Hansı hallarda təqiyyə etmək olmaz?

 
Hansı hallarda təqiyyə etmək olmaz?


İmamların buyruqlarından məlum olur ki, bəzi hallarda təqiyyə nəinki caiz deyil, hətta günahdır. Məsələn, təiqiyyə nəticəsində dinin hər hansı vacib hökmünün səhv tanıtdırılması, camaatın bu mövzuda şübhəyə düşməsi ehtimalı varsa, bu zaman təqiyyə etmək olmaz.

İmam Cəfər Sadiq (ə) buyururdu ki, camaatın sözü və hərəkəti haqqın ziddinə olsa, belə bir şəraitdə mömin təqiyyə qismində hər nə etsə, caizdir; yalnız dində fəsad yaradan halları çıxmaq şərti ilə (Mizanül-hikmə, 10-cu cild, səh. 3653, hədis 22507).

Təqiyyənin icazə verilmədiyi hallardan biri də budur ki, xalq içində çox hörməti olan, sözü keçən, rəyi nəzərə alınan insanlar təqiyyə etməklə nahaqqın haqq kimi tanıtdırılmasına göz yumsunlar. Bu insanların hər sözü və hərəkəti sıravi insanlar tərəfindən diqqətlə izlənilir, təqlid edilir, ülgü kimi qəbul olunur. Məhz buna görə tarix boyunca böyük şəxsiyyətlərin əksəriyyəti öz əqidəsi uğrunda şəhid olmağı daha üstün bilmiş və təqiyyə etməmişlər.

İcazə verilməyən hallardan biri də təqiyyə bəhanəsi ilə şiddətli günahlara bulaşmaqdır. Məsələn, bir adamı ölümlə təhdid edib, əvəzində başqa bir günahsız adamı öldürməsini istəsələr, Kəbəni uçurmağa, müqəddəsatı təhqir etməyə məcbur etsələr, buna razı olmamalıdır. İmam Baqir (ə) bunu nəzərə alaraq buyurub: “Təqiyyə qan tökülməsinin qarşısını almaq üçün nəzərdə tutulub. Amma təqiyyənin özü qan tökülməsi ilə nəticələnsə, artıq bu, təqiyyə olmaz (yəni bu cür təqiyyə caiz deyil)” (Vəsailüş-şiə, 11-ci cild, səh. 483). Eyni məzmunlu hədis Əbu Həmzə Sumali vasitəsilə İmam Sadiqdən (ə) də rəvayət edilib.

İmamların hədislərində buyurulur ki, bəzi məsələlərdə təqiyyə etmək caiz deyil. Məsələn, məşhur səhabə Zürarə ayaqqabının üzərindən məsh çəkməyin icazəli olub-olmaması barədə İmam Sadiqdən (ə) soruşanda o həzrət buyurmuşdu ki, üş məsələdə heç kimdən qorxub təqiyyə etmərəm: məstedici içki içmək, ayaqqabının üzərinə məsh etmək və təməttü həcci (Əl-Kafi, 3-cü cild, səh. 32).

Müqəddəslərimiz təqiyyənin hüdudlarına düzgün riayət etməyənlərlə sərt rəftar edir, nöqsanlarını onların diqqətinə çatdırmaqdan çəkinmirdilər. Onlar heç zaman imkan vermirdilər ki, özünü Əhli-beyt tərəfdarı sayan adamlar təqiyyədən sui-istifadə etsinlər. İmam Həsən Əsgəridən (ə) rəvayət edirlər ki, İmam Rza (ə) bir dəstə şiədən uzaq durur, onlarla görüşməkdən imtina edirdi. Həmin adamlar narahat olub dedilər: “Ey Peyğəmbərin övladı! Səbəb nədir ki, bizdən bu qədər uzaq gəzirsən, aramızda maneçilik yaratmaqla bizi xar edirsən?” İmam onlara cavab verdi: “Çünki siz Əmirül-mömininin (Həzrət Əlinin) şiəsi olduğunuzu iddia edirsiniz. Amma bir çox işləri əksinə edir, vacibatları yerinə yetirməkdə səhlənkarlığa yol verir, din qardaşlarınızın haqqını əskik sayırsınız. Lazım olmayan yerdə təqiyyə edir, təqiyyə gərəkən yerdə isə bunu tərk edirsiniz” (Vəsailüş-şiə, 11-ci cild, səh. 470).

Diqqət yetirilməli məsələlərdən biri də bundan ibarətdir: Şiə mənbələrində bəzən elə hədislərə rast gəlirik ki, bunlar məzhəbin görüşlərinə uyğun deyil və eyni mövzudakı çoxlu sayda hədislərlə ziddiyət təşkil edir. Hədis alimləri bunu, hədisi söyləyən İmamın təqiyyə etməsi ilə əlaqələndirirlər. Burada belə bir şübhə yarana bilər: Məsum imam təqiyyə üzündən məzhəbə zidd olan bir söz deyərkən əsil həqiqətin gizli qalacağını nəzərə almırdımı? Üstündən min ildən də artıq vaxt keçdikdən sonra hansı hökmün düzgün, hansının səhv olduğunu necə ayırd etməliyik?

