II Yelizaveta

 
II Yelizaveta

Yelizaveta York hersoqu, gələcək Böyük Britaniya kralı VI Georqun (1895—1952) və ledi Yelizaveta Bouz-Layonun böyük qızıdır (1900—2002). Onun baba və nənələri: ata tərəfdən Böyük Britaniya kralı V Georq (1865—1936) və kraliça Mariya Tek (1867—1953), ana tərəfədən Stratmor qrafı Klod Corc Bouz-Layon (1855—1944) və Sesiliya Bouz-Layondur (1883—1961).

Əmisi VIII Eduard hakimiyyət iddiasından rəsmi əl çəkəndən və atası 1936-cı ilin dekabrında taxt-taca sahib olandan sonra 10 yaşlı Yelizaveta vəliəhd olur və valideynləri ilə birlikdə Kensinqtondan Bukingem sarayına köçür.

Gələcək kraliça xoş əhval-ruhiyyəli atmosferdə böyüyüb. O, ailə şəraitində mükəmməl şəxsi təhsil alıb. Uşaqlıqdan hər şeylə maraqlanıb. Ən çox atlara maraq göstərib, bu maraq indi də qalmaqdadır.

İkinci dünya müharibəsində o könüllü kimi hərbi taksi sürücüsü işləyib. Çünki, kral ailəsi ölkənin müdafiəsində birbaşa iştirak etməli idi. 1947-ci ildə isə Yelizaveta Böyük Britaniya müstəmləkələrinə ilk səfərini edir.

13 yaşında Yelizaveta Dortmut hərbi-dəniz məktəbinin kadeti, kraliça Viktoriyanın kötücəsi, şahzadə Andrey Qreçeskinin oğlu Filip Mauntbettenlə tanış olur. 1947-ci ildə onunla ailə həyatı qurur və Filip Edinburq hersoqu titulunu alır. Onların dörd övladı vardır: şahzadə Çarlz, şahzadə Anna, şahzadə Endrü və şahzadə Eduard.

1949-ci ildə atası VI Georq yeni yaradılan Millətlər Birliyinin ilk sədri olur və ora daxil olan ölkələrin konstitusiyalı monarxı hesab edilir. Birlik Böyük Britaniyanın keçmiş müstəmləkərindən təşkil edilir və yeni müstəqil dövlətlərin azad ittifaqı elan olunur. Birliyə o dövrdə aşağıdakı dövlətlər daxil idi: Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika İttifaqı, Pakistan və Seylon.

6 fevral 1952-ci ildə Yelizaveta həyat yoldaşı ilə Keniyada olarkən, atası vəfat edir və o kraliça elan edilir. 1953-ci ildə o rəsmi şəkildə taxt-taca sahib olur və mərasim tarixdə birinci dəfə televiziya ilə translyasiya olunur. O eyni zamanda atasının yerinə Millətlər Birliyinin də sədri seçilir. Özünün 58 illik hakimiyyəti dövründə o müstəqillik qazandıqca Millətlər Birliyinə daxil olan 25 ölkənin dövlət başçısı olub. 1956-cı ildən 1992-ci ilədək onun başçısı olduğu dövlətlərin təqribən yarısı Birlik üzvü kimi qalsalar da respublika üsul-idarəsini seçdilər (məsələn, Cənubi Afrika, Pakistan, Şri-Lanka).

Kraliça Yelizaveta ancaq dövlət başçısı kimi təmsilçilik rolu oynasa da, öz şəxsi nüfuzu ilə ölkənin siyasətinə müəyyən qədr təsir edə bilir. Hakimiyyətinin ilk illərində hakim partiyada qəbul edilən lider olmayanda o baş nazirin kimliyi məsələsində də rol oynayırdı.


Kraliça Mariya nəvələri Yelizaveta və Marqarita ilə, 1937-ci il.Kraliça bütün baş nazirlərlə diplomatik münasibətlər saxlayır. Bununla belə, Marqaret Tetçerin hakimiyyəti dövründə onunla bir qədər gərgin münasibətləri var idi. Ona Tetçerin müəyyən qədər "kralsayağı" idarəetməsi xoş gəlmirdi. Onlar arasında hökumətin Cənubi Afrika Respublikasının o dövrdəki aparteid siyasətini müdafiə etməsi məsələsində fikir ayrılığı var idi. II Yelizaveta hesab edirdi ki, Tetçerin CAR rəhbərliyini müdafiə etməsi Böyük Britaniyanın bu siyasəti bəyənməyən Afrika ölkələrinə təsirini azalda bilər. Bütün bunlara baxmayaraq o həmişə siyasi çəkişmələrdən kənarda qalmağa üstünlük verir.

1992-ci il II Yelizaveta üçün ağır il oldu. Kraliçanın ailəsinin nüfuzuna şahzadə Çarlzın, şahzadə Annanın və şahzadə Endrünün ailələrindəki söz-söhbət və hər üçünün boşanma prosesləri ciddi təsir etdi. Həmçinin, böyük yanğın Vindzor sarayının bir hissəsini məhv etdi. Onun şahzadə Diananın 1997-ci ilin avqustunda faciəli ölümünə sakit yanaşması və beş gün milli matəm günlərində kral ailəsinin saraydan kənara çıxmaması britaniyalıların əksəriyyətinin xoşuna gəlmədi. Ailə ictimaiyyət qarşısına Diananın dəfnindən bir gün əvvəl çıxdı, ancaq bununla belə Britaniya mətbuatının kəskin tənqidinə məruz qaldı.

Buna baxmayaraq, Yelizavetanın ictimai rəydə nüfuzu yenə də böyükdür. Onun taxta çıxmasının gümüş və qızıl yubileyləri 1977-ci və 2002-ci illərdə həm Böyük Britaniyada, həm də dünyada təntənə ilə qeyd edilmişdir. Hal-hazırda onun 2012-ci ildəki 60 illik yubileyinə ciddi hazırlıq gedir. Onun aprel ayında anadan olmasına baxmayaraq ənənəyə uyğun olaraq geniş keçirilməsi üçün ilin yaxşı hava olan dövründə, iyun ayının üçüncü şənbə günü qeyd edilir.


Geri dön

only-girl

  • 1 aprel 2011 23:54
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
maraqli xeber idi twk

--------------------

LOVE IS DEAD

  • 7 fevral 2011 22:09
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
twk

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

Yusif

  • 7 fevral 2011 21:58
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Maraqli Deyil Xebere Gore Twk

Maraqli Deyil Xebere Gore Twk

CandyGirl

  • 7 fevral 2011 20:09
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
xebere gore tesekkur

--------------------

heyasiz204

  • 7 fevral 2011 14:15
  • Məqalə: 27
  • Şərh: 1200
  • Bal:
{awards}
COX GOZEL VE MARAQLI XEBERDI TEWEKKUR wink

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

Damla_Damla

  • 7 fevral 2011 13:44
  • Məqalə: 31
  • Şərh: 92
  • Bal:
{awards}
MARAQLI XEBER IDI[color=#6633FF][/color]

--------------------

Nili

  • 7 fevral 2011 13:06
  • Məqalə: 0
  • Şərh: 162
  • Bal:
{awards}
onun haqqinda melumatim var idi

--------------------
я щиринка

Ulya

  • 7 fevral 2011 12:51
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
xebere gore twk

gul_93

  • 7 fevral 2011 11:51
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
maraqli idi tewekur

nilayka

  • 7 fevral 2011 11:28
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
maraqli xeber idi twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 17
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}