Bir şəhidin tarixçəsi

 
Bir şəhidin tarixçəsi

Həzrət Muhəmməd Peyğəmbərin (s) məş­hur səhabələrindən olan Əbu Mühəmməd künyəli Müsəb ibn Ümeyr Qüreyş qəbiləsinin Bəni-Əbdüddar qoluna mənsub varlı ailədən idi. Atası və anası Müsəbin üzərində əsir, onu naz-nemət içində böyüdürdülər.

Görünüşcə çox yaraşıqlı olan Müsəb həmişə bahalı libaslar geyər, gözəl ətirlər vurardı. Məkkə cavanları içində səliqə-səhmanda, bəzək-düzəkdə ona çatan yox idi.

Allah onu cavan yaşlarında hidayət etdi. Müsəb Həzrət Mühəmmədin (s) peyğəmbərlik xəbərini eşidəndə evdən gizli şəkildə Onun yanına gəldi, İslamla tanış olub müsəlmanlığı qəbul etdi. Doğma atası və anası belə, bundan xəbərsiz idilər. Amma qohumlarından biri onu müsəlmanların arasında görüb ailəsinə xəbər verdi. Məsələnin üstü açılanda qohumları onu tənbeh edib danladılar. Ata-anası Müsəbi müsəlmanlardan ayırmaq üçün başqa çarə görməyib, onu ev dustağı etdilər. Müsəb uzun müddət bağlı qapı arxasında qaldı, amma qəlbindəki iman sönmədi. Bir gün fürsət tapıb evdən qaçdı, yenə müsəlmanlara qoşuldu və Həbəşistana hicrət etdi. Bir müddət sonra Məkkə müşrikləri yalandan belə bir şayiə buraxdılar ki, guya müsəlmanlara Ərəbistanda daha əziyyət verilmir. Həbəşistan diyarında olan müsəlmanların bir qismi bu şayiəyə inanıb geri döndü; Müsəb də onların arasında idi. Müsəlmanların siyasi-iqtisadi mühasirə şəraitində yaşadıqları illərdə Müsəb də ailəsini atıb, Peyğəmbərin yanında yer tutdu.

Birinci Əqəbə beyətində yəsribli (mədinəli) müsəl­manlardan 12 nəfər Peyğəmbərlə görüşüb xahiş etdilər ki, İsla­mın mahiyyətini açıqlaya biləcək bir təbli­ğatçını onlara qoşub Yəsribə göndərsin. Peyğəmbər Müsəb ibn Ümeyri bu məsul vəzi­fənin icrasına layiq bildi.

Müsəb Yəsribə yollanıb, burada İslamın təbliği ilə məşğul olmağa başladı. O, yeni müsəlmanlara Quranı öyrədir, İslamın əqidə prinsiplərini başa salır, şəriət hökmlərini tə­lim edirdi. Yəsribdə ilk cümə namazına imamlıq edən də Müsəb oldu. Növbəti il o, 80 nəfər yəsribli müsəlmanla birlikdə Məkkəyə gəldi və şəhər­də İslam dininin sürətlə yayılmasının müjdə­sini Peyğəmbərə verdi.

Bundan sonra təqribən iki ay Məkkədə qalan Müsəb başqa müsəlmanlarla bir sırada Yəsribə hicrət etdi və Peyğəmbərdən 12 gün qabaq ora çatdı. Peyğəmbər mühacirlərlə ənsarı bir-birinə qardaş elan edəndə Müsəbi Əbu Əyyub Ənsari ilə (bəzi məlumatlara görə Səd ibn Əbu Vəqqasla) qardaş etdi.

Bədr savaşında Müsəb müsəlman qoşunu­nun bayraqdarı idi. Ühüd savaşında da bu şərəfli vəzifəni icra edib şücaətlə döyüş­dü. Düşmənin qəfil hücumu nəticəsində müsəlmanlar sarsılıb geri çəkilərkən Müsəb döyüşməyə davam edirdi. O, səflərin qarşısında atını çapıb müsəlmanları döyüş meydanına qayıtmağa, Peyğəmbəri tək buraxmamağa çağırırdı. İbn Qamiə adlı bir müşrik Peyğəmbəri görüb, Onun üzərinə hücum etdi. Bu zaman Müsəb özünü irəli verib, Allahın elçisini qorumağa çalışdı. Düşmənini qılıncı onun sağ qolunu üzdü. Müsəb bayrağı sol alinə aldı. Sol qolu da kəsiləndə Müsəb bayrağı yerə sancıb, bədəni ilə onu dik saxlamağa çalışdı. Nəhayət, nizə ilə vurulub şəhid oldu.

Müsəb üzdən Həzrət Muhəmməd Peyğəmbərə (s) bənzədiyi üçün onu öldürən adam Peyğəmbəri qətlə yetirdiyini düşünüb, “Mü­həmmədi öldürdüm” deyə haray sal­dı. Bu, müşriklərin zənnini azdırdı və müsəlmanlar Peyğəmbəri təhlükəsiz yerə apardılar.

