Təbərrükü şirk bilənlərə cavab

 
Təbərrükü şirk bilənlərə cavab

“Təbərrük” sözünün ərəb dilindən tərcüməsi “bərəkətli etmək” mənasını verir. Hər hansı müqəddəs şəxsiyyətin xatirə kimi qorunub-saxlanılan şəxsi əşyasına, yaxud müqəddəs məkana məxsus yadigara “təbərrük” deyilir.

Hələ Həzrət Mühəmməd Peyğəmbərin (s) sağlığında Onun təri, saç-saqqal telləri, hətta sınmış dişi müsəlmanlar tərəfindən təbərrük kimi qorunurdu. Əgər bu hərəkət günah və ya şirk olsaydı, yəqin ki, Peyğəmbərin özü buna etiraz edərdi. Peyğəmbərin xanımı ümmül-möminin Ümmi-Sələmə o həzrətin tellərini və tər damcılarını bir qaba töküb özündə saxlayırdı. Peyğəmbərin vəfatından sonra Mədinə camaatından kim xəstələnirdisə və ya göz dəyməsinə düçar olurdusa, Ümmi-Sələməyə kömək üçün müraciət edirdi. Ümmi-Sələmə Peyğəmbərin tellərini su ilə dolu qabın içinə salıb çıxarır, bu yolla həmin suyu təbərrükə çevirirdi. Sonra həmin suyu xəstə üçün göndərirdi. “Səhihül-Buxari”də yazılıb ki, adamlar həmin sudan içib şəfa tapırdılar. (“Səhihül-Buxari”, “Libas” kitabı, hədis 5896-5897).

Ən çox hədis rəvayət etmiş səhabələrin sırasında ilk yerlərdən birini tutan Ənəs ibn Malikin anası Ümmi-Süleym Peyğəmbərə xidmət edir, Onun üçün xörək hazırlayırdı. Bəzən Peyğəmbər onların evində yatıb dincəlirdi. Bu zaman Ümmi-Süleym o həzrətin tellərindən bir az kəsir, çöhrəsindən tərini yığır və bunları ətirlə qarışdırıb təbərrük kimi özündə saxlayırdı. Ənəs ibn Malik qocalıb vəfat edəndə vəsiyyət etmişdi ki, bu təbərrükün bir hissəsini onun hənutuna qarışdırsınlar. Ənəsi qüslləyib kəfənə tutarkən, bu təbərrükdən də onun hənutuna qarışdırdılar. Bu barədə də “Səhihül-Buxari”də (“İstizan” kitabı, hədis 6281) və “Səhihü Müslim”də (“Fəzail” kitabı, hədis 6055-6057) rəvayətlər mövcuddur.

Bu sübutları qəbul etməyənlər bəhanə gətirə bilərlər ki, bu hərəkətləri Peyğəmbərin vəfatından sonra ediblər və əgər o həzrətin özü sağ olsaydı, buna heç vaxt razı olmazdı. Bu bəhanəyə qarşı ən tutarlı sübutlar da yenə mötəbər hədis kitablarındadır. Peyğəmbər öz sağlığında həcc zamanı saçını qırxdırmış, sonra tellərini müsəlmanlara paylamağı bərbərə tapşırmışdı. (“Səhihü Müslim”, hədis 3152-3155; “Sünənüt-Tirmizi”, hədis 912; “Sünənü Əbu Davud”, hədis 1981). Bu hadisəni yuxarıda adı çəkilən məşhur səhabə Ənəs ibn Malik rəvayət edib. Hədisin bir neçə mənbədə və bir neçə variantda təkrar edilməsi onun mütəvatir sayılmasına əsas verir.

Hədislərdən bu da bəlli olur ki, Həzrət Mühəmməd Peyğəmbərin (s) sağlığında Onun dəstəmaz suyunu müsəlmanlar təbərrük kimi yığır, sonra üzlərinə və bədənlərinə sürtür, hətta şəfa məqsədilə içirdilər. Peyğəmbər özü bəzən suya üfürür və bu suyu içməyi müsəlmanlara tövsiyə edirdi. Rəvayətlərdə deyilir ki, Peyğəmbər dəstəmaz alarkən səhabələr onun dəstəmazından qalan su üstündə az qala bir-biri ilə savaşırdılar. Bu barədə “Səhihül-Buxari”də xeyli hədis var (hədis 187-189, 376, 501, 3553, 3566, 5859 və s.). Göründüyü kimi, hədislərin çoxluğu mövzunun mütavatir olduğunu və şübhəyə yer qalmadığını göstərir.

