkdən qabaq və ya sonra gündə 3 dəfə ½ stəkan içmək.

Meningitdə (beyin qişalarının iltihabında) 1 x.qaşığı xırdalanmış itburnu meyvəsinin üstünə 1 stəkan qaynar su töküb 10 dəq. qaynatmaq, bir sutka dəmləmək, süzmək. Gündə 2-3 dəfə 50-100 ml. bir qədər bal qatıb içmək.

Böyrəklərin iltihabında: piolonefrit və qlomerilonefritdə xırdalanmış itburnu meyvəsi 2 x.qaşığı və 6 x.qaşığı quru qarğıdalı saçağı götürüb 2 stəkan qaynar su töküb gecədən dəmləmək. Səhər süzmək, yeməkdən 1 saat qabaq gündə 3 dəfə ½ stəkan yavaş-yavaş qurtum-qurtum içmək. Müalicəni 3-4 ay fasiləsiz davam etmək.

Podaqra (duz yığılması) xəstəliyində itburnu köklərindən 1,5 stəkan 1,5 litr araqda 10 gün saxlamaq, süzmək. Birinci 3 gündə 1 x.qaşığı gündə 3 dəfə qəbul etmək, sonra isə 2 x.qaşığı içmək.

Qan azlığında: 5 x.qaşığı əzilmiş itburnu meyvəsini 1 litr su töküb 10 dəq. qaynatmaq. Gecəni termosda dəmləmək. Sutka ərzində içmək.

Həddən artıq yorğunluqda (üzülmədə) itburnu həlimi bərpa olunmağa (sağalmada) çox kömək edir. İtburnunu dəmləyib çay, kofe əvəzinə gündə 3-4 dəfə içmək lazımdır.Üzdə olan ləkələrə və çillərə qarşı maskalar.

1. Əgər üzünüzdə çil varsa, əvvəlcə isti suya 5-6 çay qaşığı soda töküb əriyincə qarışdırın. Onunla üzünüzü silin.Çillərin və ləkələrin rəngi yox olar.
2. Cəfəri kökünü xırda-xırda doğrayıb dəmlədikdə və ona limon suyu qarışdırıb səhər və axşam üzə çəkdikdə çillər və ləkələr ağarır.
3. Kələmi suda qaynadıb sonra süzün.Həmin su ilə üzü yuduqda üz dəriniz təmizənər və təravətlənər.
5. Yarpızı və dəfnə yarpaqlarını birlikdə əzin.Ondan üz dərinizə və əllərinizə sürtün.Ləkələr təmizlənər.
6. Çiyələyin meyvəsini və yarpaqlarını birlikdə əzin və dəriyə çəkin.Çillər və ləkələr yox olar. Bir neçə gün edin.

Üz dərinizi yaxşıca yuyub bu maskaları edin.10-20 dəq çox saxlamayın.Üzünüzü iliq sonra soyuq su ilə yuyun.Birinci maskanı edəndən sonra üzə krem çəkməyi unutmayın, çünki soda dərini qurudur.Soda ilə hazırlanan maskaları həftədə bir dəfə eləmək lazımdı..Zəncəfil tərkibində efirli yağ olan bitkidir. Ümumiyyətlə, bu fəsildən olan üç növ bitkinin köklərindən zəncəfil alınır. Bunlar: aptek zəncəfili (Zingiber officinale), alpiniya zəncəfili və kurkuma zəncəfilləridir.
Göstərilən bu bitkilərin üçü də cənubi Asiyanın rütubətli tropik meşələrində bitir. Bunlardan: aptek zəncəfili Amerikanın münasib iqlimli rayonlarında çoxdan bəri becərilir.Soyuqdəymənin müalicəsi..

