Bu gün anamiz Fatimey-Zehra(s.ə)ad günüdür.

 
Bu gün anamiz Fatimey-Zehra(s.ə)ad günüdür.

Xanimlar xanimi Fatimeyi-Zehra(s.ə)nin mübarək Movludu münasibətilə,başda İmam Zaman(ə.s)aga olmaqla,bütün mömünləri o cümlədən analarimizi və bacilarimizi TƏBRİK EDİRƏM.


Elə şəxsiyyətlər var ki, onların məqamını olduğu kimi vəsf etmək mümkünsüzdür. Fatimeyi-Zəhra (s.ə) da onlardan biridir. Ona görə də, qısa da olsa, o həzrətin məqamı haqqında məlumatı təkcə, təkcə məsumların (ə) kəlamında araşdıracağıq. Əlbəttə, xatırlatmaq lazımdır ki, bu yazılar yalnız və yalnız o dəryanın fəzilətlərindən bir damladır.
1. Fatimeyi-Zəhra (s.ə) imam Əlinin (ə) baxışında
Həzrət Əli (ə), Müaviyənin əməvilərə istinad etdiyi əsassız iddialarının cavabı olaraq bir məktubda yazdı: "...cənnət cavanlarının iki ağası bizdəndir, səbiyyətun-nar (nəsibi od olan uşaqlar) sizdən. Dünya qadınlarının ən yaxşısı bizdəndir, həmmalətul-hətəb (cəhənnəm əhli üçün odun daşıyan) sizdən...”
Sonra öz şerindən bir parça xatırladaraq buyurur: "Mən Fatimə (s.ə) və övladlarını salamlayıram! Həmçinin Fatiməni (s.ə) mənimlə evləndirdiyindən Allah Rəsuluyla (s) fəxr edirəm.”
2. Fatimeyi-Zəhra (s.ə) imam Həsənin (ə) baxışında
İmam Həsən (ə) çox yerdə anası haqqında danışıb. O cümlədən, Fatimə (ə.s) haqqında buyurub: "Bir gecə anamı mehrabda namaza durduğunu gördüm. Günəş çıxanadək rüku və səcdə halında idi. Qonşulardan bir-bir kişi və qadınların adını deyərək onlara dua etdi, lakin özü üçün bir şey istəmədi. Ərz etdim: "Anacan! Başqalarına dua etdiyin kimi, niyə özünə də, dua etmirsən?” Buyurdu: "Öncə qonşu sorna ev.”
3. Fatimeyi-Zəhra (s.ə) imam Hüseynin (ə) baxışında
Aşura günü düşmən ordusu imam Hüseyni (ə) əhatəyə aldıqda İmam (ə) müfəssəl bir xütbə buyurdu: "Məni ölüm və zillət seçimi arasında qoyublar. Amma mən heç vaxt özümü alçaqlığa tabe etmərəm. Allah və Rəsulu (s) məni bu işdən çəkindirir. Həmçinin pak və təmiz insanlar, onu qəbul etməyimə icasə verməzlər.”
Bir sözlə, imam Hüseynin (ə) xütbəsində, onun Faimeyi-Zəhranın (s.ə) prinispinə əsaslanması məlumdur.
4. Fatimeyi-Zəhra (s.ə) imam Səccadın (ə) baxışında
İmam Səccad (ə) buyurub: "Qiyamət baş verdiyi zaman, carçı car çəkərək belə deyəcək: - Bu gün qorxmayın və kədərlənməyin. - Hamı bu ümumi bağışlanmadan başlarını qaldırar. Fatimeyi-Zəhra (s.ə) məhşərə daxil olan zaman deyiləcək: - Əhli-beyti (ə) sevənlərdən başqa ayələrimizə iman gətirənlər və müsəlman olanlar hamısı başlarını aşağı salsın. O zaman Muhəmmədin (s) qızı həzrət Fatimeyi-Zəhranın (s.ə) kimiliyi məılum olar. O, və ətrafında olanları cənnətə doğru gedərkən Allah bir mələyi onun yanına göndərib deyəcək:
- Məndən hacətini istə! Fatimə (s.ə) ərz edəcək:
-Ey Allah! Mənə və mənim övladlarıma kömək edənləri bağışla”.
5. Fatimeyi-Zəhra (s.ə) imam Muhəmməd Baqirin (ə) baxışında
Bir hədisdə, imam Muhəmməd Baqir (ə) buyurur:
"And olsun Allaha! O gün (qiyamət günü) Fatimə (s.ə), öz şiələrini və dostlarını yaxşı dəni pis dəndən ayıran bir quş kimi, camaat arasından ayırıb (özüylə cənnətə aparacaq).
6. Fatimeyi-Zəhra (s.ə) imam Cəfər Sadiqin (ə) baxışında
Başqa bir hədisdə Seyid Haşim Bəhrani imam Sadiqdən (ə) belə nəql edir:
"Heç bir peyğəmbərin peyğəmbərliyi, Fatimənin (s.ə) fəzilətini təsdiqləmədən və ona məhəbbət bəsləmədən kamil olmadı”. Həmçinin "İnna ənzəlnahu fi ləylətil-qədr” ayəsi haqqında buyurub: "Ləyl”-də məqsəd Fatimə (s.ə) və "Qədr”-də məqsəd Allahdır. Hər kəs Fatiməni (s.ə) olduğu kimi tanısa "ləylətil-qədr”-i dərk edibdir”.
7. Fatimeyi-Zəhra (s.ə) imam Musayi Kazimin (ə) baxışında
İmam Kazim (ə) buyurur:
"Həqiqətən Fatimə (s.ə) Siddiqə və Şəhidədir”.
8. Fatimeyi-Zəhra (s.ə) imam Rzanın (ə) baxışında
İmam Rza (ə) öz ata-babasından, onlar da Peyğəmbərdən (s) nəql edirlər ki, Əli (ə) və Fatimənin (s.ə) nigahından sonra Allah təala buyurdu: "(Ey Rəsulum!) Əlini (ə) yaratmasaydım yer üzündə qızın Fatimə (s.ə) üçün həyat yoldaşı tapılmazdı.”

