Allahın Sevimli Qulu

 
Allahın Sevimli Qulu


Allahın sevimli qullarından biri bir yuxu görər; yuxusunda özünə belə deyilir: «Səhər olunca, qarşına ilk çıxanı ye, ikinci çıxanı saxla, üçüncü çıxanın diləyini qəbul et, dördüncü gələni üzmə, beşincidən də qaç!» Səhər oldu; çölə çıxdı. Yola qoyulub getdi. Qarşısına bir dağ çıxdı. Bu böyükdağı görüncə çaşdı. Öz-özünə belə dedi: Rəbbim mənə bunu yeməmi əmr etdi. Sonra belə dedi: Rəbbim mənə gücümün çatmayacağı bir şeyi əmr etməz. Onu yeməyə qərar verdi. Dağa doğru getdi. Yaxınlaşdıqca dağ kiçildi. Tam yaxınlaşdığı zaman böyükdağ bir loxmaya çevrilmişdi. Onu tutub yeddi, baldan şirin tapdı. Allaha həmd etdi,getdi. Qarşısına altından bir ləyən çıxdı. Belə dedi: Rəbbim, bunu da saxlamamı əmr etdi. Bir çuxur qazdı, onu basdırdı. Getdi,bir az getdikdən sonra dönüb baxdı. Ləyən torpaq yüzünə çıxmışdı. Geri döndü, təkrar basdırdı. Bir az getdi; baxdı ki, yenə çıxmış bir daha basdırdı, yenə torpaq üstünə çıxdı. Öz-özünə, «Mənəəmr ediləni etdim.» deyərək buraxıb getdi. Qarşısına bir quş çıxdı. Arxasından bir şahin onu qovurdu. Quş ona belə dedi: «Ey Allahın sevimli qulu, məni saxla. Mənə kömək et.» Onu götürdü. Gizlətdi. Arxasından şahin gəldi; belə dedi: «Ey Allahın sevimli qulu, mən acam. Səhərdən bəri də bu quşun arxasındayam. Onu tutmaq istəyirəm. Qismətimə mane olma. Öz-özünə belə dedi: „Üçüncünün diləyini etməm əmri verildi, etdim. Dördüncünü üzməməm əmr edildi. İndi nə edəcəyəm? Bu işə çaşdı. Sonra bıçaq götürdü; öz ayağındanbir parça ət kəsdi, şahinə atdı; o da qapıb qaçdı. Daha sonra quşu azad etdi. Bundan sonra, yoluna davam etdi. İylənmiş bir leş gördü. Onu da buraxıb qaçdı. Axşam olunca bu duanı etdi: “Ya Rəbbi, əmrini yerinə yetirdim. Bu işlərin mənası nə isə mənə bildir.» Daha sonra, yuxusunda belə izah edildi: «Birinci görüb yediyin hirsdir. Əvvəl böyük bir dağ kimi görülər; səbirlə hirs udulsa, baldan şirin olar. İkincisi yaxşı əməlindir. Nə qədər saxlasan saxla; yenə meydana çıxar. Üçüncüsü, sənə buraxılan bir əmanətdir, ona xəyanət etmə. Dördüncüsü budur: Bir insanın sənə bir diləyi çatsa, onu yerinə yetir; istəsə sənə lazım olan bir şey olsun. Beşincisi qeybətdir. İnsanların qeybətini edənlərdən qaç. Şübhəsiz hər şeyi bilən Allahdır.»


Geri dön

MELEY

  • 2 yanvar 2012 23:11
  • Məqalə: 0
  • Şərh: 42
  • Bal:
DOGURDAN COX MARAGLIYDI TWK wink

music_angel

  • 4 sentyabr 2011 16:32
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Yusif

  • 7 fevral 2011 22:27
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Cox maraqli Hekayedi oxuy

Lexikon

  • 7 fevral 2011 00:26
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
twk cox sagol cox maraqlidi.............

Ulya

  • 7 fevral 2011 00:25
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur edirem

YazYamuru

  • 6 fevral 2011 19:54
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
HƏƏƏƏƏ BUDA ÇOOOXX GÖZƏL İDİ TŞK :recourse:

--------------------



nilayka

  • 6 fevral 2011 18:36
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tewekkur edirem gozel xeberdir

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 36
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}