O gəlmədi

 
O gəlmədi

Bu gün bir həqiqəti anladım.

Bu gün həyat mənə bir dərs verdi.

Başa saldı mənə xoşbəxtliyin nə olduğunu...

Mən necə səhv anlamışam məgər xoşbəxtliyi...

Sevinc sanmışam dərdini,

Keçər demişəm,sən demə keçməzmiş...

Gələr demişəm,gözləmişəm onu...

Sən demə gəlməzmiş...

Məni tək qoyub gedərmiş sevgim,amma gəlməzmiş...

Həyat belədi...

Biz çox vaxt dərsi keçirik,sonra imtahan olunuruq.

Amma həyat belə deyil...

Bəzən əvvəl imtahana girirsən, sonra imtahandaca həyat dərsi alırsan...

O gəlmədi

Mən də belə öyrəndim dərsimi.

Əvvəl xoşbəxtliyi əldə elədim.

Mənim oldu xoşbəxtliyim...

Sonra bir gün getdi.

Sabah görüşərik dedi...

Sabah gəldi...

O isə gəlmədi.

Səhər tezdən oyandım.

Xoşbəxtliyimi gözlədim.

Fincana çay tökdüm bir az fikrim buna getsin deyə.

Fincandaki çaydan qalxan buxar kəsildi...

Amma o gəlmədi.

Neçə dəfə sildim gözlərimin yaşını?

Neçə dəfə fikirlərim düyün-düyün oldu?

Neçə dəfə çıxdım ki, baxım yola,

Bəlkə gələr deyə...

Təskinlik verdim özümə...

Onu mən əldə eləmişəm,

O
mənim xoşbəxtliyimdi.Ancaq mənim.

Mütləq gələcək...

Amma o gəlmədi...

Pəncərədən düşən işıq divardan döşəməyə endi.

O gəlmədi.

Artıq sinəmdə ürəyim şiddətlə döyünməyə başladı.

Başım fırlanmağa başladı.

Necə yəni?O axı söz vermişdi?

Yox!Mütləq gəlməlidi!

Of,gözlərim neçə saat dikildi onun gələcəyi qapıya...

Niyə gəlmir?

Gözlədim bütün gün.

Amma o gəlmədi.

Artıq pəncərədən divara düşən işıq

qalxdı yavaş-yavaş döşəmədən.

Dişlərmi sıxıb dözdüm bu anlara.

Amma o gəlmədi.

Buludlarda yanan sonuncu işartılar da söndü...

Gəldi yalnızlığı yenidən mənə gətirən ulduzlar...

O isə gəlmədi.


O gəlmədi

Artıq qaranlıqda qərq oldu ümidlərim...

Çiçək açdı intizarım...

Qəlb torpağımda yenidən bitdi deyəsən yalnızlıq gülüm...

O gəlmədi...


Artıq razı olmalıydım bu həqiqətlə...

Xoşbəxtliyim gəlmədi.

Demək heç gəlməyəcək...

Demək haqqım yoxdu xoşbəxtliyə...

Yenə əvvəlki kimi...

Yenə yalnızlıq...Yenə Onsuzluq...

Hər döyülən qapının arxasında yenə onu gözlədim...

Bir ümiddir deyə...Bəlkə deyə...Bəlkə...

İsti ocaq başında mum kimi əridi təsəlli dəqiqələri...

Ömür getdi...

Günlər ağlı-qaralı düzüldü həyatın gözəgörünməz sapına...

Artıq...

Son nəfəsimi verirəm bu gün...

Yenə yoxdu xoşbəxtlik... Onsuz vida eliyirəm həyata...

Qram xoşbəxtlik olmadan.

Daha nəyə lazımdı ki? Heç gəlməsin...

Bu ömrü ki mənə belə yaşatdı o, indi heç gəlməsin, istəmirəm...

O gəlmədi

Ah,qaralır gözlərim...

Gecə mi düşdü yoxsa?

Aha vaxtdı dedi biri mənə...gedirik...

Əlvida həyat...

Əlvida mənə dərddən başqa heç nə verməyən həyat...

Əlvida...


Xoşbəxtlik kədərlə yaşayanların dilinə tərcümə olunmayan bir dildir.

Bəzən onun bütün hərflərini əzbərləyib,o dili sərbəst danışırsan...

Bəzən də mənim bu kədərlə ömrünü başa vuran qəhrəmanım kimi bir çiçəktək solub gedirsən bu dili öyrənmədən.

Danışırlar bu dildə sənlə...Amma bu dili bilmirsən axı?Necə danışısan?Necə cavab verəsən onlara?



Amma hər nəfəsdə bunu deyin

--Ölmək olmaz,düşmən sağdır hələ...—


İnanın,bu cümlə sizə təskinlik verəcək...İnsanlardan heç nə ummayın.Onsuz da kömək eləməyəcəklər.


Geri dön

LOVE IS DEAD

  • 7 fevral 2011 22:07
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
eh eh

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

Yusif

  • 7 fevral 2011 21:55
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Of,gözlərim neçə saat dikildi onun gələcəyi qapıya...

Niyə gəlmir?

Gözlədim bütün gün.

Amma o gəlmədi.

Artıq pəncərədən divara düşən işıq

qalxdı yavaş-yavaş döşəmədən.

Dişlərmi sıxıb dözdüm bu anlara.

Amma o gəlmədi.

Buludlarda yanan sonuncu işartılar da söndü...

Gəldi yalnızlığı yenidən mənə gətirən ulduzlar...

фея

  • 7 fevral 2011 21:27
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
ela yazidi cox saqol

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

CandyGirl

  • 7 fevral 2011 20:09
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
xebere gore tesekkur

--------------------

nilayka

  • 7 fevral 2011 16:42
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
winked twk

--------------------

gul_93

  • 7 fevral 2011 15:59
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
tewekurler

Nili

  • 7 fevral 2011 13:05
  • Məqalə: 0
  • Şərh: 162
  • Bal:
{awards}
prosta superdi thanks

--------------------
я щиринка

Ulya

  • 7 fevral 2011 12:52
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox beyendim yazini

_JeLiBoN_

  • 7 fevral 2011 12:46
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
{awards}
Gelmedi gelmedide tesekkurler qeseng yazidir

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 49
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}