Soyuqdəymənin yaxınlaşdığını hiss edərkən zəncəfilli çay dəmləmək faydalıdır. Zəncəfilin tərkibində virus əleyhinə komponentlər və infeksiya ilə mübarizədə yardım edən efir yağları var.
Bir böyük fincan üçün zəncəfildən başqa qara istiot, 4 ədəd hil, zövqə görə mixək və ya darçın da lazımdır. Ədviyyatları əzmək, minalı qazana 280 ml. bir qədər isti su doldurmaq, ədviyyatı ona qatmaq, qaynayana qədər saxlamaq və zəif odda 20 dəqiqə qaynatmaq tövsiyə edilir. Sonra ona bir çimdik qara çay, bir qədər süd və bir çay qaşığı bal qatmaq lazımdır. Bu içkini qəbul edənlər bildirirlər ki, qəbulun səhəri günü özlərini gümrah və güclü hiss ediblər.Saç soyuqdəyməsi necə müalicə edilir.

Saç köklərinin batması əlaməti ilə başlayan saç soyuqdəyməsinin qabağı alınmazsa, saç tökülməsinə qədər gətirib çıxarır. Saç soyuqdəyməsi saç dərisində qaşınma, yanma və ağrıya səbəb olur. Bu xəstəlik ən çox saçların sıx yığılmasından qaynaqlanır. Saçlar sıx yığıldığıı zaman həm saç köklərinə, həm də saç dərisinin hava almasına mane törətmiş olarsınız. Bu vəziyyətdə saç köklərində qopmalar və tökülmələr meydana gəlir.
Saçların soyuqdəyməsinin digər səbəbi isə duşdan sonra qurudulmayan saçlardır. Hər gün saça fen çəkilməsi və ya jele sürtülməsi isə saç soyuqdəyməsinin əmələ gəlməsinə səbəb olan digər faktorlardandır.

Saç soyuqdəyməsi necə müalicə edilir?
Saçların soyuqdəyməsinin müalicəsi necədir?
- Hamamdan sonra saçlar dəsmal ilə qurudulmalı, 2 və ya 3 saat sonra çölə çıxılmalıdır;
- Xüsusilə saçlar çox möhkəm, saç dərisini sıxacaq şəkildə yığılmamalıdır;
- Kişi və qadınlar jele, ya da buna bənzər kosmetik məhsullardan tez-tez istifadə etməməlidir;
- Zülal və vitaminlərlə zəngin və qüvvətli qidalanmalısınız;
- Stresdən qaçmalısınız.

Saç baxımında düyü möcüzəsi

Düyünün bu təsirini əvvəllər eşitməmişdık. Hər şeydən əvvəl saçlarımızın daha güclü, daha sıx və parlaq görünməsini istəyiriksə, qidalanmaya diqqət yetirməmiz lazımdır. Bu qidaların ən başında zülal olaraq zəngin qidalar durur.
Düyü deyilincə ehtimal ki, hər kəsin ağılına dənə-dənə bişmiş bir plov gəlir. Amma əslində düyü saçlar üçün çox faydalıdır.
Bir kasa düyünü 2 kasa suda səhərə qədər saxlayın və səhər düyünü süzdükdən sonra suyunu sprey ağızlı bir şüşəyə boşaldın. Və duşdan çıxdıqdan sonra saçınızı qurutmadan bu spreyi saçınıza sıxın. Bu proses bitdikdən sonra saçlarınız əvvəlkinə görünüşünə baxanda daha dolğun olacaq.Kipriklərimi necə uzada bilərəm?

Badam yağı badamdan əldə edilən təbii bir yağdır. Aromaterapiya və masajda tez-tez istifadə edilər. Badam yağı yağ turşuları baxımından olduqca zəngindir və bu sayədə kirpiklər üçün nəmləndirici funksiyanı yerinə yetirərək qırılmalara mane olar. Nəmlənən kirpiklər daha tez uzanar və parlaq olar.

