Cəhənnəmlik “şəhid”lər

 
Cəhənnəmlik “şəhid”lər

Son zamanlar Suriyada şübhəli məqsədlər uğrunda müsəlmanlarla döyüşüb həlak olanları “şəhid” adlandırmaq bəzi dairələrdə dəb halını alıb.

Halbuki, İslam tarxində şəhidliyin mahiyyəti haqqında kifayət qədər məlumat mövcuddur. Və bu məlumatlar ən azından Suriyada müxalifət tərəfində döyüşüb ölənlərin şəhid sayılmadığını açıq-aşkar sübut edir. Çünki onların öz dinbir qardaşlarına – müsəlmanlara qarşı savaşmaları, yerli əhali ilə amansız rəftar etmələri, nəinki insanlarla, hətta dilsiz-ağızsız qəbir və ziyarətgahlarla da düşmənçilik etmələri, ələ keçirdikləri qənimətlərdən canfəşanlıqla danışmaları, tutduqları əraziləri öz əmirlikləri elan etmələri bu “cihad”ın altında maddi maraqların gizləndiyini göstərir. Bu bir həqiqətdir ki, dini şüar altında aparılan hər döyüş cihad deyil və hər döyüş qurbanı da şəhid sayılmaz.

Aşağıda İslamın ana mənbələrindən – mötəbər hədis və tarix kitablarından – götürülmüş üç rəvayət diqqətinizə təqdim edilir. Görün, İslam Peyğəmbəri hamının “şəhid” saydığı bəzilərinin iç üzü barədə nə buyurub.

Birinci rəvayət

Əbu Hüreyrə Həzrət Mühəmməd Peyğəmbərin (ə) belə buyurduğunu rəvayət edir:

“Qiyamət günündə hesaba çəkiləcək ilk adamlardan biri şəhid sayılan şəxs olacaq. Onu məhşərə gətirərlər, Allah ona verdiyi nemətləri xatırladar, o da bu nemətləri etiraf edər. Sonra Allah soruşar: “Bəs bu nemətlərin əvəzində sən nə etdin?” Cavab verər: “Mən də Sənin yolunda şəhid olana kimi döyüşdüm”. Allah buyurar: “Yalan deyirsən. Çünki ona görə döyüşürdün ki, sənin haqqında “igiddir” desinlər. Onlar da sənin haqqında bunu dedilər (yəni öz məqsədinə çatdın)”. Sonra o adamın haqqında hökm çıxarılar və onu üzüüstə sürüyüb cəhənnəm alovunun içinə atarlar”.

Hədisin davamında Quran oxuyub, məqsədi camaatın gözündə savadlı görünmək istəyən adamın və öz var-dövlətini səxavətli görünmək üçün paylayan şəxsin də əməllərinin riyadan ibarət olduğu, buna görə qiyamət günündə cəhənnəmə gedəcəyi bildirilir.

Bu hədisi Müslim öz “Səhih”ində (“Kitabül-imarə”, 43-cü möcəm, 1905 (4923)-ci hədis), Nəsai öz “Sünən”ində (“Kitabül-cihad”, 22-ci töhfə, 3139-cu hədis) qeyd etmişdir. Tirmizi öz “Sünən”ində (“Kitabüz-zöhd”, 48-ci möcəm, 2382-ci hədis) və İbn Hibban öz “Sünən”ində (408-ci hədis, 1-ci cild, səh. 135-137) hədisi bir qədər fərqli şəkillərdə nəql etmişlər. Məşhur sələfi alimi Albani bu hədisi səhih saymışdır (“Səhihüt-Tərğib vət-tərhib”, 1-ci cild, səh. 114-116, 22-ci hədis).

Oxşar hədis şiə mənbələrində də Həzrət Mühəmməd Peyğəmbərdən (s) və məsum imamlardan rəvayət edilib (bax: “Biharül-ənvar”, 70-ci cild, səh. 249, 24-cü hədis).

İkinci rəvayət

Xeybər savaşından sonra Peyğəmbər car çəkdirdi ki, hər kim döyüşdə qənimət əldə edibsə, onu mütləq təhvil versin. Əksəriyyət bu əmrə tabe olub, qənimətləri təhvil verdi.

