Utancaq birisiniz?

 
Utancaq birisiniz?

Danışarkən üzün qızarırsa, dostlar qrupunun ən sakit üzvü sənsənsə və utancaqlığından
bir an əvvəl xilas olmağa qərarlısansa… Sıxlıq mühitlərə girmir, getdiyin yerlərdə də ən sakit küncləri tapıb kimsənin səninlə
danışmaması ümidiylə oturursan… Danışmağın lazım olanda qızarırsan, əllərin tərləyir, səsin qısılır…
qrup içindəykən istəklərini əsla dilə gətirmirsən… Qısacası "utancaqlıq" yaxanı heç cür buraxmır!
Nə etməlisən?
Əgər bunun üçün bir psixoloqdan dəstək almağa ehtiyac duyursansa tələshik bu yolu yoxla.
Yox, "Mən bu işi özüm bacara bilərəm" deyirsənsə, onda sənə köməkçi olacaq təklifləri yoxla…
1. Düşüncələrinin fərqinə var !. Zehinindən keçən düşüncələrin fərqinə varmaqla işə başla.
Niyə o yerdə olmaq istəmirsən? Soruşulan suallara səhv cavab verməkdən və ya yersiz bir şey
söyləməkdənmi qorxursan? Yoxsa bütün narahatlığın səhv edib biabır olacağını düşünməyindirmi?
2. Danışmaqdan çəkinmə !. Psixoloq Açelya Şahin, bu mövzuda ətrafından kömək istəmənin yaxşı bir fikir olduğunu söyləyir.
Məsələn bacınla və ya yaxın bir yoldaşınla bu mövzunu danış. Yeni bir mühitə girmənin sənin üçün
nə qədər çətin olduğunu səsli bir şəkildə izah et ki, sən də hadisənin fərqinə yaxşıca varasan.
Hətta onlardan kömək istə. Yanındakı yoldaşın ictimai və hər mühitə uyğunlaşan biridirsə,
ondan səni yeni kəslərlə tanış etməsini, başqalarıyla danışarkən söhbəti sənin üçün asanlaşdırmasını xahiş edə bilərsən!
3. Kütləyə qarış !. Əvvəl kiçik, sonra da daha böyük qruplarla ünsiyyətə keç.
Bu şəkildə utancaqlığını məğlub etməyə başladığını, özünü insanlara qarşı daha rahat ifadə edə bildiyini görəcəksən.
4. Fərqini fərq etdir !. Kütləyə qarışmağı bacardın… İndi sıra digər qorxularını məğlub etməyə gəldi. Yanına gələn insanlarla danışacaq bir şeylər tapa bilmirsənsə və səhv bir şeylər söyləməkdən qorxursansa, o zaman söhbəti sən başlat!
Məsələn kitablara marağın çox yaxşıdırsa, "Keçən gün yeni bir kitab oxudum.
O qədər gözəl idi ki, hələ onun təsirindəyəm" deyərək mövzunu aça bilərsən.
Mövzunun irəliləməsi üçün də sual soruşmaqdan çəkinmə!.

Universitetdə olarkən

Tənəffüslərdə otagda oturma. Yanına bir yoldaşını götürərək bufetə get, bağçada gəz.
Səninlə gələcək kimsə yoxdursa da heç əhəmiyyətli deyil. Hamısını tək başına et.
Müəllim sual soruşanda cavabı bilirsənsə, mütləq söz istə. Sözunu unutsan da çaşsan da əhvalını pozma.
Qarşındakı kəslərin də sənin kimi bir tələbə olduqlarını xatırla. Səndən üstün olan nələri var ki?
Dərs əsnasında müzakirə mövzuları olsa, sən də mütləq bir şeylər söylə. Səhv etməkdən qorxma.
Sənə məntiqli gələn şeyi, mütləq başqa biri daha bəyənəcək.

Yoldaşlarla

Görüşərkən hər kəsdən mütləq necə olduqlarını soruş. Hara gedəcəyiniz müəyyən deyilsə,
əvvəldən getdiyin ya da araşdırdığın bir yerin adını söylə və qrupun lideriymiş kimi onları istiqamətləndir.
Kənara keçib susqun oturub yalnız söhbətlərini izləyib gülməklə kifayətlənmə, söhbətə sən də qatıl.
Komik xatirələrini paylaş. Zarafat qabiliyyətini ortaya çıxar.

Partilərdə

"Sıxlıq olmadan gedib yer tapım" deyə düşünmə. Sən içəri girəndə salon dolu olsun. Nə olacaq?
O zaman bütün cəsarətini yığıb başqalarının yanına get və yanlarının boş olub olmadığını öyrən.

Yoldaşların rəqsə qaldırarkən "xeyr" dəmə. Möcüzəli rəqs edə bilməsənsə də heç olmasa alqış edərək onlara yoldaşlıq et.

Masada biriylə tək qalarkən susqunluğunu pozmamaq üçün and içmiş kimi davranma.
Özünə güvəndiyini müəyyən edəcək şəkildə gülümsə və mühit haqqında bir şərh et....


Geri dön

NELLY19

  • 2 avqust 2011 15:15
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
Maraqli melumata gore cox sag ol

sirin1menem

  • 6 mart 2011 19:48
  • Məqalə: 0
  • Şərh: 79
  • Bal:
{awards}
COX SAGOLUN! MEN DE CO TANCAGAM USAGLIGDA ADIMI HEC DEMIRDIM UTANCAGLIGIMDAN AMMA INDI ISE ADIMI HEC OLMASA DEYE BILIREM AMMA YENEDE UTANCAGAM EN COXDA MEKTEBDE VE ISDE UTANCAGAM: MEN SEVERKENDE VAPSEM UTANCAG OLURAM)

--------------------
yalan danisan insanlara yaziqim gelir hele bilmirler, amma cox pesman olacaqlar calisin ne olursa olsun duz danisin cunku bunun ezabini ancaq tek cekeceksiniz!!!

yalan danisan o insandir ki, zarafatca neyise yalan deyirse demeli o artiq yalancidir!!!

lider

  • 26 fevral 2011 23:05
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
TEWEKKURLER.

GUNAHKAR MELEK

  • 15 fevral 2011 16:25
  • Məqalə: 0
  • Şərh: 241
  • Bal:
{awards}
hmmmmm indi tam emin oldum ki utancagam,tesekkur

--------------------
ALDANMA INSANIN GOZELLİYİNE,
GOZELLIK INSANIN DAXILINDEDIR.
XARICI OLSA DA PARLAQ BIR GUNES,
DAXILI BELKE DE ZULMET GECEDIR

nilayka

  • 9 fevral 2011 18:30
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
{awards}
thank you feel

--------------------

bes

  • 9 fevral 2011 17:16
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
{awards}
təşəkürlər inanıram ki bu çox insanara lazımdı

Sara xanım

  • 9 fevral 2011 16:40
  • Məqalə: 0
  • Şərh: 166
  • Bal:
{awards}
Tesekkurler

Yusif

  • 9 fevral 2011 12:26
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
tesekkurler

Ulya

  • 9 fevral 2011 12:17
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
tesekkur edirem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 57
Cəmi: 76

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 59
Cəmi: 235
 
NIGAR
Xəbərləri: 57
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 53
Cəmi: 75
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 24
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 281
 
Lmzade
Xəbərləri: 22
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}