Tarixdən məlum olduğu kimi, məşhur səhabə Xalid ibn Vəlid 100-dən artıq savaşda iştirak etmiş və demək olar ki, məğlubiyyətə uğramamışdı. Bunun səbəbini soruşanda deyirmiş ki, ümrə ziyarətində Peyğəmbər saçını qırxanda mən Onun tellərindən özümə götürdüm. Həmin telləri dəbilqəmin altında təbərrük kimi saxlayıram və bunun sayəsində bütün savaşlardan qalib çıxıram. (Hakim Nişaburi. Əl-Müstədrəkü ələs-Səhiheyn, cild 3, səh. 366-367, hədis 5366).

Həzrət Əlinin (ə) anası Fatimə bint Əsəd, Peyğəmbərin qızı Zeynəb vəfat edərkən, Peyğəmbər öz köynəyini kəfən olaraq göndərmiş və bu möhtərəm şəxslərin cənazəsi həmin köynəklə kəfənlənib dəfn olunmuşdu.

İslam Peyğəmbəri və məsum imamlarımız bəzən öz geyimlərini müsəlmanlara hədiyyə kimi bağışlayır, onlar da bu geyimi əziz bir təbərrük kimi saxlayırdılar. Bəzən isə hətta həmin geyimi tikə-tikə doğrayıb, təbərrük kimi camaata paylayırdılar. (Qeyd edək ki, bu gün də müqəddəs Kəbə evinin örtüyünü həcc mövsümünün sonunda doğrayıb hacılara paylayırlar).

Həzrət Mühəmməd Peyğəmbərin (s) öz müasiri olan ərəb şairi Kə’b ibn Züheyrə hədiyyə etdiyi xirqə (əba) buna misal ola bilər. Kəb əvvəlcə İslam dininə qarşı çıxmış, hətta Peyğəmbəri həcv (təhqir) edən şeirlər yazmışdı. İslam dini güclənəndə Kəb qardaşının məsləhəti ilə Mədinəyə gəlib, Peyğəmbərlə görüş­dü, tövbə edib müsəlman olduğunu bildirdi və Peyğəmbərə həsr etdiyi gözəl bir qəsidəni oxudu. Qəsi­dəni bəyənən Peyğəmbər çiynindəki xirqəni çıxarıb Kəbə bağışladı.

Kəbin ölümündən sonra Müaviyyə xirqəni onun varislərindən 20 min dirhəm gümüş pula aldı. Peyğəmbərin yadigarı əv­vəlcə Əməvi, sonra Abbasi xəlifə­lərinin, daha son­ra Misir məmlüklərinin, 1517-ci ildən isə Osmanlı sultanlarının ixtiyarında idi. 124 sm. uzunluğunda qara qumaşdan tikilmiş bu ge­yim hal-hazırda İstanbuldakı Topqapı muze­yində, Müqəddəs Əmanətlər Ekspozisiyasın­da mühafizə olunur. Osmanlı sultanlarının vaxtında hər il ramazan ayının 15-də xirqəni qızıl san­dıqdan çıxarıb nümayiş etdirir, ətə­yini Zəmzəm suyu ilə isladır, sonra bu suyu təbərrük kimi paylayırdılar.

İmam Rza (ə) Abbasi xəlifəsi Məmunun əmri ilə vəliəhd elan ediləndə o zamanın şiə məzhəbli şairlərindən Di’bil Xüzai Əhli-beyti mədh edən bir qəsidə yazıb İmamın hüzurunda oxumuşdu. İmam Rza (ə) bu qəsidəni xeyli bəyənmiş, hətta deyilənlərə görə, özü ona iki beyt əlavə etmişdi. Sonra İmam, Onun vəliəhdliyi münasibətilə buraxılmış pul sikkələri ilə 10 min dinar pulu və öz əbasını şairə hədiyyə vermişdi. Di’bil İmamın hədiyyəsini canından əziz tuturdu. Qum şəhərinin şiələri xahiş etmişdilər ki, həmin əbanı hansı qiymətə istəyirsə, onlara satsın. Di’bil heç bir məbləğ müqabilində bu hədiyyədən ayrılmağa razı olmadı. Deyirlər ki, axırda əbanı ondan zorla aldılar, tikə-tikə doğrayıb camaatın arasında payladılar, astarını isə özünə qaytardılar. Hətta bundan sonra da şair bu qiymətli təbərrükdən ayrılmadı. Öləndə vəsiyyət etdi ki, əbanın astarını kəfənin altından sinəsi üstünə qoysunlar.

Əhli-beytin sair üzvlərinin də əli dəyən hər şeyi camaat təbərrük kimi əziz tuturdu. İmam Zeynül-abidinin (ə) oğlu Zeydi-şəhidin uğursuz qiyamından sonra oğlu Yəhya Əməvi xəlifəsi Hişama qarşı qiyam qaldırdı. Onu tutub zindana saldılar. Hakimiyyətə təzə keçən Vəlid Yəhyanı həbsdən azad etdi. Bundan sonra imkanlı şiələr zindanın dəmirçisinin yanına gəlib xahiş edirlər ki, Yəhyanın qolundan açılmış zəncirləri onlara satsın. Dəmirçi onlarla alver etməyə başlayır. Nəhayət, zəncirin qiymətini 20 min dirhəmə qaldırır. Şiələr birləşib tələb olunan pulu yığırlar, zənciri alıb öz aralarında bölüşdürürlər. Deyirlər ki, hər kimə o zəncirdən pay düşdüsə, onu əridib üzüyünə qaş düzəltdirdi və təbərrük kimi barmağında gəzdirdi (Əbül-fərəc İsfahani - “Məqatilüt-Talibiyyin”, səh. 147-148).