Müsəlmanlar Xeybərdən qayıdarkən Vadiyül-Qüra adlı məntəqədə düşərgə saldılar. Burada Peyğəmbərin Müd’əm adlı zənci nökəri Onun dəvəsinin kəcavəsini hazırlayan zaman qəfil atılan bir ox onu həlak etdi. Ətrafı nə qədər axtardılarsa, qatili tapa bilmədilər. Yəqin ki, yəhudilərdən kimsə döyüşdə öldürülən qohumunun intiqamını almaq üçün bu addımı atmışdı. Müsəlmanlar Müd’əmin şəhid olduğunu qəbul etdilər, çünki böyük ehtimalla düşmən oxundan ölmüşdü. Bütün düşərgəyə xəbər yayıldı ki, Müd’əm də şəhid olub cənnətə getdi. Onu böyük ehtiramla dəfn etməyə hazırlaşdıqları zaman Peyğəmbər buyurdu: “Xeyr, o, cənnətlik deyil. Çünki ölərkən əynində olan libas döyüş qənimətlərindən idi və onu təhvil verməmişdi. Qiyamət günündə həmin parça alova dönüb onun bədənini bürüyəcək”. Beləliklə, bir libas Müd’əmi cəhənnəmə apardı. Bu hadisə bütün mötəbər siyrə kitablarında təsvir edilib. O cümlədən, “Siyreyi-İbn Hişam”, 3-cü cild, səh. 347-348; Ə.Hümeydi. Əs-Siyrətün-nəbəviyyə, 7-ci cild, səh. 69 və s.

Üçüncü rəvayət

Bir çox mötəbər tarix və hədis mənbələrində, o cümlədən, “Səhihül-Buxari”nin “Cihad” kitabında Quzman adlı bir münafiqin əhvalatı təsvir edilib. Müsəlmanlar Ühüd savaşına yollananda Quzman onlara qoşulmamış, Mədinədə qalmışdı. Mədinə qadınları Quzmana rişxənd edib onu qorxaq adlandırdılar. O da silahını götürüb özünü döyüş meydanına çatdırdı. Ühüd savaşı başlayanda Quzman qılıncının qınını sındırıb, “ölmək qaçmaqdan daha yaxşıdır” deyə özünü meydana atdı. Səhabələr onun şücaətini heyranlıqla izləyir və tərifləyirdilər. Peyğəmbər isə “o, cəhənnəm əhlidir” deyə, fikrini bildirdi. Səhabələr heyrət içində idilər. Necə ola bilər ki, bu qədər igidlik göstərən bir adam cəhənnəmə getsin?

Quzman ağır yaralandı və onu döyüş meydanından təhlükəsiz yerə apardılar. Yarası çox qorxulu olduğu üçün yaşayacağına ümid yox idi. Müsəlmanlar adətləri üzrə onu şəhadətlə müjdələyib, “gözün aydın, Quzman! Şəhid olacaqsan” dedilər. Quzman isə hiddətlə cavab verdi: “Nə müjdə? Mən yalnız öz qəbiləmin adını batırmamaq üçün savaşdım. Yoxsa döyüş meydanına çıxmazdım”. Bundan sonra ağrıya dözməyib, qılıncının ucunu sinəsinə sapladı və özünü öldürdü. Quzman əvvəla, Allah yolunda deyil, qəbiləsi uğrunda savaşmaqla, ikincisi isə intihar etməklə özünün həqiqətən cəhənnəm əhli olduğunu göstərdi və Peyğəmbərin sözünün doğruluğunu sübuta yetirdi.


Geri dön

Biqeyrət....

  • 6 may 2014 15:13
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
megaleye gore tesekkur

Roya_____

  • 6 may 2014 13:08
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

T.O.M.A

  • 30 aprel 2014 13:34
  • Məqalə: 21
  • Şərh: 1765
  • Bal:
{awards}
tewekkurler

ヅ s a y k a. ヅ

  • 23 aprel 2014 16:03
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥Sayka♥


✰Razinka✰

  • 18 aprel 2014 12:42
  • Məqalə: 19
  • Şərh: 1202
  • Bal:
{awards}
TESEKURLER[/
b]

ヅ Bad Girl ヅ

  • 17 aprel 2014 17:14
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Payız qoxulu

  • 16 aprel 2014 23:03
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
tewekkurler canim

--------------------

Odd angel

  • 16 aprel 2014 20:24
  • Məqalə: 0
  • Şərh: 1018
  • Bal:
{awards}
TESEKKURLER.

ヅ s a y k a. ヅ

  • 16 aprel 2014 19:44
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
Tewekkurler edirem melumata gore ♥

--------------------
♥Sayka♥


NeFeSiM LiL OrXaN

  • 16 aprel 2014 17:12
  • Məqalə: 38
  • Şərh: 3533
  • Bal:
{awards}
tewekkurler

(XULIQAN)

  • 16 aprel 2014 16:55
  • Məqalə: 10
  • Şərh: 1117
  • Bal:
{awards}
tewekkurlerrrr....

NikaLYa

  • 16 aprel 2014 15:59
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

prosta barbi

  • 16 aprel 2014 12:45
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
TEWEKKUR........

ヅ Bad Girl ヅ

  • 16 aprel 2014 12:44
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Damlam

  • 16 aprel 2014 11:59
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
ALLLAH RAZI OLSUN

--------------------
http:///user/İmza/

Banned549678

  • 16 aprel 2014 11:11
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun

Qaska_Quli

  • 16 aprel 2014 09:26
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Ilk sherh menden

--------------------

Allahi_Unutma

  • 16 aprel 2014 09:04
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 10
Cəmi: 26

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}