Az olmayıb sənin üçün darıxdığım

 
Az olmayıb sənin üçün darıxdığım

Az olmayıb sənin üçün darıxdığım...
Son təsəllim bu olub ki,sağsan...varsan.
Mənim kimi durmamısan illərin yol ayrıcında
Ayrılığı dadmamısan...
Hicran zülmü qarşısında qəzəbini udmamısan...
Dərd – qəm səndən uzaq olub
Hamısı mənə qonaq olub...
Az olmayıb sənin üçün darıxdıqım...
Mən hər gecə zülmətlərin sükut dolu nəgməsini dinlədikcə
Sənə bir vaxt demədiyim kəlmələri xəyalına söyləmişəm
Cavabını gözləmişəm...
Dilsiz xəyal...cansız xəyal...
Bütün gecə lal olub lal...
Az olmayıb sənin üçün darıxdığım...
Sən mənə bəxş eyləmisən təkliyimi
Bəlkə qanın qaralardı...
Bəlkə bir az xoşbəxtliyin azalardı
Bilsəydin ki, bu aylarda sənsiz nələr çəkdiyimi...
Nə yaxşı ki, bilməmisən
Qismətinə Allah yazan səadəti
Bir miskinin xətri üçün bölməmisən...
Fələk tale bölgüsünü aparmayıb ədalətlə
Ayrı düşüb mizrabından könül simi
10 ay qabaq salamıma cavab olan təbəssümü
Bu günəcən işlədirəm qənaətlə...
Bu şerimi sən oxuma...
Oxuduqca məhəbbətdən dağ-dağ olmuş sevən qəlbi
“Ah” dumanı zəbt eləyər aram-aram
Mənə vaxt ver...qoy bir az da fikirləşim
Mən səninçün səadətdən,xöşbəxtlikdən yazacağam...


Geri dön

Yusif

  • 8 fevral 2011 18:47
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
Tşk əla şerdi

Grace_Angel

  • 8 fevral 2011 18:11
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler gozel ve maraqli seir ucun...

--------------------

Ulya

  • 8 fevral 2011 17:40
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
winked

sevgi_meleyim.

  • 8 fevral 2011 17:36
  • Məqalə: 17
  • Şərh: 551
  • Bal:
{awards}
Tsk Seir supeeerrrr. Yazan ellerin derd gormesin InseAllah. smile

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.

nilayka

  • 8 fevral 2011 17:28
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
twk ilk serh menden

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}