Həzrət Mühəmməd Peyğəmbər (s) Müs­əbin şəhadətindən xeyli üzülmüşdü. Ən təsirli cəhət bu idi ki, Müsəb İslamdan qabaq Məkkənin varlı ailə­lərindən birinə mənsub idi, bahalı libaslar geyinir, yaraşıqlı qiyafədə camaat arasına çı­xırdı. Hətta Peyğəmbər: “Məkkədə Müsəb ibn Ümeyrdən daha gözəl geyinən, daha yaraşıqlı və nemətlər içində üzən başqa bir gənc görmədim” deyə buyurmuşdu. Amma şəhid olduğu vaxt Müsəbin bədənini tam örtə biləcək bir kəfəni belə, yox idi. O, bütün var-dövlətindən Allah yolunda imtina etmişdi. Pey­ğəmbərin tapşırığı ilə Müsəbin cəsədini köynə­yə bükdülər, amma köynək qısa olduğundan ayaqları örtülmədi. Axırda cəsədin ayaqlarını ətirli otla örtüb dəfn etdilər.

Peyğəmbər Müsəbin nəşi üzərində bu mübarək ayəni oxumuşdu: “Möminlər içərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər” (Əhzab, 23).


Geri dön

Biqeyrət....

  • 6 may 2014 16:03
  • Məqalə: 196
  • Şərh: 8694
  • Bal:
Allah razi olsun

Roya_____

  • 6 may 2014 14:16
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allahrazı olsun

T.O.M.A

  • 30 aprel 2014 22:26
  • Məqalə: 21
  • Şərh: 1751
  • Bal:
{awards}
tewekkurler

ヅ s a y k a. ヅ

  • 23 aprel 2014 16:11
  • Məqalə: 10
  • Şərh: 3345
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥Sayka♥


ヅ Bad Girl ヅ

  • 19 aprel 2014 14:11
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
tewekkurler

--------------------

ヅ Bad Girl ヅ

  • 17 aprel 2014 18:07
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
tewekkurler

--------------------

Payız qoxulu

  • 15 aprel 2014 23:45
  • Məqalə: 485
  • Şərh: 6415
  • Bal:
{awards}
tewekkur ureim

--------------------

ヅ s a y k a. ヅ

  • 15 aprel 2014 22:14
  • Məqalə: 10
  • Şərh: 3345
  • Bal:
{awards}
ALLAH RAZIII OLSUN. .......

--------------------
♥Sayka♥


ღ★ Firuzə ★ღ

  • 15 aprel 2014 18:06
  • Məqalə: 359
  • Şərh: 8839
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------

NeFeSiM LiL OrXaN

  • 15 aprel 2014 17:21
  • Məqalə: 38
  • Şərh: 3491
  • Bal:
{awards}
tewekkurler

PércyDarkMoon

  • 15 aprel 2014 17:08
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

BaNTiKLi_CiCiWKa

  • 15 aprel 2014 17:04
  • Məqalə: 45
  • Şərh: 4233
  • Bal:
{awards}
MeQaLeYe GoRe TeWeKkUr EdIreM

--------------------

Damlam

  • 15 aprel 2014 16:51
  • Məqalə: 49
  • Şərh: 4697
  • Bal:
{awards}
ALLAH HAMIMIZDAN RAZI OLSUN

--------------------
http:///user/İmza/

__MB__

  • 15 aprel 2014 15:39
  • Məqalə: 257
  • Şərh: 4354
  • Bal:
{awards}
Allah razı olsun

(XULIQAN)

  • 15 aprel 2014 15:35
  • Məqalə: 10
  • Şərh: 1111
  • Bal:
{awards}
tewekkurlerrr....

NikaLYa

  • 15 aprel 2014 15:20
  • Məqalə: 102
  • Şərh: 7305
  • Bal:
{awards}
cooox saquln meqale ucun

--------------------

Axxilli qiz

  • 15 aprel 2014 12:00
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun

Qaska_Quli

  • 15 aprel 2014 10:39
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
Teshekkurrrrrrr

--------------------

prosta barbi

  • 15 aprel 2014 10:20
  • Məqalə: 101
  • Şərh: 3837
  • Bal:
{awards}
tewekkur......

^^YeRaZKa MeLeK^^

  • 15 aprel 2014 10:07
  • Məqalə: 190
  • Şərh: 4245
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

♔ Rapuиzel ♔

  • 15 aprel 2014 09:22
  • Məqalə: 333
  • Şərh: 7076
  • Bal:
{awards}
tewekkurler

--------------------

sessiz deniz

  • 15 aprel 2014 08:43
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
twklerrrrrrrrrrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 72
Cəmi: 116

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 36
Cəmi: 137
 
The Shield
Xəbərləri: 31
Cəmi: 293
 
Darling
Xəbərləri: 29
Cəmi: 916
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 16
Cəmi: 577
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
lamiye_2001
Xəbərləri: 12
Cəmi: 72
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 11
Cəmi: 51
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}