İstifadəsi:

Badam yağı kirpiklərə gecə yatmamışdan əvvəl tətbiq olunmalıdır. Gözlər ilk olaraq makiyajdan təmizlənməlidir. 1-2 damla bəs olacaq. Gözünüzə badam yağı dəyməsin və kirpiklərinizə barmaqlarınız və ya pambıqlı çubuq köməyiylə tətbiq edin.

Təxminən 4-6 həftə arasında dəyişən bir müddətdə dəyişikliyi görəcəksiniz.

Diqqət:

Badam yağını sərin yerdə saxlayın. İşıq və istidə pozula bilər. İlk dəfə açılanda şüşəsində 1 il boyunca pozulmadan qala bilər ancaq yaxşı mühafizə edilməlidir.

Fındığa qarşı allergiyası olan kəslər badam yağı istifadə etməməlidir. Linza istifadə edənlər isə olduqca diqqətli davranmalıdır.

Badam yağıyla əldə etdiyiniz kirpiklərinizə bilmədiyiniz və güvənmədiyiniz tuj, göz qələmi kimi makiyaj vəsaitlərindən çəkməyin. Mümkünsə təbii məhsullar seçməyə diqqət edin. Ucuz makiyaj məhsullarından istifadə etməyin. Beləcə təsiri çox daha uzun, davamlı olacaq və kirpiklərinizin təbii quruluşunu qorumuş olacaqsınız.Mürəkkəb ləkəsinin təmizlənməsi.

Pambıqlı yunlu,ipək ya da kətan parçalardakı mürəkkəb ləkələrini çıxarmaq üçün əvvəl soyuq suda yuduqdan sonra ilıq suda sabunla yuyun.Sonra süd və limon duzu ilə yuyun və yaxalayın.Ağ parçalardakı mürəkkəb ləkələrini isə limon suyu ilə çıxara bilərsiniz. Əgər mürəkkəb ləkəsi xalçanızdadısa,bir miqdar süd və qarğıdalı nışastasını (kraxmal) qarışdırıb ləkənin üzərinə sürtün. Quruduqdan sonrada sabunlu ilıq suyla yaxşıca silin.Kartofun faydaları..

Kartof şirəsinin tərkibində B1, B2, PP vitaminləri ilə yanaşı maqneziyum, dəmir, kalsiyum, nikel, çinko, manqanez kimi dəyərli maddələr vardır.
Bu maddələrin əksəriyyəti bişən zaman öz keyfiyyətini itirir.
Ancaq çiy şəkildə içilən kartof şirəsində bütün bu vitaminlərə yiyələnmək mümkündür.

Şirəsi içilməyə ən yaxşı kartof kimi, qırmızı kartof məsləhət görülür.
O, qarın nahiyyəsi ağrılarında faydalıdır.
Qaraciyər şişkinliyinə yaxşı təsir edir.
Xərçəng xəstəliyindən qoruyur.
Qastritdə, on iki barmaq bağırsaqda xeyirlidir.
Yüksək təzyiqdə, damar tıxanmalarında istifadə olunur.
Daxildə hər hansı bir daş və ya qum varsa tökülməsinə kömək edir.

1 ay müddətində səhərlər ac qarnına 1 stəkan olaraq içilən kartof şirəsi bir çox madə problemlərini sağaldacaqdır. Müalicə müddəti isə, insana görə dəyişə bilər. Bu müddət bitəndən sonra isə hər ay 3-4 gün yenidən içmək lazımdır.
Həzmi yaxşılaşdırır. Revmatizma ağrılarını azaldır. Qaraciyəri tərtəmiz şəkildə təmizləməyə qadir bir şirədir.

Xüsusi olaraq, düzgün qidalanma ilə kartof şirəsi müalicəsi qaşınmada, dəri xəstəliklərində də faydalıdır.

Kartof şirəsinin tərkibində nişasta vardır və bu nişasta şəkər xəstələrinin qan şəkərini sürətlə yüksəldə bilər. Bu səbəblə də şəkər xəstələrinə tövsiyə olunmur.Dodaqlara qulluq..

