Ümidim, sən də mi gedirsən yoxsa?

 
Ümidim, sən də mi gedirsən yoxsa?



Nə olur?

Nə baş verir neçə vaxtdır?

Nəyin intiqamını alır məndən bu həyat?

Mənim olanları mənə qarşı çevirməklə qalib gələcəyini sanır...

Qəlbim azmış kimi,bu gün ümidim də üz döndərdi məndən,

artıq dərdlərə tab gətirə bilməyən bu yaralı könlümdən...

Ümidim,sənə nə oldu axı?

Qəlbimi aldı məndən həyat.Getdi qəlbim,üz döndərdi məndən,

Onun kimi,qəlbim də xain çıxdı mənə.

Amma sən...

Sən axı ən son ölənsən?

Sən axı ən son gedənsən?

Qəlbim məndən inciyən gündən bəri

Sən qapını açan səhər yelinə söylərdin

dərdimi,həsrətimi,

damarımdan axan qanımla yazdığın,

Məcnun eşqi kimi yarımın dərdindən yanan böyük məhəbbətimi...

Bəs indi nə oldu sənə?

Ümidim, sən də mi gedirsən yoxsa?

Kimdir müqəssir?

Kim o vicdansızın möhnətinə elədi səni əsir?

Kim?

Söylə!!!

Sən də susma qəlbim kimi...

Heç olmasa sən susma.

Tərk eləmə məni,yalvarıram,tərk eləmə.

Axı sən də getsən,mən ümidsiz,

Sanki böyük bir dənizdə gəmisiz,

Bir də nəfəssiz necə yaşayaram?

Neyniyərəm?

Necə bacararam axı mən bu zalım həyatla?


Ümidim, sən də mi gedirsən yoxsa?

Ölmək olmaz,düşmən sağdı hələ!!!

Sağdı qəlbimi məndən küsdürən o vicdansız!

Sağdır hələ də məni bu zalım həyatın ağuşuna

çəkinmədən atan alçaq!

Sağdır hələ də bu hicran küləyinə dözməyib sönən o eşq alovunun sahibi.

Axtarıram illərdi hər sətirdə onu...

Axtarıram hər gün,hər yerdə o zalımı.

Ona görə yox ki,ümidim,onu bağışlayım.

Ona görə axtarıram onu ki,üzünə son dəfə baxıb,

Ona sən qorxaqsan!Sən alçaqsan!Sən qəlbimi məhv eləyən bir düşmənsən!

Sən sağ olduqca mənə ölüm yoxdu!!! Deyim...

Ümidim, sən də mi gedirsən yoxsa?

Beləcə nifrətimi deyəcəm ona,öldürəcəm onu baxışlarımla.

Yandıracam onun da qəlbini sözlərimlə.

Qoy onu da tərk eləsin qəlbi,ümidi.

Qoy çəksin çəkdiklərimi.

Yox düşmən sağdır hələ,ölmək olmaz.

Artıq nakam olmuş məhəbbətimin sirrini axtararkən,

Bir də sən belə eləmə mənə.

Tərk eləmə məni ümidim.

Axı sən kömək olmalısan mənə bu anımda.

Sən arxa-dayaq olmalısan mənə ki,bu sözləri onun üzünə

Bir sillə kimi vurum!

Getmə,sən də qəlbim kimi tərk eləmə məni.

GETMƏ...


Ümidim, sən də mi gedirsən yoxsa?

Ya öldür,ya da get deyə bilmirəm.

Çünki əvvəl onu öldürəcəm nifrətimlə,sonra gedəcəm bu həyatdan.



Yox öldür deyə də bilmərəm...

Ölmək olmaz,düşmən sağdır hələ...



Sən bağışla məni heç olmasa,

Sən bağışla məni qəlbim bağışlamasa da...

Sən bağışla sənə bu əzabı çəkdirdiyimçün...

Bağışla onu unuda bilmədiyimçün...

Ümidim, sən də mi gedirsən yoxsa?

Son dəfə yalvarıram sənə ümidim,getmə...

Axı sən ən sön ölənsən?

Axı sən ən son gedənsən?

Tək qoyma məni,sən də



GETMƏ.
.
.


Geri dön

tunar_mamedov

  • 5 may 2011 14:09
  • Məqalə: 0
  • Şərh: 258
  • Bal:
dogrudan maraqli meqaledi...) twk

_RONALDO_

  • 28 fevral 2011 18:30
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
gozel weire gore cox sagolun

--------------------

Yusif

  • 7 fevral 2011 22:09
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
Gozel xeberdi Zovqlu hemde Twk

CandyGirl

  • 7 fevral 2011 20:17
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
cox sagol...........

--------------------

gul_93

  • 7 fevral 2011 16:07
  • Məqalə: 56
  • Şərh: 1867
  • Bal:
{awards}
tewekur love

nilayka

  • 7 fevral 2011 08:49
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
cox twk superdi

--------------------

Ulya

  • 7 fevral 2011 00:39
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
coox sagol.xowuma geldi

sevgi_meleyim.

  • 7 fevral 2011 00:13
  • Məqalə: 17
  • Şərh: 549
  • Bal:
{awards}
Tsk maraqli yazi ucun.

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.

Made_In_Bakinka

  • 7 fevral 2011 00:01
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
tesekkurler maraqli yazidir

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 36
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 14
Cəmi: 105
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
Sol Meleyim
Xəbərləri: 6
Cəmi: 21
 
MiSS HaPPy)
Xəbərləri: 5
Cəmi: 14
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
nevroz
Xəbərləri: 1
Cəmi: 174
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Pəri
Xəbərləri: 1
Cəmi: 225
 
 
{slinks}