9. Fatimeyi-Zəhra (s.ə) imam Cavadın (ə) baxışında
Zəkəriyya ibn Adəm nəql edir:
"İmam Rzanın (ə) hüzurunda idim ki, dörd yaşında olan imam Cavad (ə) içəri daxil oldu. Əyləşldi, əllərini yerə qoyub başını göyə qaldırdı, uzun fikrə daldı. İmam Rza (ə) buyurdu: Canım sənə qurban olsun, nə üçün fikrə dalmısan?” Cavab verdi: "Anam Fatimeyi-Zəhraya (s.ə) olunan zülümlərə gorə”.

10. Fatimeyi-Zəhra (s.ə) imam Hadinin (ə) baxışında
İmam Hadi (ə) həzrət Siddiqeyi-Tahirəyə (s.ə) Fatimə adının verilməsinin səbəbini peyğəmbərdən (s) belə nəql edir: "Qızım Fatiməyə (s.ə) bu adın verilməsinin səbəbi Allahın onu və dostlarını oddan uzaq etməsidir”.

11. Fatimeyi-Zəhra (s.ə) imam Həsən Əskərinin (ə) baxışında
İmam Həsən Əskəri (ə), imam Əlidən (ə) o da, Peyğəmbərdən (s) belə nəql edir. "Allah, Adəm və Həvvanı yaratdıqdan sonra onlar orada özləriylə fəxr edirdilər. Adəm (ə) Həvvaya dedi:
-Allah bizdən yaxşı heç bir məxluq yaratmayıb. Allah Cəbrailə (ə) buyurdu:
-"Bu iki bəndəmi Firdovs cənnətinə apar!” Onlar Firdovsa daxil olduqda, əynində cənnət paltarı, başında nur saçan bir tac və qulağında parlayan sırğa asılmış, üzünün nuru cənnəti nurlandıran bir xanımı gördülər. Həzrət Adəm (ə), Cəbrailə dedi:
-"Sevimlim Cəbrail, gözəlliyi ilə cənnəti nurlandıra bu xanım kimdir?” Cəbrail dedi:
-"Sənin nəslindən, axırzamanda gələcək sonuncu peyğəmbərin qızı xanım Fatimədir (s.ə). Adəm (ə) dedi:
-"Başındakə tac nədir?”. Cəbrail cavab verdi:
-"Həyat yoldaşı Əli ibn Əbutalib”. Adəm (ə) dedi:
- "Qulağındakı iki sırğa nədir?”. Cəbrail cavab verdi:
-"İki övladı Həsən (ə) və Hüseyndir (ə)”. Adəm dedi:
-"Onlar məndən öncə yaranıblar?”. Cəbrail cavab verdi:
"Bəli, onlar dör min il sən yaranmazdan öncə Allahın gizli elmində var idi”.
12. Fatimeyi-Zəhra (s.ə) imam Mehdinin (ə) baxışında
İmam Mehdi (ə.c) buyurub:
-"Allah Rəsulunun (s) qızı Fatimə (s.ə), örnək və ən gözəl ülgüdür.” Dünyanı zühuru ilə dəyişən İmam Zaman (əc.), həzrət Fatimeyi-Zəhranı (s.ə) özünün praktiki və qanun örnəyi sayır. Bu kəlmada da, aləmlər xanımı həzrət Zəhranın (s.ə) uca məqamı məlum olur.