Soyuq aylarda dodaqlar quruyur və çatlayır. Bunun qarşısını almaq üçün dodaqlara qulluq etmək lazımdır.

Ev şəraitində dodaqlara A və E vitaminləri əlavə edilmiş krem çəkmək lazımdır. Bu vitaminlərin çatışmazlığı dərinin qurumasına və çatlamasına səbəb olur. Bundan başqa, həftədə üç dəfə 15-20 dəqiqə olmaqla dodaqlara aşağıdakı maskalarla qulluq etmək lazımdır.

eyni miqdarda kəsmik və balı qarışdırıb, dodaqlara çəkmək lazımdır. Bu maskada dodaq dərisi üçün faydalı olan F vitamini var.

1 çay qaşığı kəsmiyə 1 qaşıq kök şırəsi qatılır.

1 çay qaşığı kəsmiyə yarım qaşıq qaymaq qatılır.

dodaq dərisinin iltihabı baş verdikdə, gecələr dodaqlara çobanyastığı dəmləməsində isladılmış kompres qoymaq lazımdır.

Bu maskalardan əlavə, faydalı ərzaqlardan istifadə etməyi unutmayın. Çoxlu kök, çuğundur yeyin, salatlardan istifadə edin. Göyərtini və süd məhsullarını gözardı etməyin!


Geri dön

ヅ Bad Girl ヅ

  • 8 may 2014 19:29
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
tewekkurler

--------------------

Biqeyrət....

  • 6 may 2014 16:13
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
tewekkurler megaleye gore

Roya_____

  • 6 may 2014 14:25
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tewekkurler

ヅ Bad Girl ヅ

  • 5 may 2014 21:28
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
tewekkurler

--------------------

Deli_weytan...

  • 21 aprel 2014 16:53
  • Məqalə: 2
  • Şərh: 20
  • Bal:
{awards}
[right][/right]tewekkurler

--------------------
Gözəl və ağıllı qızın yalnız bir oğlanı olmalıdır...və çoxlu sayda həmin oğlanın yerində olmaq istəyənləri

✰BeAuTiFuL✰

  • 20 aprel 2014 03:03
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Meqaleye gore tewekkur

ヅ Bad Girl ヅ

  • 17 aprel 2014 18:24
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
tewekkurler

--------------------

ヅ s a y k a. ヅ

  • 15 aprel 2014 22:22
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
.......Tewekkur edirem maraqli melumata gore beyendim ellerinenaalix xebere görə. ....

--------------------
♥Sayka♥


NeFeSiM LiL OrXaN

  • 15 aprel 2014 19:09
  • Məqalə: 38
  • Şərh: 3533
  • Bal:
{awards}
tewekkurler

Damlam

  • 15 aprel 2014 16:31
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
coooooook tewekkulrer

--------------------
http:///user/İmza/

__MB__

  • 15 aprel 2014 15:53
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
təşəkkür edirəm

✰ღMouRnfuL GirLღ✰

  • 15 aprel 2014 15:52
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
tewekkurler adama oxwamaz tongue

--------------------

2-ci kurs telebesi

NikaLYa

  • 15 aprel 2014 15:45
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
cooooooooooooooooooox saqulun

--------------------

Axilli qiz

  • 15 aprel 2014 12:55
  • Məqalə: 15
  • Şərh: 1399
  • Bal:
{awards}
Meslehete gore tesekkurler

--------------------
reklam etmek olmaz

qirilmis qelb

  • 15 aprel 2014 11:16
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
{awards}
twkler ureyim ellerine sagliq

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

Qaska_Quli

  • 15 aprel 2014 10:30
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrrrrr

--------------------

♔ Rapuиzel ♔

  • 15 aprel 2014 09:34
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------

sessiz deniz

  • 15 aprel 2014 08:50
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twklerrrrrrrrrrrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 39
Cəmi: 62

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}