Bilmirdim

 
Bilmirdim

Ürəkdə inləyən bir dilək kimi
Dodaqlar susaraq danışmır daha.
Tanrıdan sapınan bir mələk kimi.
Sən böyük bir səhvlə batdın günaha.

Məni həyatından hey qova-qova.
Yox oldu hisslərim, puç oldu andım.
Sevən ürəyimi atıb alova.
Sən məni danmaqla özünü dandın.

Budur iblislərin namərd xisləti
Göründün gözümə mələk donunda.
Sonra məhv etdiyin bir məhəbbəti.
Acı göz yaşımla dəfn etdim onda.


Və mən də mələyi sevdim dəlicə
Və mən də mələyə belə inandım.
Sən isə iblis tək hər an gizlicə,
Ömrümdən illəri oğurlayırdın.


Indi düşünürsən qəlbimdən çıxıb,
Daha ürəyimi ağrıtmır adın?
Bu nankor dünyada bir pillə qalxıb
Sən məni özünə sığışdırmadın?

Bilmirdinmi dünya çərxi fələkdir?
Bu gün mən qışamsa, sabah baharam?
Bilmirdinmi bir gün keçib yanından
Mən səni özümə sığışdırmaram?


Mən onda məhv olan sevgiyə deyil
Taleyin verdiyi qəmə əyildim
Haqlısan sevgilim, sənə sığmadım
Sənə sığmaq üçün kiçilməliydim.


Geri dön

::..ONSLAUGHT::..

  • 11 mart 2011 23:25
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
gozel weirdi tewekkur edirem

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 3 mart 2011 20:15
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkur...............

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Yusif

  • 8 fevral 2011 18:48
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Gozel Xeebre Gore twk

Ulya

  • 8 fevral 2011 17:39
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
winked

sevgi_meleyim.

  • 8 fevral 2011 17:29
  • Məqalə: 17
  • Şərh: 551
  • Bal:
{awards}
Mən onda məhv olan sevgiyə deyil
Taleyin verdiyi qəmə əyildim
Haqlısan sevgilim, sənə sığmadım
Sənə sığmaq üçün kiçilməliydim.

Cox tesirlendim. Tsk.

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.

nilayka

  • 8 fevral 2011 17:13
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
very beautiful thanks

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 44

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}