Aşıq Alı

 
Aşıq Alı

Aşıq Alı (1801-1911) - XIX əsr Azərbaycan aşıq şerinin ustadlarındandır. 1801-ci ildə Göyçə mahalının Qızılvəng kəndində dünyaya gəlib. 16-17 yaşlarından aşıqlıq etməyə başlayıb və qısa zaman içində məşhurlaşıb.

Aşıq Alının çoxlu sayda şagirdi olub. Onlardan ən tanınmışı XIX əsr Azərbaycan aşıq şerinin böyük ustadlarından biri Aşıq Ələsgərdir. Rəvayətə görə müəllim-tələbə günlərin bir günü bir məclisdə deyişmişlər və aşıq Alı Ələsgərə məğlub olmuşdur. Bir başqa rəvayətə görə aşıq Alı sazını tələbəsinə hədiyyə etmək üçün qəsdən Ələsgərə yenilmiş, Ələsgər isə sazı götürməyib "Bir şəyird ki ustadına kəm baxar, Onun gözlərinə ağ damar, damar" demişdir.

Alı milli mədəniyyətimiz tarixində Aşıq Ələsgərin ustadı kimi tanınsa da, onun özü də çox azman ruhlu, coşqun təbli sənət fədaisi imiş. Ustadı Aşıq Allahverdi(Ağ Aşıq) də onu bütün şagirdlərindən daha artıq, öz oğlu kimi sevirmiş və bir şerində onun haqqında belə deyib:

Mahalımın şah tavarı,
Alqış sənə, Aşıq Alı.
Saldın kəməndə Yığvalı,
Alqış sənə, Aşıq Alı.


Ustadıyın üzü ağdı,
Zəkiyə çəkdiyin dağdı.
Oğul, müjdəm xub soraqdı,-
Alqış sənə, Aşıq Alı.


Duraxan da gəldi dada,
Əsməri də saldın oda.
Ağ Aşığın bu dünyada
Şöhrətisən Aşıq Alı,
Alqış sənə, Aşıq Alı.


Burada Alının Türkiyə (Şərqi Anadolu) səfəri nəzərdə tutulur ki, həmin səfərdə o, Yığval (İqbal) və Zəki kimi tanınmış saz-söz sənətkarları ilə deyişərək, onları bağlayıb. Qayıdarkən səfər yoldaşı, ustad Aşıq Duraxandan ayrılan Aşıq Alı Qorçu Əsədlə Quldar Baydar adlı kəndə gəlir və orada Əsmər xanımla deyişib, onu da bağlayır. Əsmər xanım Alıya "böyük nəmər" (pul və hədiyyə) verərək onunla evlənməyi təklif edir. Lakin Aşıq Alı ilqarından dönmür.

Aşıq Alının Türkiyə səfəri, bu səfər zamanı oradakı aşıqlarla deyişməsi "Aşıq Alının Türkiyə səfəri", Əsmər xanımla münasibətləri isə "Aşıq Alı və Əsmər" adlı xalq hekayələrində öz əksini tapıb.

Aşıq Alının bütün şeirləri külliyyat halında hələ də çap olunmayıb, ancaq ayrı-ayrı şeirləri işıq üzü görüb. Onun soykökü ilə bağlı məsələlərdə də fikir ayrılığı mövcuddur. Amma o özünün şeirlərinin birində öz söykökü haqda bunları deyir:

"Xəlləqul-aləmin budur qərarı,
Qış olmasa, bahar dolana bilməz.
Ər kişi vətəndən düşsə aralı,
Ah çəkib saralar, dolana bilməz.


Dost bağında qönçə kimi bitməyən,
Gül üstündə bülbül kimi ötməyən,
Vədə verib, ilqarına yetməyən,
Vədəsiz qocalar, dolana bilməz.


Alının başını alıb dumanlar,
Alçalın, siz Allah, əyilin, dağlar!
Müddətdir, yolumu gözləyənim var,
Heç iyit biilqar dolana bilməz.


Mərdlərin biriynən tutmuşam bəhsi,
Xudam, iltimasa çəkmə heç kəsi!
Alı-türki-zəban, Əli şiəsi,
Dərgahından kənar dolana bilməz!


Alı gəraylı, qoşma, təcnis, divani, müxəmməs kimi şeir növlərində şeirlər yazmışdır. O, 1911-ci ildə elə anadan olduğu kənddə dünyasını dəyişmişdir


Geri dön

LOVE IS DEAD

  • 7 fevral 2011 22:00
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
twk

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

Yusif

  • 7 fevral 2011 21:52
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Tanimiram wink

CandyGirl

  • 7 fevral 2011 20:06
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
xebere gore tesekkur

--------------------

nilayka

  • 7 fevral 2011 16:46
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
xebere gore cox sag ol

--------------------

gul_93

  • 7 fevral 2011 15:54
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
tewekurler

Nili

  • 7 fevral 2011 13:16
  • Məqalə: 0
  • Şərh: 162
  • Bal:
{awards}
tsk edirem

--------------------
я щиринка

Ulya

  • 7 fevral 2011 13:09
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur edirem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 22
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}