Nakam eşq

 
Nakam eşq

Səndəmi de sevdin vəfasız yarı?!
Halından görürəm, dostum belədir...
Səndəmi ömründən sildin qızları?!
Bilirəm səni də bu dərd inlədir...
Səndəmi sevinib görəndə onu
Sandın ki dünyanın xoşbəxti sənsən...
Səndəmi bilmirdin çatacaq sonu
Görmədən dünyanın bədbəxti sənsən...
Zənn etdin ondan çox yaxının olmaz:
İçindən nə gəldi söylədin ona.
Görəndə yadlaşır o sənə az-az
Düşünüb durdun ki neylədin ona...
Bütün olanları sən dönə-dönə
Gözünün önünə gətirdin bir-bir.
Səhvim harda idi deyib özünə
Bilmədin olanlar bir bəhanədir.
Yenə də sən onu haqlı sayaraq

Dedin ki, bəlkə bir səhv eyləmisən.
Sən özün-özünü hey qınayaraq
Sandın ki bir onu məhv eyləmisən.
Özünü günahkar saydın hər zaman
Sızladı ürəyin, peşiman oldu.
Özünü özünə sən bildin yaman
Beynində min fikir, min güman oldu.
Tutdu gözlərini onun sevgisi
O xoş xəyalların aldatdı səni...
Dinləmək bilmədin sən heç bir kəsi
O boş xəyalların aldatdı səni...
Gecələr uzandı, gəlmədi səhər...
Siqaret tüstüsü boğdu, bilmədin.
Saatın əqrəbi döndü birtəhər
Günəş eyni vaxtda doğdu, bilmədin.
Gülüş dodağına həsrət qalanda
Sən qəmi dost bildin, sirdaşı oldun.
Ürəyin kövrəlib gözün dolanda
Ölümü düşündün, baş daşı oldun...
Onsuz yaşamağı sən ölüm bildin

Çarəsiz boylandın baxdın görmədin.
Gündə neçə dəfə öldün, dirildin.
Ruhun sıxdı səni, amma ölmədin...
Hərdən də düşündün ona qıymazsan
Birdən tutsa onu qəfildən ahın.
Sən onun dərdinə belə doymazsan
Qəzəbi tutarsa göydə Allahın.
Əl açıb Tanrıya dua da etdin:
Onun bir telinə zərər dəyməsin...
Özün qəm içində boğulub itdin
Yalvardın dərd onun qəddin əyməsin.
O səni eylədi ürəyi xəstə.
Sən onun dizində ölmək istədin.
Adını anaraq ən son nəfəsdə
Onu xoşbəxt görüb gülmək istədin...
İndi məzarının üstündəyəm mən!
Bir vaxt birgə olub, bir can olmuşuq...
Artıq mən ruh oldum, sən soyuq bədən
Biz nakam bir eşqə qurban olmuşuq...


Geri dön

Feride_Eliyeva

  • 20 avqust 2011 18:19
  • Məqalə: 0
  • Şərh: 163
  • Bal:
Gozel seirdi xebere gore tesekkurler

::..ONSLAUGHT::..

  • 11 mart 2011 23:24
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
gozel weirdi tewekkur edirem

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 3 mart 2011 20:15
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkur..............

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

sevgim

  • 8 fevral 2011 19:23
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
bir nakam bir esqe qurban olmusuq,eeeeeeeeeeeeeh

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

Yusif

  • 8 fevral 2011 18:46
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Tşk xəbərə görə

sevgi_meleyim.

  • 8 fevral 2011 17:55
  • Məqalə: 17
  • Şərh: 551
  • Bal:
{awards}
recourse Aman Tanrim her setirde bir sizilti, bir derd var. Gozlerim doldu, seiri oxuduqca orda yazilanar bir oglana yox sanki menim simamda olan butun yarali qizlara yazilib. Seiri basa vurana kimi sanki menimde ureyimin telleri qirildi, bu seir heqiqetende meni Yaxin kecmisime apardi. COX TESIRLENDIM,HEMDE CCOOOOOXXXX, indi hiss elediklerimi tekce Alahim bilir. Tsk recourse recourse recourse

sevgi_meleyim.,

indi hiss elediklerimi tekce Allahim bilir. Tsk recourse recourse recourse





--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.

Ulya

  • 8 fevral 2011 17:51
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
super.twk

nilayka

  • 8 fevral 2011 17:44
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tewekkur edirem cox gozel seirdir

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 58
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}