Əvvəla, bunu bildirək ki, hədisləri incələmək, buna elmi və səlahiyyəti çatan alimlərin işidir. Onlar isə təqiyyə məqamını seçib ayırmağı bacarırlar. İkincisi, hədislərin səhihliyini yoxlamaq üçün dəqiq metodlar məlumdur; dirayə, cərhü tədil, rical kimi elmlər məhz bunu öyrənir. Üçüncüsü, təqiyyə ilə deyilən hədislərin sayı azdır. Eyni mövzu barədə bir neçə hədis müəyyən mövqeyi əks etdirirsə, bunun qarşısında təqiyyə ilə deyilmiş bir hədis durursa, sadə məntiqə görə, çoxluğa əsasən hökm verilməlidir. Yəni təqiyyə ilə deyilmiş söz nəzərə alınmamalıdır. Dördüncüsü, İmamlar təqiyyə etdikləri hər bir mövzuda həqiqəti mütləq bəyan etmişlər. Yəni İmam bu mövzuda düzgün olan fikri başqa bir məclisdə və şəraitdə mütləq bildirmişdir. Üstəlik, əksər hallarda məsum İmam təqiyyə məqsədi ilə müəyyən fikir söylədiyi zaman təhlükə aradan getdikdən sonra bunu təqiyyə üzündən dediyini ətrafdakılara bildirmişdir. Məsələn, İmamın hüzurunda oturanlardan biri xəlifənin casususdursa, İmam hökumətə xoş gələn bir söz demiş, amma o adam durub getdikdən sonra İmam bu sözü təqiyyə üzündən dediyini orada olanlara başa salmışdır. Və ya təqiyyə məqsədi ilə buyurduğu fikrə başqa bir gün düzəliş vermiş, özü də bu düzəlişi həmin adamların yanında etmişdir ki, onlarda fikir çaşqınlığı yaranmasın.


Geri dön

Biqeyrət....

  • 6 may 2014 15:38
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
tewekkurler

Roya_____

  • 6 may 2014 13:37
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

T.O.M.A

  • 30 aprel 2014 15:18
  • Məqalə: 21
  • Şərh: 1765
  • Bal:
{awards}
tewekkurler

ヅ s a y k a. ヅ

  • 23 aprel 2014 16:06
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥Sayka♥


ヅ Bad Girl ヅ

  • 16 aprel 2014 20:30
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
tewekkurler

--------------------

✰Razinka✰

  • 16 aprel 2014 19:08
  • Məqalə: 19
  • Şərh: 1202
  • Bal:
{awards}
Allah razi olsun

PércyDarkMoon

  • 16 aprel 2014 17:08
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun awkim

--------------------

ヅ Bad Girl ヅ

  • 16 aprel 2014 13:26
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razı olsun wirinim

--------------------

^^MasaL^^

  • 15 aprel 2014 23:10
  • Məqalə: 57
  • Şərh: 2573
  • Bal:
{awards}
Allah razi olsun

Payız qoxulu

  • 15 aprel 2014 23:03
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
Allah razi olsun canim

--------------------

ヅ s a y k a. ヅ

  • 15 aprel 2014 21:56
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
♥Sayka♥


sessiz deniz

  • 15 aprel 2014 20:26
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twklerrrrrrrrrrrrrrr

Qaska_Quli

  • 15 aprel 2014 19:43
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrrrrr

--------------------

NeFeSiM LiL OrXaN

  • 15 aprel 2014 19:17
  • Məqalə: 38
  • Şərh: 3533
  • Bal:
{awards}
tewekkurler

ЛЮБИМКА

  • 15 aprel 2014 19:07
  • Məqalə: 53
  • Şərh: 2518
  • Bal:
{awards}
meqalee.gore.saqulun

Zehra_Aşiqi

  • 15 aprel 2014 18:13
  • Məqalə: 272
  • Şərh: 1323
  • Bal:
{awards}
“Təqiyyə qan tökülməsinin qarşısını almaq üçün nəzərdə tutulub. Amma təqiyyənin özü qan tökülməsi ilə nəticələnsə, artıq bu, təqiyyə olmaz (yəni bu cür təqiyyə caiz deyil)”

--------------------

NikaLYa

  • 15 aprel 2014 17:55
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

ღ★ Firuzə ★ღ

  • 15 aprel 2014 17:54
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------

Damlam

  • 15 aprel 2014 17:51
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
allah ..... razi..... olsun

--------------------
http:///user/İmza/

__MB__

  • 15 aprel 2014 17:47
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
Allah razı olsun

MiniK_KuŞ

  • 15 aprel 2014 17:35
  • Məqalə: 7
  • Şərh: 261
  • Bal:
{awards}
Allah razı olsun

..Teşekkürler..

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 43
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}