XIX əsrdə yaşamış məşhur müctəhid, “Mücahid” ləqəbli Seyyid Mühəmməd Təbatəbai Qəzvində, Şah məscidinin həyətindəki hovuzdan dəstəmaz aldıqdan sonra camaat o suyu təbərrük kimi daşıyıb aparmışdı. Deyirlər ki, qısa müddət ərzində camaat bütün hovuzun suyunu boşaldıb apardı (“Mərdane-elm dər meydane-əməl”, 1-ci cild, səh. 214).


Geri dön

Biqeyrət....

  • 6 may 2014 15:57
  • Məqalə: 196
  • Şərh: 8694
  • Bal:
tewekkurler

Roya_____

  • 6 may 2014 14:10
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah razı olsun

T.O.M.A

  • 30 aprel 2014 22:09
  • Məqalə: 21
  • Şərh: 1751
  • Bal:
{awards}
tewekkurler

ヅ s a y k a. ヅ

  • 23 aprel 2014 16:10
  • Məqalə: 10
  • Şərh: 3345
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥Sayka♥


ヅ Bad Girl ヅ

  • 17 aprel 2014 17:56
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Payız qoxulu

  • 15 aprel 2014 23:39
  • Məqalə: 485
  • Şərh: 6415
  • Bal:
{awards}
Allah razi olsun tewekkur canim

--------------------

ヅ s a y k a. ヅ

  • 15 aprel 2014 22:09
  • Məqalə: 10
  • Şərh: 3345
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN MARAQLI MEQALEYE GORE♥♥♥♥♥♥

--------------------
♥Sayka♥


sessiz deniz

  • 15 aprel 2014 21:00
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
twklerrrrrrrrrrr

ღ★ Firuzə ★ღ

  • 15 aprel 2014 17:59
  • Məqalə: 359
  • Şərh: 8839
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------

NeFeSiM LiL OrXaN

  • 15 aprel 2014 17:14
  • Məqalə: 38
  • Şərh: 3491
  • Bal:
{awards}
tewekkurler

Damlam

  • 15 aprel 2014 17:02
  • Məqalə: 49
  • Şərh: 4697
  • Bal:
{awards}
,,,,, ALLAH RAZI OLSUN,,,,,

--------------------
http:///user/İmza/

PércyDarkMoon

  • 15 aprel 2014 17:00
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

BaNTiKLi_CiCiWKa

  • 15 aprel 2014 16:37
  • Məqalə: 45
  • Şərh: 4233
  • Bal:
{awards}
MeQaLeYe GoRe TeWeKkUr EdIreM

--------------------

Banned456

  • 15 aprel 2014 15:41
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
ALLAH razi olsun

(XULIQAN)

  • 15 aprel 2014 15:30
  • Məqalə: 10
  • Şərh: 1111
  • Bal:
{awards}
tewekkurlerrr....

__MB__

  • 15 aprel 2014 15:24
  • Məqalə: 257
  • Şərh: 4354
  • Bal:
{awards}
Allah razı olsun

NikaLYa

  • 15 aprel 2014 15:11
  • Məqalə: 102
  • Şərh: 7305
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Qaska_Quli

  • 15 aprel 2014 14:46
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
ALLAH razi olsunn

--------------------

Zehra_Aşiqi

  • 15 aprel 2014 14:22
  • Məqalə: 272
  • Şərh: 1305
  • Bal:
{awards}
Peyğəmbər özü bəzən suya üfürür və bu suyu içməyi müsəlmanlara tövsiyə edirdi.

--------------------

Bash Belası

  • 15 aprel 2014 14:11
  • Məqalə: 158
  • Şərh: 4873
  • Bal:
{awards}
Allah razi oLsun...

Axxilli qiz

  • 15 aprel 2014 13:58
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 33
Cəmi: 52

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 28
Cəmi: 134
 
The Shield
Xəbərləri: 25
Cəmi: 290
 
Darling
Xəbərləri: 25
Cəmi: 910
 
aytc.sza
Xəbərləri: 20
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 14
Cəmi: 574
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
lamiye_2001
Xəbərləri: 9
Cəmi: 68
 
♔Hе важно∞
Xəbərləri: 8
Cəmi: 297
 
Jesicca
Xəbərləri: 8
Cəmi: 48
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}