Geri dön

Biqeyrət....

  • 6 may 2014 11:26
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
"İmam Rzanın (ə) hüzurunda idim ki, dörd yaşında olan imam Cavad (ə) içəri daxil oldu. Əyləşldi, əllərini yerə qoyub başını göyə qaldırdı, uzun fikrə daldı. İmam Rza (ə) buyurdu: Canım sənə qurban olsun, nə üçün fikrə dalmısan?” Cavab verdi: "Anam Fatimeyi-Zəhraya (s.ə) olunan zülümlərə gorə”.

Roya_____

  • 5 may 2014 17:47
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

^^FiDaNKa^^

  • 4 may 2014 17:19
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
Allah razi olsun

➰__Ýųśíf__➰

  • 1 may 2014 01:22
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
Allah razı olsun

✰ღMouRnfuL GirLღ✰

  • 27 aprel 2014 04:55
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
çσσχ ѕαğσℓυη мəqαℓəуə göяə...!!!

--------------------

2-ci kurs telebesi

ヅ s a y k a. ヅ

  • 23 aprel 2014 15:31
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥Sayka♥


✰Razinka✰

  • 21 aprel 2014 20:57
  • Məqalə: 19
  • Şərh: 1202
  • Bal:
{awards}
TESEKURLER SUPERDI.....................

Banned456

  • 21 aprel 2014 13:25
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun

PSIXOPATKA

  • 21 aprel 2014 00:22
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
XEBERE GOREDE TWK...

--------------------

prosta barbi

  • 20 aprel 2014 22:25
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
coxxxx tewekkur........ALLAH RAZI OLSUN

☆♡sen ve men♡☆

  • 20 aprel 2014 21:41
  • Məqalə: 9
  • Şərh: 509
  • Bal:
{awards}
Allah razı olsun

Sweet_Girl_99

  • 20 aprel 2014 21:34
  • Məqalə: 2
  • Şərh: 162
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Eləsini axtarırıq onunla yaşaya bilək,onsuz yaşaya bilməyəcəyimizə rast gəlirik

MiniK_KuŞ

  • 20 aprel 2014 21:28
  • Məqalə: 7
  • Şərh: 261
  • Bal:
{awards}
TeBriK EdiReM..Teşekkürler..

^^FiDaNKa^^

  • 20 aprel 2014 21:12
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
Allah razi olsun Tewekkurler xebere gore..

sessiz deniz

  • 20 aprel 2014 20:59
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunnnnnnnnn

__MB__

  • 20 aprel 2014 19:55
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
Allah razı olsun

Qaska_Quli

  • 20 aprel 2014 19:42
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Allah razi olsunnnnnnnnn

--------------------

sessiz deniz

  • 20 aprel 2014 19:33
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsun

✰Dгeaм✰

  • 20 aprel 2014 19:19
  • Məqalə: 704
  • Şərh: 16042
  • Bal:
{awards}
Butun muselmanlari tebrik edirem...

kemale135

  • 20 aprel 2014 18:56
  • Məqalə: 0
  • Şərh: 26
  • Bal:
{awards}
tesekkurler

--------------------
kemale135

♛WøøWøøWøøW♛

  • 20 aprel 2014 18:50
  • Məqalə: 206
  • Şərh: 1523
  • Bal:
{awards}
Meqaleye Gore 7wk

--------------------

ヅ s a y k a. ヅ

  • 20 aprel 2014 18:27
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥Sayka♥


♔ Rapuиzel ♔

  • 20 aprel 2014 18:27
  • Məqalə: 333
  • Şərh: 7142
  • Bal:
{awards}
Allah razi olsun... wassat

--------------------

Beautiful_Love

  • 20 aprel 2014 18:26
  • Məqalə: 1
  • Şərh: 84
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
"GÖZ "seviləni axtarar" SOHBET "Sevilenle edilər" DUA "sevilənə edilir" YUXU "Sevilen üçün qaçar" DÜNYA "Sevilenle cənnət olar"...

^^YeRaZKa MeLeK^^

  • 20 aprel 2014 18:20
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

✰BeAuTiFuL✰

  • 20 aprel 2014 17:47
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun

jasmin022

  • 20 aprel 2014 17:41
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

ヅ Bad Girl ヅ

  • 20 aprel 2014 17:34
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

★Fi El★

  • 20 aprel 2014 17:03
  • Məqalə: 5
  • Şərh: 564
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

mariana

  • 20 aprel 2014 16:46
  • Məqalə: 9
  • Şərh: 834
  • Bal:
{awards}
Allah razi olsun............ sad

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 37
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 30
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}